Əlincəqalanın qapıları turistlər üçün açıldı - REPORTAJ + FOTO

Əlincəqalanın qapıları turistlər üçün açıldı - REPORTAJ + FOTO
600 mühafizəçi ilə Əmir Teymurun 40 minlik qoşununa müqavimət göstərən, 14 il mühasirədə qalan, amma əyilməyən, bu gün isə qapılarını turistlər üçün açan “Əlincəqala”.
“Kaspi” qəzeti Naxçıvan Muxtar Respublikasından reportaj dərc edib.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər fiziki-coğrafi vilayətlərindən kəskin kontinental iqlimi ilə fərqlənir. Zəngəzur və Dərələyəz dağları ilə əhatə olunan, 3 ölkənin sərhədində yerləşən bu yurdun təmiz havası, bol günəş radiasiyası şəfa mənbəyidir.

1200-dən çox tarixi abidə
Muxtar respublikanın hər bir yaşayış məntəqəsində, hər daşında bir tarix yatır. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, Yusif Küseyr oğlu, Qarabağlar, Nuh Peyğəmbər türbələri, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Duzdağ, Batabat yaylağı, Gəmiqaya, Haçadağ zirvələri bu yurdun qədim tarixini əks etdirir, keçmişini bu günümüzə daşıyır. Təsadüfi deyil ki, muxtar respublikanı tarixi abidələr diyarı adlandırırlar. Statistikaya görə, ümumilikdə Naxçıvanda 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılıb.

Qala tipli yaşayış yerləri
Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşəbbüsü ilə 21-22 oktyabr tarixlərində Naxçıvan şəhərinə təşkil edilən media-tur zamanı bu tarixi abidələrin bir qismini görmək, bölgənin turizm potensialı ilə yaxından tanış olmaq imkanımız oldu. Ən böyük təəssüratı isə Əlincəqala yaratdı. İlk növbədə qeyd olunmalıdır ki, Naxçıvandakı abidələrin içərisində qalaların özünəməxsus yeri var. Muxtar respublika qala tipli yaşayış yerləri ilə zəngin diyardır. Bu ərazidə qalaların çoxluğunun başlıca səbəbi Naxçıvanın əlverişli coğrafi mövqeyinin, zəngin təbii sərvətlərinin, şəhər mədəniyyətinin və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların diqqətini cəlb etməsidir. Mübariz xalqın daş yaddaşı sayılan Əlincəqala da yadellilərə qarşı uzun illər sinə gərən, onlara qarşı mübarizə aparan xalqın sığınacaq, müdafiə məkanı olub.

Tarixi irsin gələcək nəsillərə çatdırılması
“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin verdiyi məlumata görə, bu tarixi abidə I-VI əsrlərə aid edilir. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Dastanda “Əlincəqala” möhkəm istehkam kimi təsvir olunur. XIV əsrin 80-90-cı illərində Əlincəqalanın Azərbaycan xalqının Əmir Teymura qarşı mübarizəsinin əsas istinadgahına çevrilməsi və 14 il mərdliklə müdafiə olunması isə tariximizin şanlı səhifələrindən biridir. 600 mühafizəçi ilə fateh Əmir Teymurun 40 minlik qoşununa müqavimət göstərən Əlincəqala Cəlairilərin, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin hakimiyyəti dövründə də öz möhtəşəmliyini qoruyub saxlayıb. Azərbaycan Atabəyləri-Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artıb, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacağa çevrilib. Naxçıvan hakimi Zahidə Xatının iqamətgahı Əlincəqalada yerləşib. Xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 11 fevral tarixli sərəncamına əsasən, “Əlincəqala” tarixi abidəsi bərpa olunub və ərazidə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılıb. 2016-cı il iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı olub.

Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə
Sözügedən muzeydə Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş olunur. Bu, qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında dolğun təsəvvür yaradır. Əlincəqalanın bərpası böyük zəhmət hesabına başa gəlib. Yaxınlıqdakı Xanəgah kəndinin, eləcə də digər yaşayış məntəqəsinin sakinləri bərpa prosesinə cəlb olunub, ödəniş müqabilində onların əməyindən istifadə edilib. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən qalanın bərpasında hər hansı texnikadan yararlanmaq mümkünsüz sayıldığından yalnız insan əməyinə üstünlük verilib. Yüklər zirvəyə doğru bəlli məsafəyə qədər atlarla daşınıb. Bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Muxtar respublikanın memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb.
[medium=left]https://cahanplus.com/uploads/posts/2021-10/1635078074_l5.jpg[/medium
10 minə yaxın əcnəbi turistin ziyarət məkanı
Əlincəqalanın zirvəsinə doğru gedən yoldakı nəhəng daş üzərində “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri əks olunub. Bu, Naxçıvan sakinlərinin öz yurduna, tarixinə bağlılığını, onu canları bahasına olsa belə qoruyub saxladıqlarını, gələcək nəsillərə çatdırdıqlarını bir daha nümayiş etdirir. Hər il 10 minə yaxın əcnəbi turistin, eləcə də ölkə vətəndaşlarının ziyarət məkanına çevrilən, Naxçıvanın əyilməzlik simvolu sayılan Əlincəqalanın zirvəsində əzəmətlə dalğalanan üç rəngli ay-ulduzlu bayrağımız isə Azərbaycan xalqının bütövlüyünü, dövlətimizin gücünü, gələcək yolumuzu göstərir.
[medium=left]https://cahanplus.com/uploads/posts/2021-10/1635078069_l6.jpg[/medium]
mənbə:oxu.az
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada