Şamil Süleymanov: “Flora Kərimova məni görən kimi için-için ağladı”

“İnanıram ki, zəfərlə bağlı film də çəkiləcək. Nəinki film, hətta əsərlər, tamaşalar da olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şamil Süleymanov deyib. Aktyor belə bir ssenaridə rol almağı və qalib Azərbaycan əsgərinin rolunu oynayacağı arzu etdiyini bildirib:
“Mən bu rolu canla-başla oynayaram. Vaxt vardı, bir-birimizə bayramları Şuşada keçirməyi arzu edirdik. İndi görün, bir ildə Şuşada neçə bayram keçirmişik. “Vaqif günləri”, “Xarı bülbül” festivalı, “Musiqi günü” və s. Nə kino, nə film? Mən Cıdır düzünə girəndə gözümə ilk dəyən Flora Kərimova oldu, məni görən kimi için-için ağladı. Getdim onu qucaqladım. Çünki həmişə deyirdik ki, vaxt gələcək, Şuşada görüşəcəyik. Flora xanım da dərhal “Cıdır düzündə” deyirdi. Şuşada xan qızı su çəkdirmişdi, hamı vedrələrlə su aparırdı evinə. İndi hansı “krant”ı açırsan, su gəlir. Vandallar dağıdıb-töküblər, nələr eləyiblər. Belə şeyləri ancaq filmlərdə görürsən. Bir yandan da baxırsan ki, komanda tikə-tikə gəlir. Bir tərəfdən 30 ildir evindən didərgin düşən Şuşa sakini heç evinin uçurulmasını gözünün qarşısına gətirmir. Gedib evinin divarlarını qucaqlayır ki, gəlmişəm, buradayam və yenə tikəcəyəm”.
Şamil Süleymanov qələbənin üstündən bir il keçməsinə baxmayaraq, hələ də həmin əhvali-ruhiyyədə olduğunu və onun sevincini yaşadığını dilə gətirib:
“Şuşa, sən azadsan!” sözü dillər əzbəridir, əsgərləri çox istəyirik, yolda bir əsgər görəndə onu qucaqlayıram, bağrıma basıram. İnanıram ki, bütün xalq belədir”.
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada