Kiflənmiş çörək sağlamlıq üçün təhlükə mənbəyidir!
Səhiyyə
Oxunub: 341
1 iyn 2022 | 12:35

Çörək karbohidrat və kalori mənbəyi kimi əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminləri ilə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir
Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur. Vaxtı keçmiş çörəkdə olan kif göbələkləri münbit şəraitdə çoxalır və onlar sağlamlıq üçün təhlükə mənbəyinə çevrilir. Kifli çörəyi iyləmək kifayətdir ki, patogen mikroorqanizmlərin sporları orqanizmə daxil olsun.
Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, qida mütəxəssisi Vüsal Qocayev deyib: “Çörəkdə olan kiflərin təhlükəlilik səviyyəsini onun rənginə görə müəyyən etmək olur. Məsələn, yaşıl kif isti mühitdə çoxalır, həmin göbələklərə çörəkbişirmə müəssisələrində sobalarda rast gəlinir. Qara kif daha çox çörək-bulka məmulatlarında olur, bu növ göbələklərdə sporların çoxalması rütubətli şəraitdə baş verir. Çəhrayı kif, əsasən, çörək qırıntılarında özünü göstərir. Onu bəzən “kartof göbələyi” də adlandırırlar. Sağlamlıq üçün çox təhlükəli olan ağ kif taxta materialdan olan çörək dolabları, arakəsmələri və rəflərdə aktiv şəkildə çoxalır. Boz kif göbələyin ən zəhərli növü sayılır, istənilən mühitdə inkişaf edir. Bəzən görünməsə də, məhsulun tərkibində bərabər şəkildə yayılır”.
Qida mütəxəssisinin dediyinə görə, kif göbələyi, ilk növbədə, çörək-bulka məmulatlarının qabığında görünür. Ona görə də çox vaxt kifli hissəni kəsib götürür və qalan hissələri yeməyə davam edirlər. Lakin bu, çox təhlükəlidir, çünki görünməyən sporlar məhsulu bütünlüklə əhatə edir və qidalanma zamanı orqanizmdə ciddi intoksikasiyanın yaranmasına səbəb olur. Bəzi növ göbələklər əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır və gələcəkdə bronxial astma və xroniki bronxitin yaranma riskini artırır.
“Ona görə də çörəyin düzgün şəraitdə saxlanılması çox vacib məsələdir. Rütubətli və isti yer göbələyin inkişafı üçün əlverişli mühitdir. Mətbəxdə çörəyin saxlanıldığı yer təmiz və quru olmalı, vaxtaşırı havalandırılmalıdır. Çörəkqabı tez-tez yuyulub qurulanmalıdır. Çörəyi sellofanda saxlamaq lazım deyil. Əgər çörək qabında bir çörəkdə az da olsa kif varsa, artıq yanındakı çörəkdə də kif olması labüddür. Standartlara görə, çörəyin yararlılıq müddəti üç gündür. Lakin elə növlər var ki, iki gündən artıq saxlamaq olmaz.
Bu gün, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Bu gün, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Bu gün, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Bu gün, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Bu gün, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Bu gün, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
Bu gün, 12:52
Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
Bu gün, 12:33
Həftəsonu 54 cinayətin açılması təmin olunub
Bu gün, 12:31
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Bu gün, 12:25
Azərbaycandan çay ixracı 19 faizədək artıb
Bu gün, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Bu gün, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Bu gün, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bu gün, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Bu gün, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Bu gün, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Bu gün, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031