Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir - YENİLƏNİB
Ölkə
Oxunub: 336
31 may 2022 | 14:59

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalı start götürüb.

AZƏRTAC xəbər verir ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilir. Türkiyədən kənarda ilk “TEKNOFEST” Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.

Festivalın açılışı bu möhtəşəm tədbirə hazırlığın gedişatını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Açılış mərasimində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış ediblər.

Nazir Rəşad Nəbiyev Türkiyə nümayəndə heyətini və bütün iştirakçıları salamlayaraq bildirib ki, “TEKNOFEST” Türkiyədən kənarda ilk dəfə məhz Azərbaycanda keçirilir.

“Bu festival Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır”

“Bu festival ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Bu, eyni zamanda, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiya üfüqlərini daha da genişləndirir. Gənclərə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək üçün yeni platforma, meydan təqdim edir”, – deyə nazir vurğulayıb.

Nazir Rəşad Nəbiyev, həmçinin qeyd edib ki, “TEKNOFEST Azərbaycan” festivalına qatılan gənclərin ən böyük qazancı əldə etdikləri təcrübələrdir. Festival gənclərin texnologiya və innovasiya sahəsində potensialının üzə çıxarılması üçün unikal platformadır.

“TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri, eyni zamanda, “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Selçuk Bayraktar qardaş Azərbaycanda olmaqdan qürur duyduğunu deyib.

“TEKNOFEST” dünyaya açılarkən ilk gəldiyimiz yer təbii ki, qardaşımızın evi, Bakı olacaqdı”

“Bir millət, iki dövlət olaraq qardaşlığımız dəfələrlə sınandı və şükürlər olsun hər dəfəsində könül bağımız daha da qüvvətləndi. Azərbaycanda gözəl bir atalar sözü var: “Dost dar gündə tanınar”. Biz hər zaman dar gündə də, şad gündə də bir yerdə olduq. Bakını İstanbuldan fərqləndirməyən Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu da, Qarabağa xidmət edən yüksək texnoloji milli pilotsuz uçuş aparatlarını hazırlayan türk mühəndisləri də eyni ruha sahibdirlər. Bizim ürəyimizdə bir yara olan Qarabağ, eyni zamanda, qardaşlığımızın zirvəsidir. Bu səbəblə Qarabağı yenidən vətən torpağı edən Zəfərin əsl memarı olan əziz şəhidlərimizi bir daha qarşınızda anıram. Ruhları şad olsun”, - deyə Selçuk Bayraktar qeyd edib.

“Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı gənclərə müraciət edərək deyib ki, bu gün ölkələr müstəqilliklərini qorumaq üçün yüksək texnologiyalara sahib olmalıdırlar. Gənclər bu istiqamətdə özlərini təsdiqləməli, bilik və bacarıqlarını daim artırmalıdırlar: “Bacaracağına inanmayan insan necə mübarizə apara bilər, məqsədinə necə çata bilər? Buna görə bütün məsələnin kökü özünə inamdan başlayır. İnanaraq başladığınız işlərdə ailənizə, ailənizdən vacib millətinizə, millətinizdən vacib insanlığa faydalı olmağı qarşınıza məqsəd qoyun. Əminəm ki, əgər bu nüanslara dəyər verərək çalışsanız, etdiyiniz bütün işlərdə dünyanın ən yaxşısı ola bilərsiniz”.

“TEKNOFEST” dünyaya açılarkən ilk gəldiyimiz yer təbii ki, qardaşımızın evi, Bakı olacaqdı. Biz “TEKNOFEST”i uşaqlarımızın və gənclərimizin arzularının hüdudu, onların qarşısında heç bir maneə olmasın deyə keçiririk. 2018-ci ildə 18 yarışma ilə başladığımız “TEKNOFEST”də yarışma sayı bu gün 40-a çatıb. İnanırıq ki, 10 müsabiqə və “Take Off” Müəssisə Zirvəsi ilə başlayan “TEKNOFEST” gənc qardaşlarımın Azərbaycana marağı ilə getdikcə daha da böyüyəcək. Bu vəsilə ilə türk uşaqları əzmkarlıqları sayəsində nəyə nail ola biləcəklərini dünyaya göstərəcəklər”, - deyə S.Bayraktar vurğulayıb.

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxışında “TEKNOFEST” iştirakçılarını gələcəyin mütəxəssisləri adlandırıb.

“Biz Bakıda təkcə festival keçirmirik, eyni zamanda, bütün dünyaya bir millət, iki dövlət olduğumuzu göstəririk”

Nazir müdafiə sənayesi sahəsində Azərbaycan ilə Türkiyənin birgə əməkdaşlığının faydalarına toxunub. Qeyd edib ki, Türkiyə hazırda müdafiə sənayesi sahəsində öz sözünü deyir. Bu sahədə Azərbaycana daim dəstək göstərməyə hazırdır.

“Azərbaycanda olmaqdan məmnunuq. “TEKNOFEST”in ilk məşəlini əvvəlcə İstanbulda, sonra Anadoluda yandırdıq. Ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST”i beynəlxalq bir brendə çevirəcəyik” dediyi zaman, təbii ki, ilk dayanacaq məntəqəmiz Azərbaycan oldu. Hər il TEKNOFEST məkanında yaşadığım o həyəcanı, coşqunu, sevinci bu gün daha fərqli yaşayıram. Hazırda təkcə Türkiyə adından yox, qardaş Azərbaycan adından da sevinirəm. Türk dünyası üçün, İslam dünyası üçün sevinirəm”, - deyə M.Varank bildirib.

Çıxışında gənclərə səslənən M.Varank deyib ki, bu gün burada iştirak edənlər sabaha dünyaya yol göstərəcək mühəndislər, elm adamları, tədqiqatçılar olacaq: “Sizin yerinizdə ola bilsəydim bu meydanda məskən salardım. Hər bir təyyarəni, hər bir texnikanı bir-bir araşdırar, qeydlər götürərdim. Lazım gələrsə evə getməzdim, burada yatardım. Bu meydanda olmaq sizlər üçün yaradılmış böyük bir şansdır”.

“Müstəqillik hekayəmizin adı “milli texnologiya həmləsidir”, - deyən Mustafa Varank qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə üçün hədəflər müəyyənləşdirilib. 10-15 il əvvəl bəzi ölkələr müdafiə sənayesi məhsullarını, PUA-ları satmır, gizli və açıq şəkildə embarqo qoyurdular. Türkiyə terrorla, terroristlərlə mübarizə apararkən texnoloji avadanlıqlardan məhrum qalırdı: “Amma “milli texnologiya həmləsi” onların planlarını pozdu. Bir zamanlar PUA satmadıqları türk milləti bu gün dövrünün ən mükəmməl texnoloji məhsullarını istehsal edir. Bu gün həmin ölkələr bu meydanda da gördüyünüz türk istehsalı olan texnikaları almaq üçün növbədə dayanıblar”.

Nazir bildirib ki, siyasi mənada tam müstəqil olmağın yolu texnologiya sahəsində müstəqillikdən keçir: “Biz bunu hər yerdə deyirik, amma Azərbaycanda deməyin xüsusi mənası var. Çünki biz texnologiya sahəsində müstəqil olmamağın cəzasını uzun müddət çəkdik. Qarabağdakı işğalın, zülmün qarşısında dünyanın necə səssiz qaldığını azərbaycanlı qardaşlarımız və biz çox yaxşı bilirik. Bu gün burada keçirilən “TEKNOFEST Azərbaycan” hər kəsə verilən ən gözəl cavabdır. Biz Bakıda təkcə festival keçirmirik, eyni zamanda, bütün dünyaya müstəqilliyimizi, bir millət, iki dövlət olduğumuzu göstəririk”.

Selçuk Bayraktarın geri sayımı ilə “TEKNOFEST Azərbaycan” festivalı öz işinə başlayıb. Təbdir iştirakçıları VIP tura dəvət olunublar. Tur zamanı qonaqlar sərgilərlə tanış olub, moderator onlara “TEKNOFEST” barədə ümumi məlumat verib.

Festival çərçivəsində 8 texnoloji müsabiqə, 3 beynəlxalq tədbir keçirilir

“TEKNOFEST” çərçivəsində keçirilən yarışlarda pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərmək imkanı verir. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər.

Festival elmi, texnologiyanı sevən gənclərə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq. Eyni zamanda, birlikdə çalışan gənclərə komanda ruhu aşılayacaq. Sağlam mühitdə rəqabət aparmağı, əzmkar olmağı öyrədəcək.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou festivalın ən yaddaqalan hadisələrindən biri olub.

Türkiyə və Azərbaycanın dövlət bayraqları və “TEKNOFEST” festivalının bayrağı Bakı səmasında dalğalanıb

Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbaninin təqdimatında möhtəşəm hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən qardaş Azərbaycan və türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayıb. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və “TEKNOFEST” festivalının bayrağını Bakı səmasında dalğalandırıb.

Sonra Mİ-24 helikopterləri üçlüyü, MFİ-17 (“Super Muşşaq”) təlim təyyarələrindən ibarət üçlük, aviabazalarda təyyarəçilərin uçuş qabiliyyətinin daim yüksəldilməsinə xidmət edən reaktiv mühərrikli L-39 təlim təyyarələri üçlüyü, hava məkanında aviasiyanın hakimliyini qoruyub saxlayan, hücum təyyarələrini və digər quru qoşun birləşmələrinin havadan qorunması və himayəsində müstəsna rol oynayan çoxməqsədli, səsdən iti MİQ-29 qırıcı təyyarələr üçlüyü, yerüstü hədəflərə dağıdıcı zərbələr endirən hücumçu SU-25 təyyarələr qrupu öz nümunəvi uçuşları ilə tamaşaçıları salamlayıb.

MİQ-29 təyyarələr qrupundan ayrılan “Qarabağ” ordenli qəhrəmanımız polkovnik Zaur Rüstəmov yenidən ali pilotaj fiqurlarını nümayiş etdirmək üçün aviaşou keçirilən hava məkanına qayıdıb və sıçrama, çevrilmə, qalxan, sərt həlqə, sıçramada çəllək və minimal sürətli keçid edib.

Qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinin “ATAK”, “AKINCI-SLTRK”, “HÜRKUŞ” təyyarələri, eləcə də “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları heyran qoyub.

“Türk Aviasiya və Kosmik Sənaye” şirkətinin istehsalı olan “HÜRKUŞ” təyyarəsində ön pilot Murad Ösbala olub. Digər pilot isə Azərbaycan Hərbi Hava Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra “HÜRKUŞ” aerobatika komandasında xidmət edən ilk azərbaycanlı test-pilot, ehtiyatda olan polkovnik Xəlil Yusubovdur.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “HÜRKUŞ” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim ediblər. Milli şahinlərimiz də qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlib və bu dəfə də tamaşaçıları valeh ediblər.

“Ay-ulduz”lu türk bayrağını əngin səmalarda əzəmətlə dalğalandıran qəhrəman türk pilotları ilə yanaşı, bu gün İkinci Qarabağ savaşında Azərbaycanın üçrəngli bayrağını tarixi və əbədi torpaqlarımız olan cənnət Qarabağımızda, Şuşanın səmalarında qürurla dalğalandıran milli şahinlərimiz də məharət və peşəkarlıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunur. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.

Festivalın ilk gününün sonunda ziyarətçilər üçün musiqi proqramı və lazer şou təqdim olunub.













Ətraflı
Ad - 00:08

Mənbə:AZƏRTAC
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
27-04-2026, 10:36
Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib
27-04-2026, 10:31
Amnistiya aktı 22 min 935 şəxsə şamil edilib
27-04-2026, 10:28
Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu olub
27-04-2026, 10:26
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
24-04-2026, 12:37
Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib
24-04-2026, 12:34
Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
24-04-2026, 12:26
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
24-04-2026, 11:56
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək
24-04-2026, 11:48
Bəzi yerlərdə külək arabir güclənir, duman müşahidə olunur
24-04-2026, 11:42
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
21-04-2026, 17:50
MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …
21-04-2026, 12:37
Startaplar üçün İnnovasiya və Startap müsabiqəsi elan olunub
21-04-2026, 12:36
Biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
21-04-2026, 12:34
Deputat: Regionda baş verən gərginliyə baxmayaraq ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edəcək
21-04-2026, 12:30
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib
21-04-2026, 11:03
ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər
21-04-2026, 10:18
Azərbaycanın azad edilmiş ərazilərdəki şəhərsalma modeli dünyaya nümunədir - Bakı WUF13-ə hazırlaşır
21-04-2026, 10:16
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb
17-04-2026, 11:30
Azərbaycanın yaşıl enerji istehsalı 8 faizdən çox artıb
17-04-2026, 11:26
Azərbaycanda və Rusiyada avtomobil nəqliyyatı üçün e-CMR tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi” imzalanıb
17-04-2026, 11:04
Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
17-04-2026, 11:00
Bu gün Ümumdünya Hemofiliya Günüdür
14-04-2026, 17:56
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930