"Qəhrəman" Alan Türingin “bombası” və süni intellekt fəlsəfəsi
İkinci məqalə
Süni intellekt sistemi nə qədər (konkret dövrlərdə) elmi naviqasiya, elmi nailiyyət mahiyyətindən artıq müxtəlif qazanc məqsədlərini doğrultmadıqda böhranlar - ağır qışlar yaşasa da kökündən dəyişən svilizasiyaların və “dünyanın əşrəfi” insanın istər şüur, istərsə də təcrübədə qaçılmazı olaraq qalır və zaman-zaman inkişaf pillələri ilə qalxıb enməklə XXI əsrdə tərəqqisinin yüksələn xəttində qərar tutmuşdur.
Eyni zamanda süni intellektin XXI əsrdəki yüksək inkişafının əsasında sözsüz olaraq onu sınaqlardan çıxarmış möhkəm bünövrə - tarixi nəzəriyyə və təcrübə dayanır.
Biz süni intellektin XXI əsrə kimi keçdiyi yola “Qəhrəman Alan Türingin “bombası” və süni intellekt fəlsəfəsi” - birinci məqalədə (https://science.gov.az/az/news/open/22538) və eləcə də ABŞ, Türkiyə, Polşa, Pakistan elmi nəşrlərində çap olunmuş “Süni intellektin tarixi, metodologiyası və hipotezi”, “Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri”, Dünya Süni İntellekt Sisteminin İnkişafında Lotfi A.Zadeh Fenomeni. (LÜTFIZADƏ – 100)” "Covid-19 in the Context of Artificial Intelligence: Successes and Challenges”, habelə “Minilliyin hesabatlarının həyat fəlsəfəsi və 2020-ci ilin gerçəkləri...” http://www.science.gov.az/news/open/13002 və başqa məqalələrimizdə ciddi şəkildə tədqiq etmiş, əsas mərhələləri və tarixyüklü proqressiv hadisələri dolğun materiallarımız və ciddi elmi təhlillərimizlə qiymətləndirmişik.
Beləcə, süni intellekt sistemi 1987-1993- cü illəri əhatə edən, “ikinci qış” adlanan daha dərin böhran mərhələsindən sonra Yaponiyanın böyük təsiri ilə güclü investorların genişmiqyaslı sərmayəsi ilə keçən əsrin son 7, təxminən 1 dekadasında “ağıllı agentlər” rəqəmsal elektron qurğular sahəsində xeyli inkişaf etdi və gələcək əsrə öz intibahı ilə daxil olur. Bu intibah süni intellektin nəhəng yaradıcısı, riyaziyyatçı, məntiq alimi Alan Turingin ixtiralarının, təcrübi məktəbinin əvəzolunmazlığının bir daha təsdiqi və XXI əsrdə süni intellekt sisteminin ona qayıdış düşüncəsini ehtiva edir.
XXI əsrin ilk illərinin süni intellekt elmi nailiyyəti 2002-ci ili “məşəl” oldu. Bu terminin ifadə etdiyi fikir simvolik olaraq da məna kəsb edir. “Məşəl” - in işə salınması adlanan bu hadisə Google, Facebook, Twitter, NVIDIA, Intel və s. sosial şəbəkələrin idarəçiliyinin dərindən öyrənilməsi və fəaliyyətini həyata keçirən ən sürətli və çevik vasitələrdən idi. “Məşəl” dinamik inkişafla 15 il fəaliyyət göstərdi və 2017-ci ildə faktiki olaraq dayandırılsa da, dünya süni intellekt sistemi hələ də onun imkanlarından müxtəlif layihələrdə istifadə olunur.
Əsl insan kimi danışan bilən, tam səlist dialoq quran, 1980-c illərində bioloq tədqiqatçı alim Terry Sejnouvskinin (hazırda Salk Bioloji Tədqiqatlar İnstitutunun Frensis Krik professoru və b. yüksək titulların sahibidir ) icad etdiyi NETtalk-ı - kəşfi ilə yazılı ingiliscə mətni tələffüz edən, daha sonra alqoritmlərin “ağıllı” diktəsi ilə şəkilləri, sözləri və hətta səsləri toplayıb təqdim edən, o cümlədən, yaddaşda saxlaya bilən, Amazon Alexa, Apple , Google Translate və s. tətbiqlərdə milyonlarla insana fayda verən süni intellekt maşınları XXI əsrin ilk illərində (2006) üzün tanınması, hətta adamların cinsləri, əkizləri müəyyən etmək qədər mürəkkəb bir nailiyyəti də tarixinə yazdı.
Əgər diqqət edilərsə süni intellektin uğur xəritəsi sərmayələrlə yaranır. Yəni investorlar “maya” qoyurlar. Nəticələr qane etmədikdə geri çəkilirlər. Bu kapitalist elm maraqlarını ifadə edir. Bəlkə də bizim aid olduğumuz rus sovet elminin alimə diqqətinin ən ali çatışmazlığı da ona verilən qiymət içərisində maddi vəsaitlərin heç nəzərdə tutulmaması olub. Bəlkə də rus sovet elminin bir çox sahələri elə bu “maraqsızlıqdan” avropa elminin dalınca gediblər, ondan “götürməklə” yaratdıqları ilə dünya düşüncə tarxinə özlərinin olan böyük ixtiralar və s. bəxş edə bilməyiblər. Bu baxımdan süni intellektin inkişafı məqsədilə 2006-cı ildə təsis edilmiş və bu günə kimi uğurları davam edən Netflix mükafatı öz dövrünün kompüter maariflənməsi sahəsində filmlər, seriallar və sənədli filmlər meydan çıxartmaq üçün alqoritmlər mərhələlərinin təkmilləşdirilməsinə təkan verdi. Məsələn, Cinemart alqoritmlərin 10% təkmilləşdirilməsi layihələrində qaiblər üçün həvəsləndirici mükafat 1.000000 dollar nəzərdə tutulmuşdu.
Bu önəmli hadisədən sonra 2009-cu il fenomeni İmageNetin süni intellekt sisteminin icad olunması tarixə iz saldı. 33 yaşlı çinli xanım kompüter alimi Li Fei-Feinin ( o hazırda Stenford Universitetinin həmdirektoru və professorudur) yaratdığı bu kəşfin mahiyyəti dünya düşüncəsinə 140 milyon təsvirdən ibarət məlumat bazasına malik bir Aİ nümunəsi daxil etməsi idi. Eyni zamanda Li Fei-Feinin İmageNet-i bu geniş miqyaslı baza əsasında dərin biliyə yiyələnmə və təsvirin tanınmasında əhəmiyyətli dərəcədə böyük irəliləyişə nail olmağa imkan verirdi.
Qeyd edək ki, gənc kompüter alimi Li Fei-Feinin dünya elm saytı google scholar.da onlarla bu ixtirası da daxil olmaqla Aİ və ümumiyyətlə, kompüter elminə aid onlarla məqaləsi vardır.
Çinli alimin ixtirası 2010-cu ildən 2017-ci ilə kimi təkmilləşmiş - “The ImageNet Large Scale Visual Recognition Challenge” - qısa ILSVRC adı ilə Aİ tarixinə düşmüşdür. Bu fenomen artıq kvintessensial məlumatlar toplusu kimi mövcuddur.
Süni intellekt tarixindən bəhs edərkən 2010-cu ildə 27 yaşlı Avstraliyalı gənc iqtisadçı Anthony Goldbloom və Ben Hamner (keçmiş həmtəsisçi və texniki direktor) tərəfindən yaradılmış və Data Science və Machine Learning kimi dünyaşöhrətli cəmiyyətini birləşdirən Kaggle Məlumat Üzrə Mütəxəssislər Cəmiyyətini qeyd etməmək olmaz. Bu cəmiyyətin yaradıcısı və baş direktoru Anthony Goldbloom Avstraliyanın Melburn Universitetində İqtisadiyyat və Ekonometriya üzrə birinci dərəcəli fərqlənmə diplomu ilə bitirmişdir. O, hələ orta məktəb illərində Avstraliyanı yelkənli idman növündə təmsil etmiş, 18 yaşındaykən (2001) Sidneydə keçirilən Dünya Çempionatında 29 dərəcədə yarışmışdı. İntellektual səviyyə etibarı ilə, eyni zamanda idmançı kimi dünyada məşhur olan Goldbloom karyerasına Avstraliya Xəzinədarlıq Departamentinin iqtisadi modelləşdirmə bölməsində başlamış və daha sonra Avstraliya Ehtiyat Bankında Tədqiqat şöbəsində çalışmışdır. O, Londonda The Economist jurnalında da fəaliyyət göstərmiş elə, Kaggleni yaratmaq ideyasını burda düşünmüşdür. Kaggle məhz bu iqtisadçı, güclü proqramist gəncin sayəsində Khosla Ventures və Index Venturesun rəhbərlik etdiləri assosiasiyadan 11,25 milyon dollar maliyyə vəsaiti ala bilmiş və bununla da bütün diqqəti öz üzərində cəmləyərək nüfuzlanmışdır. Həmçinin Kaggle bir il ərzində (2011) 25,2 milyon dollar gəlir əldə etmişdir. Fikrimizcə, sadəcə bu fakt - 194 ölkədə 540 mindən çox aktiv üzvünün olması, minlərlə alimin və bütövlükdə intellektualın Data Science layihələrindən istifadə etməsi, qısa zamanda 50.000-dən çox ictimai məlumat bazasından və 400.000 ictimai noutbukdan faydalana bilməsi Kaggle–nin əhəmiyyətini, Goldbloom peşəkarlığını, ən əsas isə əlbəttə ki, müasirimiz süni intellekt sisteminin bəşəri əhəmiyyətini təsdiq edir. Onu da qeyd edək ki, sürətlə inkişaf edən Kaggle-ni Google 2017-ci ildə almışdır və Anthony Goldbloom hazırda bu nəhəng süni intellekt təşkilatına hesabat verir.
Kaggle ilə eyni – 2011 ildə yaradılmış IBM və onun Watson “maşını” da süni intellektin təkamülünü şərtləndirən mühüm əsaslardan hesab olunur. Bu kompüter sistemi vasitəsi ilə dünyanın bu başından o biri başına kimi və okeanlar, kainat üzərindən, ucqar dağların zirvəsindən milyon sayda internet işləri həyata keçirilir. Watson dünya ensiklopediyaları, elmi, ədəbi əsərlər, həmçinin sənət əsərləri, xəritələr lüğətlər, məqalələr və beləcə zəngin məlumat bazası kimi çox məşhur olan Watson süni intellekt sisteminin ali proqress nümunələrindəndir..
Eyni zamanda bu gün milyonlarla insanın istifadə etdiyi Facebook, Twitter, Tik-Tok və digər çox tanınmış sosial şəbəkələr süni intellektin yeni dövrdə sərmayələri bir sıra dərin funksiyaları həyata keçirən, rəngarəng effektivlikləri ilə doğruldan, habelə yüksək miqyasda gəlir gətirən sahələridir.
Əlbəttə süni intellektin tarixinin inkişafı təkcə kompüter - internet sahəsi ilə bağlı olmayıb bəşəriyyətin tərəqqisində əvəzsiz rol oynayan hadisələrin tədqiqi, müxtəlif sahələrdə ən ciddi mövzularda elmi nailiyyətlərin əldə olunmasını şərtləndirmişdir. Deməli multidissiplinar elmi əlaqələr hm bu və ya digər elmi inkişaf etdirmiş, həm də süni intellektin evolyusiyasına güclü təkan vermişdir.
Bu baxımdan “Dərin öyrənmə tarixi” kimi tanınan mərhələnin 1-ci Dünya müharibəsinə təsadüf edən (1943) Pitts və McCulloch neyron şəbəkəsi xüsusi olaraq qeyd olunur. Bu gün də istifadə edilən süni neyron şəbəkələrinin nəzəri əsasını qoymuş həmin ixtira “İllinoys Universitetinin neyrofizioloqu Warren McCulloch və koqnitiv psixoloq Uolter Pitts”ə məxsus olub, onların 1943-cü ildə neyron şəbəkəsinin ilk riyazi modeli olan “McCulloch - Pitts” neyronunu təsvir edən “Sinir fəaliyyətində qaçılmaz ideyaların məntiqi hesablaması”nı nəşr etmələri naviqasiyasını ehtiva edir. Onların tədqiqatı serebellumun funksiyalarını təsvir etməyə və neyron şəbəkədə əlaqəli elementlərin hesablama gücünü nümayiş etdirməyə kömək etdi.
Ancaq dünya elmi Neyron şəbəkənin təkmilləşməsi prosesi, başqa cür desək süni intellektin bu sahədəki reqressiv inkişafını optimal vəziyyətə gətirmək məsələsində, demək olar ki 2 onillik qədər uzun bir zaman konkret 17 il səylər etmişdir. Bu səylərin nəticəsi 1960-cı ildə Aerokosmik və Okean Mühəndisliyi professoru və bu sahədə bir sıra mükafatların laureatı Henry J. Kelleyin “Geri yayılma modelini” yaratması oldu.
Göründüyü kimi süni itellektin tarixi geniş və dolğundur. Əvvəl insan şüurunun süni intellektlə əvəzlənməsi kompüter mühəndisliyi ilə başlamışdısa bu proses, zaman-zaman həm yeni ağıllı kompüter mərhələləri, həm daha mürəkkəb funksiyalara malik robot texnologiyaları ilə zənginləşdi. Təsadüfi deyil ki, indi qloballaşma mərhələsi kimi xarakterizə olunan dünyada bütün diqqət süni intellektin tam qələbəsi işinə yönəlib.
Biz yuxarıda təhlillərimizdə süni intellekt sistemi tarixində ABŞ, Çin, Böyük Britaniya birinciliyini ciddi faktlarla nəzərdən keçirdik. Müasir dünyanın qloballaşma mərhələsi kimi xarakterizə olunan indiki zaman kəsimində də bu ölkələr süni intellekt sistemində öndə dayanır və inamla irəliləyirlər.
Doğrudur süni intellekt elminin inkişaf xəttində ABŞ və Çin, sonra İngiltərədə gəlir. Ancaq süni intellekt sistemi həm dünya düşüncəsinə məhz İngiltərədən yol açmışdır, həm də hazırda Böyük Britaniya Aİ inkişafına görə Avropada 1-ci yerdə dayanır. Fikrimizcə, süni intellekt sisteminin tarixi ilə adı bərabər anılan ingilis riyaziyyatçısı, məntiq alimi “Qəhrəman” Alan Türigin informatikanın inkişafı sahəsindəki unikal xidmətlərini nəzərə alaraq, həmçinin Avropanın ən çox inkişaf etmiş ölkəsi Böyük Britaniya AI-dən “rəqəmsal xidmətlərin səmərəliliyini və inkişafını artırmaq, peyk fotoqrafiyasından istifadə edərək torpaq istifadəsi işləri və s. üçün istifadə olunur. Böyük Britaniya, Kanada və İsrail ilə birlikdə inkişaf etməkdə olan AI ekosistemində əsas mövqeləri tutur (Fransız mütəxəssislərinə görə). 2018-ci ilin aprelində hökumət, süni intellektə dair bir strategiya sənədi yayımladı və burada akademiklə əməkdaşlıq edərək sənayedə süni şura qurulacağını bildirdi. Bu şura AI-nin inkişafına rəhbərlik edəcək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə nəzarət edəcək, sənayeni təşviq edəcək və hökumətə süni intellekt barədə məsləhət verəcəkdir. Bundan əlavə, hökumət şura ilə işləmək üçün AI şöbəsi yaradacaq və bu sahədə milli strategiyanın həyata keçirilməsini təşviq edəcək və digər hökumətlərlə əməkdaşlıq edəcəkdir”.
İndisə süni intellekt sisteminin tarixinə çox yığcam elmi-obyektiv baxışlarımızı bu dərin sahəsini qəbul edən, ondan yüksək səviyyədə istifadə edən qabaqcıl dünya dövlətləri sırasında birinci yerdə dayanan Amerika Birləşmiş Ştatlarına yönəldək. Əslində ABŞ-ın iqtisadi, hərbi inkişafında süni intellektin rolu miqyassız dərəcədə böyükdür.
Məsələn, bir internet xülasasəsində göstərildiyi kimi, hazırda Amerika Birləşmiş Ştatlarının təşkilatlarında süni intellektin səviyyəsi aşağıdakı kimidir: “1. ABŞ-da AI-nin inkişafı dünyada AI-nin ümumi inkişaf səviyyəsinin 33% -i (100%) olaraq qiymətləndirilir. 2. Hərbi AI texnologiyalarında Üçüncü Müdafiə İnnovasiya Təşəbbüsünə liderlik ABŞ-ın əsas məqsədidir. 3. AI üzrə Müvəqqəti Milli Təhlükəsizlik Komissiyası yaradıldı (Mart 2018). 4. AI texnologiyasındakı tərəqqini nəzərdən keçirmək üçün qurumlararası bir quruluş yaradılmış, komissarları ticarət katibi, müdafiə naziri və ABŞ Konqresinin ayrı-ayrı komitələrinin rəhbərliyi təyin edilmişdir. 5. Hərbi və kəşfiyyat cəmiyyətinin çox sayda quruluşu, Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA), Hava Qüvvələri Tədqiqat Laboratoriyası (AFOSR), Ordu Tədqiqat Laboratoriyası (ARL), Davranış İnstitutu da daxil olmaqla hərbi AI tədqiqat fəaliyyətlərində iştirak edir. 6. Milli hərbi icmanın SI sahəsindəki inkişaflar üzərində səylərini birləşdirən Birgə AI Mərkəzi yaradıldı. Yalnız hərbi proqramların koordinasiyası üçün, AI istifadəsi şöbələrinə altı il ərzində 1,7 milyard dollar ayrılmışdır. 7. ABŞ Müdafiə Nazirliyinin 600-dən çox proqramı AI texnologiyalarının istifadəsini əhatə edir. 8. Maven Layihəsi ABŞ Müdafiə Nazirliyindəki ən əhəmiyyətli və uğurlu layihədir. “Alqoritmik müharibə” bölməsi tərəfindən həyata keçirilir. Layihənin məqsədi silahlı qüvvələrdə süni zəkadan istifadə etmək üçün birdəfəlik cəhdlərdən bu prosesin davamlılığına keçməkdir. Mövcud yenilik tezliyi üç aydan birdir. 9. 2019-cu il üçün ABŞ milli müdafiə büdcəsi haqqında qanunda ABŞ silahlı qüvvələrinin AI də daxil olmaqla “qeyri-ənənəvi texnologiyalardan” istifadə etməsinin tamamilə icazə verildiyi bildirilir, habelə, Onlayn tərcüməçilər, pilotsuz nəqliyyat vasitələri, xərçəng aşkarlama sistemləri, peyk görüntüləri təhlili və hər kəs üçün mövcud olan kiber müdafiə təşkilatları daxildir”.
Şərqi Asiyada yerləşən dünyanın 3 böyük dövlətindən biri olan Çin Xalq Respublikasında da intellekt tarixi öz inkişafını böyük nailiyyətlərlə davam etdirməkdədir. Dövlət idarəçiliyi, sənaye, ticarət, hərbi, iqtisadi, ictimai və məhkəmə xidmətləri, tibbi yardım, təhlükəsizlik işləri süni intellekt imkanları ilə idarə olunur. Analitiklər Çində Aİ-in ümumi inkişaf səviyyəsini 17 faiz olaraq dəyərləndirirlər. Bu baxımdan Çin Amerikadan sonra ikinci yerdə dayanır. Süni zəkanın inkişafına dövlət miqyasında fondlar yaradılmışdır; dövlət ən böyük İT şirkətlərində “partiya komitələri” yaradıb və biznes və elmi dövlət vəzifələrini yerinə yetirməsinə nəzarətin gücləndirilməsi məqsədilə səhmlər “idarəetmə paketləri”nin alınır; Çinin mərkəzi hökuməti ən yaxşı fəaliyyət göstərən şirkətləri seçir və milli AI yenilik platformalarını inkişaf etdirmələrinə kömək edir; dövlət səviyyəsində AI-nin inkişafı üçün prioritetlər müəyyən edilmişdir; Xarici ölkələrdən AI mütəxəssislərinin cəlb edilməsi və aparıcı universitetlərdə oxuduqdan və Aİ sahəsində lider olan şirkətlərdə çalışdıqdan sonra vətənlərinə Aİ sahəsində lider qayıtmasını təmin edən yüksək səmərəliliyə malik proqramlar tətbiq edir”.
Süni intellekt tarixində bu dövlətlərdən sonra 10-luqda Kanada, Hindistan, İsrail, Fransa, Almaniya, İsveç və İspaniya gəlir.
Müasir illərimizdə süni intellekt tarixinin təhlili məqsədi üçün seçdiyimiz ABŞ, Çin, Böyük Britaniyada necə XX əsrdə və XXI əsrin əvvəllərində son dekadada proqressiv inkişaf kimi reqressivlik də istisna deyil. Bu baxımdan hər 3 dövlətdə reqressiyanın göstərici olan problemləri nəzərdən keçirmək məqsədəuyğun olardı.
Beləliklə, ABŞ-da süni intellektin zəif tərəfləri kimi xarakterizə olunan “Çinin süni zəkada mütləq liderliyini təhdid edən rəqabəti” ABŞ və Çin arasında AI istifadə edilən silahlanmada mümkün bərabərlik (rus mütəxəssislərinə görə). AI əsaslı hərbi inkişafın çox hissəsinin mövcud beynəlxalq normalara zidd olması və s. AI-nin mümkün mənfi nəticələri də reqressi ifadə edir: Dördüncü sənaye inqilabının beynəlxalq hüquq normaları ilə zəif əhatə olunan texnologiyalarının hərbi əməliyyatlarda istifadəsi nəzarətsiz bir mühitin ortaya çıxmasına səbəb ola bilər; AI gücündə olan hərbi inkişaflar, insan varlığı üçün mövcud bir təhlükə yaradır; zəif, ənənəvi qiymətləndirmə metodlarına görə, dövlətlər və qeyri-dövlət aktorları güclü dövlətlərə qarşı uzaqdan da yüksək dəqiqlikli zərbələr endirə biləcəklər; AI kiberhücumları avtomatlaşdıracaq və bu texnologiyanı qara bazarda təqdim edəcəkdir; Proqramçıların fərdi üstünlükləri və AI sistemləri tərəfindən işlənmiş səhv məlumatlar səbəbindən istifadəçilər və ya vətəndaş qrupları arasında “alqoritmik ayrıseçkilik”; 25 ilə 54 yaş arasındakı ABŞ kişilərinin üçdə biri, bu yarım əsrin sonunda AI səbəbiylə işlərini itirəcəkdir.
Çində də reqresiya problemi qeydə alınmışdır. Bu Çində “AI-nin üç sahədə (AI alqoritmlərinin maşın öyrənilməsi və icrası, AI alqoritmlərinin tədqiqi və inkişafı, ticarət AI ekosisteminin qurulması üçün avadanlıq) baxımından ABŞ-dan geri qalır, lakin məlumat əldə edir, AI təhlükəsizliyi məsələləri barədə aşağı ictimaiyyətin məlumatlılığı” kimi müəyyən olunmuşdur.
Aİ-də 3-cü dünya lider olan İngiltərə də “Beyin axını”, ABŞ və Çinlə müqayisədə əhəmiyyətli dərəcədə zəif maliyyə imkanları. AB-dən çıxmaq, artan işsizlik nisbəti, əmək bazarının strukturundakı sistem dəyişiklikləri problemi ciddi reqressiv nəticələr kimi diqqəti cəlb edir.
Fəlsəfənin və filosofların meydana çıxardığı və dünyanın qaçılmazı olan süni intellekt və robot texnikası sürətlə irəliləyir və bu istiqamətdə bütün ölkələr bu proqressiv dalğaya qoşulmağa can atır. Digər tərəfdən AI tarixinə proqreslə paralel qaydada qlobal reqressiv mahiyyətdə problemlər yazılmaqdadır. Hətta yaxın keçmişdə Aİ proqresi kimi qəbul və təqdir olunanlar indi “qırmızı xətt”ə çevrilmişlər ki, bu reqressiv vəziyyətin təzahürüdür.
Bu bir gerçəkdir ki, dünya dinamik inkişafdadır, tarix iti qələmi ilə cərəyan edənləri daş kitabəsinə yazır. Bu sistemdə hər şey xırdalıqlarına kimi və ilahi ədalətin əmri ilə yazılır. Tarixin kitabında süni intellektin metodologiyası, bu elmin nəzəriyyəsi və o cümlədən şüurla bağlı olduğu üçün fəlsəfi təhlil və qiymətləndirmələri də dərindən-dərin şəkildə qeyd edili. Artıq və uzun onilliklərdir ki, iki elm süni intellekt və fəlsəfə (epistomilogiya, qneseologiya) tarixə eyni bir fəsil, eyni bir mündəricatda daxil olur. Əlbəttə, fəlsəfənin tarixi, metodologiyası nə qədər qədim olsa da süni intellekt sisteminin metodologiyası yenidir və konkret olaraq 1936-cı ildən bəri inkişaf etməkdədir.
Beləcə əsasında ingilis riyaziyyatçısı, məntiqçi, kiptoanalitik, filosof biologiya nəzəriyyəçisi, “qəhrəman”, nəhayət həm bəxtəvər, həm talesiz Alan Turingin əsərləri dayanan süni intellekt sistemi 85 illik bir müddətdə nəzəri və təcrübi olduğu kimi tətbiqi, o ümlədən də elmi tədqiqatlar baxımından uğurlarla müşahidə olunmaqdadır. Metodologiyasız təcrübə, təcrübəsiz metodologiya mümkün deyil. Bu baxımdam “ağıllı maşınlar” sisteminin də elmi multidisiplinar tədqiqi kontekstində yeni-yeni nəzəri mövzuların dəyərləndirilməsi süni intellektin elmi fəlsəfəsinin, metodologiyasının inkişafını sürətləndirmişdir.
Bundan çıxış edib deyə bilərik ki, A.Turing dünya düşüncəsinə insanın milyonlarla sualı qarşısında “hazırcavab ağıllı maşınlar” - kompüterlər metodologiyası verdi ki, bu yeni svilizasiyanın inqilabi proqresi, eyni zamanda insan ağlının və praktiki fəaliyyətinin nəhəng imkanlara malik olduğuna əsaslanan modernizmin süqutunu reallaşdırmış oldu.
Fikrimizcə, süni intellekt sisteminin tarixi ilə adı bərabər anılan ingilis riyaziyyatçısı, məntiq alimi Alan Türigin həyatını və informatikanın inkişafı sahəsindəki unikal xidmətlərini qısaca xatırlatmaq labüddür.
Əvvəlcə, başdan-başa sirli kodlardan ibarət bir sistemə bənzəyən taleyi olmuş Alan Turingin həyatını yada salaq. Alan Mathison Türig 23 iyun 1912-ci ildə Londonun çox məşhur Maida Vale rayonunda (vikipediyalara əsaslansaq. əslindəsə ...) anadan olub. Londonun qərb hissəsində yerləşən Maida Vale tarixi bir ərazi, həm də təbiət baxımından xüsusilə fərqlənir.
Xüsusilə vurğulamaq istərdik ki, bütün tədqiqatlar kimi bu tədqiqatın da məqsədi mövzu ilə bağlı, o cümlədən dünya dahisi Alan Turing haqqında bu vaxta qədər ya məqsədli olaraq, ya da diqqətsizlikdən üzə çıxarılmamış, “kölgələnmiş” gerçəklərə aydınlıq gətirmək olduğundan biz əvvəlcə insanı genləri ilə belə kodlaşdıran dinin, mənəvi dəyərlərin üzərində dayanmağı zəruri hesab edirik. Beləliklə, Alan Turingin ixtiraları, “bombası”, “qəhrəman” titulu, unikal kriptoanalitik nəticələri ilə yanaşı milliyyəti, ona siyasi təsirlər, xəstəliyi, ittiham olunması, faciəvi “intiharı”, dostları, düşmənləri və s. kiminsə heyrətlənəcəyi, kiminsə təəccüblənəcəyi, kimisə inanmayacağı, kiminsə razılaşmayacağı, həmçinin kimincə iti düşüncəylə “budur Alan Turing gerçəkləri”,- deyib, özü üçün “arxivləşdirəcəyi” elmi - obyektiv qənaət və məntiqi ehtimallarımızın şərhinə - üçüncü məqaləyə keçid alırıq.
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
Mənbə; www.science.gov.az saytına istinad
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!