Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Oktyabrın 13-ü Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) insanları fəlakət risklərinin azaldılması sahəsində əldə etdikləri bilik və təcrübələri bölüşməyə çağırır.
Bu gün ilk dəfə BMT-nin Baş Assambleyasının 1989-cu il dekabrın 22-də qəbul olunan qətnaməsinə əsasən, 1990–1999-cu illəri əhatə edən Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Beynəlxalq Onillik çərçivəsində Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Beynəlxalq Gün adı ilə qeyd olunub.
1999-cu ildə BMT-nin Baş Assambleyası bu tarixin hər il oktyabr ayının ikinci çərşənbə günü Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Beynəlxalq Gün kimi qeyd edilməsinə dair qərar verib.
2009-cu il dekabrın 21-də BMT-nin Baş Assambleyası oktyabrın 13-nü bu günün qeyd olunması tarixi kimi elan edib və onun adını Beynəlxalq Fəlakət Risklərinin Azaldılması Günü olaraq dəyişdirib. 2018-ci ildə isə günün adı yenidən dəyişdirilərək Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü müəyyən edilib.
Fəlakət Risklərinin Azaldılması üzrə Beynəlxalq Strategiyanın əsas məqsədlərindən biri geniş ictimaiyyəti fəlakətlərin qarşısının alınmasının əhəmiyyəti barədə məlumatlandırmaq, habelə təbii, ekoloji və texnogen fəlakətlərə məruzqalma ehtimalı yüksək olan əhali qrupları və icmalar arasında maarifləndirmə işləri aparmaqdır. Bu işlər təhlükələrin fəlakətlərə çevrilməsinin qarşısını almaq üçün mövcud vasitələr haqqında məlumatların yayılmasını da əhatə edir.
Zəlzələlər, siklonlar, vulkan püskürmələri, daşqınlar və quraqlıqlar nəticəsində zərər çəkən insanların sayı sürətlə artır və on minlərlə insanı əhatə edir. Təkcə 2021-ci ildə dünyada təhlükəli təbiət hadisələri ilə əlaqədar 432 fəlakət baş verib. BMT-nin qiymətləndirmələrinə görə, 2030-cu ilədək dünyada hər il təxminən 560 təbii fəlakət baş verə bilər.
Son 20 ildə qeydə alınmış quraqlıqların sayı isə 29 faiz artıb.
Təbii fəlakətlər insan tələfatına, dağıntılara, ilk növbədə yerli səviyyədə sosial və iqtisadi sarsıntılara səbəb olur. Hər il milyonlarla insan təbii fəlakətlər nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalır. Təbii fəlakətlər nəticəsində orta hesabla gündə 184 nəfər həyatını itirir.
Proqnozlara görə, urbanizasiya və iqlim dəyişmələri səbəbindən planetdə fəlakət qurbanlarının sayı artacaq. Təbii fəlakətlər ölkələri dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün nəzərdə tutulmuş proqramlara ayrılan vəsaitləri azaltmağa məcbur edir.
Qeyd edək ki, bir çox təbii fəlakət iqlim dəyişmələri ilə əlaqədardır. Lakin dövlətlər fəlakətlərin yaranma səbəblərini təhlil etmək və aradan qaldırmaq istiqamətində qabaqlayıcı, sistemli tədbirlər görməklə milyonlarla insanın həyatını xilas edə bilər. Yerli səviyyədə potensialın gücləndirilməsi təxirəsalınmaz zərurətdir. 2015-ci ildə qəbul edilmiş Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivə Proqramı insan fəaliyyəti nəticəsində yaranan fəlakətlər də daxil olmaqla, istənilən xarakterli və miqyaslı fəlakətlərin təsirlərini azaltmaq üçün konkret yollar müəyyən edir.
BMT Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Gününün mövzusunu hər il müəyyənləşdirir. Mövzuların əsas məqsədi fəlakət risklərinin azaldılmasının əhəmiyyətini vurğulamaq, cəmiyyətin hazırlıq səviyyəsini yüksəltmək və daha təhlükəsiz, dayanıqlı gələcəyin qurulmasına töhfə verməkdir. Bu il təqvim günü “Dayanıqlılıq evdən başlayır” devizi altında qeyd olunur.
Müxbir – Göyçək Mahmudlu
Bu gün, 13:31
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
Bu gün, 13:28
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
Bu gün, 12:29
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
Bu gün, 12:25
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:23
Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur
Bu gün, 12:21
NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq
Bu gün, 12:19
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:16
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub
Bu gün, 12:14
Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar