23 yaşlı Prezident təqaüdçüsü Prezidentlə unudulmaz görüşündən danışdı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının orkestr artisti, dirijor assistenti, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Atabəy İsmayılov bu yaxınlarda ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuliyə səfəri çərçivəsində təşkil olunan görüşlərdə iştirak edib.Heç vaxt üzünü görmədiyi dədə-baba torpaqlarına ilk dəfə ayaq basan gənc musiqiçi orada yaşadığı unudulmaz təəssüratlarını bizimlə bölüşüb:
"O qədər möhtəşəm hisslərdir ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Aradan bir neçə gün keçməsinə baxmayaraq, hələ də elə bilirəm o müqəddəs torpaqlardayam. Ali Baş Komandanın rəhbərliyi və rayon ictimaiyyətinin sayılıb-seçilən nümayəndələrinin dəvət olunduğu görüşdə iştirakım mənə sonsuz qürur verirdi.
Əslimiz Füzulinin Qarakollu kəndindən olsa da, 1998-ci ilin 16 oktyabrında Horadiz qəsəbəsində anadan olmuşam. Mən dünyaya gələndə artıq valideynlərim məcburi köçkün idilər, sonra isə tale elə gətirib ki, ailəlikcə Bakıda məskunlaşmışıq.
Füzuli rayonu Vətən müharibəsinin ilk günlərindən son günlərinədək gərgin döyüşlərin aparıldığı rayonlardan olub. Lakin həmişə böyük ümidlə yanaşmışam ki, bir gün gələcək torpaqlarımız işğaldan azad olunacaq. Biz Zəfər salnaməmizi öz gözlərimizlə gördük. Həmin gün gəldi və artıq o günlərdən bir il keçib. Ötən həftə 23 yaşımın tamamında sanki yenidən doğuldum...
Biz qalib xalqıq. Bunu dərk etmək və məsuliyyətini çiyinlərimizdə daşımaq kimi müqəddəs borcumuz var. Qalib bir ölkənin vətəndaşı olaraq, fəxr edirəm ki, mən azərbaycanlıyam. Ali Baş Komandanın dediyi kimi, dəmir yumruğumuz təkcə düşmənin başını əzmir, onun rəmzi mənası həm də həmrəylimizi ifadə edir. Prezidentimizin siyasi əzmi, ordumuzun yüksək peşəkar hazırlığı bizi o doğma yurd yerlərinə qovuşdurdu. Bu yolda neçə-neçə igidlərimiz canlarını fəda etdilər, amma bir addım da olsa geri çəkilmədilər. İş yoldaşım, teatrımızın işıqçısı, şəhid dostum Əliağa Məmmədov kimi oğulların sayəsində biz arzularımıza çatdıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə, müzəffər Ali Baş Komandanımıza cansağlığı arzulayıram", - deyə Atabəy İsmayılov vurğulayıb.

Milli.Az
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada