ALDO FERRARİ KİMDİR və ONU «DƏYİŞMƏK» MÜMKÜNDÜRMÜ? (Arxivdən)
Gündəm / Elm və təhsil
Oxunub: 232
23 dek 2022 | 11:55
Xatirə QULİYEVA
fəlsəfə elmləri doktoru, dosent
.

Bu tədqiqatımı bütün Vətən şəhidlərimizin əziz xatirəsinə ithaf edirəm




Əziz oxucum. 2022 gəldi çatdı sona. Hərə bir cürə rəsmi Hesabatlarını verdi. Vicdan hesabatları ayrı məsələdi!.. Bu hesabatları verməyə hər adamın gücü çatmır və özünü özü ilə münaqişə cəhbəhsindən və o meydandakı " iri çaplı silahların atışmalarından» qoruyur. Beləliklə, illər bitir, Vicdan Hesabatları yığışıb qalır.
Ancaq yaşananlar var axı. Onların dövlət, hökumət, əmək qanunvericiliyi, o cümlədən şəxsi münasibətlər baxımından yaddaşlarda kök atan rişələri heç vaxt qırılıb, məhv olub getmir.
Təqdim etdiyim bu arxiv yazısındakı ciddi məsələ də belə — illər kimi külək mahiyyətində həyatımızdan çıxıb gedənlərdən olmayıb düşündürücüdür. Həm də bəlkə kütləvi mütaliədən də artıq «… palandan» yapışan xüsusi qurumların düşünməsi üçün ciddi məsələdir. Aydınlıq üçün misal gətirim, məs. Kosovanı tanımır Azərbaycan qalxalar, qılınclar qaldıranlar, (hələ Kosova kimi tanınmayan Kıprısla nə gözəl əlaqələrimiz var!..) bu boyda «şalbanlara» süni bəhanələrlə göz yumurlar. Halbuki, konkret əlaqə tərəfləri, mövzular, hətta «yapışmalı» çox əsaslı məsələlər var…
İlin sonu. İl boyu dəyəri dəyər bilməyənlər tərəfindən bilinməmiş gərgin və məhsuldar fəaliyyət, — inqilab məzmununda ən yeni tədqqiqatlar, sonra vətəndaş-alim mövqeyindən görülmüş işlərin Yeni Toplusu kitab gəlir… Bu atmosferdə istirahət üçün «tapılan 5 dəqiqəni» bir qəşəng istirahət yerində yaxın insanlarla cibə uyğun keçirməkdənsə «öz prinsipə» ayırırsa adam, demək ki, bu daha mühümdür
..
Beləliklə, mən 2019-cu ildə az.politika və moderator.az və davamda çox sayda saytlarda yayınlanmış ALDO FERRARİ KİMDİR və ONU «DƏYİŞMƏK» MÜMKÜNDÜRMÜ? — araşdırma yazımı təqdim edirəm.
Çünki kripto Zöhrə Əliyeva və bu il və illər boyu elmə aidiyyəti olmayan həmin qrup yenə yol üstədirlər. Əgər elmi konfransdır. Elanını versin! Həm də İnternetdə işıqlandırılır bütün Beynəlxaqlq Elmi KONFRANSDLAR. Sözsüzdür ki, Zöhrənin .adını elmi konfrans qoyduğu internet üzərində heç bir izi- tozu olmayan bu “nəmənələrin” Dövlətə, Azərbaycan elminə heç bir faydası olmayıb və yenə olmayacaqdır. Bəs elmi konfrans deyilsə, Dövlətin elmin inteqrasiyası üçün nəzərdə tutduğu Pulları niyə illərdir eyni adamlar Yeni il ərəfəsində, yayda, dəniz mövsümündə özləri üçün xərcləyirlər?!
Süni mədəniyyət maskasında və elmi ezamiyyət statusunda daimi olaraq Zöhrə Əliyevanın özü və ailəsi başda olmaqla baş mühasib, bacısı material üzrə mühasib, texniki şöbənin əməkdaşı, ailə üzvləri, dostlar və s. eyni dəstənin yaxın günlərdə Avropaya italiya-Fransa «sərhəddi boyu» səfərinə, əsas da erməni Arsax asssosiasiyasının prezidenti Aldo Ferrari ilə əməkdaşlığa fikrimizcə, diqqət yönəltmək lazımdır, hətta vacibdən də artıq, labüddür. Axı ən azı Azərbaycan hökuməti erməni Arsax asssosiasiyasını və onun prezidenti Aldo Ferrarini də tanımayıb!..
Adi mətbuat katibi vəzifəsində 10 işçisi olan şöbənin müdiri (?!)Zöhrə Əliyeva illər boyu «özfəaliyyəti» haqqında rəsmi Hesabat da vermir ki, dövlətçilik və elmi mahiyyətli mühüm suallar aydınlaşsın.

Ona görə də Zoya kliçkalı özünü mədəniyyət səfiri (kim verib?!) Zöhrə Əliyeva, professor, şöbə müdiri adları ilə tanıdan, mənim Bolqarstan EA-nın 64 institutu, 200-dən çox şöbəsi içindən tapdığım ən sadə bölmənin əməkdaşlarını — Qrant Layihəsi ortaqlarımı oğurlayan, bununla da zəhmətimi mənimsəmiş, həmin BEA əməkdaşlarından qızı Əminə Əliyevnın başdan-başa plagiat olan səviyyəsiz dissertasiyasına apponent kimi (məqaləsini də BEA-da impact jurnalda çap etdirmişdir) faydalanmış ümumiyyətlə, plagiatçı və heç bir savadı olmayan buna görə də elmlər doktoru Diplomunun verilməsindən AAK-ın imtina etdiyi, — Fəlsəfə və Sosiologiya institutunun beynəlxalq əllaqələr üzrə mətbuat katibi, yəni institut əməkdaşlarını xaricdəki konfranslar, tədbirlər barədə məlumatlandırmalı, onların məqalələrini rəsmi ştatda olan bir dənə tərcüməçi işçi ilə birlikdə tərcümə etməli olduğu halda azı 10 işçi ilə nə ilə məşğul olduğu bəlli olmayan Zöhrə Əliyeva,"yol üstündəykən «bu arxiv yazısı yada salınmalıdr.

ALDO FERRARİ KİMDİR və ONU «DƏYİŞMƏK» MÜMKÜNDÜRMÜ?


Ad, soyad… Bunlar bizim rəsmi. mənəvi-tarixi kodlarımızdır. Bizi bunlarla tanıyırlar. Amma onlar həm də çox şərtidirlər. Məsələn, eyni ad və soyadı onlarla, hətta yüzlərlə insan daşıya bilər. Yaxud ad-soyadı dəyişmək, təxəllüslə əvəz etmək mümkündür. Həmçinin də ad-soyadlarını siyasi təhlükəsizlik üçün dəyişənlər nəsli vardır. Əsas ad-soyadın sahibinin şəxsiyyəti, mövqeyi, təmsil etdiyi millət, sahib olduğu ideyalar, boynunda yük missiyasıdır.

Məhz bu məntiqi müəyyənliklə də İtaliyada doğulmuş, İtaliyada bütün təhsil etaplarını adlamış Aldo Ferrarinin mənim üçün İtaliyada doğulması, İtalyan olması, italyan ad-soyadı daşıması, o ölkədə vəzifəsi və s. məsələlər əsas şərt deyil, mühüm olan onun mənim mənsub olduğum xalqa, millətə, tariximə, vətəndaşı olduğum dövlətə münasbətidir ki, bununla o mənim üçün ya var, ya yoxdur! Beləcə mənim üçün Aldo Ferrari ilə əməkdaşlığı onun ad-soyadı deyil, missiyası, dünən və bu günki fəaliyyət dairəsi şərtləndirir.

İndisə gəlin tanış olaq, Aldo Ferrari kimdir? O bizim dostumuzdur, yoxsa düşmənimiz?! Nəhayət o bizimlə əməkdaşlığa layiqdir ya yox?!




Aldo Ferrari 1961-ci ildə İtaliyanın Ankona vilayətində doğulub. O, vikipediyalarda ixtisasca əsasən rus tədqiqatçısı, rusşünas kimi qeyd olunsa da İtaliyanın Venesiya universitetində və həmçinin də bütün Avropada Erməni tarixi və mədəniyyəti tədqiqatçısı kimi məşhurdur. 1980-ci illərdən — (yəni 24-25 yaşlarından) italiyada erməni memarlığı sərgisinə baxdıqdan sonra erməni dili və tarixi ilə məşğul olmağa başlayıb. İtaliyanın Milan universitetində beynəlxalq siyasət istiqamətində Qafqaz və Mərkəzi Asiya üzrə proqram rəhbəridir. 1999­-cu­ ildə Milanın Kotolik uni­ver­si­te­tində «İmperiya sərhədləri. Ermənistan Rusiya imperiyasında (1801-1917)» ­möv­zu­­sunda doktorluq dis­­ser­tasi­ya­sı müafiə edib və bu iş 2000-ci ildə eyni adda monoqrafiya kimi çap olunub. Aldo Ferrarinin elmi rəhbəri Türkiyə katolikləri cəmiyyətinin rəhbəri, erməni tarixçi, filosofu Levon Zekiyandır. Onlar birlikdə İtaliya «erməni tədqiqatları» assosiasiyasını yaradıblar.
Aldo Ferrari «İtaliya ermənişünaslarının baxışları» jurnalının baş redak­toru­dur. Aldo Ferrari eyni zamanda İtaliya Ermənişünaslıq simposiumlarının koordinatoru, «Araks"cəmiyyətinin ermənişünaslıq asso­sia­si­ya­­­sının müdiridir. 2001-ci ildən, yəni 40 yaşından Beynəlxalq erməni təd­qiqatları assosiasiyasının üzvüdür. O, həmçinin İtaliyada Mərkəzi Asiya və Qaf­qa­zı öyrənən assosiasiyanın vitse-prezidentidir. Milanda Beynəlxalq Siyasi tədqiqatlat İnstitutunun tədqiqatçısı, geosiyasət üzrə professordur.

Aldo Ferrari 2000-ci ildən başlayaraq ağlagəlməz dinamik sürətlə, ermənilərin qondarma"tarixini» eramızdan əvvəlki dönəmlərdən bu günə kimi və ən əsas məsələ, Azərbaycan həqiqətlərinin ziddinə, tarixi saxtalaşdırmaqla, mü­­qəd­dəs vətən torpaqlarımızı gəlmə erməni işğalçılarının ərazisi kimi əsas­lan­dır­maq­la, erməni genosidi xülyasını bütün qələm imkanları ilə sübut etməklə, hətta daha qədim tarixlərə aparmaqla, Türk, Azər­baycan xalqını, dövlətimizin daxili və xarici siyasətini qara­la­maq­la­, qədim Türk məskənlərinin ermənilərin xeyrinə tarixini yazmaqla, Urar­tu «davaları» aparmaqla, müasir tarixin və hətta gündəlik məsələlərin şər­hin­də bizim dövlətin əleyhinə, həmçinin bü­tün­­lüklə xalis erməni mövqeyindən çıxış etməklə məşhurdur.

İtalyan əsilli, «qanımda bir qram erməni izi yoxdur"-yazan (http:/­/www­.aniv.­ru/­arc­hi­ve­/35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/) erməni tarixçisi və əsl erməni xislətli Aldo Ferrarinin əsərlərinin adları onun alim tədqiqatçı mövqeyini bir daha təsdiq edir. Bilmirəm, Aldo Ferrarinin onlarla erməni tarixini «qarış-qarış» izləyən əsərlərinin adlarını sadalayım, ya yox?! Bu yazı ilə qarşımda dayanan məqsədin qabarıqlıqla ifadə olunması olduğu üçün onları açıqlamalı olsam, Aldo Ferrarini təbliğ etmiş olacağam. Açıqlamasam, məsələnin nə qədər ciddi, milli mənəvi-psixoloji baxımdan nə dərəcədə acınaqcaqlı olduğunu tam aydınlığı ilə ifadə edə bilməyəcəyəm. Şərhim adi səslənəcək. Hər halda tədqiqatçı arqument­lə­ri­nin ­əsaslandırılması üçün dəlillərdən çıxış etməlidir. Ona görə də düşünürəm ki, Aldo Ferrarini, — bu erməni tədqiqatçısı, missionerini dərindən tanımaq üçün bu məqalədə onun əsərlərinin bəzilərinin adlarını çəkmək, istinadlar vermək labüddür. Tanış olun: A. Ferrarinin Monoqrafiya və elmi traktatları: [b]
"Ermənistan, «Xris­tianlıq sərhədi» (2016); «Qafqazın Rusiyanı qarşılaması(2015); «Hökmranlıq axtarışı. XVIII–XIX əsrin ortalarında Ermənistanda kübarlıq, peyğəmbərlik və monarxiya (2011)»; «Ararat və durnalar. Erməni tarixi və mədəniyyəti tədqiqatları (2008)»; «Qafqazın qısa tarixi"(2007); «Qafqaz. Avropa sərhədində xalqlar və münaqişə"(2005); «İm­pe­ri­yanın sərhədində. Ermənilər Rusiyada (1801-1917)» (2000); «Erməni tarixi və mədəniyyəti haqqında"(2003); «Ermənilər və Venesiya: Şahrimanyaznovdan Miximara kimi» (2004); «Qafqaz . Avropa sərhəddində xalqlar və konfliktlər"(2005). Jurnal məqalələrin­dən:«Müasir Ermənistan: milli dirçəliş və irəli dəstəklərdə uğursuz canlanma"(2018); «Türkiyədə və Azərbaycanda erməni abidələrinə səyahət» (2016); «Orta və Şərqi Avropa ölkələrində erməni kolo­niyalarının rolu» (2008); «Erməni əlifbası, min illik mədəniyyətin «nümunəsi"(2008); «XVIII əsrdə Ermənistanda Elita və monarxiya. İran və Qafqazda yeni tədqiqatlara giriş» (2004); «Dində və cəmiyyətdə Türkiyə və erməni xalqının soyqırımı» (2002); «Gizli Faciə"(1998); «Ermənilər və Böyük Pyotrun Fars Ekspedisiyası» (1996);"Ermənistan, «Xristianlıq sərhədi» (2016); «Qafqazın Rusiyanı qarşılaması"(2015); «Hökmranlıq axtarışı. XVIII–XIX əsrin ortalarında Ermənistanda kübarlıq, peyğəmbərlik və monarxiya (2011),"San Lazzaro, Zibaldone-dəki Venedik Erməni adası, vol. «(2014); «Pavel Florensky tərəfindən Slavic araşdırmasında Ermənilər» (2014) ; «İmparatorluğun sərhəddində. Rusya’daki Erməniler (1801-1917) (2000); " Mərkəzi və Şərqi Avropada Erməni kolonlarının QUADERNI DELLA CASA ROMENA DI VENEZIAdakı rolunun modernləşməsi"(2008) ; «Ean Potockin və BAZMAVEPdəki Yeni Hayastan» (2006); «Rusiya, Birinci Dünya Müharibəsi və erməni genosidi. Məhv olmuş ölkə. Erməni genosidindən 100 il sonra"(2017) və onlarla yenə erməni mövqeyindən olan məqalə, kitablara resenziyalar, ön sözlər, müsahibələr və s.və i.a.

Aldo Ferrarinin əsərlərinin bu qısa siyahisi deməyə əsas verir ki, o, əsl erməni tarixçisidir, bu sahədə ermənilərin güvəndiyi, onları Avropada təmsil edən güclü, inanılmış bir nümayəndədir. Bunu o, özü də bir erməni saytına verdiyi müsahibədə açıq şəkildə ifadə edir: «Bizdə, İtaliyada məsələ ciddi qoyulub. Dilin öyrənilməsi sözsüz olaraq mühümdür. Mən qrabarın öyrənilməsi ilə başladım. İndi müasir tarixlə məşğul oluram deyə, — gözəl amma çətin olan bu dili bir az unuduram"(http://­www.­aniv.­ru/arc­hive/­35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/).

Aldo Ferrarinin əsərlərində tarixi saxtalaşdırma mövqeyi, hadisələrə yanaşma cəhətləri isə onun həm də daxilən, psixoloji olaraq ermənilərin «adamı» oldu­ğu­nu­, başqa cür desək, elmi obyektivlikdən birmənalı surətdə uzaq, hər bir məsələyə erməni gözü ilə baxdığını, bütün şüuru ilə «erməni» olduğu bəlli edir.

Bunu əyani şəkildə sübut etmək üçün Aldo Ferrarinin əsərlərindən misalları geniş şəkildə diqqətə çatdırmaq istərdim. Lakin əsərlər italyan dilindədir və onları mən internet tərcümə sistemi vasitəsi ilə çevirib oxuduğum üçün bu məqalədə ya ümumi şəkildə məsələnin məğzini açıqlamalıyam, ya da mətni professionallıqla redaktə ilə təqdim etməliyəm. Birinci halda tarixçi deyiləm və tərcümə ilə aydın olan fikri tarixçilərimiz kimi tutarlı şəkildə ifadə edə bilmirəm, ikinci halda A.Ferrari əsərlərini əziyyətlə olsa da ciddi tərcümə, redaktə ilə təqdim etməyi onun xeyrinə, saxtalaşdırılmış tarixin təbliğatına faydalı bir iş hesab edirəm. Bu baxımdan yaxşı olardı ki, tarixçilərimiz A.Ferrarinin ermənipərəst tarix yazılarını cavab­lan­dır­sın­lar və fikrimcə, bizim belə əsərlərə vaxtında qiymət verməməyimiz, onların müəlliflərini susdurmamağımız, erməni əks təbliğatının meydanını daha ge­niş­lən­di­rir. Ancaq yeri gəldikcə bəzi ciddi məqamları göstərəcəyəm. Əslində onların hamısı nöqtə-vergülünə kimi və ən qədim tarixlərdən bu günə kimi ermənilərin xeyrinə olan iddialar, təbliğat təkərləridir…"Arsaq dvoryanlığından Qafqazın geosiyasətinə kimi» müsahibəsində onun bu xisləti irəli sürdüyü «ideya» ilə bir daha təsdiqlənir: "İtaliya və həmçinin də Avropada çoxları anlayır ki, tarixi ermənistanla indiki xırda respublika uyğun gəlmir. Bu ziddiyyət genosiddən sonra «qafqaz» olmuş ermənistanda tarixi və siyasi proseslərin düzgün anlaşılmasına ciddi əngəl ola bilər. Mənə elə gəlir ki, «Zaqafqaziya» rusmərkəzləşmə baxışını ifadə edir. Buna görə də mən, eyni zamanda başqa avropa alimləri tarixi İran və Anadolu ilə əlaqəsi olan ermənistandan — «subqafqaz» ölkəsindən danışmağa üstünlük veririk».

Bundan başqa əsl alim-ziyalı ölkəsinə, çalışdığı universitetə xarici dövlətdən qonaq gələn və əməkdaşlıq niyyəti ilə qonaq gələn bir qrupu xoş sözlərlə salamlayar ki, yuxarıdakı cümlələrdə (elə yuxarıdakı fotodakı üz cizgilərində) Zöhrə Əliyevaya ünvanlanan vurğu ironiyadan başqa bir fikir və ya hiss ifadə etmir. A.Ferrarinin həmin konfransda Azərbaycanın İtaliya səfirliyinin əməkdaşı Samir Allahverdiyevin, Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin iştirak etdiyi halda adi bir işi, əməkdaşlıq məramlı institutun Beynəlxalq əlaqələr üzrə ictimai əlaqələndiricisinə müraciətlə ərazi məsələsi qədər ciddi mövzunun müzakirəsini təklif etməsi isə artıq açıq münasibətsizliyi, hörmətsizliyi. əsas da erməni mövqeyini təsdiq edir.
Burada haşiyə çıxaram qeyd etmək istəyirəm ki, mən təxminən iki ay əvvəl təsadüfən Aldo Ferrarinin fəaliyyət sahəsi ilə tanış olduqda və haqlı iradımı, narazılığımı yazılı surətdə bildirdikdə mənə "Aldo Ferrarini tanıyırıq. Nə olsun?! Azərbaycan əhalisinin 90 faizini ermənilər təşkil edən Fransada necə böyük işlər görür… Biz istəyirik ki, A.Ferrari Azərbaycanlıların yaxşı adam olduğunu anlasın»!.. — cavabı verildi .

Bu yazını yazmağa başlamışdım ki, bir həmkarımdan "A. Ferrarini dəyişəcəyik. Aldo Ferrari düzələcək, o bizim xeyrimizə yazacaq…» xəbərini eşitdim.
Doğurdanmı?! Bəs hanı, A.Ferrari erməni tədqiqatlarını, erməni təbliğatını, bu istiqamətdə də bizim əleyhimizə yazılarını, fəaliyyətini davam etdir­mək­dədir­… Onunla beş il qızğın surətdə əməkdaşlıq edənlərə daha neçə il lazımdır ki, onu dəyişdirə bilsinlər?.. Ancaq əminliklə deyirəm ki, onu nə oxuyublar, nə tanıyırlar. «Düzələcəyinə» ehtimalları da «başdan etmə"-yə bənzəyir*.

2015-2019-cu illər… Budur, Azərbaycan- İtaliya multikulturalizm əlaqələrinin ilk tədbirindən 5 il keçir. Ancaq A.Ferrari o il, bu il eyni adamdı. Eyni erməni tədqiqatçısı, eyni erməni mövqeli lobbiçidir. Məsələn, Ölkəmizə gəlib getdiyi 5 ildə, az qala bizə gələcəyi həftə, bizdən getdiyi gün, bizimkilər orda olarkən yenə erməni mövqeyindən çıxışlar etmişdir və etməkdədir. Bu linkdəki biblioqrafik dəlillər qənaətimi bir daha təsdiqləyir. (https:/­/transla­te.goog­le.com/­­translate­?hl=ru&­sl=it&u=­https://w­ww.univ­e.it/data/­persone/­5591704­/curricul­um&pre­v=search). Hətta çox maraqlıdır ki, o, bizimkilərlə ilk görüşü günündə də Sona Arutyunyan adlı bir erməninin «erməni genosidi italyan ədəbiyyatında» adlı kitabının prezintasiyasında iştirak edib. Yəni baxın ki, öz missiyasına saatbasaat sadiqlik nümayiş etdirib. De-Fakto, «Ermənistan, «Xris­tianlıq sərhədi», bu A.Ferrarinin bizimkilərlə əməkdaşlığa başladıqdan sonra — 2016 –cı ildə çap olunmuş monoqrafiyasıdır. Bunlar da : «Türkiyədə və Azərbaycanda erməni abidələrinə səyahət» (2016); «İran və farslar Raffinin Melikutivvennerində"(2017); «Rusiya, Birinci Dünya Müharibəsi və erməni genosidi. Məhv olmuş ölkə. Erməni genosidindən 100 il sonra"(2017; «Müasir Ermənistan: milli dirçəliş və irəli dəstəklərdə uğursuz canlanma"(2018) onun həmin istiqamətdə çoxsaylı jurnal məqa­lə­lə­­­rin­dəndir. Dəyişdiyi görünürmü? Bizə tərəf olacağına ümid qığılcımları hiss olunurmu? Hanı bəs bizdən yazacaqdı?!

Aldo Ferrari təkcə erməni tarixçisi deyil, Azərbaycan və onun siyasi hakimiyyəti əleyhinə lobbiçilik edən biridir…
[b][h2]

Hələ Aldo Ferrarinin 2016-ciı ildə aprel ayında Azərbaycan xalqının, Azərbaycan tarixinin ziddinə, əziz şəhid ruhlarımızı incidən, bizi dünyada vəhşi millət kimi tanıdan «Daş yuxular» romanının müəllifi Əkrəm Əylisliyə qahmar çıxması, onun məktubunu Incontri di Civiltà festivalında oxuması faktı (https://­www.­balcan­icauca­so.org/­eng/Ar­eas/Az­erbaijan/Akram-Aylisli-s-Dream-169657).

Bu da maraqlıdır ki, Ə.Əylisli o festivala gedərkən saxlanılmışdı. Beləsə onun məktubu İtaliyaya, Festival rəhbərliyinə necə yetişmşdi? Əcaba, bəs Nobel mükafatı festivalında bir başqa adam yox idi elə bu A.Ferrari oxuyurdu məktubu?!

2016-cı ildə çap olunmuş «Türkiyədə və Azərbaycanda erməni abidələrinə səyahət» məqaləsində Van şəhəri daxil olmaqla Türkiyənin geniş Anadolu ərazisini, habelə Naxçıvan Muxtar Respubliklasını erməni tədqiqatları marağı ilə gəzib həqiqətdən uzaq erməni tarixi yazan A. Ferrarinin aşağıdakı iqtibasdakı qənaətləri əminəm ki, vətən təəssüblü hər bir vətəndaşımızda ikrah və nifrət hissi doğuracaqdır. «Belə ağrı-acılı ssenari təkcə Türkiyəyə deyil, Azərbaycana da, o cümlədən Naxişevana (az. Naxçıvan) da aiddir. Bu region minillər boyu erməni mədəniyyətini formalaşdıran, eyni zamanda xüsusilə tarixi Ermənistanının XVII–XVIII əsrlədə dünya iqti­sadi­y­ya­tın­da mühüm rol oynayan iqtisadi şəbəkənin yaranmasında əhəmiyyətli bir hissəsidir. Sovet vaxtında Azərbaycana verilən Naxijevan və onun erməni əhalisi da­vam­lı­ olaraq itib getmişdir və hazırda burda əhali bütünlüklə azərbaycanlılardan ibarətdir. Onun bədii irsi ağır vəziyyətə salınmışdır. Əsas da Culfada ermənilərin əsas incəsənət məskəni xaçkar məzarlığı qəsdən məhv edilmişdir» (https://­iris.uni­ve.it/re­trieve­/handle/­10278/3­686327/­100138/­­Viagg­iomemoria.pdf).

Ferrari tarixə qara ləkə kimi iz salan, açıq surətdə dünya ictimaiyyətinə Azərbaycan torpaqlarını erməni məskənləri kimi təqdim edən bu fikirlərini Əkrəm Əylisli ilə bağlı düşüncələri ilə davam etdirir ki, bu artıq onun saxta tarixçiliyindən başqa, psixoloji olaraq ermənilərə satıldığının və əsas da xalqımızın iradəsi ilə bir nəbz kimi eyni döyünən Azərbaycan siyasi idarəçiliyinə düşmənçiliyindən xəbər verir: «… Bu regionda Azərbaycanlı, Naxçıvanlı, Bakı rejiminin izlədiyi, romanına görə vətən xaini kimi günahlandırılan yazıçı Əkrəm Əylislinin yazdığı kimi çox əhəmiyyətli kilsələr və başqa erməni sənət irsi də ciddi təhlükə altındadır. Bundan başqa Əylisli erməni kilsələrinin qalmış olduğu yerlərə bir səyahətdir. Allahın nəzərindən uzaq və diqqətdən kənarda qalsalar belə, öz nəhəngliklərini itirmədilər. Əlbəttə Əylis müsəlmanları hər biri dağlarla əhatələnmiş bu dörd kilsənin memarlığını görmədilər. Ancaq yüksəklikdə Dağlar qoynundakı ilahi harmoniyanı tutmaq üçün erməni olmaq, tatixi bilmək vacib deyildi"(Əylisli, 2015,60)».
Bundan başqa, Əkrəm Əylislinin doğulduğu kəndi də erməni məskəni kimi tanıtmaq təşəbbüsü onun bizimlə əməkdaşlıq etsə də, çörəyimizi yeyib, suyumuzu içsə də heç vaxt dəyişməyəcəyini açıq ifadə edir. «yazıçı Əylisli təxəllüsünü doğulduğu kəndin adından götürmüşdür ki. bu kənd də qədim Erməni şəhəri Aqulisdir» . ­https://iris.­unive.it/ret­rieve/handl­e/10278/3686327/100138/Viaggiomemoria.pdf.

A.Ferrarinin dostumuz olmayıb, olmayacağını onun 2016-cı il aprel döyüşləri ilə bağlı dərhal erməni saytına verdiyi müsahibə də açıq şəkildə təsdiq edir. O döyüşlərin başlamasını öz düşüncəsinə görə belə şərh edir: "Niyə indi? Çünki Azərbaycan ermənilərin işğal etdiyi bölgəni özünə tabe etmək üçün gücünü göstərmək istəyir. Yaxud da Azərbaycan əhalsinin diqqətini daxili problemlərdən (neftin qiymətinin düşməsi ilə əlaqədar iqtsadi böhrandan) yayındırmaq üçün hücum edib. Lakin o bu hücuma görə məsuliyyət daşıyır».

Aldo Ferrari erməni himayədarlarına sığınıb, əməkdaşlıq etdiyi bizimkiləri qarşısında çox zəif görüb dövlətimiz, ölkə siyasəti, ümimiyyətlə, müasir Azərbaycan siyasi idarəçiliyi haqqında da istədiyini deməkdən çəkinmir. Məsələn, «Arsaq dvoryanlığından Qafqazın geosiyasətinə kimi» müsahibəsində «İndi Gürcüstan Avropaya dönüş şəkli ilə daha çox maraq doğurur. Belə bir fikir yaranıb ki, Gürcüstanda əsl mənada demokratiya mövcuddur. … Ancaq bu mənada ermənistanda demokratiyanın çatışmamazlıqları var, Azərbaycanda isə, danışılası heç nə yoxdur» (http://­www­.aniv.­ru/archive/35/ot-artsahskogo-dvorjanstva-do-geopolitiki-kavkaza-aldo-ferrari/).
Beləcə, bu italyan əsilli erməni tədqiqatçısi, Ka-Foskari universitetinin erməni dili və ədəbiyyatı müəllimi, İtaliya erməni tədqiqatları assosiasiyasının prezidenti, nə bilmək olar gizli erməni Aldo Ferrari 30 ildən çoxdur ki, bizim əleyhimizə fəaliyyət göstərir, beləcə, o, bizim dostumuz deyil, düş­məni­miz­dir.­
50 il də keçsə Zöhrə Əliyeva Aldo Ferrari ilə xalqımız, ölkəmiz xeyrinə heç nəyə nail ola bilməyəcəkdir [center][/center]

Onu dövlətin ciddi strukturu — elmi müəssisəsi ilə əməkdaşlıq üçün tapan, onunla əməkdaşlıq düşünən, onu «taptığını» şəstlə bildirən, hər il onunla əməkdaşlıq üçün öz dairəsinin adamlarını aparan və onu ölkəyə gətirən Zöhrə Əliyeva necə arxada qalan 5 ildə dövlətçiliyimiz, elmimiz, milli məsələmiz müstəvisində müsbət bir nəticəyə nail olmamışdır, qarşıdan gələn 50 ildə heç bir uğur qazanmayacaqdır!

Diqqətli oxucuda Zöhrə Əliyeva kimdir?-sualı yarana bilər və buna görə də qeyd edim ki, onun adı alimdir. Elmlər namizədidir. Xaricdə özünü AMEA-nın elmlər doktoru, professor kimi təqdim etsə də 10 ildir filologiya ixtisası üzrə təqdim etdiyi doktorluq dissertasiyasının Diplomunu əsaslı səbəblərə görə almayıb. Onun institutda vəzifəsi direktorun özünün də dediyi kimi adi tərcüməçidir. Dil bilməsinə gəlincə, yalnız fransız dilini və sinxron deyil, əvvəlcədən əlində olan materialı çevirməklə bilir… Pafoslu «xarici əlaqələr şöbəsinin» müdiri titulu ilə institut üçün yaratmış olduğu əməkdaşlığın bir nümunəsi də budur- Aldo Ferrari!..

Onu da qeyd edim ki, iradlarımı məni Avropaya aparmamağı ilə əlaqələndirən Zöhrə Əliyeva bu qənaətində bütünlüklə yanlışdır. Doğrudur mənim Avropada da və hər bir ölkədə xalqımın elmi fikrini dövlətimin alimi kimi təmsil etməyə haqqım da, hüququm da var, normal şüura malik hər bir alim kimi onlarla səfərim də var! Ancaq mən Avropaya Z.Əliyeva və onun qrupu kimi heç vaxt getmərəm və buna cəhd etmərəm!

Adam, — alim prezidenti müşayət edən alimlərin heyətində, nazirlərin, deputatların və digər mötəbər şəxslərin qrupunda təmsil olunmağı arzular, daha adi tərcüməsinin, -Z.Əliyevanın qrupunda yox ki! Beləcə, mən Zöhrə Əliyevanı (Zoyanı) A.Ferrarini «tanımadan» yaxşı, dərindən tanıdığım üçün onunla cənnətə belə getməyi heç vaxt fikrimdən keçirməmişəm və düşünmərəm də!..

Bir ciddi məsələni də burada qeyd etmək istəyirəm. Belə ki, Zöhrə Əliyevanın — adi tərcüməçi və ya xaric üzrə əlaqələndirici kadr Ulu Öndər Heydər Əliyevin 95 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Romada keçirilən yubiley mərasimində alim kimi iştirak edib. Ölkəmizdə Heydər Əliyev tədqiqatçıları, elə Fəlsəfə institutunda rəsmi «Heydər Əliyev irsi və Azərbaycançılıq fəlsəfəsi» şöbəsi, onun müdiri və başqa ixtisaslaşmış əməkdaşları olduğu halda maraqlı deyilmi niyə Azərbaycan elmini Zöhrə Əliyeva təmsil edir?! Mövzusu da tamamilə uyğunsuz bir mövzu və onun Avropada çoxdan «dinlənmiş» bir çıxışı… Ancaq institutda Heydər Əliyev tədbirlərində ya heç iştirak etmir, ya da sözü var ki, danışsın?! Deməli, onun Avropaya «elmi» ezamiyyətləri şəxsi səyahətləri üçün planlaşdırılır ki, bunun da adı saxtakarlıqdır.

Zöhrə Əliyevanın və əlbəttə ki, institutun Aldo Ferrari ilə əməkdaşlığının əgər ana mövzusu Multikulturalizmdirsə, A.Ferrari və ümumiyyətlə, «bizim» qrup bu sahədə konkret olaraq hansı işi görüblər? Çox böyük məsuliyyət hissi ilə deyirəm ki, direktor İlham Məmmədzadəni çıxmaqla «həmin qrup» A.Ferrarini, digər avropalı alimləri söz­süz­ olaraq alim olmadıqlarına «güldürməkdən» başqa heç nəyə qadir olmayıblar. Onların adlarını və vəzifələrini açıqlamıram!.. Açıqlamalı olsam daha başqa suallar və onlara ağır cavablara cığırlar açılacaqdır… İkinci bir tərəfdən axı elə ilk görüşdə A.Ferrari aydın şəkildə bəyan edib ki, «mənim ölkəmdə bu mövzuya 150 il əvvəl son qoyulub, buna ehtiyac görmürəm!»… Belədə nə, nədir 5 illik gediş-gəlişin məqsədi?

Bu da Aldo Ferrarinin Zöhrə Əliyevanın təşkilatçılığı ilə 2018-ci ildə Fəlsəfə İnstitutunda keçirilmiş adı «Beynəlxalq konfrans"-ın (http://­philoso­phy.­edu.­az/­index.­php?­newsid=116) savadsızlıqdan doğan başdan-başa nöqsanlarla dolu Materiallarında yer almış «Səkkizinci (?-X.Q) əsrin Zaqafqaziya Multikulturalizmi : Tiflis səhifəsi» məruzəsi. («Səkkizinci» — 18-ci yazılmalıdır yəqin ki…-X,Q,) Onu da qeyd edim ki, Materiallarda Aldo Ferrarinin məqaləsi direktor İ.Məmmədzadənin məqaləsindən sonra yerləşdirilmişdir. Deməli, o, böyük hörmət sahibi kimi dəyərləndirilir və əməkdaşlıq canlı, möhkəm, «ümidvericidir».

Aldo Ferrari məruzəsində ilk növbədə Tiflisdə 1897 və 2009-cu illərdə yaşayan millətlərin faizini göstərərkən Azərbaycanlıları hər iki tarixdə 2 faiz göstərmişdir. Ermənilərə gəldikdə XIX əsrdə 29 faiz, 2009-cu ildə 8 faiz . Halbuki, Ferrari əgər bütöv Tiflis quberniyası üzrə əhali sayını 1897-ci il siyahiyə alma nəticələrini azərbaycanlıların sayına görə obyektivliklə hesablasaydı düzgün rəqəm 10.2. ermənilərdə 29% deyil, 18 faiz, Tiflis qəzası üzrə isə Azərbaycanlıların sayını 5,9% ermənilərin sayını 29 yox, 24.7 göstərməliydi. (https://­az.wik­ipedia.­org/wi­ki/Tifli­s­_qu­be­rniyas%C4%B1)

İkincisi, Ferrari əməkdaşlıq etdiyi adamların onun məruzəsini diqqətlə izləməyəcəyindən, təqdim etdiyi materialı oxumayacaqlarından əminliklə həqiqəti hətta azərbaycanlılarla üzbəsurət danaraq vurğulayır ki, "Tiflis XIX əsrdə heç də müxtəlif millətlərin toplumu deyildi, hardasa mozaik yaxud transqafqaz multikulturalizminin kiçik bir cənnəti idi, Gürcülər və ermənilər bir də sovet Gürcüstanının müstəqil milli siyasətindən ibarət kiçik bir cənnət». Göründüyü kimi Azərbaycanlılardan söhbət getmir. Azərbaycanlılar guya XIX əsr Tiflis həyatında mövcud olmamışlar.

Başqa bir misal, «Tbilisi şəhərində (qəza idi o vaxtlar- X,Q) rus və erməni dilləri mədəni plyuralizmin gözəl nümunəsi idi və müxtəlif etnik qruplar uzun əsrlər boyu öz identikliklərindən qopmadan birlikdə yaşayirdilar». Buyurun, yenə Azərbaycan dili Tiflisdə işlənilməmiş kimi təqdim olunur. Acınacazqlısı hətta bizim öz məkanıızda. Aldo Ferrari öz erməni təbliğatı missiyasından gözümüzün önündəcə çıxış edərək Tiflis quberniyasına daxil olan Axalçixe (18%) Borçalı (29.4%)­Za­qata­la­(34.4%),­ elə Tiflis qəzalarıında (5.9%) yaşayan ümumi əhali sayına görə er­mə­ni­lər­­dən daha çox sayda olan Azərbaycanlıların «mədəni plyuralizmdə» paylarını açıq surətdə danır. Əsl statistikaya görə Tiflis Quberniyasında azərbaycanlıların ümumi say faizi əgər 10.2. təşkil edibsə, ermənilər 16,7% təşkil etməklə bu nəticədən cəmi 6 faiz çox olublar.

… Ferrarinin Azərbaycanlıların adını çəkməməsi onun erməni mövqeyli tədqiqatçı missiyasını təsdiq edir ya yox? Əməkdaş və xüsusən gəldiyi ölkədə alim qonaq olan belə saxtakarlığa yol verər?! Onun özü kimi Zöhrə Əliyeva Ferrarinin məqaləsinin adından tutmuş məqalənin içindəki bir çox ciddi fakt-dəlil, texniki nöqsanları belə görmədən, anlamadan, üstəlik də mətni italyan dilində (konfransın ümumi dili olur və italyan dili bu şərtə daxil deyil) daxil etmişdir.

Aldo Ferrari, həmin konfrans materiallarındakı yazısında 1826-ci ilə qədər «gedib çıxaraq» özünün erməni təbliğatı mövqeyindən «ermənilərin Tiflisdə çoxluq təşkil etdiyini, bu şəhərin Rus imperiyasında ermənilərin siyasi, iqtisadi və mədəniyyət mərkəzi olduğunu, «erməni burjuaziyasının ənənəvi olaraq özündə Gürcüstanı və bütünlüklə Zaqafqaziyanı təmsil etdiyini» və bunu onların XIX əsrdə də qoruyub saxladıqlarını, habelə onların universitetlərindən, jurnal və qazetlərindən» fəxrlə bəhs edir. Ferrarinin çıxışı, həmçinin onun əsasında olan məqaləsi " Səkkizinci əsrin Zaqafqaziya Multikulturalizmi : Tiflis səhifəsi» adlansa da, onun geniş materialında ermənistan və ermənilərlə müqayisədə Tiflisə demək olar ki, cüzi yer ayrılmışdır. Zaqafqaziya, həmçinin Tiflisin mədəni inkişafında xüsusi tarixi kolorit təşkil edən Azərbaycana, azərbaycanlılara, bizim maddi-mənəvi irsimizin bu regionun inkişafına təsiri məsələsinə guya izimiz belə yoxdur, -kimi tamamilə toxunmamış, ümumiyyətlə, heç olmasa konfransın ev sahibliyi etikasına görə Respublikamıza, Bakı və digər bölgələrimizin mədəniyyət hadisələrinə diqqət ayırmamış, şərh etdiyi məsələlərdə isə birmənalı surətdə ermənilərin təsirini qabartmışdır. Məsələn, A. Ferrari M.F.Axundovun Tiflis həyatı və fəaliyyətindən bəhs edir və mütəfəkkirin yaradıcılığına, hətta onu Zaqafqaziyada və bütün dünyada məşhurlaşdıran komediyalarının yaranmasına ermənilərin güclü təsirini xüsusilə vurğulayir. Onun, aşağıdakı iqtibasda yer alan misal gətirdiyi fikirlər də sözsüz olaraq bizim auditoriyaya heç də xoş təəssürat bəxş edə bilməz! "Ermənilər, gürcülər, çərkəzlər, farslar dağınıq meydanlara axın etdi; onların sırasında gənc rus səlahiyyətliləri Karabağ aygırlarının arxasına keçdi «1. («Armeni, georgiani, circassi, persiani si accalcavano su una piazza dalla pianta irregolare; in mezzo a loro si aggiravano giovani funzionari russi in groppa a stalloni del Karabach»). Diqqət edilərsə burada müxtəlif millətlərin adı kimi Qarabağdan gəlmiş Azərbaycanlıların adı yazılmamışdır, əksinə müəyyənlik kəsb etməyən Karabağ aygırları sözü yazılmışdır. Bu atlara aid ifadə olsa belə onları sürənlər də bir millətdir və bu sözsüz olaraq Azərbaycanlılardır. Digər tərəfdən məgər bütün adı çəkilən millətlər atsız olmuşlar və ya Qarabağ ayğırları adamsız olmuşdur?! http://­philos­ophy.e­du.az/­index.­php?n­ewsid=296;

… Məlumatıma görə Aldo Ferrari Zöhrə Əliyevanın təqdimatı ilə 02-03 may tarixlərində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Fo­ru­mu­na dəvətlidir.
Əgər bu məlumat doğrudursa qəribə deyilmi, bu erməni tarixçisi niyə gəlir bizə? Daha dəqiq desəm, hansı üzlə gəlir bizim ölkəyə?! Başqa tərəfdən sual yaranır, o, onlarla dövlətdən olan yüzlərlə qonaq ilə bizim tarixi yurd-yuvamız — müqəddəs torpaqlarımızı ermənilərin işğal etməsindən danışacaq, yoxsa yenə ermənilərin qondarma «əbədi məskənlərindən», saxta erməni genosidindən danışacaq? Bəlkə fürsətdən istifadə edib əlinə mikrafon keçirib, lap elə yerindən qalxıb torpaqlar ermənilərdə, Sülhdən, Dialoqun labüdlüyündən söz açacaq?! Yeri gəlmişkən, o, 24 aprel — ermənilərin qondarma Genosid hay-həşirindən düz bir həftə sonra «genosidçilər» hesab etdiyi xalqın görüşünə hansı əhval-ruhiyyə ilə gələcək?! Heç onu demirəm ki, hətta beləsindən həqiqi və mənəvi təxribat, terror da gözləmək olar…

Bu ilin yanvar ayının 19-da İtaliyada Aldo Ferrarinin iştirakı ilə «Yerevandan məktub"(Presentazione del libro «Lettere da Yerevan» 19 gennaio 2019 con Giorgio Macor, Pietro Kuciukian e Aldo Ferrari) kitabının təqdimatı olub. Bu kitabda 3 yarımfəsil 1988-ci il Sumqayıt hadisələrinə həsr olunub ki, bunlarda və ümumiyyətlə bütün kitabdakı materiallarda Azərbaycanlılar və Türklər vəhşi, qatil xalq-millət kimi dünyaya təqdim olunublar. Göründüyü kimi bizimkilərin əməkdaşlıq etdiyi A.Ferrari bu «təqdimatın» birbaşa tərəfdarıdır (https://it.gariwo. net/archivio-documenti/­turchiaeuro­page­noci­di­o-armeno/) .

… Bu günlərdə Aldo Ferrari öz ölkəsində ciddi məşğuldur. Onun başı rəhbəri olduğu assosasiyanın QONDARMA erməni genosidi gününə həsr olunmuş, 16 martdan 16 may tarixinə kimi davam edəcək tədbirlər planının həyata keçirilməsinə (koordinatordur) qarışıqdır.

Məqamı olduğu üçün qeyd edim ki, bu günlər bütün dünyada onun da böyük dəstəyi ilə keçirilən qondarma erməni genosidi tədbirləri qardaş Türkiyəmizə də yol alıb… Medya səhifələrində rastlaşdığım bir məlumatda türkiyəli professor İbrahim Öztek bunu bildirib: «İmperalist dövlətlərin ərköyün xidmətçiləri olan ermənilər, hər il olduğu kimi, 24 aprel 2019-cu il tarixi üçün də bütün dünyada qondarma erməni soyqırımı mövzusunda hazırlıqlarını davam etdirməkdədir. O gün İstanbula da gələcəklər, Taksimdə, Bəyoğluda, Heydərpaşada şamlar yandıracaqlar, şəkillər asacaqlar, «türklər bir milyon yarım ermənini yox etdi» deyəcəklər, hər cür təhqiri gözümüzün içinə baxa-baxa edəcəklər. Bəlkə İstanbulda özlərinə yüksək səviyyəli işbirlikçiləri də tapacaqlar. Sonra da qollarını yelləyə-yelləyə gəldikləri kimi gedəcəklər. Bu insanların kimliyi və məqsədi aydındır, onlar bizim sərhədlərimizdən içəri buraxılmamalıdır». https://­axar.az­/news/­toplum­/­36­63­6­8­.html.
Diqqət edin! Türkiyəli alim açıq bildirir: «Bu insanların kimliyi və məqsədi aydındır, onlar bizim sərhədlərimizdən içəri buraxılmamalıdır».

Yoxsa Aldo Ferrarinin kimliyi və məqsədi aydın deyil?!

Bəs Zöhrə Əliyeva onu niyə ölkəmizə dəvət edir?!

Zöhrə Əliyeva onunla əməkdaşlıqda niyə israrlıdır?!

… Aldo Ferrari daha nələr yazmalı, nə çıxışlar etməli, öz lobbiçiliyi ilə nə işlər görməlidir ki, ona bizimkilər inanmasınlar! Onunla əməkdaşlıq etməsinlər?! Məntiq var! Ermənilər onillər boyu yetşdirdikləri tərəfdaşlarının əbədi düşmən hesab etdikləri Azərbaycanlılarla-Türklərlə 5 il ərzində əməkdaşlıq etdiyini yoxsa bilmirlər?! Belədə bəlkə onlara bu əməkdaşlıq maraqlı olduğu üçün davam etməsinə qarşı çıxmırlar?!..

Çox xarakterik bir məsələni də bu məqamda yada salmaq istəyirəm. Belə ki, bir neçə il əvvəl müğənni Aygün Kazımovanın adı ermənilərlə iş birliyində hallandı. Məlum oldu ki, Gürcüstanlı erməni əsilli Ramozzo Romani müğənniyə stilist xidməti göstərib… Hava Limanından da geri qaytarmışdılar o .'xs
s t i l i s t i … Mətbuat az qala müğənnini xalq düşməninə çevirmişdi… Ramozzo Romani də erməni ad-soyadı deyil. Peşəsi də tarixçi, erməni patriotu deyil, müğənnilərin səhnə bəzəyi işlərini həll edən Stilistdir! Elə burdaca erməni tarixçisi, bütün şüur varlığı ilə ermənilərə xidmət edən İtalyan Aldo Ferrari ilə adi stilistin təhlükəlilik dərəcəsininin eyni olmadığını diqqətə çatdırmaq is­tə­yi­rəm. İndi müqayisə edin … Sitilistlə əməkdaşlıq təhlükəlidir, erməni tarixçisi, təd­qi­qat­çı­sı ilə əməkdaşlığa YAŞIL İŞIQ və onu Zöhrə Əliyeva dövlətin ən mötəbər tədbiri — 02-03 may tarixlərində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Fo­ru­mu­na dəvət edir. Kaş bu məlumat yalan olaydı…
«Aldo Ferrari kimdir və onu dəyişmək mümkündürmü» tədqiqat yazımı yekunlaşdırarkən təhlil- qiymətləndirməmi oxuyub, AMEA-nı, Fəlsəfə institutunu, həmkarlarını tənqid etdi, deyib narazı olacaq şəxslərə Sözüm budur: Bir anlıq Aprel şəhidlərimizin və bütün vətən şəhidlərinin analarının, balalarının, bacılarının və onlara yanan vətəndaşlarımızın acısını hiss etsinlər! İşğal altında inildəyən torpaq­ları­mı­zı­ düşünsünlər! Həm də Aldo Ferrarinin heç çox uzağa getməyək elə bu aprel günlərində İtaliyada qondarma erməni genosidi adı ilə Türk millətini, Azərbaycan xalqını necə vandal, qatil adlandıranlarla dolu bütün tədbirlərin təşkilatçı-koordinatoru olduğunu, əleyhimizə olan məruzələrlə şıdırğı çıxışlar etdiyini düşünsünlər. Onda A.Ferrarilərlə əməkdaşlıq etməyin də, onları tənqid etməyin də nə demək olduğunu anlayarlar» !..

Beləliklə, erməni tədqiqatçısı, erməni lobbiçisi Aldo Ferrari və tərəfdaşların hər birinin əsərlərini oxumadan, mövqelərini, missiyalarını öyrənmədən, xilqətlərinə, xislətlərinə bələd olmadan və həm də «Multikulturalizm» adından sui-istifadə etməklə əməkdaşlıq edənlər məsuliyyət hissini yaddan çıxarmamalıdırlar.

P.S . 1. Bu araşdırma 2019-cu ilə aiddir və az.politika və moderator, davamda onlarla saytda yayınlanmışdır. Yəni Arxiv yazısıdır. Yazıda * işarəsi qoydum. Bu işarə ilə diqqətli oxucumun diqqətinə Aldo Ferrarinin 44 günlük Vətən Müharibəsi günlərində, yüzlərlə şəhid verdiyimiz zaman — 4 noyabrda AZƏRTAC xəbər yaymışdı ki, İsveçrənin Bern şəhərindəki Azərbaycan Respublikasının səfiri noyabrın 3-də səfir Xanım İbrahimova İsveçrənin italyan dilli Tiçino kantonunun ən nüfuzlu «RSİ» radiokanalının qonağı olarkən proqramda həmçinin qonaq qismində güclü erməni lobbiçisi, «Venesiyanın Ca 'Foscari» Universitetinin Orta Asiya Tarixi üzrə professoru Aldo Ferrari də iştirak edib. Buyurun, göründüyü kimi DƏYİŞMƏYİB ALDO FERRARİ! … VƏ Türkiyənin ilk tanıdığı Kosovada elmi konfransda (təxminən) «Azərbaycan -Türkiyə Birliyi» haqqında mövzu ilə iştirak etmək (onlayın iştirak etdim) arzusu hara , ZOYA «kliçkalı» mətbuat katibinin kripto «iplərii ilə» Aldo Ferrarilərin «quyusuna girmək hara»?!
Zoya və qrup yol üstədir, ona görə yadıma düşdü!..
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031