AMEA Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planını təsdiqləyib
Elm və təhsil
Oxunub: 29
27 okt 2023 | 13:33

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib, Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə akademik Teymur Kərimliyə 70 illik, AMEA-nın müxbir üzvü Nuru Bayramova isə 60 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanları təqdim edilib.

Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin və həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin 2023-cü il üzrə ABŞ-ın Stenford Universitetinin hazırladığı dünyanın süni intellekt üzrə ən nüfuzlu alimlərinin reytinq siyahısına seçildiklərini diqqətə çatdırıb və onları AMEA Rəyasət Heyəti adından təbrik edib.

Həmçinin biokimya və molekulyar biologiya sahəsində görkəmli türk alimi, Nobel mükafatı laureatı, professor Əziz Səncərin AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə ünvanladığı məktubu diqqətə çatdırılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Əziz Səncər məktubunda Azərbaycanla qarşılıqlı elmi əlaqələrin inkişaf etdirilməsində və elmimizin beynəlxalq miqyasda təbliğində yaxından iştirak etməkdən məmnunluğunu bildirib.

Daha sonra iclasda elmi-təşkilati məsələlər müzakirə olunub.

İclasda müzakirəyə çıxarılan birinci məsələ AMEA-da 8 Noyabr – Zəfər Gününün qeyd edilməsi haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, 2020-ci il sentyabrın 27-də ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması üçün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında birləşib səfərbər və həmrəy oldu.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusunun ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdiyini deyən akademik İsa Həbibbəyli 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan əsgər və zabitlərinin dünya hərb tarixində nadir təsadüf edilən rəşadət və qəhrəmanlığı sayəsində Qarabağın tacı, Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhərinin erməni işğalından azad olunduğunu, düşmənin təslimçi bəyanata imza atmağa məcbur edildiyini söyləyib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin sosial-iqtisadi və mədəni-mənəvi baxımdan inkişafı istiqamətində son iyirmi ildə həyata keçirdiyi dövlət siyasəti, düzgün müəyyənləşdirilmiş xarici siyasət və diplomatik münasibətlər, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi bu müharibədə qələbəni təmin edən əsas amillər idi”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Şuşa şəhərinin işğaldan azad edildiyi noyabr ayının 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi haqqında 3 dekabr 2020-ci il tarixli Sərəncam imzalayıb.

Həmçinin AMEA prezidenti bildirib ki, 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri ilə Qarabağda Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa edildi, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Azərbaycan bayrağını Xankəndi şəhərində ucaltdı.

“Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa etməklə sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu prioritetə uyğun olaraq həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır”, - deyə AMEA prezidenti söyləyib.

İclasda, Rəyasət Heyəti tərəfindən AMEA-da Zəfər Gününə həsr olunmuş təntənəli tədbirlərin təşkili, qazilər, müharibə iştirakçıları və şəhid ailələri ilə görüşlərin, xatirə günlərinin keçirilməsi, Qarabağ müharibəsinə, müharibə qəhrəmanlarına, şəhidlərə həsr olunmuş ənənəvi və virtual kitab sərgilərinin hazırlanması barədə qərar qəbul edilib.

Tədbirdə müzakirə olunan növbəti məsələ ölkə başçısının 28 sentyabr 2023-cü il tarixli Sərəncamına əsasən hazırlanmış “Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı”nın təsdiq edilməsi haqqında olub.

AMEA-nın inkişafında akademik Ziya Bünyadovun tarixi xidmətləri olduğunu deyən akademik İsa Həbibbəyli sözügedən Sərəncamın dövlət başçısının Akademiyaya diqqət və qayğısının növbəti təzahürü olduğunu bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən “Akademik Ziya Bünyadovun 100 illik yubileyi haqqında” qərar qəbul olunub. Diqqətə çatdırıb ki, qərarda AMEA Rəyasət Heyətinə akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr edilmiş elmi sessiyanın keçirilməsi, AMEA-nın İctimai Elmlər Bölməsinə Şərqşünaslıq İnstitutunun bazasında ənənəvi “Akademik Ziya Bünyadov qiraətləri”nin təşkil edilməsi və müvafiq materialların çap olunması ilə bağlı tapşırıqlar verilib.

Daha sonra Rəyasət Heyəti tərəfindən “Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı” təsdiqlənib.

İclasda, o cümlədən “İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair AMEA-nın Tədbirlər planı” haqqında müzakirələr aparılıb.

Məsələ ilə əlaqədar çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli qərarı ilə İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb və şuraya İraq-Türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Akademik qeyd edib ki, həmin qərarda İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasına AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair AMEA-nın Tədbirlər planının hazırlanması barədə müvafiq tapşırıq verilib. Qeyd olunan məsələnin İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının 2023-cü il 20 oktyabr tarixli iclasında müzakirə olunduğunu, şura üzvlərinin rəy və təkliflərinə əsasən Tədbirlər planının layihəsinin hazırlandığını söyləyib.

Bundan əlavə, Şuranın bu günlərdə baş tutan ilk iclasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Kübra Quliyevanın “İraq-Türkman ləhcəsinin tarixi-dialektoloji təsviri” mövzusunda məruzəsinin dinlənildiyini, eləcə də kərküklü şair, tədqiqatçı, ədəbiyyatşünas, ictimai xadim Dr. Şəmsəddin Kuzəçinin “Çağdaş Türkman ədəbiyyatı” mövzusunda elmi seminarının keçirildiyini bildirib.

Akademik İsa Həbibbəyli, o cümlədən İraqın 7 universitetində Türkologiya fakültəsinin fəaliyyət göstərdiyini və həmin fakültələrin Azərbaycan dili, lüğəti, ədəbiyyatı, tarixi, folkloru, arxeologiyası ilə bağlı elmi ədəbiyyata ehtiyacları olduğunu söyləyib, həmin universitetlərin nəşr ehtiyacını ödəmək üçün AMEA-nın elmi müəssisə və təşkilatlarından kitabların toplanaraq göndəriləcəyini vurğulayıb.

İclasda qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti “İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair Tədbirlər planı”nı təsdiq edib.

Tədbirdə, eyni zamanda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında iştirakı barədə məlumat verib. Qarabağda kəhrizlərin bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri, Laçın şəhərində yaşıllıqların mühafizəsi və bərpası perspektivləri və digər mühüm məsələlərin müzakirə edildiyini söyləyib.

İclasda, həmçinin İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının tərkibində, eləcə də AMEA-nın “İlin Gənc Alimi” Mükafatının Əsasnaməsində dəyişiklik edilib, AMEA-nın Naxçıvan Bölməsinin strukturu və ştat cədvəli təsdiqlənib.

Həmçinin akademik Nazim Məmmədovun 70, AMEA-nın müxbir üzvü Valeh Cəfərovun 80, AMEA-nın müxbir üzvü Zülfüqar Zülfüqarovun 110 illik yubileyləri haqqında qərarlar qəbul olunub.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər – Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Musa Qasımlı, professorlar Habil Qurbanov, İmamverdi Həmidov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda bir sıra cari məsələlər, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə cari ilin noyabr ayında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransa hazırlıq işləri müzakirə olunub.

Dünən, 11:26
Sərt TƏNQİD: “Primitiv savadı olanlar da alimlik dərəcəsi alır”
Dünən, 11:00
“Heydər Əliyev-100: Müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib
6-12-2023, 10:13
Karbohidratlı pəhriz ürək sağlamlığı üçün faydalıdır – Tədqiqatların nümunəsində
6-12-2023, 10:09
Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası
5-12-2023, 11:15
Yaşıl yarpaqlı tərəvəzlərdə olan fol turşusu bağırsaq xərçəngi riskini azaldır
4-12-2023, 11:10
"Qarabağ"ın rəqibi məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırıb
4-12-2023, 11:06
Bu orqanlar olmadan da yaşaya bilərik - Çin alimləri 5 belə orqan müəyyən edib
4-12-2023, 10:59
Azərbaycanlı filosof alimin məqaləsi ABŞ-da dərc olunub
4-12-2023, 10:51
Azərbaycan aliminin Ulu Öndərlə bağlı məqaləsi ABŞ-da işıq üzü görüb
1-12-2023, 11:53
Süni intellektlə bağlı qlobal razılaşma kiberfəzaya nə verəcək?
1-12-2023, 09:37
Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
30-11-2023, 11:47
Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası
30-11-2023, 10:34
Azərbaycan Moda Həftəsi keçiriləcək
30-11-2023, 10:21
Deputat: “Nikaha girən gənclər narkoloji müayinədən keçməlidir”
29-11-2023, 12:12
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir
29-11-2023, 12:05
Hindistandanlı kardioloqdan qan damarlarını sağlam saxlamaq üçün tövsiyələr
28-11-2023, 14:57
Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli- Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası
28-11-2023, 09:56
Güclü külək Bakıda bir sıra fəsadlar törədib
28-11-2023, 09:50
Antibiotiklər "ağrıkəsici, qızdırmasalıcı" deyil
27-11-2023, 12:41
Azərbaycanın qadın karateçisi ilkə imza atıb
27-11-2023, 10:21
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
27-11-2023, 10:08
Professor: Bu içki və qidadan imtina insanların ömrünü 10 il uzadır
24-11-2023, 20:39
KİÇİK ELMİ İŞÇİ GÖZƏL QULİYEVANIN ELMDƏ BÖYÜK ÇİRKİNLİKLƏRİ
24-11-2023, 10:42
Qırmızı şərabdan baş ağrılarının səbəbi açıqlanıb
24-11-2023, 10:37
Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turniri başlayır
23-11-2023, 12:36
Niyə mədə quruldayır? Mədədən gələn maraqlı səslərin səbəbi
23-11-2023, 10:22
Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti” adlı monoqrafiya işıq üzü görüb
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031