“Şuşa İli” ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan olunub
Mədəniyyət
Oxunub: 285
16 mar 2022 | 11:30

Mədəniyyət Nazirliyi 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin qorunmasıdır.

Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.

Müsabiqənin şərtləri:

Heykəltaraşlar tərəfindən Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq nümunələrinin tunc, mərmər və bürünc materialdan heykəl hazırlanaraq Mədəniyyət Nazirliyə təqdim edilməlidir. Təqdim olunan heykəltaraşlıq nümunələrinin minimal 50 sm. olmaqla 1 metr hündürlüyünədək hazırlanması əsas şərtlərdən biridir.

Mükafatlar:

Birinci yer (1 nəfər) – I dərəcəli diplom və 8000 manat

İkinci yer (2 nəfər) – II dərəcəli diplom və 4000 manat

Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və 3000 manat

Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat

Müsabiqənin müddəti:

Müsabiqə 15 mart - 15 iyun 2022-ci il tarixlərində keçiriləcəkdir.

“Şuşa İli” elan edilməsi ilə bağlı keçirilən açıq heykəltaraşlıq müsabiqəsinin şərtləri

Təşkilatçılar: Mədəniyyət Nazirliyi

MÜSABİQƏNİN keçirilmə müddətləri:

İlkin mərhələ:

15.03.22– 15.06.22

– müsabiqənin elan edilməsi, rəssamların dəvət olunması, müsabiqə iştirakçıları tərəfindən heykəllərin işlənib hazırlanması, heykəllərin qəbulu

Əsas mərhələlər:

– heykəllərin nəzərdən keçirilməsi, iştirakçıların ilkin seçimi

– qalibin seçilməsi və elan edilməsi

– heykəlin təşkilat komitəsi tərəfindən qəbul edilməsi

Müsabiqədə iştirakın şərtləri:

1. MÜSABİQƏDƏ şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar yerli və xarici heykəltəraşlar iştirak edə bilərlər.

2. Namizədlər MÜSABİQƏDƏ iştirak etmək üçün təyin edilmiş nümunə üzrə ərizəni təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan heykəllər qəbul edilir.

3. Namizədlər tərəfindən təqdim olunmuş heykəllər üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müvafiq materialları MÜSABİQƏYƏ göndərmiş şəxs daşıyır.

4. Müəllif ərizə vermək və nəzərdən keçirilməsi üçün heykəli təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün heykəli Mədəniyyət Nazirliyinə (Bakı şəhəri, Hökümət Evi) təqdim etmək və ya elektron poçt vasitəsilə gallery@culture.gov.az ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərmək lazımdır.

5. MÜSABİQƏNİN təşkilat komitəsi verilmiş heykəllər arasından yalnız bir qalib müəyyənləşdirir. MÜSABİQƏ iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq; müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.

6. Heykəllərin təqdim edilməsi üçün son tarix: 15 iyun 2022-ci il.

7. MÜSABİQƏNİN mövzusu “Şuşa”.

8. Hekəlin materialı: tunc, mərmər və bürünc

Hər bir heykəl həm fərdi iştirakçı, həm də komanda tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır.

Müsabiqəyə yekun vurulması

Finalda iştirak edən heykəl nümunələri MÜSABİQƏNİN populyarlaşdırılması və daha geniş tamaşaçı kütləsinə çatdırılması məqsədilə təşkilatçı tərəfindən KİV-də işıqlandırıla bilər. Bu halda heykəl layihəçilərinin müəllifliyi qorunub saxlanılır.

Açıq heykəltəraşlıq müsabiqəsinin iştirakçısının anketi (PDF)

Doldurulmuş qeydiyyat forması 15 iyun 2022-ci il tarixinədək müsabiqənin təşkilat komitəsinə gallery@culture.gov.az elektron poçt ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərilməlidir.
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031