Vaqif Əsədov paytaxtın bəzi küçələrindəki süni sıxlıqdan danışdı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözcüsü Vaqif Əsədov paytaxtda nəqliyyatın hərəkəti zamanı yaranan sıxlığın səbəbləri və bundan çıxış yolları ilə bağlı məsələyə münasibət bildirib. cahanplus.com xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən polis polkovniki Vaqif Əsədov qeyd edib ki, Bakıda süni sıxlıq və tıxacların yaranmasına səbəblərdən biri də dayanma-durma üçün kifayət qədər yerlərin ayrılmamasıdır: “Düzdür, bununla bağlı işlər gedir. Amma dayanma-durma üçün yerlərin müəyyən edilməsi prosesi nə qədər tez olsa, problem də o qədər tez həll olunar.
Bundan başqa, Bakının inzibati ərazisi üçün taksilərin müəyyən edilmiş sayı var. Lakin reydlər zamanı müəyyən edirik ki, Bakıda taksilərin sayı həddən artıq çoxdur. Sürücülər isə bu işə çörək pulu üçün çıxdıqlarını deyirlər. Mən demirəm ki, həddən çox sürücüyə icazə verilib. Biz reydlərdə hər gün icazəsiz fəaliyyət göstərən 20-30 taksi aşkar edirik. Bakıda taksilərin sayının çox olması sıxlıq yaradır, taksi sürücüləri dayanma-durma qaydalarını pozurlar, harada gəldi avtomobili saxlayıb müştəri götürürlər, ya da müştəri düşürürlər. Bu da nəqliyyatın hərəkətində sıxlığa səbəb olur və nəticədə tıxac yaradır.
Bakı şəhəri üçün taksilərin sayı konkret olaraq inzibati əraziyə görə müəyyən olunan saya uyğun olmalıdır”.
Vaqif Əsədov qeyd edib ki, hazırda Bakıda metronun fəaliyyətini dayandırması da yerüstü nəqliyyatın yükünü artırır: “Bu gün yuxarı sinif şagirdləri və tələbələr hələ ki dərslərə distant formada davam edirlər. Onlar da əyani tədrisə keçəndə, Bakıda nəqliyyatın hərəkətində gərginlik artacaq. Metro bağlı qaldığı üçün bütün yük ictimai nəqliyyatın üstünə düşür. Eyni zamanda, sərnişindaşımada da gərginlik yaranır. Bu səbəbdən insanlar şəxsi maşınlardan istifadəyə üstünlük verirlər. Nəticədə yerüstü hərəkətdə sıxlıq və tıxac yaranır. Nəzərə alsaq ki, daha öncə şəxsi avtomobili olanlar da ictimai nəqliyyatdan, metrodan istifadə edirdi”.
Polkovnik bildirib ki, Bakıda hər 8 nəfərdən birinin avtomobili var: “Ölkədə olan 1,4 milyon avtomobildən 600 mindən çoxu Bakıdadır. Elə bu rəqəmdən bilmək olur ki, paytaxtda hərəkətlə bağlı gərginlik nə səviyyədədir. Bu gün yol polisi xidmət aparmasa, vəziyyət lap pis olar. Yol polisi olmadan hərəkəti tənzimləyə bilmirik. Hər sürücü özünün haqlı olduğunu sübut etməyə çalışır”.
Qeyd edək ki, Bakıda dayanma-durma yerlərinin müəyyən edilməsi və taksilərə fərqlənmə nişanı verməklə fəaliyyətlərinə icazə verilməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir.
Bu gün, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
Bu gün, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
Bu gün, 12:55
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
Bu gün, 12:53
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Bu gün, 12:50
Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım edilib
Bu gün, 12:49
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Bu gün, 12:47
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
Bu gün, 12:44
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Bu gün, 12:38
Vətən müharibəsinin xronikası: 28 sentyabr
Bu gün, 12:37
Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək
Bu gün, 12:35
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Bu gün, 11:33
Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib
Bu gün, 11:31
Prezidentin Mətbuat Xidmətinin məlumatı
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib