"Bizimkilər onları elə "mələdəcək" ki..." - Generaldan Ermənistana sərt xəbərdarlıq
Gündəm / Video
Oxunub: 322
11 fev 2021 | 10:33
"Bizimkilər onları elə "mələdəcək" ki..." - Generaldan Ermənistana sərt xəbərdarlıq


Azərbaycan və Ermənistan arasında əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov deyib ki, təyyarə ilə bir əsir Ermənistandan Bakıya, beş əsir isə Azərbaycandan İrəvana çatdırılıb. Hələlik İrəvana verilən, yaxud Bakıya qaytarılan əsirlərin şəxsiyyəti barədə rəsmi məlumat verilməyib. Ancaq əsirlərin mübadiləsindəki say uyğunsuzluğu diqqət çəkir. Xatırladaq ki, zəfərdən sonra Azərbaycan erməni tərəfə 44 əsir və girov qaytarıb, əvəzində 14 nəfəri geri alıb. Son halda da birin beşə nisbəti qeydə alındı. Bu məsələ ermənilər arasında da diskussiya mövzusuna çevrilib. Erməni politoloq Tevan Poqosyanın sözlərinə görə, son əsir mübadiləsi ona görə baş tutdu ki, Azərbaycan üçün bir Azərbaycan əsgəri ən az 5 erməni hərbçisinə bərabərdir.
Musavat.com bildirir ki, erməni də olsa, müəyyən qədər haqlıdır. Əslində bir Azərbaycan əsgəri bütöv erməni ordusundan da üstündür bizimçün. Bu mövzuda ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovla danışdıq.

- Cənab general, sizcə, niyə Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi zamanı bərabər sayı müşahidə etmirik, ermənilər daha çox əsir alır, daha az sayda azərbaycanlı əsiri qaytarır?

- Axı bizim onlarda o qədər də əsirlərimiz yoxdur. Bir də ki, qaytarılan erməni əsirləri dəqiq yoxlayırlar, görüm onların hansı cinayətləri olub, nə vəhşiliklər, soyğunçuluqlar törədiblər. Ona görə də araşdırmalar üçün müəyyən vaxt lazım olur. Yoxladıqdan sonra təhvil verilir.

- Amma Birinci Qarabağ müharibəsi zamanı 4 mindən çox əsir və girovumuz düşmən əlində qalıb. Rəsmi Bakı son zamanlar bu məsələni beynəlxalq səviyyədə yenidən gündəmə gətirib. Bəlkə 44 günlük müharibə zamanı götürülən əsirlərin qaytarılmasının qarşılığında həmin azərbaycanlılarla bağlı tələb ortaya qoyulsun?

- Doğrudur. Onları tələb etmək lazımdır. Təbii ki, onların çoxunu öldürüblər. Amma əsirlikdə saxlanılanlar, qul kimi işlədilənlər də var, mən buna şübhə etmirəm. Elə Füzulinin azad olunması zamanı bizimkilər bir nəfəri xilas etmişdi. Ermənilər həyasız insanlardır, faktları ört-basdır edirlər, özlərininkini tələb edirlər, bizimkiləri isə qaytarmaq istəmirlər.

- Deməli, siz 90-cı illərdə götürülmüş əsir və girovların arasında sağ qalanların olduğunu güman edirsiniz, eləmi?

- Yüz faiz mən ehtimal edirəm ki, onların arasında sağ qalanlar var.

- Məsələ bu şəkildə qoyula bilməzmi ki, məsələn, İrəvan bir əsir qaytarırsa, biz də bir əsiri qaytaraq?

- Sözsüz ki, burada siyasi məqamlar da var. Biz erməni kimi deyilik ki. Bizim insanpərvərliyimiz var. Həm də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir, yəqin onlarla da məsləhətləşmələr gedir. Ermənistanda da hərbi əsirlər mövzusu ilə bağlı mitinqlər, etirazlar davam edir. Ola bilər hansısa güzəştə getmək haqqında düşünürlər. Mən məsələnin siyasi tərəflərini bilmirəm.

- Sizdə məlumat varmı ki, son savaşda ermənilər bizimkilərdən neçə nəfəri əsir götürüblər?

- Yox, o məxfidir. Azərbaycan Müdafiə Nazirliyi açıqlamışdı ki, itkin düşən və şəxsiyyəti məlum olmayan bu qədər hərbçi var. Şəhid olanların bir hissəsinin şəxsiyyəti artıq müəyyən edilib.

- Adətən azərbaycanlı əsir və girovlar ağır vəziyyətdə, hətta damarlarına zərərli mayelər vurulmuş halda geri qaytarılır, ancaq Azərbaycandan Ermənistana təhvil verilənlər sağlam, gümrah şəkildə evinə dönür... Belə hallar birinci Qarabağ müharibəsi dövründə kifayət qədər olmuşdu. İndi də düşmənin əsir və girovlara münasibəti dəyişməyib, elə deyilmi?

- Haqlısınız. Onlarda insani münasibət nə vaxt olub? İşləri düşəndə isə onlar baş da əyirlər, hər şeyindən keçirlər, namusundan da, qeyrətindən də. Ancaq elə ki, bizimkilərdən kimsə tək, köməksiz vəziyyətdə əllərinə keçir, qeyri-insani münasibət göstərirlər. Əsir və girovların damarına dizel yanacağı yeridilməsini heç alman faşistləri də etmirdi.

- Azərbaycan dövləti bütün təzyiqlərə baxmayaraq, saxlanılan 62 erməni hərbçinin terrorçu olduğunu bəyan edib və onların istintaqı davam etdirilir. Onları "Hamının-hamıya" prinsipi ilə dəyişməyə çağıran erməni tərəfinə nə sözünüz var?

- Onlara sözüm budur ki, yavaş olun! Birincisi, o 62 nəfər diversiya qrupu idi, zəfər qazanılandan, döyüşlər dayanandan sonra Azərbaycan ərazisinə keçmişdilər. Sual olunur, onlar hansı yolla Qarabağa keçmişdilər? Niyə sülhməramlılar onları görmədi? Onları kim, hansı tapşırıqla göndərmişdi? Xüsusi təyinatlılar elə-beləmi gəlmişdilər? Hansı tapşırıqla gəlmişdilər, nəyə nail olmaq istəyirdilər? Bunlar cinayətkardır, hərbi əsir deyil, diversiya qrupudur və layiqli cəzalarını almalıdırlar.

- Son olaraq qaytarılan hərbi əsirlər həmin 62 nəfərlik siyahıya aid ola bilərmi?

- Yox, inanmıram. Ola bilər ki, kimsə çoban kimi həmin dəstə üzvlərinin dalınca gəlib, ya yol göstərib. Kiminsə cinayət məsuliyyəti az ola bilər. Amma mən inanmıram ki, həmin 62 nəfərdən kimsə buraxılsın. Çünki bu barədə ölkə Prezidenti də çıxışlarında bir neçə dəfə deyib. Onlar terrorçudur. Müstəqil dövlətin ərazisinə qanunsuz daxil olublar, terror aktları törədiblər.

- Cənab general, Ermənistan bundan sonra Qarabağa əsgər göndərməyəcəyini də bəyan edib...

- Kül onların başına. Onlar əvvəldən bunu etməməliydilər. İndi Qarabağdakıları, oradakı qalıqları da çıxarıb aparsınlar. Ermənilər bilirlər ki, onların hərbçilərinin burada qalması ilə ölmək ehtimalı birə yüzdür. Unutmasınlar ki, ikinci zərbə birinci zərbədən dəhşətli olacaq. Əgər onlar yenidən hər hansı təxribat fikrinə düşərlərsə... Onlarda şübhə də yoxdur ki, bizimkilər ikinci zərbəni endirə bilərlər. Addım-addım bütün meşələr, dağlar, dərələr hamısı təmizlənəcək.

- Ermənilər neçə aydır döyüş meydanında meyitlərini axtarırlar. Düzdür, Azərbaycan və Rusiya hərbçiləri də axtarış qruplarını müşayiət edir. Ancaq mümkündürmü ki, ermənilər meyit axtarmaq adı altında getdikləri əraziləri minalasınlar, bizə qarşı yeni qəsdlər təşkil etsinlər?

- Əgər bizimkilər icazə verirsə, onların hər addımı, hər bir fəaliyyəti nəzarət altındadır. Əgər onlar Xankəndindən hansısa istiqamətə gedirlərsə və deyirlərsə ki, meyitləri axtarırıq, deməli, bizimkilər də onların yanında olur, monitorinq qrupunun hər iki dövlətinin nümayəndələri də. Onlar heç bir artıq hərəkət edə bilməz, meşəyə girəndə də, meyitləri çıxarıb aparanda da yoxlanılır ki, meyit onlarındırmı, ya yox.

- Ermənilərin basdırdıqları minalar səbəbindən hərbi və qeyri-hərbi itkilərimiz də artır. Bu fəlakəti necə durdurmaq, minimuma endirmək olar?

- Müharibənin qurtardığı ilk gündən mən demişəm ki, ən təhlükəli, görünməz düşmən minalardır. Mina nə polkovniki, nə sıravini, nə bizimkini, nə düşməni tanımır. Kim tapdayırsa, partlayır. Bizdə də maraq var, gedim, baxım, görüm kəndimizdə nə var. Amma mina doludur. Ağdam, Füzuli istiqamətində, Kəlbəcərin dağlarında minalar dolu deyilmi? Füzuli, Cəbrayılın girəcəyi ön xəttən çox arxada idi, amma möhkəmləndirilmiş rayonlarda nə qədər minalar var idi. Yaxud Kəlbəcərdən, Laçından çıxan hansı erməni əsgər və zabiti özündəki, ya anbardakı minaları özləri ilə Ermənistana aparıb? Onların hamısını gözlənilməz yerlərdə basdırıblar. Son santimetrinədək oralar yoxlanılmasa, heç kimi sərbəst şəkildə ərazilərə buraxmaq olmaz. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən qəti şəkildə bildirilib.

- Necə bilirsiniz, minaların xəritəsi onlarda varmı və onları tələb edib, ala bilərikmi? Ümumiyyətlə, onlarda xəritə varmı, sizcə?

- Ən "bardak", zəif ordunun durduğu müdafiə xəttində minalanmış sahələrin xəritələri olur. O məxfidir, hərbi hissələrdə saxlanılır. Mən yüz faiz bilirəm ki, onlar o xəritələri verməyiblər. Düzdür, orada özbaşınalıq da kifayət qədərdir, kim harada istəyib, orada mina basdırıb. Yaxud harada ağac kəsiblərsə, orada mina basdırıblar ki, bizimkilər gedib orada bərpa işi aparanda, ya nə isə tikəndə minaya düşsün. Amma biz onlardan minalanmış ərazilərin xəritələrinin hamısını tələb etməliyik. Onların nümayəndələri gəlməlidir, monitorinq qrupunun müşayiətilə deyilməlidir ki, xəritələr budur, yaxud minaları bir-bir göstərməlidirlər. Ancaq onlar həyasız şeylərdir. Onlar bu addımı atan alçaqdırlarmı?

- Politoloq Tevan Poqosyan həyasız bəyanat yayaraq iddia edib ki, Azərbaycanı güzəştlərə vadar etmək üçün 400-500 əsgəri əsir götürməliyik. Erməni tərəf belə bir təxribata cəsarət edə bilərmi?

- Heç ağlınıza da gətirməyin. Qələt edərlər belə addım atarlar. Heç bir dənə də bizdən əsir götürə bilməzlər. Əgər onlar bir hərbçimizi əsir götürməyə cəhd göstərərsə, bizimkilər onları elə mələdəcək ki, indiyə qədər baş verənlər toya getməli olacaq.
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
27-04-2026, 10:36
Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib
27-04-2026, 10:31
Amnistiya aktı 22 min 935 şəxsə şamil edilib
27-04-2026, 10:28
Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu olub
27-04-2026, 10:26
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
24-04-2026, 12:37
Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib
24-04-2026, 12:34
Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
24-04-2026, 12:26
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
24-04-2026, 11:56
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək
24-04-2026, 11:48
Bəzi yerlərdə külək arabir güclənir, duman müşahidə olunur
24-04-2026, 11:42
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
21-04-2026, 17:50
MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …
21-04-2026, 12:37
Startaplar üçün İnnovasiya və Startap müsabiqəsi elan olunub
21-04-2026, 12:36
Biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
21-04-2026, 12:34
Deputat: Regionda baş verən gərginliyə baxmayaraq ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edəcək
21-04-2026, 12:30
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib
21-04-2026, 11:03
ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031