Azərbaycan–Yaponiya Dostluq Mərkəzi saxta “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb

Tokio şəhərində fəaliyyət göstərən Azərbaycan–Yaponiya Dostluq Mərkəzi ermənilərin soyqırımı iddialarının əsassız və saxta olması ilə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, bəyanat Yaponiya parlamentinə, hökumətinə, kütləvi-informasiya vasitələrinə, beyin mərkəzlərinə və qeyri-hökumət təşkilatlarına ünvanlanıb. Bəyanatda qeyd edilib ki, tarixi mənbələr 1915-ci ildə baş verən hadisələr zamanı məhz ermənilərin milli və dini mənsubiyyətinə görə silahsız, əliyalın türklərə divan tutduğunu, minlərlə türk-müsəlman kəndlərini yandırdığını, on minlərlə dinc sakini qətlə yetirdiyini göstərir.
Sənəddə qondarma “soyqırımı” məsələsinin ermənilər tərəfindən uydurulduğu vurğulanmaqla yanaşı, Ermənistanın 30 ilə yaxın müddət ərzində əzəli Azərbaycan torpaqlarını işğal etdiyinə, ötən ilin payızında baş vermis 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə diqqət cəlb olunub.
Nəzərə şatdırılıb ki, müharibə başa çatsa da rəsmi İrəvan Ermənistan ordusu tərəfindən Azərbaycanın Qarabağ bölgəsində basdırılmış çoxlu sayda minalar barədə xəritələri indiyədək ölkəmizə təhvil verməkdən imtina edir, beynəlxalq humanitar hüququ kobudcasına pozur, öz beynəlxalq öhdəliklərinə əməl etmir. Beləliklə də Ermənistan hökumətinin etnik azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına əngəl törətməyə çalışdığı və bununla da daha bir hərbi cinayətə yol verdiyi bildirilib.
Azərbaycan–Yaponiya Dostluq Mərkəzi dünya ictimaiyyətini Ermənistanın beynəlxalq öhdəliklərini pozmasına, minaların xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsinə göz yummamağa çağırıb.
Bu gün, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
Bu gün, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
Bu gün, 12:55
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
Bu gün, 12:53
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Bu gün, 12:50
Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım edilib
Bu gün, 12:49
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Bu gün, 12:47
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
Bu gün, 12:44
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Bu gün, 12:38
Vətən müharibəsinin xronikası: 28 sentyabr
Bu gün, 12:37
Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək
Bu gün, 12:35
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Bu gün, 11:33
Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib
Bu gün, 11:31
Prezidentin Mətbuat Xidmətinin məlumatı
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib