Geyim, ayaqqabı, aksesuar, favorit rənglər: Bu yayın dəbi nədir? - FOTO
Dunya
Oxunub: 341
18 may 2022 | 11:30

Azərbaycanda həm xanımların, həm də bəylərin hər zaman dəblə ayaqlaşmağa çalışmaları bəlli faktdır. Əslində, əksəriyyət öz zövqünə və cibinə uyğun geyim seçir, necə deyərlər, heç kim öz qatığına turş deməz. Lakin bu dəfə kimin qatığının turş, kimin qatığının şirin olduğuna bu işin peşəkarı qərar verəcək.

Oxu.Az-ın müsahibi modelyer Şəlalə Maqsudova dəbin sirlərini, mövsümün yeniliklərini açıb.

- Yay fəslinə sayılı günlər qalıb. Bu mövsümdə hansı rənglər dəbdə olacaq?

- Bu yay yaşıl, qırmızı və göy rəngin çalarları dəbdə olsa da, yaşıl rəng üstünlük təşkil edəcək. Ağla qara isə klassik rənglər olduğu üçün hər zaman dəbdədir.

- Bəs geyimlər?

- Dizdən aşağı boş ətəklər, boş köynəklər, bədən ölçüsündən böyük geyimlər dəbdə olacaq. Ən çox istifadə olunan isə kətan və ipək parçalar olacaq.



- Geyim insana yaraşsın deyə seçim zamanı hansı kriteriyalara üstünlük verilməlidir? Kimisi rahatlığı, kimisi brendi, kimisi isə dəbi üstün tutur. Yəni sırf dəb kanalında hər gördüyünü geyinmək şərtdirmi?

- Bəzən elə brend geyimlər olur ki, onun içində ucuz görünürsən. Amma bəzən də elə ucuz geyimlər olur ki, səni kifayət qədər dəbli göstərir. Hər gördüyümüz dəbi də təkrarlamaq mümkün deyil, çünki bədən ölçüləri buna imkan verməz. Dəbi izləmək gözəldir, ancaq əsas - yaraşanı geyinmək lazımdır. Yaraşanın içində rahatlığı da düşünmək gərəkdir.

- Ayaqqabılarla bağlı bir nüans diqqətimizi çəkir – son zamanlar kişilərlə qadınlar idman stilli çəkmələrə üstünlük verirlər. Yəni deyə bilərikmi ki, klassik üslub bazarda yerini itirib?

- Klassika dəbin ən öndə gedənlərindəndir. O heç vaxt dəbdən düşmür, heç zaman da düşməyəcək. Klassik geyimlər mütləq qarderobumuzun bir hissəsi olmalıdır. Bəzən geyimlərdə klassika ilə idman üslublarını qarışdırıb daha tərz görüntü əldə etmək mümkündür.



- Ucuz, ancaq dəbli geyinmək mümkündürmü?

- Əlbəttə, mümkündür. Mən heç zaman geyimlərimə çox pul xərcləmirəm. Amma həmişə geyimlərimlə seçilirəm. Bu o deməkdir ki, brend, bahalı geyim dəb demək deyil. Ucuz geyimdə tərz görünmək tamam başqadır.

- “İkinci əl” geyim mağazalarına münasibətiniz?

- Burada insanların fikri önəmlidir. Bəziləri düşünürlər ki, ikinci əl geyim mağazalarında satılan geyimlər daha ucuz, davamlı və uzunömürlü olur. O insanların seçiminə qarışa bilmərəm. Elə də olur ki, insanlar brend geyim almaq istəyirlər, ancaq maddiyyat imkan vermir. Ona görə də ikinci əl geyimlərə üz tuturlar. Hər kəsin seçiminə hörmət edirəm.



- Qızıl-zinət əşyaları, yoxsa bijuteriya? Bu yayın aksesuarlarında hansı dəyişikliklər gözlənilir?

- Əvvəllər gümüş aksesuarlar daha çox gündəmdə idi. Ancaq indi onların yerini mirvarilərlə işlənən bəzəklər tutur. Təbii daşlardan hazırlanan iri aksesuarları rahatlıqla taxa bilərsiniz, çünki dəbdir. Eynəklərə gəldikdə isə, fikir verirəm ki, xanımlarımız və bəylərimiz dəbdən daha çox, özlərinə rahat olan eynəklərdən istifadə edirlər. Eynəklərdə çox dəb arxasınca qaçanı görmürəm.



- Saç düzümləri və rəng çalarları ilə bağlı da fikirlərinizi bölüşərdiniz.

- İnsanların saç düzümü və rəng çalarlarında dəb arxasınca qaçdıqlarını görmürəm. Əslində, bu, normal bir şeydir, çünki əgər insan özünü tanıyırsa, özünə hansı saç düzümünün yaraşdığını bilirsə, ona uyğun da kəsim etdirə, boyada bilər. Ola bilər, qızılı saçlar dəbdə ola bilər, ancaq o mənə yaraşmırsa, mən bu rəngdən uzaq durmalıyam. Ona görə də istər geyimdə, istərsə də saçda insanlar özlərinə yaraşanı seçsələr, daha gözəl olar.



- Sonda dəblə geyinmək istəyən insanlara məsləhətiniz nədir?

- Dəbi izləsinlər, amma onun arxasınca qaçmasınlar, özlərinə yaraşan tərzi, öz zövqlərini tapsınlar. Bəzən ola bilər ki, gündəmdə olan rəng adama yaraşmasın, amma öz rəngini, öz tərzini tapanda hamı deyir ki, necə gözəl geyinmisən. Onda dəb yada düşmür, tərz yada düşür.

Dilşad Bəhruzqızı
FOTO: Sabir Məmmədov

mənbə:oxu.az
Bu gün, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Bu gün, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Bu gün, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Bu gün, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Bu gün, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Bu gün, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
Bu gün, 12:52
Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
Bu gün, 12:33
Həftəsonu 54 cinayətin açılması təmin olunub
Bu gün, 12:31
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Bu gün, 12:25
Azərbaycandan çay ixracı 19 faizədək artıb
Bu gün, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Bu gün, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Bu gün, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bu gün, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Bu gün, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Bu gün, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Bu gün, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031