Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyi günlərinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib.
Mərkəzdən "Report"a verilən məlumata görə, tədbirdə Daşkənddəki 106, 22 və 102 nömrəli internat məktəblərinin, Çirçik şəhərindəki 14 saylı uşaq evinin 200-dən çox şagirdi və müəllimləri iştirak edib. Əvvəlcə uşaqlar Mədəniyyət Mərkəzinin Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Heydər Əliyev Muzeyi ilə tanış olub, onlara Azərbaycan tarixi, mədəniyyətinə dair geniş məlumat verilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxana və muzeylər üzrə mütəxəssisi Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycanın dövlətçilik tarixi, tarixdə mövcud olmuş Azərbaycan dövlətləri, tarixi şəxsiyyətləri, ölkəmizin adət və ənənələri haqqında danışıb, uşaq və yeniyetmələri müxtəlif guşə və eksponatlarla tanış edib.
Mədəniyyət Mərkəzinin böyük zalında davam edən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, gələcəyimiz olan uşaqlara dövlətlərimizin göstərdiyi qayğı haqqında danışaraq, onları həyata keçirilən işlər və layihələr barədə məlumatlandırıb.
Nadir Əlimirzəyev Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhəri, Qarabağ və Şərqi Zəngəzur regionunun erməni işğalından azad olunduqdan sonra geniş quruculuq və yenidənqurma işlərinə başlandığını vurğulayıb. O, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə “Şuşa ili” elan edildiyini qeyd edib və Şuşa şəhəri, onun mədəniyyətimizə verdiyi töhfələr haqqında danışıb.
Sonra uşaqlara “Qarabağ atı” animasiya filmi özbək dilində təqdim olunub.
“Qarabağ atı” animasiya filmi 2020-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə dublyaj edilib. Sözügedən animasiya filmi Azərbaycanın "Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən hazırlanıb.
Qeyd edək ki, “Qarabağ atı” animasiya filmi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verməklə yanaşı, onların Azərbaycanın Qarabağ bölgəsi haqqında biliklərini artırmaq məqsədini daşıyır.
Tədbirin sonunda Azərbaycan Mədəniyyət Mərkəzi adından uşaqlar və müəllimlər Azərbaycan və Özbəkistan milli təamlarına qonaq ediliblər.


Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada