Multikulturalizmin İnkişafına Böyük Töhfə - "Əbədiyaşar Bəşəri Fəlsəfə - Dialoq"

Yeni çap olunan “Əbədiyaşar bəşəri fəlsəfə - dialoq” kitabı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ideya müəllifi olduğu, dünyada məşhur “Azərbaycan multikulturalizmi modeli”nin siyasi idarəçilik proqramına tətbiqi istiqamətində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun bəşəri humanizm siyasətini ehtiva edən multikulturalizm mövzusunda nəşrlərindən biridir.
Kitaba Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-2021-ci illər ərzində bütün planetdə bəşəri fəlsəfə - mültikulturalizm, qlobal və milli mədəniyyət mövzularına həsr olunmuş çoxsaylı beynəlxalq tədbirlərdə nitqlərini, çıxışlarını, siyasi elita nümayəndələri ilə görüşlərini əhatə edən 200-ə yaxın material daxil edilib.
Aktuallığı və mövzu yeniliyi ilə diqqət çəkən bu nəşr Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqu möhkəmləndirən, elmi və təcrübi baxımdan böyük mahiyyət kəsb edən xidmətlərinə həsr olunmuş, tədqiqatçıları gözləyən zəngin elmi mənbədir.
“Ön söz”ün müəllifi, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın qeyd etdiyi kimi, bu elmi mənbənin tədqiq olunub dəyərləndirilməsi bir ümumi səma altında birləşən millətlər və xalqların çoxmədəniyyətlilik hadisəsi - multikulturalizmin inkişafına böyük töhfə kimi əhəmiyyət daşıyır. Eyni zamanda bu irsin elmi tədqiqata cəlb olunması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet konsepsiyasının, həmçinin XXI əsr Azərbaycan cəmiyyətinin güclü qadın liderinin beynəlxalq miqyasda həyata keçirmiş olduğu mədəniyyət proqramının dərkini əsaslandırır.
Kitabda dərc olunan materiallarda Mehriban xanım Əliyevanın fəaliyyətinin mədəniyyətlərarası dialoq və çoxmədəniyyətlik mövzularını əhatə edən ictimai-siyasi irsin ayrı-ayrı elm sahələri üzrə, həm də müasir dünya elminin tətbiq etdiyi fənlərarası istiqamətlərdə maraq doğurduğu əks olunur. Təqdim olunan nitqlərdə və çıxışlarda etno-milli identiklik və müasir qlobal mədəniyyət, xüsusilə də dialoq fəlsəfəsinin aktual məsələləri ana xətt təşkil edir.
“Əbədiyaşar bəşəri fəlsəfə - dialoq” kitabının elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru Tarix İnstitutunun şöbə müdiri, akademik Nərgiz Axundova, rəyçiləri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə və inütitutun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətli, redaktoru Multikulturalizm və tolerantlıq fəlsəfi şöbənin əməkdaşı Lalə Əliyevadır.
İctimai-siyasi fikir tariximizin dünəndən bu günə və gələcəyə miras ənənəsi mahiyyətində olan bu dəyərli nəşrin tərtibçiləri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva və həmin şöbənin əməkdaşı Sevinc Quliyevadır.
Xüsusilə qeyd etmək yerinə düşər ki, kitabda tarixi-xronoloji ardıcıllığa əməl olunması, təkrarlara yol verilməməsi, tarixin təhrif edilməməsi və digər metodik şərtlər diqqətdə saxlanılıb.
Bir neçə dilə tərcümə olunması nəzərdə tutulan kitab tədqiqatçılar, siyasətçilər, hüquqşünaslar, diplomatik korpus nümayəndələri, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün faydalı nəşrdir.
mənbə: science.gov.az
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada