Polad Bülbüloğlu: "Azərbaycan xalçaları dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur"

"Azərbaycan xalçaları dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur".
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Azərxalça” ASC məhsullarının Rusiyanın paytaxtı Moskvada təşkil olunmuş Azərbaycan gecəsində təqdimatı zamanı deyib.
O bildirib ki, iki ölkə arasında möhkəm mədəni əlaqələr mövcuddur: “Xalça Azərbaycanın milli sərvətidir. Azərbaycanlı xanımlar əsrlər boyu İrandan tutmuş Qafqazadək geniş ərazilərdə xalça toxuyublar. Azərbaycan xalçaları bu gün Londondakı Viktoriya və Albert Muzeyindən tutmuş şəxsi kolleksiyalaradək dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur”.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Emin Məmmədov ölkəmizdə xalçaçılıq sənətinin tarixindən, dövlətimizin bu sənətə göstərdiyi dəstəkdən danışıb, respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edildiyini xatırladıb: “Biz də “Azərxalça” olaraq klassik xalçaçılıq sənətimizin ənənələrini yaşatmağa, yeni-yeni istiqamətlər tətbiq etməyə çalışırıq. Qədim xalçalar əsasında müasir, yeni dizayna malik məhsullar ərsəyə gətirmək üçün konseptual rəssamları cəlb edirik”.
Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfirliyinin, Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin, “Azərxalça” ASC-nin, “Detali” dizayn məktəbinin təşkilatçılığı ilə keçirilən gecədə ümumilikdə həm klassik, həm də modern xalça kolleksiyalarından ibarət 56 xalça təqdim edilib. Xüsusi gecədə Rusiyanın tanınmış 50 dizayneri iştirak edib.
















Tədbirin rəsmi hissəsi Azərbaycan xalçalarından ibarət ümumi sərgi, “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat, Azərbaycan xalçalarının toxunma prosesini izah edən master-klassdan ibarət olub. Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları, milli şərabları və Azərbaycandan xüsusi dəvət olunmuş sənətçilər – Riad Məmmədov və Aslan Əhmədovun ifasında konsert proqramı təqdim olunub.
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada