AMEA prezidenti İsa Həbibbəyli TÜBİTAK-ın rəhbəri, professor Hasan Mandalla görüşüb
Elm və təhsil
Oxunub: 269
6 iyn 2023 | 10:13

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandalla görüşüb.

AMEA Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycan və Türkiyə arasında əsrlərə dayanan dostluq-qardaşlıq əlaqələrindən söz açan akademik İsa Həbibbəyli son illərdə ölkələrimizin münasibətlərinin dövlət başçılarımız sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. Türkiyədə keçirilən Prezident seçkilərinin nəticələrinin qardaş Türkiyə xalqı qədər, Azərbaycan üçün də önəmli olduğunu vurğulayan akademik İsa Həbibbəyli Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinin bütövlükdə Türkiyə, eləcə də Azərbaycan və Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını söyləyib. Qeyd edib ki, “Bir millət, iki dövlət” prinsipini əsas götürərək birgə işlərimizi bundan sonra da ən yüksək səviyyədə davam etdirəcəyik.

AMEA rəhbəri bildirib ki, TÜBİTAK-ın başda Türkiyə olmaqla, Türk dünyasında və eləcə də dünyada elmin inkişafında mühüm rolu var və Akademiyanın mövcud strukturu çərçivəsində qurumlarımız arasında yeni sahələrdə əməkdaşlıq imkanları meydana çıxır.

Son aylarda Akademiyada elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi istiqamətində önəmli addımların atıldığını, keçmiş SSRİ Elmlər Akademiyaları arasında ilk dəfə məhz AMEA-da “Elektron Akademiya” şöbəsinin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli bu sahədə TÜBİTAK-ın təcrübəsindən yararlanmaqda və gələcək əməkdaşlıqda maraqlı olduqlarını deyib. Bildirib ki, ilk növbədə TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi ULAKBİM-in Dərgi Park elektron baza reyestrindən istifadə, AMEA-nın elmi jurnallarının da həmin bazaya daxil edilməsində və digər elektron layihələrdə iştirakda maraqlıyıq.

Bu il Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə AMEA-nın təşkilatçılığı ilə bir çox tədbirlərin keçirildiyini və il ərzində də davam edəcəyini söyləyən akademik İsa Həbibbəyli qonağı ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Professor Hasan Mandal isə öz növbəsində ölkəmizə və “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfransda iştiraka dəvətə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. TÜBİTAK-ın fəaliyyətinin başlıca məqsədinin insanlarda elmə maraq oyatmaq, elmi populyarlaşdırmaq olduğunu deyən Hasan Mandal yalnız bununla insanların və bəşəriyyətin gələcəyinin inkişaf etdirilə biləcəyini söyləyib.

Elmin populyarlaşdırılması istiqamətində TÜBİTAK-ın “Populyar Elm Yayımları” şəbəkəsini qurduğunu, bir çox nəşrlər hazırladığını bildirən professor həmin nəşrlərin “TEKNOFEST Azərbaycan”da böyük maraq gördüyünü diqqətə çatdırıb və bu elektron bazanı AMEA əməkdaşlarının istifadəsinə verməkdə hazır olduqlarını deyib.

AMEA ilə uzun illərdir əməkdaşlıq etdiklərini bildirən professor konfransın əhəmiyyətinə toxunub, birgə əməkdaşlığımıza töhfə verəcəyini söyləyib. Bildirib ki, TÜBİTAK-ın Marmara Araşdırma Mərkəzinin nəzdində Yer və Dəniz Elmləri İnstitutu fəaliyyət göstərir, zəlzəyə dair tədqiqatlar aparırlar: “Elmin, texnikanın bu qədər inkişaf etdiyi bir vaxtda yaxın gələcəkdə zəlzələlərin öncədən müəyyən edilə biləcəyinə inanıram. Hazırda bu istiqamətdə yapon alimlərlə birgə tədqiqatlar aparırıq”.

Akademik İsa Həbibbəyli də öz növbəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının Türkiyənin zəlzələ bölgəsində tədqiqatlar apardığını diqqətə çatdırıb və bu, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və həmin şöbənin müdir müavini, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov da iştirak ediblər.

mənbə;© www.science.gov.az saytına istinad
Dünən, 14:13
Azərbaycan Kubokunda qayda pozuntularına görə qərarlar verilib
Dünən, 14:12
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Dünən, 12:33
Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb
Dünən, 12:32
Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib
Dünən, 12:21
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir
Dünən, 12:09
Beynəlxalq yarışlarda fərqlənən idmançılarla görüş olub
Dünən, 11:34
BDU tələbələri Çində: ikili diplom proqramının açdığı yeni imkanlar
Dünən, 11:33
Azərbaycanda quş əti istehsalının 30, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir
Dünən, 11:31
ABŞ-İran qarşıdurması dünya neft bazarını silkələyir: Azərbaycanın mövqeyi və iqtisadi dividendləri
Dünən, 11:29
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
2-11-2026, 14:06
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
2-11-2026, 14:03
Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub
2-11-2026, 14:02
Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib
2-11-2026, 13:55
Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub
2-11-2026, 12:14
"Azəristiliktəchizat”ın əvvəlki illərdə yaranan borcu ilə bağlı 3 qurumla birgə təkliflər hazırlanır
2-11-2026, 12:12
İlham Mirzəliyev: Payız-qış istilik mövsümünə hazırlıq işləri noyabrın ilk həftəsi tam başa çatdırılacaq
2-11-2026, 12:11
Qarabağda beynəlxalq elmi əməkdaşlıq platforması: “Zəfər” konfransı
2-11-2026, 12:09
Kimya İnstitutu NASCO29-da təmsil olunub
2-11-2026, 12:08
BŞTİ müəllimlərin işə qəbulunu elan edir
2-11-2026, 12:06
Noyabrda səmada möhtəşəm təbiət hadisəsi: Leonid meteor yağışı olacaq
2-11-2026, 12:05
UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn genis təlim proqramı başlayıb
2-11-2026, 11:54
Mərkəzi Gömrük Hospitalında klinik qidalanmaya dair seminar təşkil olunub
2-11-2026, 11:51
Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb
2-11-2026, 11:48
Azərbaycanda istilik verilən rayon və şəhərlərin sayı artırılıb
2-11-2026, 11:46
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
30-10-2026, 16:39
“Yerimdə bir ömür açacaq çiçək, Dünya bir çiçək də gözəlləşəcək”...
30-10-2026, 14:33
Almaniyalı alim Bakıda Leylatəpə mədəniyyətinin daş alətlərindən bəhs edib
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30