Bakıda “Run for Art” beynəlxalq foto sərgisi keçirilir

Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisinin açılış mərasimi baş tutub.
"Report" xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov və İtaliya MOK-un vitse-prezidenti, “Culio Onesti” Fondunun İdarə Heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu Klaudia Cordani iştirak ediblər.
Müsabiqə 18-35 yaş arası, dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Hər müsabiqə üçün 5 fərqli aspektə görə fərqli mövzu təklif edilir: kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. İdmanda etika, müxtəliflik və inkluzivlik kimi mövzuıar idman və foto kimi universal vasitələrin köməyi ilə araşdırılır.
Müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər biri, ümumilikdə, 40 fotoşəkil üçün idman yarışında olduğu kimi, 8 finalçı seçilir. Fotoşəkillər incəsənət, idman və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən seçilir. Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev “Run for Art” beynəlxalq foto müsabiqəsinin münsiflər heyətinin üzvüdür.
“Run for Art” beynəlxalq foto müsabiqəsində beyzbol və softbol kateqoriyasında Tetsu Çi-Çinqli (Tayvan), karate kateqoriyasında Gökhan Taner (Türkiyə), skeytbordinq kateqoriyasında Maks Danlap (ABŞ), qayalara dırmanma kateqoriyasında Culia Kasu (Fransa), sörfinq kateqoriyasında isə Ris Beyts (Avstraliya) birinci yerə layiq görülüblər. Nəriman Babayev (Azərbaycan) “Gənc karateçilərin yarışının açılışında nümayiş etdirdikləri fənd hərəkətləri” fotoşəkli isə üçüncü yeri tutub. Həvəskar fotoqraf Bayram Musayev (Azərbaycan) isə skeytbordinq kateqoriyasının finalçılarından biridir.
Açılş mərasimində iştirak edən Gökhan Taner, Culia Kasu, Nəriman Babayev və Bayram Musayev mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam edib.
“Run for Art” beynəlxalq foto sərgisi aprelin 16-dək davam edəcək.
Qeyd edək ki, beynəlxalq müsabiqə Milli Olimpiya Komitəsi, Mədəniyyət Nazirliyi və İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Run For Art” gənc fotoqraflar üçün “Culio Onesti” Fondu tərəfindən hazırlanıb. Müsabiqənin məqsədi bədii forma olan fotonun yaradıcı enerjisini və idmanın əzmini, yəni incəsənət və idmanı birləşdirməkdir.







Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada