Dünya sənaye inqilabları və dünyagörüşü konsepsiyası
III yazı
Əvvəli
Dünya III Sənaye İnqilabı ümumbəşəri nailiyyətləri ilə yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyarkən artıq dəmir yolları yaranmışdı. Yük qatarları, habelə elektrik qatarları işə düşmüşdü. Dəyirmanlar, polad dəyirmanlar texnologiyası, telefon, elektrik işığı, yazı makinası, göydələn binalar, polad cihazları fabrikləri, liftlər, generatorlar, avtomobil, habelə, soyuducu, paltaryuyan maşın və çox sayda sənaye məhsulları III Sənaye inqilabının möhkəm sütunları kimi əhəmiyyət daşıyırdı. Eyni zamanda dövr özünün Z.Tağıyev, E.Karnegi, C.Fortune, C.D. Rokfeller kimi milyonçularını yetişdirirdi (Joel Mokyr, Robert H. Strotz The Second Industrial Revolution, 1870-1914. 1998.https:// facu lty. wcas.northwestern.edu/jmokyr/castronovo.pdf).
Futuralistlər və iqtisadiyyat tarixçiləri III Dünya Sənaye İnqilabının XX əsrin ortalarından başladığı fikrini qəbul edirlər ki, bu da artıq dünyagörüşü konsepsiyasının İnsan və dövrə münasibətdə dərindən dərkini əsaslandırır. Başqa cür desək, III Dünya Sənaye İnqilabının nailiyyətləri XX əsrin ortalarından başlayaraq bütün dünyada elə yüksək dinamika ilə inkişaf edərək yeni dünyagörüşünü formalaşdırır və insan amilinin tarixi inkişafında əsas mərhələ kimi mühüm əhəmiyyət kəsb edir.
Ancaq tarixi xronologiya prinsipləri ilə yanaşdıqda müəyyən bir yanlışlıq diqqəti cəlb edir. Beləki, II Dünya Sənaye İnqilabı I Dünya müharibəsinin başlaması ilə bitmişdirsə və III Sənaye İnqilabı XX əsrin ortalarından başlayıbsa təhlillərdə 30 illik bir mərhələnin nəzərə alınmaması mübahisəli qarşılanır. Bu boşluğu qeyd etməklə biz ümumi qəbul edilmiş dövrləşmə əsasında təhlillərimizi aparacağıq. Təhlillərimizə keçid almazdan öncə xülasə kimi qeyd edək ki, biz bu yazının əvvəlki hissəsində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Azərbaycanda II Sənaye inqilabı üçün həlleddici məsələ - neft sənayesi və iqtisadiyyatının əsasını qoyduğunu qeyd etmişdik. Yeri gəlmişkən, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev II Dünya Sənaye İnqilabının bitdiyinin qəbul edildiyi illərdən az sonra Azərbaycan kimi miqyasca kiçik, inkişafı baxımından nəhəng bir dövlətin dünya sənaye inqilabına səs vermiş “iqtisadçı”-larından olduğunu təsdiqləmişdir. Bu fikrimizə misal olaraq Almaniyada 1917-ci ilin iyulunda "Bayerische Motoren Werke" (Bavariya mühərrik zavodu) adı altında yeni aviasiya mühərrik zavodu yaradılması ilə əsası qoyulmş bütün dünyada məşhur BMW şirkətinin ilk məhsulu BMW avtomobilinə “Qafqazda ilk dəfə Hacı Zeynalabdin Tağıyev sahib olmuşdur.
Beləliklə, III Dünya Sənaye İnqilabının - XX əsrin 40-50-ci illərinin mənzərəsi belə idi: Avropada müharibələrarası dövr 1918-1939, 1931-1939-cu illər İspan inqilabı və İspaniyada vətəndaş müharibəsi, 1931-1945-ci illər Yapon-Çin və 1939-1945-ci illər koalisiyalərarası İkinci Dünya Müharibəsi cərəyan etmiş, digər tərəfdən də sürətli texnoloji tərəqqi baş vermişdi. Müharibə gerçəkləri bütün dünyanı əhatələmiş, irili-xırdalı dünya dövlətləri İkinci Dünya Müharibəsinin gerçəkləri ilə qarşılaşmışdı. 1945-ci ildə Xirosima və Naqasaki hadisələri və ümumilikdə bu dövrdə müxtəlif hadisələr səbəbi ilə 60 milyondan çox insan məhv olmuş, eyni zamanda siyasi repressiyalar dünya xalqlarını görünməmiş dərəcə də total rejimin qurbanlarına çevirmişdi.
1941-ci ildə SSRİ-də başlamış II Dünya müharibəsi neft ölkəsi Azərbaycanın bütün sahələrinə, o cümlədən təhsilə də öz dağıdıcı təsirini göstərmişdi.
Dünya müharibəsi və ondan sonrakı bəşəri nizam, qlobal böhrandan qurtulmaq cəhdləri mərhələsi III Dünya Sənaye İnqilabı ilə paralel təzahür etmişdir. Buna misal olaraq XX əsrin bütün dünyanı birləşdirən əsas iqtisadi nəticələri-maşın istehsalındakı, avtomatik zavodların yaradılmasındakı, dövrün ən əsas hadisəsi sayılan sənaye inqilabı və ya elmi-texniki inqilabın nəticələrində yeni dünyagörüşlü mütəxəssislərin kreativliyi və peşəkarlığı faktoru göstərilə bilər.
Avtomobil nəqliyyatndan tutmuş, aviasiya, radio, televiziyaya və s. kimi rabitə sahəsindəki, pistoletlərdən, avtomatlardan, pulemyotlardan, Ak-1, Ak-2-lərdən GİG-44 və Ak-46-ya və Kalaşnikova kimi, həmçinin tankların, kimyəvi silahların, kompyuter, internet kommunikasiyalarının, süni intellekt sisteminin ixtirası ilə təsdiqlənən çoxçeşidli tibb və mühüm həyati əhamiyyət kəsb edən kimya sahələrinin kökündən yenidən yaradılması mərhələsi; XX əsrin üçüncü elmi-texniki inqilabının üçüncü,- kosmosik kəşfiyyatlara start verilməsi, elektron hesablamalar, informasiya-kibernetika habelə, idman, beynəlxalq Olimpiya hərəkatı, elm, təhsil, musiqi, rəssamlıq, heykəltəraşlıq, teatr, kino, estrada və başqa sahələrdə unikal dirçəliş mərhələlərində alim, mütəxəssis, sənətkar fəaliyyəti və s. sözsüz olaraq təsqiq edir.
Üçüncü Sənaye İnqilabı bəşəriyyətə nüvə enerjisi ilə bağlı elmi-nəzəri və təcrübi əsasların tətbiqini, elektronika sahəsində güclü sənaye avtomatlaşdırma cihazları, ilk kompüterlər, hesablama - proqramlaşdırma maşınları, eləcə də ilk sənaye avtomatlaşdırma cihazları bəxş etməklə öz dövrünü tanıtdı. Avtomatlaşdırılmış fabrik və zavorlarda mexanizmlər və robotlar yeni inkişaf və əslində tərəqqinin numunələri idi.
Əlbəttə III Dünya Sənaye İnqilabı ən əsas Süni intellekt sistemi üzərində öz tarixini yazmağa başladı. Süni intellekt sisteminin 1900-1950-ci illərdə cərəyan etmiş 3 mühüm dövrü fenomen hadisələrlə davam etmişdir.
Bunlardan birincisi, 1924-cü ildə tam adı International Business Machines Corp/or IBM və ya qısaca IBM yaradılmışdır ki, bu, hələ 1911-ci ildə yaradılmış, dövrün texnoloji tərəqqisini təmsil edən proqram həlləri, aparat və xidmətlərdə liderlik məqsədli və əsasən perfokart sayma maşınlarını inkişaf etdirən bir sistemin xeyli təkmilləşdirilmiş bir forması idi.
Bundan sonra süni intellektin artıq 1936-cı illər - Alan Mathison Turinginn adı ilə bağlı olan, - “Turing machine” - Türinq maşını hadisəsi gəlir.
Beləliklə, IBM-dən sonra 1936-cı ildə Alan Türinqin “Turing machine”si yarandı və bu kəşf mahiyyət baxımından elə bir hesablama modelidir ki, internet, deməli, virtual dünya ilə bağlı olan və indi bizim həyatımızın qaçılmazı olankompüterlərin, mobil telefonların, planşetlərin, video kameraların, rəqəmsal fotoaparatların və digər bu kimi texnologiyaların mənşəyi fikrini ehtiva edir.
“Turing machine” - nin yaradılması ilə XX əsrin 30-cu illərində artıq avropada Əl-Xarəzminin əsasını qoymuş olduğu alqoritm proqramları ilə sonsuz və mürəkkəb riyazi hesablamarın yerinə yeririlməsi üçün ciddi zəmin hazırlanmış oldu.
Əgər diqqət edəriksə, 1936-cı ildə Alan Türinqin “Turing machine”sinə kimi süni intellekt fenomeninin mühüm “maşınları” sənaye inqilabı dünyagörüşünü təsdiq və müşayət edən Avropada, əsas da İngiltərədə yaradılmışdı. 1943-cü ildə isə Amerikada II Dünya müharibəsinin cərəyan etdiyi bir vaxtda hərbi məqsədlər üçün ENIAC adlanan ilk funksional rəqəmsal kompüter yaradılmışdır. ENIAC kompüterini amerikalı fizik John William Mauchly və amerikalı elektrik mühəndisi, sahibkar J.Presper Eckert ilə birlikdə ilk ümumi təyinatlı elektron rəqəmsal kompüter olan ENIAC, həmçinin ABŞ-da ilk kommersiya kompüteri EDVAC, BINAC və UNIVAC-ı icad və istehsal edildi.
Bundan başqa, J.Presper Eckert hesablama proqramları haqqında Moore School Lectures (Mur Məktəbinin Mühazirələri) mühazirələr vermiş, John William Mauchlylə birlikdə Eckert-Mauchly Computer Corporation-ı (EMCC) təsis edərək kompüter konsepsiyalarını sistemli şəkildə irəli sürmüşlər. Onların fəaliyyəti - EDVAC üzərində Hesabatın Birinci Layihəsi (1945) və Mur Məktəbinin Mühazirələri (1946) qəbul edilib öyrənildiyi kimi, 1940-cı illərin sonlarında bütün dünyada kompüter sahəsinin yüksək inkişafına güclü təsir etmişdir.
Fikrimizcə, biz bu məqamda XXI əsrin elektron və təbii süni intellekt tərəqqisini aydın görmək üçün müasirimiz olan çox yüngül, hətta 1 kq çəkidə, ancaq geniş funksiyalı notbukları ilə ilk kompüterin çəkisi və ölçülərini müqayisə edə bilərik.
Beləcə, “Samsung”dan “Galaxy Book Pro” 868 q-da, “Dynabook Portégé X30L” 870 q, “Asus Expertbook B9 9450” 870 q, “LaVie Nextreme Karbon XC550-DA” 883 q, “Fujitsu U9311” 885 q, yəni yeni notbukların əksəriyyətlə çəkisi 900 qramdan (iki funt) çox, 1 kiloqramdan azdır. “Lenovo Thinkpad X1 Nano” 907 q, “Vaio SX12 2022” 948 q, “Gigabyte U4” 990 q, “HP Pavilion Aero 13” 960 q. Bu baxımdan 1943-cü ildə yaradılmış ilk funksional rəqəmsal kompüterin – “makine” 27 ton ağırlığında, 167 kvadratmetr ölçüdə və 17 468 borudan ibarət olması süni intellektin inkişafının dinamikasını aydın ifadə edir. Ən ciddi fərqlərdən biri və ən mühümü isə bu nəhəng “pionerin” əməliyyat sistemi, proqramları, yəni daha konkret desək, istifadə etdiyi nömrələrdən başqa heç bir yaddaş mexanizmi yox idi.
1943-cü ildə yaradılmış ilk funksional rəqəmsal kompüter – “makine” 27 ton ağırlığında, 167 kvadratmetr ölçüdə və 17 468 borudan ibarət olmuşdur. Ciddi fərqlərdən biri və ən mühümü isə bu nəhəng “pionerin” əməliyyat sistemi, proqramları, yəni daha konkret desək, istifadə etdiyi nömrələrdən başqa heç bir yaddaş mexanizmi yox idi.
Bu kompüter 1946-cı ildə tamamlanıb dünya düşüncəsinə və istifadəyə verildikdə artıq 1936-cı ildə 24 yaşlı bir gənc dünyanı və tarixini heyrətə gətirmiş, 1936-cı il informasiyanı kompüter yaddaşında saxlamağa və üzərində işləməyə imkan verən hesablama qurğusu – kompüter modeli “Türinq maşını”ndan sonra tarixə damğasını vuracaq öz yeni “Türinq testi” kəşfini tamamlayırdı və 1950-ci ildə bu fenomen hadisə süni intellekt aləmində və əslində, yeni dövrün elmi evolyusiya səmasında mütərəqqi bir “bomba” kimi partladı. Bu test süni intellektin insanlara reaksiyalarını müəyyən etmək məqsədli proqramlar idi. “Türinq testi” insan və kompüterin dialoqunu həyata keçirdi və müşahidədə insanın və kompüterin fərqlənmədiyi müəyyən olundu ki, bununla süni intellekt gənc alimin tarixyüklü mühüm kəşfi də uğurla təsdiqləndi.
Bundan sonra artıq nüfuzlu elm adamlarının meydanda olan kəşfləri təhlil edib qiymətlənirməsi, qarşıda dayanan məqsədləri aydınlaşdırması üçün bir araya gəlməsi şərt idi və 1956-ci ildə Amerika Birləşmiş Ştatlarında ən nüfuzlu kolleclərdən biri, ilk Dartmut Kollecində (bu kollec 1770-ci ildə Hannoverdə cəmi dörd tələbədən ibarət ilk dərsləri taxta daxmada keçirilmiş və inkişaf edərək artıq təxminən 5000 bakalavr və 2000 mindən çox aspirantı olan təhsil ocağı) “Neyro-analoq gücləndirici sistemlərin nəzəriyyəsi və onun beyin-model probleminə tətbiqi” adlı dissertasiya işinin müəllifi, sonralar amerikalı koqnitiv və kompüter alimi, süni intellektin tədqiqatları ilə tanınan, Massaçusets Texnologiya İnstitutunun süni intellekt laboratoriyasının həmtəsisçisi kimi məşhur olmuş və süni intellekt və fəlsəfə üzrə bir sıra əsərlərin müəllifi, əsas da Türinq mükafatı (1969) da daxil olmaqla, bir çox mükafat və fəxri adlara layiq görülmüş Marvin Lee Minsky, amerikalı alim, “süni intellekt” termininin müəllifi, LISP dilinin və funksional proqramlaşdırmanın yaradıcısı, Türinq mükafatı laureatı (1971) Con Makkarti və “informasiya nəzəriyyəsinin atas” kimi tanınan amerikalı riyaziyyatçı, elektrik mühəndisi və kriptoqraf Claude Elwood Shannon ilk Dartmut Kollecində süni intellekt mövzusunda konfrans təşkil etdilər.
Qeyd etmək yerinə düşər ki, Claude Shannonun kriptoqraf kimi yetişməsində Alan Türinqin böyük təsiri olmuşdur. Belə ki, Claude Shannon 1937-ci ildə kriptoanaliz sahəsində xeyli maraq doğuran elmi nailiyyətləri ilə tanınmışdı və o, kodun qırılması və telekommunikasiya sahəsində daha ciddi tədqiqatlar məqsədilə 1942-ci ildə Bell laboratoriyalarında kriptoqrafiya sahəsində fəaliyyətə başladıqda, ilk işi 1943-cü ilin əvvəlində iki ay ərzində artıq təkcə Avropada deyil, Amerikada da məşhur olan Alan Türinqlə əlaqə saxlayır və onlar arasında yaradıcılıq əlaqələri süni intellekt sisteminə və elminin inkişafına öz töhfələrini verir.
İndisə 1956-ci ildə ABŞ-ın məşhur ilk Dartmut Kollecində təşkil olunmuş ilk süni intellekt konfransı haqqında bəhs etməklə III Sənaye İnqilabının mahiyyətini və nailiyyətlərini diqqətə çatdırmaq yerinə düşər. Bu konfrans indi dünyada ən çox keçirilən süni intellekt konfranslarının başlanğıcı olmaqla bərabər, Con Makkartinin – “McCarthy”nin süni intellekt terminini dünyada ilk dəfə olaraq dilə gətirməsi və qarşıdakı 3 onillik ərzində kompüter hadisəsinin insanı əvəz edəcəyi proqnozu ilə tarixə iz salması tarixini ehtiva edir.
Süni intellektin tarixində bu konfransdan sonra mühüm hadisələr diqqət cəlb etmir. Əlbəttə, Alan Türinqin “Riyazi Biologiya bülleteni” kimi təqdim etdiyi 1960-cı illərdə müşahidə edilən Belousov-Jabotinsky reaksiyası adı ilə tarixdə qalmış riyazi kimyəvi reaksiyaları proqnozlaşdırdığı nailiyyətlərdən başqa.
Qəribədir, bəlkə də çox təbii, xarakterikdir, mənfur əcəl 1954-ci ildə onu 42 yaşına çatmaq üçün heç 13 gün gözləmədən belə bu dünyadan aparandan süni intellekt aləmində 1956-cı ilin həmin ilk Dartmut Kollecindəki konfransdan sonra “Ekspert sistemləri” (Expert system) adı ilə tanınan 1970-1980-ci illər mərhələsinə kimi dərin bir boşluq müşahidə olunmuşdur.
“Expert system” virtual aləmdə qərar qəbulu prosesində düşünən insanı əvəz edən və ya onu təqlid edən, həmçinin mürəkkəb problemləri həll etmək üçün nəzərdə tutulmuş kompüter sistemidir. 1970-ci illərdə “Expert systemlər”in yaradılması və təqdimatı, məşhurlaşması nə qədər eksklüziv olsa da, süni intellekt sahəsinin bu mühüm hadisəsinin tamamlanması 10 il qədər uzun bir vaxt aparmış və onun geniş şəkildə yayılması, iqtisadi baxımdan faydalılığı 1980-ci illərə təsadüf etmişdir. Yarım əsr əvvəl yaradılmış “Expert systemlər”in indi təbii funksionallığı azalmışdır. Lakin onlar tarixi əhəmiyyətlərini qorumaqdadırlar.
Biz yuxarıda da qeyd etdik ki, Alan Türinqdən sonra süni intellekt sisteminin tarixində “Expert systemlər”in mərhələsinə qədər və o cümlədən onların 10 il qədər heç də qısa olmayan zamanda meydana çıxması, istehsalata tətbiqi hadisəsi də daxil olmaqla, bu sahədə dərin bir boşluq yaşanmışdı və bu boşluq analitiklərin qənaətinə görə, süni intellektə marağın azalması, ciddi tədqiqatların meydan çıxarılmaması və investisiyanın azalması ilə əlaqədardır olmuşdur. Futuristlər süni intellekt sistemi sahəsində cərəyan edən bu böhran vəziyyətini 1974-1980-ci illərə aid etmişlər və onu “ilk süni intellekt qışı” adlandırmışlar. Süni intellekt tarixində böhranın ilk qışı kimi, ikinci qış da qeyd olunur. Bu, 1987-1993- cü illəri əhatə edir. Maraqlıdır, süni intellekt böhranlarının əsas səbəbləri nə ilə izah olunur? İkincisi, 1980-1987-ci illərdə süni intellekt sistemində hansı uğurlu kəşf yaranmışdır ki, ikinci qış bu tarixdən qəbul edilmişdir?
Süni intellekt tarixi birinci sualı konkret olaraq, kapitalist maraqların toqquşması kimi izah edir. Beləki, XX əsrin 50-ci illərinin ikinci yarsından başlayaraq bir qrup süni intellekt tədqiqatçısına yaxın gələcəkdə insan qədər ağıllı və ya insanı əvəz edəcək bir maşının icad edilməsi məqsədilə onlara milyonlarla dollar verilmiş, ancaq onlar Layihəni uğurla həyata keçirə bilməmişlər. Bu səbəbdən də 1974-cü ildə ABŞ və Britaniya hökumətləri süni intellektə yönəldilmiş investisiyanı kəsmiş və bununla da “ilk süni intellekt qışı” termininin ifadə etdiyi - süni intellekt böhranı baş verir.
İkinci suala gəlincə, bu Yaponiyanın 7 il sonra qabaqcıl dünya dövlətlərini süni intellekt sahəsinə milyardlarla dollar sərmayə qoyması ilə əsaslandırılır. Həmin iri miqyaslı maliyyə 1980-ci illərin “Təbii dil prosessorları”-nın (Natural language processors) meydana çıxarılması hadisəsini çıxmaqla uğurlu tədqiqatlar meydana çıxara bilmədikdə investorlar yenidən maliyyə vəsaitlərini geri çəkdilər və 1987-1993-cü illərdə süni intellekt sahəsində “ikinci qış” böhranı baş verdi.
Keçən əsrin son 7 ilində, təxminən 1 dekadası ərzində süni intellektin böyük uğurları “Ağıllı agentlər” rəqəmsal elektron qurğularla təmsil olunur ki, bu da III Dünya Sənaye inqilabının uğurları sırasındadır.
Beləcə, Süni İntellekt sistemi 1987-1993- cü illəri əhatə edən, “İkinci Qış” adlanan ikinci böhran mərhələsindən sonra Yaponiyanın böyük təsiri, həmçinin güclü investorların genişmiqyaslı sərmayəsi ilə III Dünya Sənaye İnqilabının ən mühüm nailiyyəti, “Ağıllı Agentlər” rəqəmsal elektron qurğularının intibahını “imzalayır”. Bu intibah Süni İntellektin nəhəng yaradıcısı, riyaziyyatçı, məntiq alimi Alan Turingin ixitralarının, təcrübi məktəbiinin əvəzolunmazlığının bir daha təsdiqi və XXI əsrdə Süni intllekt sisteminin ona qayıdış düşüncəsini ehtiva edir.
Süni intellekt sistemi nə qədər (konkkret dövrlərdə) elmi naviqasiya, elmi nailiyyət mahiyyətindən artıq müxtəlif qazanc məqsədlərini doğrultmadıqda böhranlar - ağır “Qışlar” yaşasa da kökündən dəyişən svilizasiyaların və “dünyanın əşrəfi” İnsanın istər şüur, istərsə də təcrübədə qaçılmazı olaraq qalaraq və zaman-zaman inkişaf pillələri ilə qalxıb-enməklə XXI əsrdə tərəqqisinin yüksələn xəttində qərar tutmuşdur.
Eyni zamanda Süni İntellektin XXI əsrdəki yüksək inkişafının əsasında sözsüz olaraq onu sınaqlardan çıxarmış möhkəm bünövrə - tarixi nəzəriyyə və təcrübə dayanır.
III Dünya Sənaye İnqilabının Azərbaycanda əks-sədası haqqında qısaca şərh vermək yerinə düşərdi.
Məlumdur ki, Azərbaycan nefti daxil olduğumuz Rusiya imperiyasında həlledici sənaye sahəsi idi və III Dünya Sənaye inqilabının başladığı XX əsrin ortalarında SSRİ-nin Hitler Almaniyası ilə apardığı II Dünya müharibəsində mühüm strateji əhəmiyyət daşıyırdı. Bu məqamda Azərbaycan alimlərinin səmərəlimfəaliyyətini yada salmaq yerinə düşər. Beləki, “Müharibə dövründə Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80, sürtkü yağlarının 90 faizini Azərbaycan təmin edib. 1943-cü ildə - texnika, texnologiyanın təşəkkül tapmadığı bir vaxtda dəniz seysmik kəşfiyyat üsulu hazırlanıb, seysmik məlumatdan və tətbiqi tədqiqatların nəticələrindən istifadə olunub. “İkinci Dünya müharibəsinin taleyinin həll olunmasında təkcə Bakı nefti rol oynamayıb. Azərbaycan alimlərindən akademik Yusif Məmmədəliyev və onun tələbələrinin misilsiz əməyi xüsusi qeyd olunmalıdır. O dövrdə SSRİ-nin yüksəkoktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Kimyaçı alim Yusif Məmmədəliyevin elmi tədqiqatları sayəsində qısa müddətdə belə yüksəkoktanlı benzin alındı. O, benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırladı, aviasiyanın yüksəkoktanlı yanacaqla təmin edilməsinə nail oldu. Məhz bunun sayəsində idi ki, 1943-cü ilin qışından müharibənin sonunadək İL-2 və La-5 sovet qırıcı təyyarələri havada üstünlüyü ələ keçirə bildilər”. Akademik Yusif Məmmədəliyev və onun tələbəsi Əli Quliyevin tank əleyhinə butulkalar (“Molotov kokteyli”) üçün yeni növ qarışıq hazırlaması da alimlərimizin diqqətçəkən nailiyyətlərindən idi. Alimlərimiz tərəfindən hazırlanmış alışdırıcı qarışıqdan hər il cəbhəyə yüz minlərlə butulka göndərilirdi. Bu yüngül və rahat silahdan bütün döyüş cəbhələrində geniş istifadə olunub” (İkinci Dünya müharibəsi illərində Yusif Məmmədəliyevin və Əli Quliyevin elmi fəaliyyətlərinin nəticəsi https://science. gov.az /az/ news/open/25021).
Azərbaycanın qara qızıl istehsalçıları - neftçilərimizin vətənpərliklə böyük zəhməti sayəsində bütün SSRİ-də neft sənayesi sahəsində əldə olunan hasilatın71,4 faizi Azərbaycana aid olmuşdur. Yəni ölkənin sənaye inqilabında böyük uğurunun 4-də 3-ü Azərbaycanın payına düşmüşdür. Tədqiqatlarda qeyd lunduğu kimi “Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları verimişlər. Mübaliğəsiz demək olar ki, İkinci dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Bakı nefti həlledici amillərdən biri olmuşdur. Müharibənin ağırlığının böyük bir hissəsini öz üzərinə götürmüş Sovet ordusunun dənizdə, quruda və havada düşmən üzərində üstünlük qazanmasında Bakı nefti misilsiz rol oynamışdır. Təkcə bu faktı demək kifayətdir ki, o dövrdə hər beş təyyarə, tank və avtomaşından dördü Bakı mədənlərində çıxarılan, onun neft emalı zavodlarında istehsal olunan yanacaqla işləmişdir. Müharibə illərində cəbhənin neft tələbatının 70, yüksək oktanlı benzin və sürtgü yağına olan ehtiyacının 100 faizini Bakı ödəyirdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 1949-cu ildə dünya təcrübəsində ilk dəfə Xəzər dənizindən neft çıxarılmasına başlanmışdır. Bundan 6 il sonra ABŞ, 25 il sonra isə Norveç dənizdən neft çıxarmağa nail olmuşdur” (İQTİSADİYYAT. https://files.preslib.az/projects/azerbaijan/gl4.pdf).
III Dünya Sənaye İnqilabının ilk onilliklərində, başqa sözlə II dünya müharibəsi illərinə təsadüf edən yeni iqtisadi tərəqqi mərhələsində Azərbaycanda neft hsilatı ilə bərabər digər sənaye sahələri də sürətlə inkişaf etmişdir. Azərbaycan xalqı II dünya müharibəsinə Vətən Müharibəsi kimi qiymət verərək ön cəbhədə qəhrəmanlıqla döyüşməklə bərabər arxa cəbhədə də əzmlə, fədakarlıqla çalışmış, istər silah, istər hərbi sursat, istərsə də tonlarla döyüşçülər üçün ayaqqabı, geyim və s. məhsullar istehsal etmişlər ki, bunlar III Dünya Sənaye İnqilabının çağışlarına Azərbaycan Respublikasının layiqincə cavab verdiyini təsdiq edir.
III Dünya Sənaye İnqilabının II dünya müharibəsindən sonrakı dövründə də Azərbaycanda sənaye – iqtisadiyyat naliyyətləri bütün SSRİ Respublikaları ilə müqayisədə yüksək nəticələrlə müşahidə olunmuşdur.
Beləki, “1950-ci ildə Azərbaycanın sənaye məhsulu 1940-cı ilə nisbətən 39% artmışdır. XX əsrin 50-60-cı illərində Azərbaycan sənayesinin inkişafı, sahə və ərazi quruluşunun təkmilləşməsi sahəsində mühüm irəliləyişlər baş vermişdir. Belə bir faktı göstərmək kifayətdir ki, respublika sənayesində məhsul buraxılışı 1940-cı ilə nisbətən 5,5 dəfə artmış, 1941 - 1970-ci illərdə isə 146 və ya bütün 1920 - 1970-ci illərdə tikilmiş sənaye obyektlərinin 60%-i qədər iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdir. Azərbaycan sənayesinin inkişafında mühüm rol oynayan Sumqayıt boruyayma, alüminium və sintez-kauçuk zavodları, Gəncə alüminium zavodu, Daşkəsən filiz saflaşdırma kombinatı, Mingəçevir su-elektrik stansiyası və sairə iri müəssisələr tikilib istifadəyə verilmişdi. Bununla da həmin illərdə ağır sənayenin energetika, kimya və neft-kimya, neft emalı, qara və əlvan metallurgiya, cihazqayırma və elektrotexnika kimi sahələrinin geniş inkişafının əsası qoyulmuşdur” (İQTİSADİYYAT. https://files.preslib.az/projec ts/ azerbaijan/gl4.pdf).).
Bu dinamika 50-60-cı illərdə də davam etmiş Sumqayıt, Mingəçevir, Əli-Bayramlı, Daşkəsən kimi yeni sənaye şəhərləri yaranmış, Naxçıvan, Xankəndi, Quba, Qazax, Salyan, Neftçala və başqa şəhərlərdə sənayenin gələcək daha güclü inkişafı üçün təməl qoyulmuşdur” (İQTİSADİYYAT. https://files.preslib.az/projec ts/ azerbaijan/gl4.pdf).
Azərbaycan III Dünya Sənaye İnqilabıının yüksək inkişaf mərhələsi -1970-1880 –cı illərdə də SSRİ-nin ən qabaqcıl respublikalarından biri olmuşdur ki, bunda Respublikaya rəhbərlik edən Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Biz bu haqda Azərbaycan III Dünya Sənaye İnqilabları və Dünyagörüşü konsepsiyası başlıqlı araşdırma yazımızın növbəti – IV hissəsində ətraflı şəkildə bəhs edəcəyik.
Davamı var
Xatirə QULİYEVA, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
mənbə; www.science.gov.az
Dünən, 10:31
Bu gün Azərbaycanda matəm günüdür
23-12-2024, 10:50
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024