Ölkədə ilk dəfə tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb
İqtisadiyyat
Oxunub: 313
17 yan 2022 | 13:08

Azərbaycanda dövlət dəstəyi ilə təbiq edilən aqrar sığorta çərçivəsində ilk dəfə olaraq tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb.

Bu barədə “Report” Aqrar Sığorta Fonduna istinadən xəbər verir.

Məlumata görə, Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə aqrar sığorta predmetlərinin – sığortalanan bitkilərin siyahısı genişləndirilib.

Nəticədə ölkədə geniş şəkildə əkilən tərəvəz-bostan bitkiləri – noxud, yaşıl noxud, qarpız, qovun, pomidor, baş soğan, sarımsaq və kələm də sığortalanan bitkilər sırasına daxil edilib.

Aqrar sığorta qaydalarına əsasən, sözügedən bitkilər dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri kimi risklərdən, eləcə də əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən sığortalana bilərlər.

Tərəvəz-bostan bitkilərinin sığortalanması üçün sığorta tarifləri ölkənin regionları və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir. Sığorta tarifləri aşağıdakı kimidir:

- pomidor 2,12 - 4,58 %

- baş soğan 1,61 - 3,18%

- sarımsaq 1,54 - 3,02 %

- kələm 1,59 - 3,3 %

- noxud 1,95 - 4 %

- yaşıl noxud 1,95 - 4 %

- qarpız 2,17 - 4,71 %

- qovun 1,87 - 3,98%

Bununla bağlı bir neçə nümunələr təqdim edilir:

1 hektar pomidor sahəsinin sığortası:

1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 100 sentner, 1 sentner məhsulun bazar qiyməti – 40 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri - sığorta məbləği 4 000 manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 85-183 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 42-92 manatını ödəyir, qalan hissəsini dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 3 600 manat təşkil edir.

1 hektar qarpız sahəsinin sığortası:

1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 150 sentner, 1 sentner məhsulun bazar qiyməti – 10 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri - sığorta məbləği 1 500 manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 32-71 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 16-36 manatını ödəyir, qalan hissəsini dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 1350 manat təşkil edir.

Qeyd edək ki, sözügedən tərəvəz-bostan bitkiləri ölkənin demək olar ki, bütün ərazilərində həm daxili tələbatı ödəmək, həm də ölkədən xaricə ixrac üçün becərilir. Aqrar sığortanın əhatə dairəsinə daxil edilməsi bu sahədə çalışan fermerlərin məhsulları, gəlirləri və ümumilikdə biznesinin qorunmasına imkan verəcək.
Bu gün, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Bu gün, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Bu gün, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Bu gün, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Bu gün, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Bu gün, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
Bu gün, 12:52
Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
Bu gün, 12:33
Həftəsonu 54 cinayətin açılması təmin olunub
Bu gün, 12:31
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Bu gün, 12:25
Azərbaycandan çay ixracı 19 faizədək artıb
Bu gün, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Bu gün, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Bu gün, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bu gün, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Bu gün, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Bu gün, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Bu gün, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031