Azərbaycan Mədəniyyət Nazirliyi Xəzəryanı bölgədə kinobazarın yaradılmasını təklif edir
Mədəniyyət
Oxunub: 252
12 sen 2022 | 11:49
Azərbaycan Mədəniyyət Nazirliyi Xəzəryanı bölgədə kinobazarın yaradılmasını təklif edir.

"Report"un Həştərxana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu təkliflə orada keçirilən Xəzəryanı ölkələrin media forumu çərçivəsində baş tutmuş “Rəqəmsal media mühitinin gerçəkliyində Xəzər regionunun gənc kinematoqrafçılarının əməkdaşlığı” adlı müzakirə panelində Azərbaycan Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin baş məsləhətçisi Nigar Məmmədova çıxış edib.

"Bu gün bizim region üçün vacib məqamlardan biri kinobazarlarının yaradılmasıdır. Belə bazarlarda hər ölkə kinoprokat baxımından işlərlə tanış ola, daxili auditoriyası üçün lazım olan filmləri seçə bilər. Təəssüf ki, hazırda belə bir bazar yoxdur", - nazirlik nümayəndəsi bildirib.

O, bu ilin aprel ayında Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Kino Agentliyi haqqında da tədbir iştirakçılarına məlumat verib:

"Hazırda yeni yaradılmış qurumda son tamamlanma işləri davam edir. Güman edirik ki, ilin sonuna qədər bütün bu işlər yekunlaşacaq. Kino Agentliyi qarşısında qoyulmuş birinci tələb Azərbaycandakı mövcud kino sahəsini kinosənayeyə çevirməkdir. Digər önəmli tələb isə kinonu mədəniyyətin strateji istiqamətində və iqtisadiyyatın perspektivli sahəsi kimi inkişaf etdirməkdir".

N.Məmmədova çıxışında MDB ölkələri səviyyəsində əməkdaşlıqdan da bəhs edib:

"Bizim Özbəkistanla birgə layihəmiz var. Bir neçə gün sonra Daşkənd Beynəlxalq Kino Festivalında çəkilmiş ortaq filmin təqdimatı olacaq. Bundan başqa, Azərbaycanda Mədəniyyət Nazirliyi tərkibində kinokomissiya adlanan yeni struktur yaranıb. Bu platforma xarici kinorejissorlara Azərbaycanın çəkilişlər üçün cəlbediciliyini nümayiş etdirməyə imkan verəcək. Hindistanlı və türkiyəli həmkarlarımızdan bu mənada böyük maraq hiss edirik. Hazırda çexiyalı həmkarlarımız ölkəmizdə çəkilişlər edirlər.
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031