Dilçilik İnstitutunun əməkdaşı BMT-nin sammitində iştirak edib

UNESCO Global Youth Community platformasının Azərbaycan təmsilçisi, UNESCO-nun Elektoral qrupunun eksperti, Dünya dilləri atlası layihəsinin koordinatoru, AMEA-nın Nəsimi adina Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT-nin Gələcək Sammitində (Summit of the Future) iştirak edib.
O, UNESCO-nun xarici platformasında Azərbaycan təmsilçisi kimi Assambleyanın gənclərlə bağlı sessiyalarında SDG, təhsildə dayanıqlılıq, elmdə süni intellekt kimi müxtəlif mövzularda çıxış edib.
Həmçinin BMT-nin Gələcək Sammiti sessiyası çərçivəsində sentyabrın 25-27-də Jacob Javits Convention Center-də keçirilən “Gənc liderlərin Sammiti”ndə UNESCO-nun Global Youth Community platformasında iqlim dəyişikliyi mövzusu ilə bağlı COP-29 haqqında məruzə edib, dünya gənclərini “Yaşıl dünya naminə” hərəkatına aktiv qoşulmağa dəvət edib.
Tədbirdə dünya üzrə tanınmış mütəxəssis Martin Riese suyun keyfiyyəti və tərkibindəki mineralların zənginliyi ilə seçilən təmiz sular haqqında təqdimat keçirərək, dünyanın ən təmiz və zəngin sularını tədbir iştirakçılarına bütün incəliklərinədək təhlil edərək təqdim edib. Tədqimatda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva, Kəlbəcərdəki İstisu haqqında məlumat verib, bu suyun tərkibinin çox zəngin minerallardan ibarət olduğunu, müalicəvi əhəmiyyətini diqqətə çatdırıb.
Sentyabrın 27-29-da Nyu-Yorkda keçirilən Gənclərin beynəlxalq konfransında (International Youth Conference) iştirak edən alim, müasir təhsil problemləri, elmdə innovasiya və bu innovasiya fonunda rastlanan problem və çətinliklərdən danışıb. Tədbirdə maddi və qeyri-maddi irsə diqqət və qayğı mövzusunda məruzə edərək, Türk dünyasının etnik xəzinəsi olan Mahmud Kaşğarinin "Divanü lüğat-it türk" əsərinin Xalid Səid Xocayevə məxsus ərəbcədən Azərbaycan dilinə birbaşa və dünyada ilk tərcüməsinin əlyazmasının 86 il sonra məhz Azərbaycanda – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda tapıldığını diqqətə çatdırıb, bu hadisənin UNESCO səviyyəsində qeyd edildiyindən qürur duyduğunu ifadə edib. Təkcə Türk dünyası üçün deyil bütün dünya mədəniyyətinə əvəzsiz töhfə olan bu əsərin yeni nəşrinin unikallığı haqqında konfrans iştirakçılarına məlumat verib
Filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva oktyabrın 1-də Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində, Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəsi Yaşar Əliyevlə görüşüb, "Divanü lüğat-it türk" əsərinin 3 cildliyini, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin tərtibçisi olduğu “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” (10 dildə), “Nizami Ganjavi almanac” əsərlərini, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi tərəfindən hazırlanmış “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nı ona təqdim edib.

mənbə;www.science.gov.az saytına istinad
Dünən, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
Dünən, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
Dünən, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
Dünən, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
Dünən, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Dünən, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Dünən, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
Dünən, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
Dünən, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Dünən, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
Dünən, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Dünən, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
Dünən, 11:29
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Dünən, 11:27
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
8-11-2026, 15:15
AZƏRBAYCANIN ZƏFƏR BAYRAMININ 6-CI İLİ - TARIX , HƏQİQƏTLƏR VƏ REALLIQLAR
6-11-2026, 12:47
Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib
6-11-2026, 12:46
Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb
6-11-2026, 12:44
2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır
6-11-2026, 12:42
“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir
6-11-2026, 12:37
Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib
6-11-2026, 12:33
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib
6-11-2026, 12:31
Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb
6-11-2026, 12:29
Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb
6-11-2026, 12:27
Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır
6-11-2026, 12:26
Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb
6-11-2026, 12:25
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir