Azərbaycanlılarla quda olan məşhur əcnəbilər: Van Damm, keçmiş prezident, eks-səfir... (FOTO)
Dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlunun azərbaycanlı qızla ailə qurması dünəndən sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Görürən odur ki, bu izdivac hələ bir müddət gündəmdə qalacaq.

Suada Hacızadə və Van Dammın oğlu Kristofer
Xatırladaq ki, 21 yaşlı azərbaycanlı pianoçu Suada Hacızadə ilə 34 yaşlı Hollivud aktyoru Kristofer Van Barenberqin nikahı iki gün öncə Azərbaycanın İstanbuldakı Baş konsulluğunda kəsilib.

Yeri gəlmişkən, Jan-Klod Van Damm azərbaycanlılarla qohum olan ilk əcnəbi məşhur deyil. Ondan əvvəl də azərbaycanlı qızları evinə gəlin köçürən əcnəbi məşhurlar olub.
Modern.az saytı xatırladır ki, belə əcnəbilərdən biri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderodur.
Stenli Eskudero 1997-2000-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olub. Diplomatik missiyası başa çatdıqdan sonra o Bakıda qalmağa üstünlük verib. Eskudero burada özünə biznes qurub.
2008-ci ildə Bakının Nardaran qəsəbəsinin bir qrup sakini Eskuderonu onlara məxsus olan 30 hektar torpaq sahəsini ələ keçirməkdə ittiham edirdi. Eskudero isə bildirmişdi ki, o, torpaq sahəsinə qanuni sənədlərlə sahiblənib.
Eskudero hətta Bakıdakı "McDonalds” restoranlar şəbəkəsinin sahibi kimi də tanınırdı. Keçmiş səfir Nardaranda özünə dəbdəbəli villa da tikdirmişdi. O, bir müddət ABŞ-Azərbaycan Ticarət Palatasına rəhbərlik edib.
Stenli Eskuderonun gəlini Nigar Nəzərova-Eskudero bir neçə il öncə Xəzər sahilindəki məşhur "Sea Breeze” otelinin tanıtım reklamına çəkilmişdi.
Nigar Nəzərova-Eskudero və qayınatası Stenli Eskudero
Moldova kommunistlərinin lideri, bu ölkənin sabiq prezidenti Vladimir Voronin (2001-2009-cu illərdə Moldova prezident olub) də azərbaycanlı ilə qudadır. Vladimir Voronin nəvəsi Yekaterinanı (oğlu Oleq Voroninin qızı) azərbaycanlı məmur Musa Pənahovun oğlu Fuad Pənahova ərə verib.
Bu hadisə də Musa Pənahov nəqliyyat nazirinin müavini işlədiyi dövrdə – 2011-ci ilin iyununda baş verib. Həmin toy Bakıda, "Buta Palace” sarayında keçirilib. Azərbaycanlı məmur oğluna ərə gələn Yekaterina xanım Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladıdır. Cütlüyün Fransanın elitar kurort zonası olan Lacivərd sahillərində tanış olduqları barədə məlumat verilib.
2016-cı ilin avqustunda Yekaterina Voronina ilə Fuad Pənahovun Leyla adlı qızları dünyaya gəlib.
Musa Pənahov hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini postunda çalışır. O, 2004-cü ildən 2017-ci ilə kimi nəqliyyat nazirinin müavini vəzifəsini tutub.

Musa Pənahov və Vladimir Voronin

Bu gün, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
Bu gün, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
Bu gün, 12:55
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
Bu gün, 12:53
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Bu gün, 12:50
Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım edilib
Bu gün, 12:49
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Bu gün, 12:47
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
Bu gün, 12:44
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Bu gün, 12:38
Vətən müharibəsinin xronikası: 28 sentyabr
Bu gün, 12:37
Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək
Bu gün, 12:35
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Bu gün, 11:33
Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib
Bu gün, 11:31
Prezidentin Mətbuat Xidmətinin məlumatı
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib