O VƏKİLİ TAPIN VƏ ... I HİSSƏ
Gündəm / Ölkə
Oxunub: 50
1 sen 2023 | 13:56









Xatirə Quliyeva
2-ci qrup əlil
fəlsəfə elmləri doktoru

AZƏRBAYCAN RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASININ SƏDRİ CƏNAB ANAR BAĞIROVA

Şikayət Ərizəsi
I HİSSƏ



Cənab Anar Bağırov, bu Sizə üçüncü müraciətimdir. Əvvəla atalar sözümüz “balıq başdan iylənər” misalımıza uyğun Sizdən qaynaqlandığını deməyə “ip ucum” olmasa da rəhbərlik etdiyiniz qurumla bağlı 40 ilin alim-ziyalısı olaraq münasibətim mənfidir. Oxuduqlarımdan, hələ 20 il əvvəl iqtidar yönlü olduğum üçün işdən çıxarıldığım vaxt (bərpa da olunmuşam, hətta səbəbkarlar əsl əməllərinə görə ciddi cəzalanıblar da! ), sonra on il qabaq yaxın ailə üzvümün avtoqəza məsələsində günahsız müqəssir rolunda iştirak etdiyimiz məhkəmələrdə qarşılaşdığım müşahidələrimdən məndə içində məşhuru, təzəsi əksəriyyətlə ölkə vəkillərinin böyük faizinin məhkəmələrlə müraciət edənlər arasında kommersiya vasitəçisi olduqları fikrinə gəlmişəm. Məhkəmələrdə “müştərilərin” əsasən “ədalətsizliyi almaq məqsədilə haqq vermə əməliyyatı” vasitəçiləri vəkilləri göydə Allah, yerdə hökm vermək kimi ımüqəddəs peşələrindən də, hətta Allahdan da üstün tutan çox sayda hakimlər haqqında da təəssüratlarım gerçək faktlara söykənməklə qeyri-qənaətbəxşdir. Ümumiyyətlə bu mövzuda fundamental monoqrafiya yazmaq olar. Ona görə də bu şərhi müxtəsər edib keçirəm əsas məsələyə.
Cənab Anar Bağırov, mən birinci dəfə Sizə - yaşlı alim, 2-ci qrup əlil olduğumu nəzərə alıb mənibacımla birlikdə iddiaçı olduğum, 2+2 kimi həlli də, müdafiəsi də çox asan haqlı məhkəmə işimdə ödənişsiz vəkil xidməti ilə təmin etməyiniz xahişi ilə nüraciət etmşdim. İddianı özüm yazacaqdım, qanun maddələri ilə iddiamı müdafiə də edəcəkdim. Avropa məhkəməsinə də Şikayəimi özüm yazmışdım.Vəkil prosedura uyğun gönsdərmişdi və nəticə 2022-ci il 1 sentyabr- da xeyrimə Elan olundu. Bu mənada gərək heç, bizim ölkədəki vəkillər və vəkillik fəaliyyəti ilə bağlı təəssüratım çok mənfi olduğu halda əziyyət çəkməyəydm. Amma hər şey sınaqdır. Demək ki, “o” da (Sizdən xahişim) və bəlkə ondan daha artıq “bu” da (mediada tənqidim) olmalı idi! “Balıq bilməsə, Xalıq bilər!”. Peyğəmbərimiz Məhəmməd (s.s.) buyurub: “Alimin qələminin fırçası min şəhidin qanına bərabərdir”! Mahiyyət etibarilə təvazokarlıqdan kənar olsa da əsərlərinin sayı yaşından çox-çox, çəkisi özündən ağır, tarix üçün dəyəri bu gündən bəlli bir fədakar elm alimin İddia ərizəsi də, tənqidi yazısı da diqqətə alınmalıdır! Mən bu yazının davamında böyük ehtimallarla məhz zənginliyinə və arxa-dayağına görə Tikinti Şirkətinin min azdı, milyon faiz tərəfində olan Nərimanov rayon məhkəməsinin hakimi Mehriban Əfərndizadədən, tutarlı dəlillərə “vətəndaş şikayəti ilə hakimi cəzalandırmırıq, şablon yox, nə olsa Qərardadı biz ləğv etmirik” – mövqeli MHŞ-dan, saxta müqavilələr “balalayan”, vətəndaşların bir 9 mərtəbəli mülkiyyətinin (əvəzini qanunla, halallıqla vermədən) yerində neçə-neçə göydələn tikən dələduzluqla bu gün ittiham olunan adlarını ilan qabıq dəyişən kimi dəyişən Tikinti Şirkətlərindən biri Giyaslı Gourup Tikinti MMC-dən olacaq yazılarla ölkə başçımız bəlkə, bəlkə rastlaşar və Günəş doğar həqiqətin, gerçəkliyin üstünə. İnşallah deyib, Sizə başında dayandığığınız “ailənin” bir neçə üzvünün fəaliyyəti barədə əsaslı faktlarla iradlarıma keçirəm.

Həə... Mən Sizə ödənişsiz vəkil xidməti üçün müraciət etmişdim. Xahişimi nəzərə almışdınız və bir əməkdaşınız məni vəkil Nəsib Əhmədli ilə əlaqələndirmişdi. Lakin O, məsələnin məğzini – ondan pulsuz xidmət istənildiyini bildikdə “işinin çox olduğunu” deyib, məni 6 saylı vəkil bürosunun müdirinə yönəltdi. Yaşı 70-i ötmüş, əsəbləri mənim kimi “yorğun”, hələ mənim kimi mülkiyyət problemi ilə üzləşmiş hökumətin məhkəmələrinin əlindən dad çəkən Elxan (soyadını bilmirəm) adlı “müdir vəkil” baxmayaraq ki, şifahi şəkildə ona mənə “pulsuz” vəkillə təmin etməsi deyilib, o bunu gizlədərək hətta mənimlə rəsmi müqavilə bağlamadan məndən pul qəbul etdi. Sonra bu müdir vəkil 2-3 dəfə yanına getdiyimdə mənə ilk gün verdiyi təlimatların hamısını bir kənara qoydu, çox kobud danışıq tərzi, “dünən” dediklərini bu gün təkzib edən mövqesizliyi və əsas da konkret iki cümləllik İddia ərizəsi ilə artıq qarşı tərəflə əlaqəsinin yarandığı fikrini yaratdı və həmçinin yaddaşımdakı tipik vəkil obrazını canlandırdı. Bununla da mən onun mənə vəkil xidmətindən imtina, ondan Sizə şikayət etdim. O da mənə “ya həlhələ, ya vəlvələ” məndən Müqavilə bağlamadan götürdüyü məbləği geri qaytardı.
Bu şikayətimdən və pulumun geri qaytarılmasından sonra rəhbərlik etdiyiniz Vəkillər kollegiyasından bir işçiniz, səhv etmirəmsə adı Seymur idi, mənə 2-3 dəfə zəng edib, “pulunuz geri qaytarıldı, daha şikayətçi deylsizsə bir Ərizə yazardınız”– kimi əslində tələb xarakterli hökmünü bildirdi. Aydın hiss olunurdu ki, “müdir vəkil” müqaviləsiz işləmək ənənəsinə sadiq olduğu kimi özünü müdafiə üsullarını da planlayıb. Xülasə, mən də vəzifə öhdəliklərini “nəyinsə” müqabilində aşan bu işçinizə (deyəsən adı Seymur idi) dedim ki, buna mən özüm qərar verəcəyəm.
Bundan sonra mən 6 saylı vəkil birosuna gəldiyim gün, “müdir vəkil”-in qəbulunu gözləyərkən tanış olduğum, problemimizi deyib, xeyrimizə olan bir qanun maddəsini soruşmuşduğum- soyadını mənə və bacım Sevinc Quliyevaya Vəliyev demiş, şikayətçi olduğumuz Giyaslı Gourup MMC-nin vəkili ilə eyni soyadlı - Səfərov Abuzər adlı vəkil maraqlandığım qanun maddəsini bilmədiyi, İddia ərizəsini özüm yazdığım halda onunla Müqavilə bağladım. O “müdir vəkildən” fərqli təmkinli adam idi. Fikirləşdim ki, biz iki hüquqları pozulmuş yaşlı, tənha qadına bu vəkil məhkəmədə dəstək olar.
Həmçinin o ərəfədə mən ciddi şəkildə xəstə idim. İş mövsümü boyu gərgin fəaliyyət, 1 fundamental monoqrafiyanı yazıb bitirib, ingilis dilinə çevirib xarici ölkəyə çapa təqdim etmişdim. 1 ölkəyə gedib, dönmüşdüm. 2 ölkəyə biletlərim alınmış, xüsusən də bir dəstə qrupla təşkil etdiyim ciddi konfranslarda iştirak etmək üçün hazırlaşırdım. Bəlkə də bu qədər yorğun, gərgin olmasaydım, heç əksəriyyətlə xasiyyətlərinə bələd olduğum vəkillərin sırasından birinə etibar etməzdim. Ümumi iş çoxluğu, səfərə gedənlərin biletindən yazısına kimi bütün yükü məni o hala gətirmişdi ki, ayaq üstdə güclə dayanırdım. Şəkər xəstəliyi də gözlərimi kor etmək səviyyəsinə çatmışdı.
Bu halımda vəkil Abuzər Səfərov məni az qala sürüyərək natariusa apararaq öz adına Etibarnamə aldı. Beləliklə, Etibarnamə verdiyimiz vəkil Abuzər Səfərov yalnız mənim və bacımın konstitutsiya ilə qorunan mülkiyyət hüququmuzu pozmuş, Azərbaycan qanunçuluğuna zidd hərəkətlərə yol vermiş, qanun maddələri ilə dələduzluq kimi qiymətlənməli Giyaslı Gourup MMC-yə qarşı yazdığım İddia Ərizəsini, habelə işə hərtərəfli, ədalətli baxılmasını təmin üçün Vəsatətləri məhkəmə portalına yüklədi. Məni qeyd etdiyim kimi güclə adına Etibarnamə almağa aparan bu vəkilin İddia ərizəmə 1 cümlə, 1 söz birləşməsi belə əlavə etməməsi məni təəccübləndirsə də düşündüm ki, savadı çatmaz mənim yazdığıma nəsə əlavə etsin...
İddiaçı olduğumuz məsələ çox lakonik olaraq ondan ibarətdir ki, bacımın adına olan, mənim qeydiyyatda olduğum və eyni zamanda bacımla mənim adıma olan qeyri-yaşayış sahəsinin yerləşdiyi Q.Qarayev pros.76 saylı binanı sökən Giyaslı Group MMC bizə saxta Müqavilə verib. O binada 3 otaqlı artırmalı mənzilimizin altındakı rəsmi Çıxarışla mülkiyyətimiz olan - banklardan kredit götürüb təmir etditrdiyimiz 68 kv.m. (faktiki 100 kv.m.dən çox) obyektimizin əvəzinə əsasnamələrində nəzərdə tutulan 20 faiz əlavəni etməklə bizə 85 kv.m. həm də təmirsiz mənzil veriləcəyini yazıblar. Müqaviləni natariusda təqsiqləməyiblər. AR İqtisadiyyat nazirliyinə yazdıqları məktubda da göstərdikləri kimi mən 2-3 gün sonra (mənə göndərdikləri gün) etiraz etsəm də Azərbaycan dövlətinin əqdlər haqqında qanun maddələrini saya salmayıblar. Həmin 3 səhifəlik Müqavilənin cəmi son səhifəsində komputerlə yazılmış inhisallarımın altında mənə məxsus olmayan İmza yazıblar. Halbuki Müqavilələrdə İmzaların altından əllə İmzalayanın adı, soyadı, ata adı yazılmalı, Müqavilə tərəflərin iştirakı ilə İmzalanmalı, Natatusda təsdiqlənməlidir. Bu MMC mülkün hüquqi sahibi bacım Sevinc Quliyeva ilə də Müqavilə bağlamayıb. Onların saxta müqaviləsinin etibarsızlığını əsaslandıran çox dəlillər var, mən bunlar barədə Məhkəmə Hüquq Şurasına media ilə müraciətimdə bəhs edəcəyəm.
Beləliklə, İddiamız haqlıdır. Əsaslarımız ciddidir. Qanunlar bizim tərəfimizdədir. Ancaq cavabdeh MMC-nin vəkili ilə soydaş olduğundan bizi şübhələndirməmək üçün bizə soyadını Vəliyev demiş Abuzər Səfərov bizi müdafiə etməsi üçün çoxsayda əsaslar olsa da bizə əvvəldən sona kimi etibarsızlıq etdi. Bu ifadəm təkcə mənəvi məna daşımır, o qanunsuzluqlara yol verib, sonra qaçıb. Buyurun tanış olun.
Deməli, məhkəmə may ayının 25-ində İddianı icraata almadı. Hakim Mehriban Əfəndizadə Qərardadını qarşı tərəfə pritenziya qaydasında müraciətin olmasına dair sübut təqdim edilməməsi ilə şərh etmişdi. Halbuki mən İddia ərizəmizdə dəfələrlə MMC-yə müraciət etdiyimi yazmışdım, ünvanlarına göndərdiyim məktubun surətini də işə əlavə etmişdim. Hazıırlıq iclasında da MMC-nin ofisinə əlbəəl apardığım, qəbul edildiyini imzalatdığım Ərizənin surətini məhkəməyə şəxsən təqdim edəcəkdim. Eləməsəydim belə hakim Azərbaycan Respublikasının Konstitutsiyasının 13-cü və 29-cu maddələri; AR MM-in 144.1; 213-cü, 215.1-ci, 329; 329.2. ən əsas 337.1., 337.2. və 337.4-ci maddələrinə, hələ Tikinti, şəhərsalma məcəlləsinin 120,121-ci maddələrə hörmət qoyub mahiyyət üzrə qanuni. ədalətli qərar qəbul etməli idi. Hakim Mehriban Əfəndizadə isə “pritenziya qaydası” bəhanəsi ilə İddia ərizəsini geri qaytardı. Bununla da işə baxışı ehtimal ki, mənim dəfələrlə eşitdiyim məsələ - xaricdə olan əsl tikinti sahibinin xeyrinə süni surətdə uzatdı.
Əsas Vəkillər kollegiyasına üzvünü tanıması üçün lazım ola biləcək məsələ -biz vəkil Abuzər Səfərovdan Qərardaddan şikayət yazmasını istəsək də o imtina etdi. Dedi ki, “hakimi qıcıqlandırmayaq, həmin ərizəni əlavə edək verək, iş ləngiməsin”. Razılaşdıq, vəkil mənim yazdığım İddia ərizəsinə bu yeni sənədi 1 cümlə ilə əlavə etdi və 2-3 günə Məhkəməyə təqdim etmək üçün bizə (bacımla mənə) imzalatdı.
Həmin gün mən Nizami Tibb Mərkəzinə müalicə kursu qəbul etməyə (xəstəxanada yatmağa) gedərkən İddia ərizəsini imzalatmaq üçün onların vəkil birosuna gəldim. Vəziyyətim kritik idi. O qədər ki, həmin gün xəstəxanada koordioloji şöbə məni qəbul etmək istəməyib, reanimasiya şöbəsinə istiqamətləndirirdi... Mənim şəkərimin 485, ürək döyüntümün 125 olduğu demək olar ki, koma vəziyyətimdə vəkil Abuzər Səfərov mənə bir gün qabaq Səda tv-də etdiyim Çıxışımı nəzərdə tutaraq “çıxışınıza baxdıq, Siz necə mərd qadınsız, Siz artıq mənim bacılarımsız! Mən Sizin qardaşınızam” – deyə-deyə mənə 1 vərəqi qol çəkməyə verdi. Mən əslində tibbi göndərişə görə TV-də çıxış edən gün xəstəxanaya getməli idim. Mən isə son gücümü toplayıb Efirlə məsələni ictimailəşdirmişdim və çoxları kimi vəkil də fikrini belə bildirmişdi. Ancaq sünii imiş. Həmin sənədə qol çəkdirmək üçün bizə “bacımsız,qardaşınızam“ deyirmiş. Yazıqlar olsun evinə bu yollarla pul aparanlara! Ailəsini, öbvladlarını bu yollarla pul qazanıb dolandıranlara!
... Şəkər 2 eynəyimi sıradan çıxarıb, xəstəxanaya yazılan gündən 2 gün əvvəl Mərkəzi Xəstəxanada (halım pis olduğunu orda da təsdiqləyə bilərlər) gözümü də yoxlayıb, göz qişamın altının tamam zədələndiyi əsası ilə Dünya Göz Xəstəxanasına göndəriş yazıblar. Deməli, gözlərimin də görmədiyi bir halımda vəkil Abuzər Səfərov mənə “narahat olmayın eee, “vəkildən narazı olmadığınız” haqda anketdi”- deyib, bacımı da oxumağa qoymadığı vərəqə mənə qol çəkdirib götürdü. Müalicə alıb həqiqi mənada səhhətimin xeyli normallaşmasından sonra mən həmin məğzini bilmədən, koma vəziyyətimdə imzaladığım vərəqin surətini ondan dəfələrlə istəsəm də gah söhbəti dəyişdi, gah verdim getdi, -dedi- beləcə qaçdı! Özlüyümdə onun adını QAÇAĞAN VƏKİL qoymuşam. Tapsanız onu deyərsiz!..
Məhkəmə hazırlıq iclasının ilk günü hakim qarşı tərəfdən sənədlər qəbul edərkən mən ona “mən də pritenziya qaydasında ərizəni bu gün verə bilərdim”-deyə, etirazımı bildirəndə hakim vəkil Abuzər Səfərova məchul mimika ilə “gördüz?!”- dedi. Məhkəmə prosesindəcə həm həkimdən, həm ondan bu ibarəli sualın mənasını soruşsam da hakim və eləcə də o yayındılar. Mən “vəkilim, hakim “gördünüzmünü”ü nə mənada deyir”- deyə təkrar sualımı verəndə Abuzər Səfərov cavabdan “o olub keçdi”- deyərək yayındı, beləcə QAÇAĞAN VƏKİL yenə dürüstlükdən qaçdı!
Həmin iclasda qarşı tərəf məhkəməyə ikinci bir ( bizə verdiyi ilə eyni olan) Müqavilə təqdim etdi. Sözsüzdür ki, məndə Şirkətin möhürü ola bilməz. Həmçinin direktorun imzasını mən necə çəkə bilərəm?! Həm də göy qələmlə çəkilib və əvvəlki – bizə verilmiş Müqavilədəki imzası ilə eynidir. Ancaq məni Etibarnamə verməyə sürüyə-sürüyə aparmış, sonra bizə bacısı kimi etibarlı olacağını vəd etmiş vəkil Abuzər Səfərov bu saxtakarlığa, dələduzluğa 1 kəlmə söz ilə belə reaksiya vermədi! Hakimin məhkəmə proseslərini, o cümlədən bu ştrixi MHŞ-na müraciətimdə təsvir edəcəyəm.
İkincisi, mənim bacım da həmin obyektimizin hüquqi mülkiyyətçisidir. Şirkət onunla Müqavilə bağlamayıb. Bu fakr ədalətli, satılmamış vəkil üçün qeyd-şərtsiz güclü faktordur. Ancaq vəkil Abuzər 2 iclasda 1 kəlmə sözlə iddiaçını nəinki müdafiə etmək, heç yada salmadı belə!
Üçüncü fakt: Müqaviləni imzalayanlar birlikdə imzalamalıdırlar. Deməli, vicdanlı, ləyaqətli vəkil bu iki faktı və saxta müddəalarla dolu (məsələn, bir neçə sənədi mən guya onlara Natarusda təsdiqlədib vermişəm) Müqavilədəki həmin sənədləri tələb etməklə, yoxdursa etibarsız olduğunu sübut etməklə, hələ daha ciddi əsas – Müqavilənin Natariusda təsdiqlənmədiyini əsas olaraq irəli sürüb biz, - haqlı iddiaçıları, bacı dediyi qadınların taptanmış haqqını müdafiə etməli idi. Lakin vəkil Abuzər Səfərov bizi bir kəlmə Söz ilə belə müdafiə etmədi. Qəbul etdiyi halal pulumuzun müqabilində xidmət missiyasından Qaçdı! Müdafiə qalsın, əksinə çox iyrənc bir formada qarşı tərəflə anlaşmış olduğunu nümayiş etdirdi.
Dünən, 11:26
Sərt TƏNQİD: “Primitiv savadı olanlar da alimlik dərəcəsi alır”
Dünən, 11:00
“Heydər Əliyev-100: Müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib
6-12-2023, 10:13
Karbohidratlı pəhriz ürək sağlamlığı üçün faydalıdır – Tədqiqatların nümunəsində
6-12-2023, 10:09
Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası
5-12-2023, 11:15
Yaşıl yarpaqlı tərəvəzlərdə olan fol turşusu bağırsaq xərçəngi riskini azaldır
4-12-2023, 11:10
"Qarabağ"ın rəqibi məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırıb
4-12-2023, 11:06
Bu orqanlar olmadan da yaşaya bilərik - Çin alimləri 5 belə orqan müəyyən edib
4-12-2023, 10:59
Azərbaycanlı filosof alimin məqaləsi ABŞ-da dərc olunub
4-12-2023, 10:51
Azərbaycan aliminin Ulu Öndərlə bağlı məqaləsi ABŞ-da işıq üzü görüb
1-12-2023, 11:53
Süni intellektlə bağlı qlobal razılaşma kiberfəzaya nə verəcək?
1-12-2023, 09:37
Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
30-11-2023, 11:47
Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası
30-11-2023, 10:34
Azərbaycan Moda Həftəsi keçiriləcək
30-11-2023, 10:21
Deputat: “Nikaha girən gənclər narkoloji müayinədən keçməlidir”
29-11-2023, 12:12
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir
29-11-2023, 12:05
Hindistandanlı kardioloqdan qan damarlarını sağlam saxlamaq üçün tövsiyələr
28-11-2023, 14:57
Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli- Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası
28-11-2023, 09:56
Güclü külək Bakıda bir sıra fəsadlar törədib
28-11-2023, 09:50
Antibiotiklər "ağrıkəsici, qızdırmasalıcı" deyil
27-11-2023, 12:41
Azərbaycanın qadın karateçisi ilkə imza atıb
27-11-2023, 10:21
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
27-11-2023, 10:08
Professor: Bu içki və qidadan imtina insanların ömrünü 10 il uzadır
24-11-2023, 20:39
KİÇİK ELMİ İŞÇİ GÖZƏL QULİYEVANIN ELMDƏ BÖYÜK ÇİRKİNLİKLƏRİ
24-11-2023, 10:42
Qırmızı şərabdan baş ağrılarının səbəbi açıqlanıb
24-11-2023, 10:37
Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turniri başlayır
23-11-2023, 12:36
Niyə mədə quruldayır? Mədədən gələn maraqlı səslərin səbəbi
23-11-2023, 10:22
Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti” adlı monoqrafiya işıq üzü görüb
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031