Qarabağ xanına məxsus bayraq bərpa olunub
Mədəniyyət
Oxunub: 269
26 yan 2023 | 09:51

10 sentyabr 1806-cı il Rusiya imperatoru I Aleksandr “Mehdiqulu xana ali sərəncam və Qarabağ əhlinə vədlər” adlı fərman imzaladı. Fərmanla Qarabağ xanı kimi təsdiq olunan Mehdiqulu xana hakimiyyət rəmzi olaraq, fəxri bayraq və qılınc göndərilməsi qərarı qəbul edildi. İmperator I Aleksandr tərəfindən vəd edilən bayraq bir il sonra-1807-ci ildə Mehdiqulu xana təqdim edildi. 1822-ci ildə Qarabağ xanlığı ləğv olunanda Mehdiqulu xanın titulu saxlanıldı. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının bu bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiq etdi. Lakin 1845-ci ildə Mehdiqulu xan vəfat edəndən sonra Qarabağın idarə edilməsi rus məmurlarına tapşırıldı və imperiya vədi, fərmanları pozuldu.

Sonralar Fəxri bayraq mühafizə olunması üçün Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyinə təhvil verildi və ilk dəfə 1913-1917-ci illərdə ictimaiyyətə nümayiş etdirildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayrağın vətənə qaytarılması istiqamətində iş aparılsa da, Cümhuriyyətin süqutu buna imkan vermədi. 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud Şərifov bayrağın qaytarılmasına nail oldu. Bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarının əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur. Bayraq muzeyə hakimiyyət rəmzi olaraq hədiyyə edilib.

Sözügedən bayrağın sapı bərpaçı-rəssam Əjdər Qafarov tərəfindən təmizlənərək, qoruyucu maddə ilə örtülüb. Eksponatın ucluq hissəsindəki qotazı isə muzeyin bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən demontaj edilib. Üzərində olan güləbətin tikmələri, qaytanı, baftası mexaniki və kimyəvi üsulla təmizlənib, qopan ipləri yerinə bərpa edilərək, eksponata ikinci həyat verilib.
mənbə; www.science.gov.az saytına istinad
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031