Ordumuz Xankəndinə niyə girmədi? - Qərb ölkələrinin inanılmaz TƏLƏSİ
Gündəm / Siyasət
Oxunub: 348
14 yan 2021 | 13:28
Ordumuz Xankəndinə niyə girmədi? - Qərb ölkələrinin inanılmaz TƏLƏSİ


Bəzi siyasi analitiklər iddia edir ki, Azərbaycan Ordusunun Xankəndinə girməməsinin səbəbkarı əslində Rusiya deyil, Qərbdir. Çünki bu əməliyyat baş tutsaydı, BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul ediləcəkdi. Həmçinin “etnik təmizləmə” adıyla Avropa institutlarından, ABŞ-dan da Azərbaycana qarşı eyni davranışların olacağı istisna deyildi. Bunun ardınca beynəlxalq birlik ordumuzun Şuşadan və Hadrutdan çıxmasını tələb edəcəkdi. Azərbaycan əlverişsiz duruma düşəcəkdi. Sanksiyalar tətbiq ediləcəkdi.

Ordumuz Xankəndinə niyə girmədi? - Qərb ölkələrinin inanılmaz TƏLƏSİ


Prezident İlham Əliyev isə mümkün ən yaxşı variantı seçdi, Rusiyaya sülhməramlı mandatın verilməsinə nail oldu. Bununla da Qərbdən gələn məlum dalğanın qarşısını aldı. Paralel də Türkiyənin Azərbaycana yerləşməsini təmin etdi. Bu, olduqca incə bir proses idi ki, Azərbaycan lideri bunu uğurla bacardı. Qərb tamamilə neytrallaşdırıldı.

Deputat Aydın Mirzəzadə musavat.com-a açıqlamasındabu fərziyyələrin əsas məqsədinin Azərbaycanın təkbaşına Vətən müharibəsində qələbə çalmasının əhəmiyyətini azaltmaq təəssüratı yaratmağa hesablandığını bildirib.

Ordumuz Xankəndinə niyə girmədi? - Qərb ölkələrinin inanılmaz TƏLƏSİ


“Belə bir təəssürat yaratmağa çalışırlar ki, Azərbaycana kənardan hərbi kömək edildi, Azərbaycan nədənsə ehtiyatlandı dayandı və sair. Ancaq əslində Azərbaycan Dağlıq Qarabağ probleminin siyasi yolla yanaşı hərbi yolla həlli variantını da gündəmdə saxladığını daim açıq şəkildə bildirirdi. Hansı mərhələdə hansı siyasəti yeridəcəyini Azərbaycan dövləti öz milli maraqlarına uyğun olaraq həyata keçirir. Xarici analitik mərkəzlərin, xarici mətbuat orqanlarının hesabatlarında, yazılarında Azərbaycanın daim müstəqil siyasət yeritdiyi, hər hansı böyük dövlətin forpostuna çevrilmədiyi və bütün dünya ilə bərabər, normal əlaqə saxladığı xüsusi vurğulanır. Bunu etmək çətindir, amma Azərbaycan dövləti son 30 illik tarixi ilə bunu sübut edib. Açıq şəkildə silahlı qüvvələrimiz möhkəmləndirilirdi, hərbi təlimlər keçirilirdi və 2016-cı ilin aprel döyüşləri də Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan siyasi rəhbərliyinin siyasi qətiyyətini göstərdi. Dağlıq Qarabağ probleminin birinci mərhələdə hərbi yolla həllinə üstünlük verildi, işğal altında olan torpaqlarımızın böyük bir hissəsi döyüşlərlə azad edildi və həmin ərəfədə Ali Baş Komandan cənab İlham Əliyev xaricdən gələn çağırışlara cavab olaraq dəfələrlə bildirdi ki, döyüşlər o vaxt dayandırıla bilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və qoşunların çıxarılma qrafikini versin, eyni zamanda Şuşanın azad edilməsi məsələsi xüsusi bir bəndlə qabarıq şəkildə bildirilirdi.

Rusiyanın vasitəçiliyi ilə gedən danışıqlar nəticəsində Ermənistan Şuşanın işğaldan azad edilməsindın sonra müqavimətin artıq əhəmiyyətsiz olduğunu görərək 3 böyük rayondan qoşunların çıxarılmasına və Azərbaycan-Ermənistan xəritəsinin SSRİ dövründəki xəritəyə əsasən qurulmasına razılıq verdi. Bu, əslində Azərbaycanın həm apardığı siyasətin, həm də hərbisinin qələbəsi idi. Burada hansısa bir xarici mərkəzlərin Azərbaycana təzyiqi və yaxud da Azərbaycanın nədənsə ehtiyatlanması barədə danışmağın əsası yoxdur. Azərbaycan ərazi bütövlüyünü, sərhədlərinin bütövlüyünü təmin etdi. Azərbaycan döyüşlərin müəyyən bir mərhələsində hesab etdi ki, buradan o tərəfə problemin qalan hissəsi artıq siyasi yolla həll edilə bilər. Ona görə də bu varianta üstünlük verdi. Eyni zamanda tək torpaqlarımız işğaldan azad edilmədi, Dağlıq Qarabağ probleminin həllində birinci mərhələ-hərb mərhələsi bitərək siyasi mərhələyə keçildi. Burada vacib məqamlardan biri az sayda erməni millətindən olan əhalinin yaşadığı bölgənin statusunun artıq gündəlikdən çıxarılması idi. Çünki hələ sovet dövründən ermənilər həmin torpaqları Azərbaycandan qoparmağa çalışırdılar, müstəqillik dövründə isə işğal etdilər və sonradan onu müstəqil etməyə çalışırdılar. Ancaq Azərbaycan bəyan etdi ki, işğala son qoyulub və həmin bölgənin statusundan söhbət gedə bilməz”, - deputat əlavə edib.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bildirib ki, kimin nə deməyindən asılı olmayaraq, 44 günlük hərbi əməliyyat ondan sonrakı dekabrın 1-nə qədər siyasi, diplomatik yolla Ağdam, Kəlbəcər və Laçının azad edilməsinin memarı Prezident İlham Əliyevdir:

Ordumuz Xankəndinə niyə girmədi? - Qərb ölkələrinin inanılmaz TƏLƏSİ


“Müharibənin başlamasından sonra dünyanın güc mərkəzlərinin diqqəti təbii olaraq Cənubi Qafqaza, daha dəqiq desək, Azərbaycana və Ermənistana hədəfləndi. Bu prosesdə bu və ya digər şəkildə iştirak etmək istəyən hər bir ölkə heç də bəzilərinin düşündüyü kimi, sülh göyərçini missiyasını yerinə yetirmirdi. Burada onların özünün ciddi maraqları var idi. Çalışırdılar ki, yaranmış situasiyadan istifadə edib öz maraqlarını reallaşdıra bilsinlər. Xüsusi olaraq bu prosesdə Rusiya, Amerika və Fransa münaqişə başlayandan bu günə qədər öz maraqlarını qorumaqdaydılar. Ona görə də işğaldakı torpaqların danışıqlar yolu ilə azad olunması reallaşmadı. Prezident İlham Əliyev dünya səviyyəli peşəkar diplomatdır, beynəlxalq hüququn ustadıdır. Həm də bu 44 günlük döyüşlər göstərdi ki, İlham Əliyev çox uğurlu, yüksək səviyyəli strateqdir. Cənab Prezident az itki ilə 44 günlük qələbəni təmin etdi. Bu qələbə dövründə bütün maraqlı olan dövlətlərin maraqlarının reallaşmasını neytrallaşdıra bildi. Əlverişli zaman seçdi. Budur reallıq. Yaranmış olan çətin anda, yəni artıq Azərbaycan Ordusu Xankəndinin 3 kilometrliyində olanda təbii ki, olduqca ölçülüb biçilmiş addım atılmalıydı ki, sonrakı dönəmdə pusquda yatıb Azərbaycanın buraxa biləcəyi ”səhvlərdən" qüvvələrin əlinə bəhanə düşməsin. Bu, son dərəcə vacib idi. Ölkə Prezidenti bilirdi ki, Xankəndinə girib oradakı erməni ordusunu məhv etdikdən sonra orada bir nəfər də olsun erməni qalmayacaqdı. Bu zaman isə ermənilər bütün dünyaya car çəkəcəkdilər ki, ermənilər ikinci dəfə soyqırıma məruz qaldılar. Bundan sonra isə başda Fransa olmaqla ermənipərəst bütün güclər, o cümlədən ABŞ, Hollandiya, Belçika və digər ölkələr Azərbaycana qarşı ciddi hərəkətə keçəcəkdilər. BMT-ni məcbur edəcəkdilər ki, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun. Ayrı-ayrı ölkələr isə 907-ci düzəlişdə də sərt qətnamə qəbul edib Azərbaycanla iqtisadi, siyasi əlaqələrə son qoyacaqdılar. Prezident İlham Əliyev diplomatik məharətlə bütün məkrli planların bizə qarşı həyata keçirilməsinin üstündən xətt çəkdi. Kimsə Azərbaycan Ordusunun Xankəndinə girməməsinin əsas səbəbi kimi Qərbi, Rusiyanı önə çəkirsə, bu, doğru deyil. Əslində ölkəmizin Prezidenti pislərin içərisində ən doğrusunu-yaxşısını seçə bildi. Sadəcə olaraq, Ermənistan üzərində Rusiyanın böyük təsirini düzgün qiymətləndirərək, eyni zamanda Minsk Qrupunun içərisində parçalanma yaradaraq və Rusiyanın onlara qarşı dayanmasını təmin edərək BMT Təhlükəsizlik Şurasında Rusiyanın imkanlarından istifadə etməsini önə çəkərək məhz Rusiya ilə danışıqlar oldu. Bu, Rusiya tərəfindən edilən təşəbbüs idi. Ölkəmizin lideri çox böyük ustalıqla 10 noyabrda məlum bəyanatın qəbul edilməsinə nail ola bildi. Beləliklə, 3 rayon şəhid verilmədən azad edildi və digər məsələlər də artıq göründüyü kimi reallaşmağa başlayıb".
Dünən, 11:58
Fərhad Kərimov: ƏMAS-da təxminən 1,745 milyon əmək müqaviləsi elektron qaydada imzalanıb
Dünən, 11:56
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Dünən, 11:54
Avropa İttifaqı Ukraynaya yardım üçün 90 milyard avro kredit cəlb edir
Dünən, 11:51
ABŞ “Green card” lotereyasının fəaliyyətini dayandırır
Dünən, 11:50
Norveç xeyriyyə təşkilatları Çindən bəzi geyimlərin qəbulundan imtina edir
Dünən, 11:44
Əfv Komissiyasının üzvü: Prezidentin amnistiya təşəbbüsü müasir tariximizdə misli görünməmiş əlamətdar hadisədir
Dünən, 11:40
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Vaşinqtonda türkdilli xalqların nümayəndələri ilə birlikdə qeyd edilib
Dünən, 11:35
Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub
Dünən, 11:29
Prezident İlham Əliyev: Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub
18-12-2025, 12:15
Azərbaycanda qış turizm mövsümü açılıb
18-12-2025, 12:12
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb
18-12-2025, 12:10
Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri mediada geniş işıqlandırılıb
18-12-2025, 12:08
Prezident: İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir
17-12-2025, 12:34
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
17-12-2025, 12:15
Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ
17-12-2025, 10:51
AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb
16-12-2025, 12:50
Milli Məclisin növbəti plenar iclası keçirilir
16-12-2025, 12:43
Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
16-12-2025, 12:38
Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib
16-12-2025, 12:36
Prezident: Azərbaycan dövləti həmkarlar ittifaqlarının sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir
15-12-2025, 11:56
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
15-12-2025, 10:42
Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib
15-12-2025, 10:36
Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
11-12-2025, 11:46
Xəzər Tibb Mərkəzində fasiləsiz fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb
11-12-2025, 11:36
Strasburqda “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbir keçirilib
11-12-2025, 11:31
Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub
11-12-2025, 11:29
Azərbaycan və İraq arasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031