Avropa İnsan Haqları Məhkəməsinin Bakı Ofisinə ŞİKAYƏT
Gündəm / Ölkə
Oxunub: 324
1 okt 2023 | 21:09

Xatirə Quliyeva
Azərbaycan vətəndaşı, fəlsəfə elmləri doktoru,
2-ci qrup əlil,

Avropa İnsan Haqları Məhkəməsinin Bakı Ofisinə
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri
cənab İman Kərimova
Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova





HÖRMƏTLİ AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİNİN BAKİ OFISİ SƏLAHİYYƏTLİLƏRİ VƏ DÖVLƏTİMİN YÜKSƏK HÜQUQ MƏMURLARI

Əvvəlcə özüm haqqında. Fəlsəfə elmləri doktoruyam. Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin tədqiqatçısıyam. Ulu öndərə həsr olunmuş 2 monoqrafiya, 3 məqalələr toplusunun, ümumilikdə 8 monoqrafiya, 6 kitab, 100-dən çox elmi məqalənin müəllifiyəm. Azərbaycan elmini dünyada təmsil edən az sayda alimlərdənəm. Bu günlərdə Lambert akademik nəşriyyatı dünyaşöhrətli alim Lütfi Zadə haqqında monoqrafiyamı çap edib. More books kitab mağazalarında satışdadır.ABŞ və Türkiyədə beynəlxalq jurnalların və ECLSS beynəlxalq konfrans təşkilatının üzvüyəm.








































İndisə Sizə bacımla özümün qarşılaşdığım, - bizim ölkə üçün xarakterik olan Tikinti şirkəti dələduzluğu və bu təbəqəyə Məhkəmə-hüquq sistemi havadarlığı məsələsindən mümkün qədər qısa məlumat verərək Sizdən kömək istəyirəm.
Beləki, Azərbaycan Respublikasında mövcud internet resurslaının heç birində açılmayan, AR NK-nin 3 il (18.12.2019 -hittps://cabmin.gov.az/document/) əvvəl ləğv olunduğu məlum olan 02.25.2016-cı il tarixli 86 saylı Qərarını əldə bayraq edib Bakıda onlarla binanı söküb, yerində fantastik sayda binalar tikib varlanan, məsələn bizim 5 mərtəbəli 90 mənzilli binamızı söküb, 50-60 ilin parkını məhv edib 378 sayda mənzili olan 1 neçə 12,14 mərtəbəli bina tikib satmağı planlaşdıran müxtəlif adlarla fəaliyyət göstərmiş və vətəndaşları aldatmış, incitmiş, tikintiyə məsuliyyətsiz yanaşmış, hətta 25 faiz şərik olduqları şəxsin belə haqqını taptalamış törəmə Tikinti Şirkəti - Giyaslı Group MMC Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı 0295536 nömrəli (ümumi sahəsi 66,8 kv.m) Çıxarış sənədinə əsasən mənim və bacımın. yeganə mülkiyyətimizi söküb əvəzini vermir.

Bu bizim Azərbaycan Respublikasının Konstitutsiyasının 29-cu maddəsi ilə qorunan hüquqlarımızın kobud surətdə pozulması və eyni zamanda dövlətin ali qanun kitabına hörmətsizlikdir. Onu da qeyd edim ki, obyektin ümumi sahəsi 66,8 kv.m olsa da biz təmir zamanı təbii olaraq 100 kv.m. artıqdan həcmdə yarımzirzəmini banklardan kreditlər götürüb bütövlüklə təmir edib istifadə edirdik. 3 hissədən ibarət tam təmirli mülkiyyətimizin daimi olaraq arendatorları vardı və dövlətə vergi ödəyirdik. Əldə etdiyimiz arenda pullarını, həmçinin köhnə geyimlərlə gəzərək, yaxşı qidalanmadan belə yüksək faizli kreditləri ödəməyə verirdik.







Azərbaycan Dövlətinin vətəndaşların mülkiyyətlərindən məhrum edilməsinin, - xüsusi mülkiyyətdə olan nə yaşayış sahəsi, nə də qeyri-yaşayış sahəsi heç bir halda onun mülkiyyətçisindən alınmasının yol verilməzliyi haqqında 100 illik qanunvericilik ənənəsi var. Xüsusi olaraq diqqətinizə bu faktı çatdırmaq istəyirəm ki, Azərbaycan Dövlətinin rəhbəri cənab İlham Əliyev Tikinti Şirkətlərinə mülkiyyət sahiblərini razı salmağı tapşırıb ki, onlar hər bir vətəndaşın təkcə kağız üzərində deyil, faktiki mövcud olan mülkiyyətinin əvəzini verirlər. Giyaslı Group MMC isə Azərbaycan Konstitutsiyasını (29-cu maddə), AR Mülki Məcəlləsinin 337.1., 337.2. və 337.4-ci maddələrinin tələblərini saya salmadığı kimi Azərbaycan Respublikasının prezidentinin humanist göstərişini də saya saymayaraq bizə 100 kv.m-dən çox 3 hissədən ibarət ciddi təmirli mülkiyyətimizin əvəzi olaraq 2 otaqlı həm də qəddarlıqla təmirsiz mənzil verməyi planaşdırıb. Mülkiyyətimiz qeyri yaşayış sahəsidir və onlar qeyri-yaşayış sahəsinin 1 kv.m. hələ 2022-ci ilin noyabr ayında 6000 manata satışa çıxarmışdılarsa mənzilin 1 kv.m.1700 manata təklif edrdilər. Azərbaycan Respublikasında Qeyri-yaşayış sahəsinin Yaşayış sahəsinə dəyişilməsi Qanunu var. Biz onlara Qeyri-yaşayış sahəsinin Yaşayış sahəmizin – obyektimizin Yaşayış sahəsinə dəyişildiyi haqqında heç bir sənəd vermədimiz halda, Giyaslı Group MMC mənə bu mülkiyyət üçün arendatorlardan aldığım pulun ( tam olmasa da ) əvəzini ödəməklə mənim və bacımın Azərbaycan Respublikası Mənzil Məcəlləsinin "Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina" adlanan 22-ci maddəsinə görə qeyri-yaşayış sahəmizdən imtna etmədiyimizi və artıq 10 aydır ki, mübarizə apardığımızı Azərbaycan Dövlətinin Konstitutsiyası ilə qorunan mülkiyyət hüququmuz kimi bu Qanunu da taptalayaq öz marağını güdmüşdür. Bundan başqa Tikinti şirkəti mülkiyyət olduğunu təsdiq edən sənədlərin əslini bizdən aldığı halda dövlət vergi xidmətinə hər kv.m.üçün 15 manatdan olmaqla 6000 (altı min) manat ödəməliydi. Ödəməmişdir. Giyaslı Group MMC Azərbaycan Dövlətinin Konstitutsiyası ilə qorunan Vətəndaş hüququ tələbi kimi bu Qanunu da taptalayaq öz marağını güdmüşdür.


Diqqətinizə çatdırmaq istəyirəm ki, əvvəllər də başqa adlar altında qeyri-şəffav fəaliyyəti ilə vətəndaşları narazı salmış Giyaslı Group MMC Nizamnamə kapitalı 10 manatdır. 10 manat büdcə ilə 12-14 mərtəbəli - çox mənzilli bina tikmək olar?! Bu şirkət fors-major hallarda vətəndaşların mülkiyyətinə cavabdehleyi də öz üzərinə götürmür. Bakı isə zəlzələlər baxımından real seysmik ərazidir. Giyaslı Group MMC mülkiyyət sahibləri ilə Natariusda müqavilə bağlamır. Bu da onların fırıldaqçılığına bir misaldır. Bütün bunlar Azərbaycan Respublikasının da iştirakçısı olduğu İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqda Avropa Konvensiyasının 1 saylı protokolunun birinci maddəsinə ziddir. Məlumdur ki, bu Sənəddə insanların mülkiyyət hüququndan və bu hüququn dövlət tərəfindən qorunmasından bəhs edilir.
Bu da məlumdur ki, Avropa Məhkəməsinin presedentlərinə görə də mülkiyyət hüququ özündə üç imkanı ifadə edir: mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi; mülkiyyətdən məhrum etmənin yolverilməzliyi; mülkiyyətdən istifadəyə nəzarət. Giyaslı Group MMC Azərbaycan Dövlətinin Konstitutsiyası iləvə Mülki məcəllə və digər qanunvericilik Aktları ilə qorunan Vətəndaş və Müllkiyyət hüququzu pozarkən Avropa Məhkəməsinin presedentlərindən irəli gələn tələbləri də pozmuşdur.
Bu qanunlar da sübut edir ki, Giyaslı Group MMC bizi hüquqi mülkiyyətimizdən məhrum etmişdir. Bu isə Giyaslı Group MMC- nin hüquqi dövlətdə mafiya kimi fəaliyyət göstərdiyindən - Azərbaycan Dövlətinin qanunlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Konvensiya müddəalarının tələblərinə tabe olmadıqlarından xəbər verir.
“GİYASLI GROUP” MMC tərəfindən tikintisinə və müvəqqəti yaşayışına dair mənə Şirkətin adı yazılmış setkanın içərisində, eynilə şirkətin adı yazılmış qovluqda göndərilmiş Müqavilə sənədi tam olaraq saxtadır.






















Birincisi, “GİYASLI GROUP” MMC-nin direktoru Hacıbala Abasovun (başqa rəsmi sənəddə Abbasov yazılıb)tərtib etdiyi, hər şey Şirkətin marağına uyğun yazılmış Müqaviləni mən imzalamamışam. Mənim sağ əlim zədəlidir, bu vəziyyətimə görə mənə 2015-ci ildə 3-cü qrup əlil dərəcəsi verilib.



2016-cı ildə ağır avtomobil qəzasından sonra bütün bədənim əzilib, 1 neçə tikiş düşüb bədənimə o cümlədən sağ əlimin dirsəyi kəsilib. Ümumi zədələrə və sağlamlığımı 60 faiz itirdiyim üçün mənə 2017-ci ildə 2-ci qrup əlil görə dərəcəsi verilib. Bu əsaslarla mən sağ əlimlə yaza bilmirəm və həmin saxta müqavilədəki gözəl dəsti-xəttlə olan imzalar mənə aid deyil. Deməli, Müqavilə sözsüz olaraq saxtadır. “GİYASLI GROUP” MMC bunları - əlimin şikəstliyini və şifralı imzamı (ərəb dilində inhisallarımdır) bilmədiyi üçün saxta Müqaviləsində gözəl, incə xətlə həm də fərqli-fərql imzalar çəkilmişdir.

İkincisi, mənim imzalamadığım bu saxta Müqaviləni Şirkətin direktoru kimi imzalamış Hacıbala Abasov mənim ofislərində olduğum cəmi 2 dəfənin heç birində orada olmayıb. Mən 2 dəfə ofislərinə getdiyimdə Hacıbala Abasov orada OLMAYIB! Azərbaycan qanunlarına görə Əqdlər – müqavilələr tərəflərin iştirakı ilə hazırlanır. Direktor Hacıbala Abbasov mənimlə Şirkətn ofisində OLMAYIBSA həmin Müqavilə sözsüzdür ki, bağlanmayıb və qeyd-şərtsiz saxta müqavilədir. Mən 14 mart 2023-cü il tarixdə Hacıbala Abasovu ilk dəfə görmüşəm və o Novruz bayramından sonra bizim problemimizin həll olunacağını deyib. Ancaq yenə sözlərinin üstündə dayanmayıblar, aldadıblar. Eyni zamanda onlar Azərbaycan Respublikasının Vətəndaşların Müraciətlərinə baxılması Qanununu pozaraq mənim Ərizəmə cavab verməyiblər. May ayında 2 dövlətdə (fevralda da xarici dövlətdən əlaqə saxlamışam) rəsmi səfərlərdə olmuşam. Oradan da Şirkətlə əlaqə saxlamışam. Beləcə mən onlara pritenziya qaydasında 6 ay dayanmadan şifah, yazılı, rəsmi-qeyri-rəsmi müraciətlər etsəm də GİYASLI GROUP” MMC saxta Müqaviləni ləğv etməyib.
Üçüncü, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı 0295536 nömrəli (ümumi sahəsi 66,8 kv.m) Çıxarış sənədinə əsasən mənimlə birlikdə bu mülkiyytin sahibi Sevinc Quliyeva ilə heç saxta Müqavil də bağlamayıblar. Bu da Azərbaycan qanunvericiliyinin kobud surətdə pozulması, hüquqi dövlətdə barbarlıq - “dərəbəylikdir”
Daha bir məsələ, Giyaslı Group MMC-nin mülkiyyətimizin əvəzini verməmək üçün əsaslanmağa çalışdığı müqavilə saxtalığını aşağıda qeyd etdiyim əsaslar da təsdiqləyir. 1. Mən ali təhsilli, hətta yüksək elmi dərəcə sahibi – aliməm. Mümkün deyil ki, savadlı şəxs 3 hissədən ibarət təmirli – arendatorlu obyektin əvəzinə 2 otaqlı təmirsiz mənzili qəbul etsin və bu haqda Müqaviləni imzalasın.
Sonra Azərbaycan dövləti hər bir sahədə inkişafa nail olaraq Asan xidmət idarələri açır və Azərbaycanda saysız-hesabsız Natsarius İdarələri olduğu halda “GİYASLI GROUP” MMC kustar – primitiv şəkildə öz möhürləri ilə Müqavilə düzəldiblər. Bu da böyük qanunsuzluqdur.
Hələ “GİYASLI GROUP” MMC bacımdan həm mənzilimizin, həm də bu mülkiyyətimizin rəsmi dövlət sənədlərini alıb. Mediada tikinti şirkətlərinin vətəndaşların bu kim rəsmi sənədləri ilə Banklardan kreditlər götürüb onlara verdikləri kirayə pullarını bununla ödədikləri barədə məlumatlar vardır. Bu da böyük qanunsuzluqdur.
Bundan başqa “GİYASLI GROUP” MMC saxta müqavilədə ünvanlarını məqsədli şəkildə saxtalaşdırıb. O bununla aldatdığı vətəndaşların məhkəməyə müraciət etmələrinə mane olmaq, işi çətinləşdirmək, qanunsuzluqlarına böyük ehtimallarla iş birliyində olduğu Nərimanov rayon məhkəməsində baxılması üçün şərait əldə etmişdir. Şirkət Nizami rayonunda yerləşdiyi halda Nizami rayonunun işləri qəbul etməməsi bunun ifadəsidir. Əsl ünvanları isə Yasamal royunudur. Getdiyim üçün dəqiq bilirəm.

ƏSLİNİ DANAN NAMƏRDDİR - İKİ SOYADLA (MÜQAVİLƏDƏ ABASOV - iQTİSADİYYAT NAZİRLİYİNƏ ABBASOV...) YAŞAMAQ VƏ HƏLƏ İKİ YAXIN QOHUM - BİRİ DİREKTOR, BİRİ BAŞ MÜHASİB FƏALİYYƏT GÖSTƏRMƏK CİNAYƏTDİR

“GİYASLI GROUP” MMC–nin saxta Müqaviləsində ən mühüm məlumat saxtalaşdırılmışdır. Beləki, Müqavilədə direktorun ad-soyadı Hacıbala Abasov yazılsa da “GİYASLI GROUP” MMC İqtisadiyyat nazirliynə yazdığı 25.04.2023-cü il tarixli məktubda direktor Hacıbala Abbasov yazılmışdır. Bu Müqavilnin saxtakarlığını, həmçinin Vergi Xidmətinin, vətəndaşların aldadılmasını sübut edən ciddi əsas olub, onun ləğvini əsaslandırır.
Buyurun baxın, “GİYASLI GROUP” MMC –nin iki soyadlı İMZASINA:


Şirkət vəkil Rövşən Səfərova verdiyi etibarnamədə də soyadını Abbasov yazıb.

Bu isə mənə göndərilmiş saxta Müqavilədəki direktor imzasının inhisalı:

Müqavilədə şəffavlıq məqsədilə hər bir səhifədə tərəflərin qısa imzaları ilə bərabər inhisalları tam yazılmalıdır. Mən məhz bu fikri Reaksiya tv internet kanalında çıxışımda dedikdən sonra saxtakar, dələduz “GİYASLI GROUP” MMC 2-ci saxta Müqaviləni düzəldərək hər səhifədə mənim qısa imzalarımı çəkmişlər. Ancaq mən hər səhifədə qısa imzalarla bərabər inhisalların yazılmasının tələb olunduğunu yazmışdım. İmzasını saxtalaşdıran Hacıbala bunu necə edə bilərdi?! Həmçinin mənim xəttimlə inhisallarımı yazmağa isə əlbəttə ki, cürətləri çatmayıb.
Sonra, Müqavlədə çox sayda başqa yalan-uydurma məlumatlar müddəalar vardır. Məsələn, yazıblar ki, mən Şirkətə Nataiusda təsdiqlənmiş bie neçə sənəd vermişən. Bu yalandır və böyük saxtakarlıqdır. Eyni zamanda həmin sənədlər mövcud olmadıqda həmin müqavilə qeyd-şərtsiz saxtadır.
Digər tərəfdən “GİYASLI GROUP” MMC İqtisadiyyat nazirliynə yazdığı - yuxarıda fotosurətini gördüyünüz 25.04.2023-cü il tarixli məktubda göstərmişdir ki, mən onların tərtib etdikləri Müqaviləni aldıqdan 2-3 gün sonra narazılığımı bildirərək onun ləğv olunmasını istəmişəm. Deməli, mənim dövlətimin qanunvericilik müddəalarına görə məsələn, - Azərbaycan Respublikası MM-nin 337.1., 337.2. və 337.4-ci maddələri ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarslzdlr. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Ancaq Giyaslı Group MMC bu qanunları pozur.
Ancaq biz və Qara Qarayev prospekti 76 saylı binanın bir neçə sakini ilə Şirkət arasında ciddi mübahisələr olduğu halda Nizami rayon İcra hakimiyyəti “GİYASLI GROUP” MMC –nin binamızı sökməyə və tikməyə icazə vermişdir.
Bundan başqa Azərbaycan qanunvericiliyinə görə bir müəssisənin direktoru ilə baş mühasibinin qohum olması yolverilməzdir.Ancaq Giyaslı Group MMC-nin direktoru Hacıbala Abbasov, baş mühasibi Nigar Abbasovadır ki, məlumatıma və müşahidəmə görə onlar yaxın qohumlardır.

HAKİMLƏ VƏKİLLƏRİN , EKSPERTLƏRİN, BAŞ MÜSTƏNTİQİN İŞ BİRLİYİ




Nərimanov rayon Məhkəməsi


Beləliklə, biz, - Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı 0295536 nömrəli Çıxarış sənədinə əsasən mənimlə birlikdə yarımzirzəminin hüquqi sahibi Sevinc Nəcəfqulu qızı Quliyeva may ayında dəfələrlə yazılı – şifahi müraciətlərimizi saymayan “GİYASLI GROUP” MMC Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı 0295536 nömrəli Çıxarış sənədinə əsasən mənimlə birlikdə yarımzirzəminin hüquqi sahibi Sevinc Nəcəfqulu qızı Quliyeva Kostitutsiya hüququmuzdan çıxış edib Qeydiyyatda olduğumuz ünvan üzrə və şirkətin faktiki yerləşdiyi Nizami rayon Məhkəməsinə İddia Ərizəsi yazdıq. Ancaq Nizami rayon məhkəməsi cavabdehin ünvanının Nizami rayonunda olmadığı əsası ilə Ərizəmizi qəbul etmədi. Nərimanov rayon məhkəməsinə müraciət etməli olduq. Əslində “GİYASLI GROUP” MMC-nin əsl ünvanı heç Nərimanov rayonu da deyil. Onların əsl ofisləri getdiyim üçün dəqiq bilirəm ki, Yasamal rayonunda, İnşaatçılar metrosunun yaxınlığındadır.
Ancaq Nərimanov rayon məhkəməsinin hakimi Mehriban Əfəndizadə may ayının 25-ində qarşı tərəfə pritenziya qaydasında müraciətin olmasına dair sübut təqdim edilməməsi bəhanəsi ilə İddia ərizəmizi geri qaytardı. Halbuki biz İddia ərizəmizdə dəfələrlə MMC-yə müraciət etdiyimizi, mənim martın 14-də ofislərinə getdiyimi, Ərizə verdiyimi yazmışdıq. Hacıbala Abasova qol çəkdirdiyim ərizənin surətini hazırlıq iclasında təqdim edəcəkdim. Amma hakim Mehriban Əfəndizadə dövlətimizin qanun maddələri olduğu halda bu adi ştrixdən “GİYASLI GROUP” MMC-nin marağı ilə birləşən öz marağına uyğun istifadə etdi və 2 ay baxışı ləngitdi.
İyulun 5-ində keçirilən birinci hazırlıq iclasında da hakim qarşı tərəfə diqqət, hörmət nümayiş etdirərərk onların vəkilinin saxta 2-ci müqavilələri ilə mənim üstümə (oturduğu yerdən mənim oturduğum yerə) hücum edib düz başımın üstündə dayanaraq tamamilə saxta arqumentləri sadalayıb məni saxtakar, dələduz qələmə verməsinə şərait yaratdı. Mən 19 iyul 2023-cü il tarixdə keçirilmiş 2-ci hazırlıq iclasında qarşı tərəfin saxta sənədlərini ifşa etdikdə isə hakim Mehriban Əfəndizadə Azərbaycan Dövlətinin Konstitutsiyasının, Məcəllələrin qanun tələblərini, İnsan Haqlarına dair AR-nın qoşulduğu Avropa Konvensiyalarının müddəalarını diqqətə almadan işə baxmaqdan imtina edərək mənim saxta müqavilədəki imzaların mənə aid olmadığının sübutu üçün verdiyim vəsatəti əsas götürüb işi ekspertizaya göndərilməsi haqqında Qərardadını elan etdi. Hakim Mehriban Əfəndizadənin ZƏNGİN Qarşı tərəfə müsbət – xüsusi hörmətli münasibətini onun mənim hətta görmədiyim 2-ci müqavilədəki imzaların da guya mənim Vəsatətim əsasında ekspertizaya göndərlməsini Qərardadda yazması təsdiq edir. Komik bir ştrixi də qeyd etmək yerinə düşər, Mehriban Əfəndizadə bizə 19 iyul tarixli Qərardadı BOŞ -Şablon göndərmişdi. Yəni, hakimin, iddiaçıların, cavabdehlərin, vəkillərin və s. inhisalları əvəzinə -------------- (defis işarələri) olan şifralı rəsmi dövlət məhkəmə vərəqi göndərmişdi. Götür, içərisinə lap istədiyin nazirlərin adını iddiaçı, cavabdeh kimi yaz!.. Mən məhkəməyə şikayət ərizəsi yazdıqdan sonra qələtini düzəltdi. Davamda mənə yazdığı məktubda yanlışlıqla olar belə- yazdı! Olmaz! Qətiyyən olmaz! Məsələn, bir elmi dərəcə iddialı şəxs bu cür şablon iş təqdim etsə onu alimlik iddiasından ömürlük məhrum edərlər. Bir həkim də belə şablon Epiqris versə onu sistemdən qovarlar. Ümumiyyətlə, hakim Mehriban Əfəndizadənin fəaliyyəti komik, tragik, tragi-komik ünsürlərlə doludur. Məsələn o ikinci iddiaçını tanımır. Ona məhkəmə sənədləri göndərmir, onun iştirak etdiyini Qərardaddlarında yazmır.
Ən əsas məsələ, imzamın ekspertiza edilməsi barədə Vəsatəti mən vermişəm. İşin gedişatında məhkəmədən əvvəl müraciət etdiyim Nizami rayon prokurorluğunun baş müstəntiqi olduğunu deyən İlham adlı şəxsin mənə üç dəfə zəng edib İmzamın yoxlanılmasını təkidlə istəməsindən, hətta məhkəməyə müraciət etdiyimi bildirib prokurorluğun dələduzlara cəza istəmək ərizəmdən şifahi və həm də yazılı imtina etdikdə baş müstəntiqin mənə daha 2 dəfə eyni məzmunda tələblə zəng etməsindən, hələ üstəlik evimə gəlib imza nümunələrini götürmək qədər ifrat marağından və həmçinin məhkəmədə qarşı tərəfin vəkili Rövşən Səfərovun eynilə mənim imzalarımın ekspertiza edilməsinə israr etməsindən, hakimin də ona tərəf olmasından şübhələnib Azərbaycan Respublikası MPM-nin 20.2.1-ci maddəsindən çıxış edərək qanuna müvafiq surətdə Vəsatətimi geri götürmək, işə mahiyyəti üzrə baxılmasını istədiyimi hakim Mehriban Əfəndizadəyə bildirdim. Hakim qarşı tərəfə son dərəcə tərəfkeş olduğu üçün mənim VƏSATƏTİMDƏN İMTİNA ETDİYİMİ Saya salmadı. O 5 dəqiqəlik olmalı məhkəmə Hazırlıq iclasında 5 dəqiqəlik fasilə elan edib çıxmaqla əlbitr olduğu dı və bu zaman bizim vəkililimiz Abuzər Səfərovun başımın üstündə dayanaraq mənim İmzalarımı çəkdirməyimə təzyiq göstərməsinə, sonra (ümid edirdim ki, vərəqləri hakimə göstərəcəyəm və verməyəcəyəm) imzam olan vərəqləri əlimdən alaraq məhkəmə katibinə verməsinə şərait yaratdı. Onu da qeyd edim ki, mən vəsadəti İddia ərizəmə əlavə etdiyim, mənə göndərilmiş Müqavilədəki imzamla bağlı verdiyim halda Mehriban Əfəndizadə sonradan ortaya çıxan- vəkilin gətirdiyi əsl dələduzluq faktı müqavilənin də də ekspertizaya göndərilməsi Qərardadını çıxartdı. O zaman o mənim Vəsadətimi əsas göstərməməli idi və ya 2-cini öz marağına görə göndərdiyini yazmalıydı.
Hakim Mehriban Əfəndizadənin bu hərəkətini açıq surətdə “GİYASLI GROUP” MMC-nin marağına – uyğun yəni fırıldaqçı-dələduz olmalarının sübut olmasının qarşısının alınması məqsədinə xidmət kimi qəbul edirəm.
Hakim Mehriban Əfəndizadə bu Qərardadını elan edərkən 10 dəfələrlə “GİYASLI GROUP” MMC-nin direktorunun imzasının və şirkətin möhürünün ekspertiza edilməsini, mənim ekspertizada iştirakpımın təmin olunmasını tələb etsəm də o nəzərə almadı və bu da onun dələduzluq etmiş “GİYASLI GROUP” MMC-nin yanında olduğunu təsdiq edir. Mən “GİYASLI GROUP” MMC-nin direktorunun imzasının və şirkətin möhürünün ekspertiza edilməsini ona görə tələb edirdim ki, Zənginə dövlətinin qanunlarını, ədaləti, vicdanı qurban vermiş Hakim M.Əfəndizadə vasitəsilə 40 ilin alnı açıq aliminin, mülkiyyəti mənimsənilmiş, məhv edilmiş vətəndaşın boynuna 1-ci müqaviləni özünün düzəlıtdiyi böhtanı doğruldulmaq məqsədi daşıyırdı. Halbu ki, hər iki 3 səhifəlik müqavilədə bütün mətn sözbəsöz uyğundur. Birincisi, mən 1-ci müqaviləni saxtalaşdırmışamsa hansı cümlə, hansı söz, hansı nöqtə-vergüllə saxtalaşdırmışam?! İkincisi, mən 1-ci müqaviləni saxtalaşdırmışamsa direktor Hacıbala Abasovun 2-ci müqavilədəki imzalarla, həmçinin 14 martda imzaladığı Ərizədəki imzası ilə tam eyni olan İMZASINI necə çəkə bilərdim?! Üçüncü. mən 1-ci müqaviləni saxtalaşdırmışamsa “GİYASLI GROUP” MMC-nin möhürü məndə hardandı?! Bəlkə mən oğurlamışam?! Hardan oğurlamışam?! Oğurlamışamsa onlar möhürlərinin itdiyi elanını veriblər?! Digər tərəfdən İyun ayından Məhkəmə bizim İddia ərizəmizi onlara göndərib. Əgər saxtalıq vardısa Qarşılıqlı İddia ərizəsi niyə verməyiblər?! Sonra 4 iyulda Məhkəməyə sənədləri yükləyərkən niyə PRİTENZİYA yazmayıblar, 5 iyulda vəkilləri Rövşən Səfərov niyə ƏSL dedikləri 2-ci saxta Müqaviləni məhkəməyə gətirməmişdi?! Bütün bu sualların cavabı “GİYASLI GROUP” MMC-nin fırıldaqçı, dələduz olduğunu, ən acınacaqlısı Hakim Mehriban Əfəndizadənin ədaləti bərpa etməkdənsə belə ləyaqətsizlərin tərəfində olub haqlı tərəfi hətta saxtakar, dələduz qələmə verməyə çalışmasıdır.
Mənim “GİYASLI GROUP” MMC-nin direktorunun imzasının və şirkətin möhürünün ekspertiza edilməsini, mənim ekspertizada iştirakpımın təmin olunmasını hüquqi tələblərimə hakim Mehriban Əfəndizadənin məqsədli olaraq biganəliyi də mənim əleyhimə deməli, saxta Ekspertiza Rəyinin hazır olmasından xəbər verir.
Bu özünü təsdiqlədi. Beləki, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən öyrəndim ki, Qərardadda “GİYASLI GROUP” MMC-nin MMC-nin direktorunun imzasının və şirkətin möhürünün ekspertiza edilməsini, mənim ekspertizada iştirakımın təmin olunması yazılmayıb. Məhkəməyə özüm bu məzmunda Ərizə yazdım. Çünki Vəkilimiz Abuzər Səfərov mənə İmzalarımı çəkdirib - Zəngin qarşı tərəfə xidmətini göstərib qaçmışdı. O, Qərardaddan şikayət vermək, hakimə etiraz yazmaq və s. məzmunda ərizələrimizi yazmamaq üçün bizim telefon zənglərimizə də cavab vermirdi. Mən AR Vəkillər Kollegiyasının sədri Anar Bağırova media ilə Açıq məktub yazaraq bu haqda və eləcə də qarşı tərəfin vəkili Rövşən Səfərovun eyni regiondan olduqlarından şübhələndiyimi əsaslandıran arqumentlərimi bildirib və onların hakimlə əlbir olaraq “GİYASLI GROUP” MMC-nin xeyrinə hərəkətlər etdiklərindən şikayət etmişəm.
Lakin Vəkillər Kollegiyanın sədr müavini Şahmar adlı məmur işi araşdırmadan, R.Səfərovun məhkəmədə saxta sənədlərlə mənə hücum etməsinə, mən Müqavilə -Əqdlər haqqında Azərbaycan qanunlarını sadaladığımda “mən bu qanunları bilmirəm”- deməklə öz dövlətinin hüququna, qanunlarına hörmətsizlik etməsinə qəti münasibət bildirməmiş, Abuzər Səfərovu birmənalı surətdə tərəf tutan məktub göndərmişdir.
Beləcə, mən Məhkəmə Ekspertiza Mərkəzində “GİYASLI GROUP” MMC-nin direktorunun imzasının və şirkətin möhürünün ekspertiza edilməsinin, mənim ekspertizada iştirakpımın təmin edilməsi üçün məhkəməyə Məktub göndərdim. Bir neçə gün sonra zəbər tutmaq üçün məhkəməyə zəng etdiyimdə məlum oldu ki, məktubu E.məhkəmə portalına yükləməyib məhkəmənin elektron ünvanına göndərdiyim üçün Mehriban Əfəndizadə qəbul etməyib. Halbu ki, hakim Mehriban Əfəndizadə buna maralı olsaydı onda Abuzər Səfərovun əlaqə vasitələləri var, ona bu Məktubu yazmalı olduğunu bildirərdi. Yaxud mənə zəng edib, Məktubu qəbul etmədiklərini bildirə bilərdilər. Ancaq Azərbaycanda Yerli məhkəmələr vətəndaşlardan elektron ünvanarına gələn Ərizə və s. müraciətləri qəbul edirlər. Deməli, Mehriban Əfəndizadə məqsədli olaraq Məhkəmə Ekspertiza Mərkəzində “GİYASLI GROUP” MMC-nin direktorunun imzasının və şirkətin möhürünün ekspertiza edilməsinin, mənim ekspertizada iştirakpımın təmin olunmasını istəməmiş bununla da Şirkətin xeyrinə saxta Rəyin verilməsinə nail olmuşdur.
Mən Asan imza alaraq e.məhkəmə sistemi ilə həmin məktubu göndərdim. 2 həftədən çox vaxt keçsə də Məktub MEM-ə məqsədli olaraq göndərilmədi. Ehtimal ki, bu “GİYASLI GROUP” MMC-nin AR Ədliyyə nazirliyinin bu idarəsinə yeni təyin olunmuş rəisə əlaqə açaıb “tapşırılması” və ya sövdələşmə üçün vaxt qazanmaq məqsədini daşıyırdı. Xüsusi olaraq təkrar edirəm ki, ƏGƏR DÜZGÜN RƏY VERİLSƏ “GİYASLI GROUP” MMC SAXTAKAR, DƏLƏDUZ, FIRILDAQÇI KİMİ İFŞA OLUNACAQ VƏ MİLYARDER OLAN, DÖVLƏTDƏ NÜFUALU NAZİRLİKLƏRDƏ NƏSİLLİKCƏ İŞ YERLƏRİ QAZANMIŞ, ƏN NÜFUZLU MƏMURLARLA ƏLAQƏLƏRİ OLAN “GİYASLI GROUP” MMC-nin İFŞA OLUNMASI TƏBİİ OLARAQ NÖVBƏDƏ SÖKƏCƏYİ BİNALARIN OBYEKT SAHİBLƏRİNƏ DƏ KV.M. AZI 6000-DƏN ÇOX MÜLKİYYƏT ƏVƏZİ ÖDƏMƏSİ İLƏ NƏTİCƏLƏNƏCƏKDİR Kİ, O BUNUN BAŞ VERMƏMƏSİ ÜÇÜN DÖVLƏTİN MƏHKƏMƏSİNİ DƏ, VƏKİLLƏRİNİ DƏ , MƏHKƏMƏ EKSPERTLƏRİNİ DƏ BELƏCƏ ƏLƏ ALMAQ ÜÇÜN HƏR VASİTƏYƏ ƏL ATMAQDADIR.
Dediklərim yalan olsaydı, mən Asan imza ilə Məktubumun MEM-inə göndərilməsinə nail olduqdan sonra “GİYASLI GROUP” MMC SAXTAKAR, DƏLƏDUZ, FIRILDAQÇILIĞININ ört-basdır edilməsi məqsədi daşıyan çox ədalətsiz vəziyyətlə qarşılaşmazdım. Beləki, 1. məhkəmə məktubumu MEM-in 19 sentyabrda qəbul etdiyinə dair onlarda rəsmi sənəd olduğunu mənə bildirsə də MEM-in Xətşünaslıq şöbəsinin rəisi Hümbət Vəliyev təkid etdi ki, 25 sentyabrda gəlib. Ancaq sonra təsadüfən bildirdi ki, mən hakimlə telefonla danışdım, ondan məktub aldım ki, Məhkəmə Ekspertiza Mərkəzində “GİYASLI GROUP” MMC-nin direktorunun imzası və şirkətin möhürünün ekspertizası edilməsin. Buyurun! Budur! Mən mediada 6 açıq müraciətdə Nizami prokurorluğunun baş müstəntiqinin, hakim Mehriban Əfəndizadənin, vəkilimiz A.Səfərovun mənim İmzalarımımn ekspertiza edilməsi Vəsatətimdən “GİYASLI GROUP” MMC-nin xeyrinə istifadə edilməsi məqsədlərindən, mənə təzyiq edilməsindən dəfələrlə bəhs etmişdim.
Xətşünaslıq şöbəsinin rəisi Hümbət Vəliyevin hakimin məktubuma yazdığı “Nəzərə alınsın” dərkənarını pozmağ\a ixtiyarı varmı?! Hakimi öz yazdığı “Nəzərə alınsın” dərkənarından Məhkəmə Ekspertiza Mərkəzində “GİYASLI GROUP” MMC-nin direktorunun imzası və şirkətin möhürünün ekspertizası edilməsi müddəasından geri çəkilməyə nə vadar edə bilər?! Baxın, budur mənim Vəsatətimdən – mənə göndərilmiş 1-ci saxta Müqavilədəki və həmçinin 2-ci saxta müqavilədəki İMZALARIN MƏNƏ AİD OLMADIĞI BARƏDƏ HAQLI İDDİAMDAN zəngin olan “GİYASLI GROUP” MMC-NİN XEYRİNƏ İSTİFADƏ OLUNMASI, nəticədə haqlı alimin alçaldılması – saxtakar adlandırılması, dələduz qələmə verilməsi üçün hakimin vəkillər, ekspertlərlə iş birliyi.
Mənə Hümbət Vəliyevdən Məhkəmə Ekspertiza Mərkəzində “GİYASLI GROUP” MMC-nin direktorunun imzası və şirkətin möhürünün ekspertizası edilməyəcəyi barəə hakim Mehriban Əfəndizadənin məktub verdiyini öyrəndikdə səhhətim son dərəcə pisləşdi. Mən səhhətimdəki dəyişiklikləri xırdalamayacağam. Hər bir vicdanlı şəxs 61 yaşlı, şəkər xəstəsi, paralic keçirmiş, ağır avtomobil qəzasından sonra 2-ci qrup əlil olmuş 1 insanın, gecə-gündüz elmi yaradıcılıqla məşğul olan alimin hansı vəziyyətə düşə biləcəyiəni təxmin edə bilər.
Təbii haqqımı tələb etmək üçün Mehriban Əfəndizadənin katibinə zəng etdim. Açıq hiss olunurdu ki, katib hakimin dediklərini mənə ötürür. Davamda isə katib mənə Hakimin hüquqlarını – səsimin Ədliyyə nazirliyinə göndəriləcəyini deyib, məni əsl mənada qorxutmağa başladı. Mən buna görə baş verənləri olduğu kimi ona - əslində Ədliyyə nazirinə nəql edib Vətəndaş, mülkiyyət sahibinin də HÜQUQLARI, TOXUNULMAZLIĞI OLDUĞUNU BƏYAN ETDİM.
Sonra Hümvət Vəliyevə zəng edərək onların ucbatından intihar etmək həddinə gəldiyimi və məhkəmənin mənə onlara əlavə Məktub vermədiyini dediyini bildirdim. Hümbət Vəliyev əvvəlcə intihar qərarıma – özünüz bilərsiz, cavabını verdi. Hətta hiss elədim ki, bu qərar ona daha sərfəlidir. Həmçinin hakimin məktub verdiyini demiş Hümbət Vəliyev GİYASLI GROUP” MMC-nin direktorunun imzasının da, möhürünün də mənim iştirakımla ekspertiza ediləcəyini bildirdi. Ancaq Hümbət Vəliyev “GİYASLI GROUP” MMC-nin direktorunun imzasının da, möhürünün də mənim iştirakımla ekspertizasının mənim ekspertizamdan sonra ediləcəyini bildirdi. Baxın mənim – 40 ilin alim-ziyalısının öz iddia ərizəsinə əlavə etdiyi ÖZ VƏSATƏTİNİ onun başı üzərində dayanaraq məcburi surətdə tətbiq edirlər. Zəngin tikinti şirkətinin İMZASININ və möhürünün ekspertizası haqqında məhkəmə - hakim qərarını məndən sonra, bəlkə də onun villalarından birində kabab süfrəsində keçirmək qərarı verilir.
Bunlar – bütün bəhs etdiklərim təəssüf ki mənim dövlətimdə məhkəmələrin və bütün qurumların vətəndaş – insan hüquqlarını zənginlərin xeyrinə asanlıqla taptalamasının, onları bir heç saymasının əyani nümunəsidir.
“GİYASLI GROUP” MMC- nin DƏLƏDUZLUĞUNU PƏRDƏLƏMƏYƏ ÇALIŞANLAR CƏZALANALIDIR

Buradaca mən AR Kostitutsiyasını, Qanun Məcəllələrinin müddəalarını taptayan “GİYASLI GROUP” MMC-nin tərəfində olmaqla özü də bu Ali qanunvericilik aktlarını pozan Nərimanov rayon məhkəməsinin hakimi Mehriman Əfəndizadəyə, AR Ədliyyə nazirliyinin MEM qurumunun rşöbə rəisi Hümbət Vəliyevə “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №-li Qərarının 2-ci bəndini yada salmaq istəyirəm. Ali sənəddə qeyd olunur ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər http://www.anl.az/el/Kitab/2021/01/Ar2018-543.pdf .
Sonda bildirirəm ki, 2013-cü ildə də mənim vətəndaş – insan hüquqlarım kobud surətdə taptalandı. Məhkəçmələrimiz zəngin tərəfə xidmət etmiş polis işçilərini müdafiə etdi. Məcbur olub Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdim. Çox qısa müddətdə mənə Ərizəmin qəbul edildiyi haqda məktub gəldi. Sonra Ərizəmin dövlətimə kommunikasiyaya gəldiyini mediadan oxudum. Keçən il 01.09-2022 tarixdə AİHM-nin Ərizəmi təmin etdiyi barədə Elanını öyrəndim. Çox sağ olun AİHM hakimləri.
İndi də yol AİHM-nə gedir. Mənə deyirlər ki, hakim hələ Qərar çıxarmayıb, bəlkə Ədalətli Qərar çıxaracaq... Ədalətli Qərar Çıxarmasa Apelyasiya və o da Ədalətli Qərar Çıxarmasa Ali məhkəməyə müraciət edərsiz. Mən bu prosedurları bilirəm və çox keçmişəm. Hakim Mehriban Əfəndizadə 4 aydan çoxdur sadə 1 məsələ - saxta müqavilənin ləğvi məsələsini yekunlaşdırıb qanunlara əsaslanan ədalətli qırar çıxara bilmir. Artıq 2 dəfə 2 saatlıq hazırlıq iclasları keçirib. Müşavirə otağına getməyi qalıb. Məntiqlə hələ daha 1 ay uzadacaq Qərarı. Sonda nə olacaq?.. Gedəcək 1 dəqiqəyə qayıdıb zəngin tərəfin hədiyyəsi – Haqqı -ədaləti taptalayan Qərarını oxuyacaq.
“Müşavirə otaqları” şerim yadıma düşdü:
Hakimlərin vicdanından
“Qoy ədalət zəfər çalsın
Ulu öndər vəsiyyəti asılmırsa!
Masasında şah qanunlar yazılmırsa,
Qapıları ədalətçin açılmırsa
Nəyə lazım müşavirə otaqları?!

“Məhəkəmə hakimlərinə”, “Hakimlər rüşvət alır”, “Bizdə insan hüquqları”, “Qoy ədalətzəfər çalsın”, “Mənim şərəf ləyaqətim”, ,"Gəlin məni hıbs eləyin", “Mən ədalət dilənirəm”və bir çox şerim və eləcə də “Alfons prokuror”, “Qan iyi”, “Direktor B”, “Onun ağ məhəbbəti” povestlərim, "Qəbul", "Dustaq", "Görüş" və b. hekayəlırim də məhkəmə haqsızllqlarına həsr olunub.
Son: Avropa İnsan Haqları Məhkəməsi Bakı Ofisi rəhbərliyi və Azərbaycan Respublikasının təkrar-təkrar müraciət etdiyim Hüquq-Mühafizə orqanları yüksək çinli məmurları Sizdən mənim və bacımın mülkiyyət, vətəndaş-insan hüququmun müdafiəsinə qalxmanızı xahiş edirəm. Bu hadisə bizim hüququmuzun taptalanması olmaqla bərabər, bilavasitə Azərbaycan dövlətinin qanunlarına, eyni zamanda AİHM-nin tələblərinə hörmətsizlikdir.
Həmçinin ədalətsizliklər mənim səhhətimə ciddi zərbə vurur. Mən elmi yaradıcılığımla da lazımı səviyyədə məşğul ola bilmirəm.ZƏNGİN TİKİNTİ ŞİRKƏTİNİN DƏLƏDUZLUĞUNU PƏRDƏLƏMƏYƏ ÇALIŞANLAR CƏZALANALIDIR. Ədalət yerini almalıdır. Mülkiyyətimizin, -3 hissədən ibarət təmirli 100 kv.m.-dən çox obyektimizin əvəzi verilməlidir.
Haqqı-ədaləti qanunlardan da yüksəkdə dayanan - hamımızı yaradan Allah hökm edir.
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031