Azərbaycanda bir sıra mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür

Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində mövcud olan daşınmaz mədəni irs nümunələri dövlət mühafizəsinə götürülür.
Bu barədə "Report"a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisi daxildə yerləşən, 120 hektar sahəsi olan Şəki şəhərinin ən qədim hissəsi “Şəki Xan sarayının və şəhərin tarixi mərkəzi” adı ilə 2019-cu il 7 iyul tarixində Ümumdünya İrs Siyahısına daxil edilib.
Şəkinin qədim hissəsinin YUNESKO Ümumdünya İrs Siyahısına daxil edilməsi zamanı “Dünya İrs Konvensiyası”nın II və V meyarları əsas götürülmüşdür. II meyara görə Şəki şəhərinin qədim hissəsinin memarlığı Böyük İpək Yolu üzərində yerləşən bir tarixi Azərbaycan şəhəri kimi intensiv beynəlxalq ticarətin və qonşu mədəniyyətlər ilə mədəni mübadilənin izlərini özündə əks etdirir. V meyara görə isə Şəkinin şəhərsalma və memarlıq ənənələri təbiət ilə mədəniyyətin ahəngli harmoniyasını, insanların təbiət resurslarından səmərəli və dayanıqlı istifadə etməsini özündə əks etdirir.
Bu meyarlar üzrə Şəki şəhərinin tarixi hissəsi Dünya İrs Siyahısında daxil edilsə də, həmin hissədə yerləşən bir çox tarixi tikililər, tarixi mühəndis-kommunikasiya qurğuları, yaşayış evləri və ictimai binalar “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarına əsasən təsdiq edilmiş siyahıya daxil edilməmiş və onlara inventar nömrəsi verilməyib. Buna görə də Şəkinin qədim hissəsində yerləşən bir sıra tikililərin yeni aşkar edilmiş tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə alınması labüd məsələyə çevrilib.
Şəki şəhərinin YUNESKO Ümumdünya İrs siyahısına daxil edilmiş qədim hissəsində yerləşən onlarla tarix və mədəniyyət abidəsinin yeni aşkar edilmiş tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülməsi üçün Azərbaycanın mədəni irs sahəsində mövcud normalara və beynəlxalq mədəni irs normalarının tələblərinə istinad edərək təkliflər hazırlanıb.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsününün aparılması, həmçinin təsdiqlənmiş siyahıdan abidənin çıxarılması və əlavə edilməsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Qeyd edilənləri nəzərə alaraq, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində mövcud olan sözügedən daşınmaz mədəni irs nümunələrinin dövlət mühafizəsinə götürülməsini təmin etmək məqsədilə “Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı hazırlanıb.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||