TOLERANTLIQ GÖZƏL HİSSDİR ANCAQ ƏDALƏTDƏN ÜSTÜN DEYİL VƏ ONU VURUB KEÇMƏMƏLİDİR!..
Gündəm / Elm və təhsil
Oxunub: 21
23 fev 2026 | 16:39


Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
şöbə müdiri


Hörmətli oxucum!
Bilirəm, maraqla “ANONS, ANONS...” yazımın “tamını” gözləyisiz. Bəli, xeyli gecikdi. 14 gün. Ancaq bu arxada qalan günləri çox məşğul və səhhət problemləri ilə keçirdim. Bəlkə heç indi də belə ağır mövzu ilə gərginləşməməliyəm. Ancaq yox, geciksəm və ya heç yazmasam, geri çəkildiyim kimi düşünülər...
Beləcə, start verirəm ANONS, ANONS yazımın “tamamına”.
“Tamama” başlarkən, əvvəlcə, mütləq qeyd etməliyəm ki, “ANONS, ANONS...” yazımda mənim AMEA Prezidenti, akademik İsa Həbibbəyli haqqında fikirlərim bir az düzgün qarşılanmayıb. Xırdalıqlara getmədən bildirirəm ki, mən öz yazdıqlarıma mahiyyəti etibarı ilə sadiqəm, sahihəm. Çünki “uman yerdən küsərlər”, misalımız var. Belə düşünürəm, mövqeyim də budur: TOLERANTLIQ GÖZƏL HİSSDİR ANCAQ ƏDALƏTDƏN ÜSTÜN DEYİL VƏ ONU VURUB KEÇMƏMƏLİDİR!..
İndi isə bu mövqeyim kimi doğru olan, gerçək olan düşüncələrimə AMEA Prezidenti, akademik İsa Həbibbəyli ŞƏXSİYYƏTİ, onun şəxsən mənə münasibəti haqqında düşüncələrimə keçid alıram. Yazımın bu hissəsi mənim tarix üçün arxivimin əsas səhifələri kimi də mühümdür. Mən bunları mütləq yazmalıyam. Yazmasam, İlahi ədalət qarşısında əskilərəm. Ona görə də bu hissədə “format” əsas deyil. Hansı həcmdə olur-olsun, fikirlərimi bölüşəcəyəm.

Beləcə, AMEA Prezidenti, akademik İsa Həbibbəyli mənim bu saytda və həmçinin Facebook sosial şəbəkəsində bir çox statuslarımda açıq bildirdiyim kimi əsl mənada elm, alim dostudur. Bunu görüb-eşitdiyim başqalarına qarşı münasibətindən də bilirəm, öz həyatımdan da.
İsa müəllimin xarakterində həqiqi mənada el ağsaqqalı düşüncəsi tam şəkildə dolğun ifadəsini tapıb. Bəzən sözü, bəzən sükutu ilə öz ağsaqqal mövqeyini bildirir. Münasibətlərdə əsas həyat prinsipi qarşılıqlı hörmət, səmimilik, mehribanlıq, həmrəylikdir. Tövsiyyəsi səbri, dözümü ehtiva edən deyimimiz - “Hövsəli olmaq”-dır. Mən bu hamı üçün “əlçatmaz” olan keyfiyyətlə bağlı onun mövqeyinə şer də yazmışam...
İsa Həbibbəyli, daim, həmişə hər alim üçün həlli asan olmayan məsələləri çox adi iş kimi həll edir. Bilmirsən o qərarı anidən verir, yoxsa ki, fikirləşib, planlaşdırıb bunu. İsa müəllim, köhnə kişilər ki, fikir olsun, şikayət, - nə məzmun olur-olsun, dinləməyə üstünlük verir, Cavabı isə düşünülmüş, ölçülüb-biçilmiş olur. Şəxsən mən həqiqəti dediyim halda onun reaksiyası ya heç olmur (baxışları divarda bir nöqtəyə sancmaqla sükut) və ya ümumi tolerant fikir olur.
Əsərlərimin redaktəsi ilə bağlı bir neçə dəfə qəbulunda olduğumda müzakirələr zamanı ədəbiyyatşünaslıq sahəsi kimi tarixi, dilçiliyi, fəlsəfəni, siyasəti dərindən biliyinin şahidi olmuşam. Az danışan İsa müəllim, lazım olduqda fikrinin təsdiqi üçün elə tutarlı dəlillər gətirir ki, həm ipə-sapa yatmayan tədqiqatçı prinsipallığı yumşalır, həm də akademikin akademik səviyyəsi sevindirir.
Isa Həbibbəyli qarşısındakı alimə nəyi isə sübut etmək üçün prezident kürsüsü rejim totallığından istifadə etmir, müşahidələrimə əsasən deyə bilərəm ki, ümumiyyətlə, bu yüksək məmur heç bir yerdə AMEA prezidenti olduğunu sfetaforların qırmızı işıqları kimi qabartmayır.




Etiraf etməliyəm ki, AMEA Prezidenti İsa Həbibbəyli 2017-ci ildən bu günə kimi mənə qarşı elmə, alimə yüksək elm məmur münasibəti göstərib. Həmçinin ağsaqqal, “böyük” missiyasını yerinə yetirib. Kapitalist mənəviyyatın – Allahın ərmağanı savada paxıllığın, kreslosunu qorumaq üçün repressiyaların hökm sürdüyü zamanda, məkanda Allahdan başqa heç kimi olmayana sahib çıxmaq nə deməkdir, müdriklər bilirlər!.. O, mənim fədai zəhmətimi, şəffəv fəaliyyətimi heçə sayanlara “görk” məni dəfələrlə dəyərləndirib!.. Məsələn, o, mənə elmi fəaliyyətimdə dəfələrlə “yaxşılıq” edib. Siyahi xeyli uzundur. Əslində o, İsa müəllim Həbibbəyli olmasaydı “Heydər Əliyev siyasəti: Milli Dövlət, Vətəndaşlıq, Mənəvyyat” (adı özü qoyub, Ön sözü yazıb, çap edib, təqdimat keçirib), “Heydər Əliyevin Böyük Siyasət Yolu”( mənim “Heydərizmim” - yenə “adda” böyük redaktə ona məxsusdur, Ön sözü yazıb, çap edib, təqdimat keçirib), Azərbaycan dilində “Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi baxışları” (Ön sözü yazıb, çap edib, təqdimat keçirib) monoqrafiyaları, “Əbədiyaşar bəşəri fəlsəfə Dialoq”, “Ulu öndər Heydər Əliyev siyasətinin müdriklik gücü” və s. kimi çox əhəmiyyətli kitablar meydana çıxmaz, mən bəlkə ciddi repressiyadan depresiyaya düşüb məhv olardım!.. Bəli, bəli, bu reallıqdır! İsa Həbibbəyli olmasaydı, “pambıqla baş kəsənlər” səcərəsindən olan “məlum(n)lar” çoxdan məni ya “arxivlik”, ya məzarlıq (bir gün bu fikrimə sübutlarla dolu bir yazı yazacağam!) etmişdi!..
Həmçinin İsa müəllim məni şöbə müdiri tövsiyyə edib, Qrant layihəsinə daxil edib. “Yadından çıxarmaq istəyiblər”, İti məntiqi ilə “maniyəni” aradan qaldırıb! O mənə dəfələrlə təltiflər – diplomlar, tərifnamə, təşəkkürlər verib. İsa müəllim mənim dəfələrlə xaricə Ezamiyyəyə getməyimə maddi və mənəvi dəstək olub. Hətta o mənim ölkənin nüfuzlu Tərəqqi medalına təqdimatımı həyata keçirib.
Mən də - hamıdan artıq işləyib, heç bir diqqət, hörmət görməyən, repressiya burulğanında boğulan mən “kimsəsiz” alim də inanclı xarakterimlə AMEA Prezidenti İsa müəllimin bu fövqəladə münasibətinə görə, çoxsayda qayğısına üçün ona Duaçı olmuşam və bu son nəfəsədək mənimlə olacaq “borclu” hissidir.
Dərindən yanaşanda hörmətli AMEA Prezidentinin mənə “diqqətini” ədalət hissinə vurub, ondan “məni” çıxsaq yerdə onun xalqın elmi təfəkkürünə xidməti, başqa cür desək, onun mənim elmi fikrimizin inkişafına faydama diqqəti qalacaqdır ki, bu ona tac, mənə qaxanc üçün əsas olmayacaq ştrixdir.
Beləcə, onun imanlı, nəcib xarakteri mənə uşaqlıqdan eşitdiyim, ancaq anlamadığım, “64-də” artıq dərk etdiyim “imam-peyğəmbər” cizgilərini xatırladır. Birinə, onuna, artıq yüzlərinə təmənnasız yaxşılıq etməsi, ruhun gücü ilə yaradan qüvvələrə o ilahi qüvvəni əsirgəməməsi, həmçinin də, bir vaxt gələcək, özündən əvvəlkilərlə müqayisə olunaraq inter tarix qədər xüsusi qiymətlənəcək xüsusiyyəti - elm yolunda ömrünü qurban verməsi İsa müəllimin “imam-peyğəmbər” xislətini ifadə edir.
Ancaq İsa müəllimdə sərhədsiz tolerantlıq keyfiyyəti var. Mənə görə bu keyfiyyəti “hər şeyi” olmasa da çox şeyi alt-üst edir və belədə müqəddəq haqq-ədalət hissi qalın duman içinə düşüb büzüşmüş, məzlum görünür.
Mən ANONS, ANONS yazımda bu son fikirlərimdən çıxış edib (təkrara ehtiyac yoxdur!..) həmin iddiamı sətirlərə köçürmüşdüm. Iddiamın əsas məğzi o idi ki, mən 28.01.2016-cı il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasında institututun direktor, - Elmi Şuranın sədri İlham Məmmədzadə, EŞ-nın elmi katibi- Sevinc Həsənova, səsvermə komissiyasının sədri Məhəmməd Cəbrayılov və üzvləri – Arif Bünyadzadə və Günel Məlikli tərəfindən baş verən ciddi qanun pozuntuları haqqında AMEA RƏHBƏRİ VƏ DİGƏR ÜST QURUM RƏHBƏRLƏRİNƏ ŞİKAYƏT ünvanlamışdım. “Əlçatmazlar” heç, bizim “ailənin – aləmin” böyüyü Prezident İsa Həbibbəyli xarakterik TOLERANTLIQ amalına sadiq qalaraq əslində qanun və vicdan baxımından ciddi olan məsələyə heç bir reaksiya bildirməmişdi ki, bunun bir aydın izahı var - biganəlik, tərəfkeşlik.
Tolerantlıq nəyə istəsən, lap hər şeyə qarşı ola bilər. Ancaq İsa Həbibbəylinin özünün də bağlı, sadiq olduğu Dövlətçilik mövqeyinə qarşı yox! Dövlətçilik mövqeyi məsələsində hətta saxtakarlıqlara göz yummaqla tolerantlıq göstərmək, doğurdan ağlasızmaz hadisədir. Həə, mən də elə bundan çıxış edərək ANONS! ANONS! İSA HƏBİBBƏYLİYƏ ÇƏTİR TUTMAQ NƏ CİNAYƏTDİ, NƏ QƏBAHƏT! ƏSL MƏSƏLƏ ONUN ULU ÖNDƏRƏ - HEYDƏR ƏLİYEVƏ HÖRMƏTSİZLİK, ETİBARSIZLIQ EDƏN SAXTAKARLARA, MASKALILARA “ÇƏTİR TUTMASIDIR”- iddiamı mediada və Facebook sosial şəbəkəsində işıqlandırmışdım.

İndi hadisəninn üstündən 14 gün keçib, özümə sual verirəm, yazdıqlarından peşmansanmı? əsla, -cavbı alıram. Çünki İsa müəllim bu günə qədər bir ucu biganəliyə bağlı olan, - düzgün adamın yanında olmamaq kimi öz tolerantlığına sadiq qalaraq nə baş vermiş ciddi qanunsuzluğa səbəb olmuş şəxsləri cəzalandırıb, nə ləğv etmək səlahiyyəti olduğu həmin saxta Elmi Şura Qərarlarını ləğv edib, nə də mənə qanuna müvafiq surətdə nəinki əsaslandırılmış (bu mümkün deyil!..), heç elementar – quru bir cavab da verməmişdir.
Ona görə də mən ANONS, ANONSun tam yazısında məsələnin təfərrüatlarını aydın şəkildə işıqlandırmaqla dağlar, qayalar kimi içdən məhv olan AMEA-nın “işemiya” siptomlarını diqqətə çatdıracağam.
Belə ki, 28.01.2026-cı il taixdində Fəlsəfə və Sosiologiya institutunda Elmi Şurasında Azərbaycan Respublikasının bir sıra nominasiyalar üzrə Dövlət Mükafatına bu institututun alimlərinin təqdim etdikləri əsərlər səsverməyə qoyuldu və konkret olaraq AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Şipringer nəşriyyaında çap olunmuş “Sufi fenemonologiyası”, mən 2024-cü ildə AMEA-nın naliyyəti kimi AR Nazirlər kabinetinə təqdim olunmuş, Azərbaycanda və Türkiyədə təqdimat mərasimləri keçirilmiş, ölkədə bu istiqamətdə ən son və fundamental monoqrafiya olan "Heydər Əliyevin Böyük Siyasət Yolu" (Bakı.Elm-2024. 684 səh. Elmi məsləhətçi və önsözün müəllifi AMEA-nın prezidenti İsa Həbibbəylidir) əsərimlə və daha 2 elmlər doktoru –Adil Əsədov və Ramilə Dadaşova əsərləri ilə həmin səsvermədə iştirak etdik. SƏSVERMƏNİN nəticələri açıqlandı və məlum oldu ki, iştirak edən Könül Bünyadzadəyə 8 lehinə, Adil Əsədova 6 lehinə, Ramilə Dadaşovaya 3 lehinə, mənə isə 1 lehimə səs verilmişdir.

Bu vaxt şöbə müdiri, prof. Rəna Mirzəzadə yerindən bildirdi ki, “mən Xatirə Quliyevanın Lehinə SƏS vermişəm”. Onun ardınca saxtakarlığı etmiş direktor və elmi katibə lap yaxınlıqda oturmuş şöbə müdiri, prof. Sakit Hüseynov Rəna Mirzəzadə kimi aydın səslə “mən Xatirə Quliyevanın Lehinə SƏS vermişəm”, - dedi.
Belədə mən direktora – Elmi Şura sədri İlham Məmmədzadəyə və onun “belə işlərdə” xüsusi “TƏYİNATLISI” Məhəmməd Cəbrayılova “bülliitenləri verin, görüm mənə daha kimlər səs verib” – tələbimi ünvanladım.
İlham Məmmədzadə Məhəmməd Cəbrayılovun əlindəki büllitenləri ondan dərhal istəyib aldı və gözqırpında baxıb, nə gördü, nə görmədi, bilmirəm, “həə, saxtakarlıq olub, yenidən SƏSvermə keçiririk”,- dedi və Rəna Mirzəzadənin “mən ekspertizaya da hazıram”, sözü məni həyəcanlandırdığı üçün iclasa gətirdiyim 5-6 kitabımı da elm yolunda iflic olmuş sağ qolumun üstünə yığıb zaldan çıxdım. 1 neçə dəqiqə sonra açılan liftdən çıxan şöbə müdiri, dosent Faiq Ələkbərov məndən vəziyyəti soruşdu. Ona təxminən bu məzmunda - “heç nə, mənim lehimə 1 səs verilib”, -dediyimdə o, şəstlə, “yox, Xatirə xanım, mən Sizə Səs vermişəm”- irad dolu fikrini bildirdi. Mən ürəklənib zala qayıdıb, bunu da bildirdim. Orda olan Azər Mustafayev də mənalı tərzdə “mən Səndən əlavə, bilirsən də kimə Səs vermişəm”, -dedikdə, mən hamının eşidəcəyi tonda – “əsərlərim övladlarımdır, Allah onlara əlini uzadanın övladları ilə bilsin”, - deyib zalı tərk etdim. Bu dəqiqə də fikrimdə sabitəm! Haqqımı bu və digər işlərdə taptalayanların bəlasını, faciəsini Allhadan daim istədiyimi bəyan edirəm. Əsərlərim də övladlarımdır, bəli, onlara qarşı Allahsızlığın cəzasını Allahın gecikdirməməsini diləyirəm!
Hörmətli oxucum!
Bura qədər yazdıqlarımdan məlum olduğu kimi deməli, mənim LEHIMƏ faktiki olaraq özümdən başqa 4 EŞ üzvü səs verdiyi halda direktor – EŞ sədri də SAXTAKARLIQ OLDUĞUNU DİLİ İLƏ (çox demirəm, 1 damcı ləyaqəti olan var, danmaz!..) Etiraf və yenidən SƏSvermə elanı etdiyi kimi SƏSlərim oğurlanmış və davamda daha da dəqiq faktlarla sübut olunacaq ki, direktorrun özmarağına görə mənim yaradıcı nüfuzuma xələl gətirilmiş, mən heç, səsverməyə təqdim etdiyim 2024-cü ildə AMEA-nın naliyyəti kimi AR Nazirlər kabinetinə təqdim olunmuş, Azərbaycanda və Türkiyədə təqdimat mərasimləri keçirilmiş, ölkədə bu istiqamətdə ən son və fundamental monoqrafiya olan "Heydər Əliyevin Böyük Siyasət Yolu" (Bakı.Elm-2024. 684 səh. Elmi məsləhətçi və önsözün müəllifi AMEA-nın prezidenti İsa Həbibbəylidir) əsərim, o da heç, Ulu Öndər Heydər Əliyev ruhu və Ümummilli Lider statusuna hörmətsizlik edilmişdir.
Buyurun, İnsititutdakı qeyri-dövlətçiliyi, Ulu Öndər Heydər Əliyevin ruhu və Ümummilli Lider statusuna hörmətsizliyi, eyni zamanda EŞ adından Saxtakarlığı sübut etmək üçün diqqətinizə daha bir tutarlı faktı çatdırıram. Belə ki, Səsverməyə təqdim olunmuş 4 əsərdən biri də - Ramilə Dadaşövanın kitabı da Ulu Öndər Heydər Əliyev irsi kontekstində və həqiqətən aktual mövzuda əsər idi. Nə oldu, hər ki dövlətçilik mövqeli əsəri niyə EŞ üzvləri qiymətləndimədi?! Yox! Qiymətləndirməyə, hərfi mənada düzgün Səsverməyə məhz İlham Məmmədzadə elə bu cür (qabaqda onun fəaliyyətinin tərəflərindən tutarlı faktlarla “çıxışım olacaq”) qanunsuzluqları bacardığına görə 2 Şuranın elmi katibi kimi fəaliyyət hökmünü verdiyi Sevinc Həsənova, hətta Dilarə Müslimzadə ilə bərabər zalda – səslərin sayılması prosesində təxminən 1 saata kimi dayanıb, sədrə təlimatlar verməsi ilə mane olmuşdur.
Onu da qeyd edim ki, həmin gün mənim “Azərbaycan modernizmi.Fəlsəfi etika, İdentiklik məsələləri” monoqrafiyam YEKDİL SƏSLƏ çapa tövsiyyə olundu. Bundan başqa, 1 ay əvvəl Professorluğa (11) çox səslə tövsiyyə olunduğum halda necə oldu ki, bu SƏSVERMƏDƏ özümdən başqa 1 SƏS də verilmədi?! Dəqiqdir bu,- “maskalı”, çox hiyləgər Sevinc Həsənova Səslər sayılırkən məhz bunun üçün içəridə idi!..
Əziz oxucum!
Elmi Institutlarda, o cümlədən, Fəlsəfə və Sosiologiya institutunda saysız-hesabsız üzvləri olan YAP təşkilatı var, Bu baxımdan EŞ-da da YAP-ın xeyli üzvü var. O ZAMAN niyə bu üzvlər YAP ideyalaına sədaqətsizlik etmişlər?! YAP öz yerində, axı dahi Heydər Əliyev AMEA-nı qoruyub saxlayan şəxsiyyətdir. Ölkə Prezidenti cənab İlham Əliyev bu gün yüksək məmurlarının bəziləri üçün cinayət işi başladıldığı vəziyyətdə belə AMEA –nı bağlamırsa bu Heydər Əliyevin vəsiyyətinə sadiqliyinin ifadəsidir. Bəs Fəlsəfə və Sosiologiya institutunda belə etibarsızlıq, sədaqətsizlik nə deməkdir?!

Bu da həqiqətdir ki, Ramilə Dadaşovanın həmin əsərindən EŞ üzvlərinin məlumatı belə yox idi. Deyə bilərlər, görməmişik, bilmirik və SƏS verməmişik. Könül Bünyadzadənin təqdimatda Şpringirdə çap olunduğunu bildirdiyi əsərindən də, Adil Əsədovun əsərindən də EŞ üszvlərinin xəbəri yox idi. Bircə mənim əsərimin həm ölkədə, həm Türkiyədə yüksək səviyyədə təqdimat mərasimləri keçirilməklə əsər geniş ictimaiyyətin diqqətinə verilmişdi.

Məsələnin ən təsirli tərəfi – niyə Heydər Əliyev medalını daşıyan direktor, institutun direktor müavini - Heydər Əliyev şöbəsinin müdiri, Heydər Əliyevin səfir kimi bir neçə ölkəyə səfir göndərdiyi, fövqəladə və (hətta) səlahiyyətli səfir titulunun sahibi Eynulla Mədətli, Heydər Əliyev, İlham Əliyev dövlət siyasətindən yazan, sürəkli təltiflənən, fakt – bu mövqeyinə görə şöbə müdiri təyin olunmuş Günel Məlikli niyə Heydər Əliyev haqqında olan əsərlərə səs verməyib?! Beləcə, çoxları Heydər Əliyev haqqında kitablara guya səs verməyiblər.

Həqiqət isə bunu demir. Yəni, hamının “çörəyi dizinin üstündə deyil”... Budur mənə SƏS vermş prof. şöbə müdirlər – Azər Mustafayev, Sakit Hüseynov, Rəna Mirzəzadə 4 nüsxədən ibarət Bildiriş sənədini imzalamaqla həqiqəti sübut ediblər. Faiq Ələkbərov həmin imzalama günlərində xaricdə idi. Indi iş günü deyil, o da ümidvram ki, vicdan, ləyaqət hissi ilə imzalayar.




Həə, bir məsələni xüsusi ilə qeyd edim ki, mənə saxtakarlığın, qanunsuzluğun nümunəsi olan həmin EŞ iclasından sonra Çıxarış sənədi verildi ki, burada növbəti 2 saxtakalıq - əslində əsl İlham Məmmədzadə - Sevinc Həsənova ictimai saxtakar cütlüyünün siması olan qanunsuzluqla qarşılaşdım. Bunlardan biri, onların 2-ci Səsvermənin mənim narazılığıma görə keçirildiyini yazması, 2-cisi, Səsverməyə Könül Bünyadzadənin 2-cildliyinin təqdim olunması haqqındadır. İddiaçı çıxışında açıq şəkildə Şpringer nəşrini təqdim etiyini, bunun günün tələbi olduğunu dediyi halda, xeyir ola, 2-cildlik yazılıb?! Yəqinki, bu “dəyişiklik” Şpringer nəşri -ingilis dilində olan həmin kitabı heç kimin nəinki oxumaq, heç görmədiyi ilə bağlıdır, “boşluğu” aradan götürüblər. Ancaq “Qoğal” nağılı misalı, hara qaçaqlar?! Hələ eşitmişəm ki, bu Çıxarışda yazılmış bu 2 cildlik kitab keçən il Şərqşünaslıq institutundan Dövlət mükafatına təqdim olunubmuş. Əgər belədirsə, bu kitabı yenidən təqdim etmək qaydalara ziddir. Həə, bu da bir saxtakarlıq və səslərin hesablanmasındakı rəqəmlərinin çirkin “özmaraq” sübutu!..
Bundan başqa, başda akademik İsa Həbibbəyli olmaqla bütün EŞ sədrləri bilirlər və bilməlidirlər ki, onların sədrliyi ilə qəbul edilmiş Qərarları onların sədrliyi ilə Ləğv etmək olmaz! Bu baxımdan İlham Məmmədzadənin vəsatət verilməsinə maraqlı olduğu Könül Bünyadzadənin Lehinə cəmi 8 SƏS, yəni SƏSlərin 3/2-ni (12, 13 səs Lehinə olmalı idi!) yığmadığını bildikdə, xüsusi saxtakarlıqla YENİDƏN SƏSVERMƏ keçirmə planı büsbütün qanunlara ziddir. Həmçinin məni “narazı olan” göstərməklə YENİDƏN SƏSVERMƏ keçirməsi absurd bir şeydir. Yaxşı, faktdır ki, özün öz qərarını ləğv etmisən. Hanı o Qərar?! Mən məhkəmə üçün bu Qərar daxil, bütün sübutları istəmişəm. Büllitenləri, Zalın və qarşısındakı kolidorun vidio görüntülərini. Yalnız Çıxarış verildi. Çünki qorxurlar...
Mən bir SƏSƏM! Mən narazı olsam, 20 Elmi Şura üzvü razı olsa belə, sədrin TƏKRAR EŞ keçirməyə ixtiyarı yoxdur. Zatən hər EŞ Qərarından kim isə narazı olur və təbii haldır. Digər bir məsələ, mənə verilmiş SƏSLƏR düz sayılmamışdısa yenidən saydırmaq olardı.
Beləcə, mən bəhanə idim və sədr özünün “keçməsinə” maraqlı olduğu Könül Bünyadzadənin üstünlüyü üçün Yenidən SƏS vermə keçirmişdir. Mən artıq iştirak etmirdim. Baxın, büllitenlər o qədər çox idi ki, onları yenidən paylayıblar ki, bu da bir qanunsuzluqdur. Yəni Büllitenlərdən iştirak etməyən adamın – mənim əsərim çıxarılmalı olduğu halda çıxarılmayıb və Çıxarışda utanmazcasına 1 SƏS də yığmadığım yazılmışdır. Bu qanunsuzluğun açıq təsdiqidir.
Bundan da sonra daha bir qanunsuzluq – AÇIQ SƏSVERMƏ olub ki, bu artıq elmi sistemdə meşə cəmiyyəti qaydalarını ehtiva edərək qanunlara hörmətsizliyin pik nöqtəsidir. Belə qanunçuluq yoxdur. SƏSvermələr GİZLİ keçirilməlidir!
Konkret olaraq Elmi Şura sədri İlham Məmmədzadə Könül Bünyadzadənin 1-ci SƏSVERMƏDƏ 3/2-Nİ YIĞMADIĞINI GÖRÜB NÖVBƏTİ SƏSVERMƏNİ KEÇİRİR VƏ BUNDA DA Könnül Bünyadzadənin 3/2 YIĞMADIĞINI GÖRÜB ifrat dərəcədə səlahiyyətlərini aşaraq onun məsələsini AÇIQ SƏSVERMƏYƏ qoyur. Bu cinayətdir – bu bezobraziyadır. Nə olsun?! İlham Məmmədzadə belə istəyir. İsa müəllim də Tolerantliq edir! Ver məhkəməyə, hakimlər maraqlı şəxslərin özlərinin, tapşıranlarının təsiri ilə qanunları, haqq-ədaləti acımasızcasına taptalayacaqlar! Yenə ver üst məhkəmələrə, yenə eyni vəziyyət!..
Digər məsələ, AÇIQ SƏS vermə mümkün idisə, mənim üçün də, elə digər iddiaçılar üçün də təşkil olunaydı. Baxın bu da sədr İlham Məmmədzadənin, səslərin sayılması vaxtı içəridə 1 saata qədər olan elmi katib Sevinc Həsənovanın öz maraqlarında olan iddiaçıya görə hər cürə fırıldağa hazır olduqlarını göstərir.
Hörmətli oxucum!
Bir ciddi məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, bu EŞ-da elm mühitinə yaraşmayan olay oldu. ...EŞ üzvü, fəlsəfə elmlər doktoru Afaq Əsədova iclasın ikinci SƏSverməsi üçün hazırlıq vaxtı zala gəldi.Çox xəstəhal və əsəbi idi.onu tanıdığım azı 30 ildə ilk dəfə əsəbiliklə danışan görürüdüm. O, İlham Məmmədzadəyə niyə belə bir məsələnin (Dövlət Mükafatına vəsatət) gizlədldiyini irad tutdu və bundan sonra Könül Bünyadzadəni tənqid etməyə başladı. Diqqət edin, Afaq Əsədova loru desəm, “istədiyi tənqidi, təhqiri edir”, sədr İlham Məmmədzadə onu dayandırmır. Dəqiqələrin içində kişi-qadın, yaşlı-cavan alimlər pis-pis sözləri eşidirlər. K.Bünyadzadə zaldan çıxır. İ. Məmmədzadə isə əsəbindən bir dəqiqəyə infarkt, insult keçirəcək Afaq Əsədovanın sözünü bir dəfə kəsmir. O susduqda ona “niyə qışqırırsan?!”- deyir, vəssalam. Əsəbləşb, haqqını istəyir. Bu bəllidir, uyğunsuz “çıxışa” sona qədər imkan verilməsi müəmmalıdır! Buna “dövşana qaç, tazıya tut”- deyərlər...
Mən burada müstəqillik hüququma sadiq qalaraq Könül Bünyadzadəyə Afaq Əsədovanın “tənqidlərindən” biri barədə öz mövqeyimi bildirmək istəyirəm. Bu Könül Bünyadzadənin “hər şeyə” (həm də) Qanlı 20 yanvar hadisələrində şəhid olmuş gəncəcik qardaşı Ülvi Bünyadzadəyə görə nail olması ilə bağlı məsələdir. Hamı razılaşar, qardaşımızın barmağına tikan batsa ürəyimizə batmış kimidir. Mənim də elə Ülvi yaşda, elə Ülvi kimi çəlimsiz Rövşən qardaşım elə Qanlı 20 Yanvar hadisələrində Prezident Aparatının qarşısında tanklar hərəkətə başlayanda yayılan səsdən həyəcanlanıb qaçan kütlənin ayaqları altında qalmışdı və ürəyi bərk əzilmişdi. Montində Bağırov mostunun düz yanındakı həyətimizdə Təcili yardım yerləşirdi, indi də var. Mən bacı, fövqəladə vəziyyət elan olunmasına baxmayaraq binamızdan çıxıb təcili yardıma getmişdim və 1 dənə həkim yox idi, hərbiçilərdi. Onlardan həkim təələb etdim. Bu nə deməkdir,anlaşılandır... Bu baxımdan mən bu məsələdə Könül Bünyadzadəyə nə dəstək olunub, o “nə qazanıb” haqqıdır. Dövlətin şəhid aləsi statusuna ehtiramla yanaşıram. Biz şəhidlərimizə borcluyuq. Onların ruhunu sevindirmək müqəddəs işdir. Dövlət də bütün şəhid ailələri kimi Könül xanımın da, yaxın ailə üzvlərinin də müvafiq istəklərini həyata keçiribsə,mən neytralam.
Əlbəttə, onun fəaliyyətdə, elmdə “zirvəyə” ucalmasının təbii olmadığın kim isə düşünür və bundan narazıdır, onlara da zidd deyiləm, öz hüquqlarıdır. Bu işlərdə onun özünün şüurlu, vicdanlı yanaşma bucağı ayrı məsələdir. Həmçinin o hesab edir ki, bu böyük intibahda şəhidimizin “təsiri” yoxdur, bunla tam razılaşmasam da da etiraz da etmirəm. Ancaq 28.01.2026-cı il tarixdə Fəlsəfə və Sosiologiya institutunun EŞ-dakı vəziyyət əsla və əsla hüquqa, ədalətə uyğun deyildi! Məsələn, Səslər sayılan vaxt Könül Bünyadzadə də, mən də, Ramilə Dadaşöva və çoxları zalın açıq qapısı önündəydik və hamımız Sevinc Həsənovanın Dilarə Müslümzadə ilə bilikdə 1 saata qədər içəridə olduğunun, komissiya sədri Məhəmməd Cəbrayılova nəsə təlimatlar verdiyinin şahidi olmuşuq. Mən içəriyə aydın eşidiləcək səslə “Səslərimizin “udulacağı” sözünü dəfələrlə eşitdirmişəm.
Göründüyü kimi Könül Bünyadzadə bu məsələdə “uğurunun” saxta olduğunu yaxşı bilir və ya yaxşı bilməlidir. Onun hər halda görünən xarakterinə az-çox bələd olduğum üçün yaxşı bilirəm ki, ona qarşı edilsəydi da bu saxtakarlıq, o da barışmazdı. Necə yəni, 3/2 səs (yəni, 12-13 səs) yığmalı olan bir iddiaçı hətta 2 SƏSVERMƏDƏ cəmi Lehinə 8 və 7 SƏS yığsın, Könül Bünyadzadə SUSSUN?! Mümkün deyil! Hətta onun hər hansı bir iddiaçının Dövlət mükafatına Vəsatət ala bilməsi üçün QANUNLA təsdiqlənməmiş şəkildə və beləcə EŞ sədrinin qanunçuluğu taptalayaraq AÇIQ SƏSvermə keçirməsinə qətiyyən imkan verməzdi və hətta tanıdığımız Könül Bünyadzadə buna üsyan edərdi. Ancaq o bütün bu qanunsuzluqları, saxtakarlıqları, digər iddiaçılara qarşı ədalətsizlikləri, vicdansızlıqları, hətta özünə ünvanlı (bir həissəsi həqiq idi də) sözləri heçə sayıb SAXTA SƏSVERMƏ NƏTİCƏLƏRİNİ - 5 dəqiqə əvvəl ona SƏS verməmiş nə az, nə azacaq – tən yarıbayarı 7 SƏSİN ona AÇIQ SƏSVERMƏ ilə pay (bəlkə gələcəkdə əvəzi verilmək şərti ilə) verilməsini qəbul edib. Yaxud bəlkə, o 7 SƏSİN sahibi EŞ üzvləri utanıblar, çəkiniblər, məcbur olublar, təhrik ediliblər?! Bu artıq şəhid ailəsi statusunu da uca tutmaqdan ötə bir şeydir. Biri mənə deyib, bilirəm ki, İlham Məmmədzadə ona Bünyadzadəyə SƏS verməsini tapşırıb!
Baxın bu, elmə görə q a z a n ı l a n deyil! Şəhidə görədir, nəyə görədir, Allah bilir və şəxsən mən mənə bu saxta “qazanılan” üçün yaşadılanların Allahdan cəzasını istəyirəm! Könül Bünyadzadə Dövlət Mükafatını da alsın! Kimdi həqiqi – düz Sözü sayan?! Bəs qanun, bəs dövlətçilik, bəs haqq-ədalət, bəs mənim sağlamlığım?! Sonuncu yazılanı HALAL etmirəm!
Sual verirəm, niyə, nəyə görə mənə verilmiş SƏSlər oğurlanıb, danılım, ikincisi, nəyə əsasən, mənim iradəmin əksinə, yəni iştirak etmədiyim halda 2-ci SƏSvermədə Büllitendə iştirakım etdiyim yazılıb?! EŞ üzvlərinin buna razılığı barədə sənəd tələb edirəm!.. Bəs bu repressiyaya tolerant münsibət nə qədər qanuni və ədalətlidir?!
Bir də, EŞ üzvləri istəsəydilər, 36 illik hadisəni – onun şəhid ailəsi statusunu qiymətləndirib 12-13 SƏS üçün “səfərbər” olardılar. 2 SƏSVERMƏDƏ Könül Bünyadzadənin lehinə cəmi 15 SƏS nəticəsi onu “öyrədir” ki, Elm də Dövlətindi, Şəhid də, Şəhid ailəsi də və bunları qarışdırmaq olmaz!..


Hörmətli oxucum!
Bilin, inanın bir kəlməm belə yalan və əsassız deyil! Həqiqəti faktlarla yazdım. Sonda AMEA Prezidenti, akademik İsa Həbibbəylinin bu məsələlələrə “çətir tutması” üzərinə qayıdıram.
Mən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 28.01.2026- cı il tarixində AR NK-nin Dövlət Mükafatı üçün elmi əsərlərə Elmi Şurada SƏS verə yolu ilə Vəsatət verilməsi məsələsinə həsr olunmuş EŞ iclasında cərəyan etmiş qanunsuzluqlar, qeyri-dövlətçilik mövqeyi, ayrı-seçkilik, saxtakarlıqlar və s. və i.a. barədə AMEA Prezidenti akademik İsa Həbibbəyliyə də, AR PA-nın şöbə müdiri Fərəh Əliyevaya da, AR NK-nə də şikayətlər ünvanlamışam. Heç biri saymadı.
O “yüksəklər” – elmin bu gündə olmasının başdan “rəhbərləri” saymırlar, elmlə illərdir ki, “xala-xala” oynayırlar! Bəs axı İsa Həbibbəyli bizim böyüyümüzdür, o şikayətlərə hüquq və mənəvi baxımdan diqqət ayırmağa məsul olan yüksək məmurdur! Vicdan ədalətin güzgüsüdürsə, AMEA Prezidenti akademik İsa Həbibbəylinin İlham Məmmədzadə - Sevinc Həsənova cütlüyünün onillər boyu ciddi qanunsuzluqlarına TOLERANT yanaşmasına ad, tərif verə bilmirəm! Daha yaş 64, səhhət ağır vəziyyətdə, hətta ölümlə mübarizədə,- belə qanunsuzluqlar, saxtakarlıqlar, ləyaqətsizliklər, vicdansızlıqlar ağrıdır adamı! Niyə nədən CƏZASIZLIĞA DON GEYDİRƏN TOLERANTLIQ?! Haqq-Ədalət daha gözəl deyilmi?! Bundan başqa, ümumiyyətlə, İsa müəllim mənə 2017-ci ildən yaşadılan repressiyaya 1-1 sübutlar yazıb göndərsəm də, qəbulunda olduqda şifahi desəm də, əlindən gələn yaxşılığı edib, onlara TOLERANTLIĞINA davam edirb.
Bu da 28.01.2026-cı il tarixdə Elmi Şurada mənə verilmiş SƏSlərin oğurlanması, sonra iştirakım olmadan SƏSvermə keçirilməsi, daha sonra K.Bünyadzadə Dövlət mükafatına Vəsatət əldə etmək üçün yetərli SƏS toplamadıqda qanunlara tüpürülərək AÇIQ SƏSvermə keçirilməsi – bütün bu və digər faktlar təsdiqləyir ki, onlar TOLERANTLIQdan faydalanırlar. Mən də bu olanlara, “Kərbəlayi, onların nazı ilə çox oynayırsan” misalı əsəbləşib “çətir tutulmasını” xatırlayıb yazdım və indi də bu fikirdəyəm ki, onlar cəzalanmalıdırlar.
Hörmətli oxucum!
Mən bəhs etdiyim 28.01.2026-cı il tarixli EŞ iclası barədə Məhkəməyə müraciət etmək fikrində idim. Ancaq etməyəcəyəm. Sevinməli işdirsə, qoy sevinsinlər. Tutaq ki, verdim məhkəməyə və İlham Məmmədzadənin qohumları heç təsir etmədilər. Mən də haqqımı sübut etdim və İlham Məmmədzadə barədə müvafiq Qərar - Cərimə cəzası çıxarıldı. Lap mənə mənəvi ziyan ödəməsi də qət edildi. Məgər bunlar yaşadılan Represiyanı, edilən Qanunsuzluqları, Vicdansızlıqları, Saxtakarlıqları, səhhətə vurulan mənəvi ziyanı ÖDƏYƏ BİLƏRMİ?! Əsla və əsla! Ona görə də mən onları tanımadıqları Allahın məhkəməsinə verirəm və ən ağır cəzanı istəyib, gözləyirəm.
AMEA Prezidenti, akademik İsa Həbibbəyli də bu institutda cərəyan edənlərə TOLERANTLIQdan daha üstün olan ƏDALƏT və ədalət hissinin də əsas nümunəsi - QANUN çərçivəsində ölçü götürməlidir!

2 PS:
1. EŞ iclasındakı qanunsuzluqlar səhhətimi onsuz da “bu vəziyyətə” salıb. Rəna Mirzəzadənin də “Bir Qalanın Sirri” kinosundakı Bıdı Göygöz kosanı görən kimi necə qorxur, elə - İlham Məmmədzadədən dissertantlar marağına görə çox asılı olduğunu xatırlayaraq 4 Bildiriş sənədini 4 adamın yanında imzaladığını unudaraq məhkəməyə gəlməkdən imtina etməklə, mediada adının işıqlanmasına etiraz bildirməsi mənə pis təsir etdi. Onun mənə əks halda “ərinin onu boşayacağını, evdən qovacağını”- deməsi səhhətimi lap korladı. EŞ üzvü Səsvermədə vicdanı ilə iştirak etməlidir. AMEA Qadın Şurasının sədri qadın alimin hüququnu qorumalıdır! Əslində Rəna Mirzəzadə bu çirkin hərəkəti ilə özünü ifşa etdi. Onu da deyim ki, demə, o mənə Səsini düşüncəsindəki daha çirkin bir məsələyə görə - 10 illik borcunu qaytararaq veribmiş! Düzü o, bu “iyrənc” borc fikrinə görə mənə SƏS verdiyini bildirəndə Dilarə Müslümzadə də eşitmişdi və ona EŞ-nın “borc qaytarmaq yeri olmadığını” demişdi. Indi bunu da unudub, klassik ər bahanəsinə keçir!.. Amma sağ olsun prof. Sakit Hüseynov, dedi Sənə SƏS vermişəm, heç kim məni sözümü götürməyə məcbur edə bilməz! Pofessor Azər Mustafayev də həmişəki kimi YAP qurucularından olduğunu, elə institutda bu sahədə fəallığını yada salıb Bildiriş vərəqlərini imzaladı. Heç mən də unutmamışam Azər müəllimlə mən institutda Heydər Əliyev tədbirləri keçirərdik. Çoxlu qonaqlarımız gələrdi... İlham Məmmədzadə o tədbirlərin heç birində iştirak etməyib, əksinə bağlayıb şöbəsinin qapısın, Sevinc qarışıq işçiləri ilə yeyib-içib, gülüb-əyləniblər...

2. Sragığün Səsvermə komissiyasının sədri – fantastik surətdə irəli çəkilən, şöbəsinin adı 6 aydan bir “findikuruşni” yenilənən, şöbəsi sintetik məhsullar kimi genişlənən, ortada əsər yox, Aristotelləşdirilən Məhəmməd Cəbrayılovla 1-ci mərtəbədə rastlaşdıq. Saymamalıydım və saymadım. İrəli buraxmışdım, dayanıb hal-əhval tutdu. Saxtakarlığı ilə səhhətimi pisləşdirdiyini, “kişilərin” bildiriş imzaladıqlarını, diqqətinə çatdırdım. Nə desə yaxşıdır: 4 səs korlanmışdı da!..
Sən nə qədər utanmaz birisən Məhəmməd Cəbrayılov! Sevinc Həsənova başının üstündə dayanıb həmin Səsləri korlayıb! Onlar ayrı, 40 ilin SƏSverənləri nə oldu korladılar büllitenlərini?! Rəna Mrzəzadə sənin gözüvün içinə “ekspertə gedirəm”, mənə də “mən Xatirəyə borcumu qaytarıb, Lehinə Səs vermşəm” dedi, - korlayan belə deməz! Azər Mstafayev Heydər Əliyev kitabına Səs verdiyini, Sakit Hüseynov ən zəhmətkeş qadın alim olduğum üçün mənə SƏS verdiyini dedi! Utan Məhəmməd Cəbrayılov və Allahdan cəzanı gözlə, mən gözləyən kimi!..
Bu gün, 16:39
TOLERANTLIQ GÖZƏL HİSSDİR ANCAQ ƏDALƏTDƏN ÜSTÜN DEYİL VƏ ONU VURUB KEÇMƏMƏLİDİR!..
Bu gün, 12:20
Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək
Bu gün, 12:13
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bu gün, 12:09
AZƏRTAC-ın Azərbaycanda məşğulluğun artırılması haqqında reportajı Çin televiziyasında yayımlanıb
20-02-2026, 12:20
Prezident İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib
20-02-2026, 12:13
Azərbaycan Hakimlərinin II Forumu keçirilir
20-02-2026, 12:09
Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə aparılan hibrid hücumlara dair açıqlama yayıb
16-02-2026, 00:41
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
16-02-2026, 00:39
Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq
16-02-2026, 00:37
Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb
16-02-2026, 00:35
Vuçiç: Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir
16-02-2026, 00:33
Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir
16-02-2026, 00:32
Prezident İlham Əliyevin Almaniyaya səfəri ilə bağlı paylaşım edilib
16-02-2026, 00:31
Prezident İlham Əliyev Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib
16-02-2026, 00:29
Azərbaycan-Serbiya sənədləri mübadilə olunub
16-02-2026, 00:28
Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər
12-02-2026, 23:07
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir
12-02-2026, 23:01
Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM
12-02-2026, 23:00
Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər SƏRƏNCAM
12-02-2026, 22:57
Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub
12-02-2026, 22:56
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
12-02-2026, 12:01
Filosof alimin Şəhərsalma və Memarlıq ilinin kontekstində fəlsəfi-etika mövzusunda məqaləsi SCOPUS bazalı jurnalda nəşr olunub
11-02-2026, 13:05
Prezident: Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur
11-02-2026, 13:03
Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11-02-2026, 13:01
Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb
11-02-2026, 12:59
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər
11-02-2026, 12:53
Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728