Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi qeyd edilib

Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi qeyd edilib.
“Report”un Rusiya bürosu xəbər verir ki, tədbirin təşkilatçısı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasıdır.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova mərkəzin 10 il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradıldığını xatırladıb. O, Mədəniyyət Mərkəzinin Rusiya ilə Azərbaycanı birləşdirən vacib humanitar missiya yerinə yetirdiyini deyib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva Azərbaycan mədəniyyətinə bəslədikləri isti münasibətə görə Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə attaşesi Nigar Axundova Mədəniyyət Mərkəzini 10 illik yubiley münasibətilə təbrik edərək gələcək uğurlar arzulayıb.
Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli və filologiya elmləri doktoru, professor Abuzər Bağırovun “Azərbaycan-Turanın mirvarisi” kitabının təqdimatı keçirilib. Kitabda Azərbaycanın müxtəlif dövrləri əhatə edən şeriyyat irsinə dair monoqrafik araşdırmalar yer alıb. Bu monoqrafiya antologiya 5 il ərzində (2015-2019) məşhur “Literaturnaya qazeta”da dərc olunmuş materiallar əsasında tərtib edilib.
Musiqili-ədəbi gecənin sonunda həmçinin pianoçu, beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadə tanınmış Azərbaycan bəstəkarlarının kompozisiyalarını ifa edib.









Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada