“Səfineye-Təbriz” əsərinin əlyazmasının surəti Əlyazmalar İnstitutuna hədiyyə olunub
Elm və təhsil
Oxunub: 291
31 may 2022 | 15:39


Bakı, 31 may, AZƏRTAC

AMEA-nın nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna Tehranda hicri-şəmsi tarixi ilə 1387-ci ildə çap olunmuş, əsli Tehranda Məclese-şoraye-melli kitabxanasında saxlanılan “Səfineye-Təbriz” əsərinin əlyazmasının faksimilesi hədiyyə olunub.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Əsərin əlyazmasının faksimilesini görkəmli ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor, Əlyazmalar İnstitutunun fəxri doktoru Həsən Həsənov hədiyyə edib.

Bu əsərin 2010-cu ildə UNESCO-nun Dünya mədəni irs siyahısına daxil edilməsi təklifi irəli sürülmüşdü.

Ərəbcə gəmi mənasını verən “Səfinə” sözü əlyazma açılarkən gəmiyə oxşadığından əsərlər toplusu olan böyük həcmli cünglərə qoyulan addır. İndiyə qədər bu həcmdə və bu böyüklükdə əsərlər toplusu yazılmış əlyazma nüsxəsinin ikincisinə rast gəlinməyib. Əlyazmada təqdim olunmuş ərəb və fars dillərində olan 209 əsər elmin müxtəlif sahələrinə həsr olunub. Əlyazmanın tərtibçisi və katibi Əbülməcd Məhəmməd bin Məsud Təbrizidir. Bu səliqədə və dəqiqliklə köçürülmüş əlyazmadan ehtimal etmək olar ki, Əbülməcd Təbrizi çox savadlı bir şəxs olub. Əlyazma Təbrizdə hazırlandığından ona “Səfineye-Təbriz”, yəni “Təbriz Səfinəsi” adı verilib. Əlyazmanın 77, 79 və 80-ci fəsilləri ərəb dilində olub İbn Sina ilə bağlıdır. 84-cü fəsil böyük Azərbaycan alimi Nəsirəddin Tusinin farsca yazdığı “Ağaz və Əncam” əsəridir. 90-cı fəsildə Nəsirəddin Tusinin astronomiyaya aid farsca yazılmış bir əsəri təqdim olunur. Bu əsərdə təqvimdən istifadə etmədən ayın təyin edilməsindən bəhs edilir. 92-ci fəsildə ulduzların mövqeləri və astronomik hesablamalar haqqında cədvəl yer alıb. 97-ci fəsil riyaziyyat elmi haqqındadır və 3 fəsildən ibarətdir. Hər fəsil 2 yarımfəslə bölünür. 99-cu fəsil də fars dilindədir və tibb elmi haqqındadır. Bu fəsildə meyvələrin, bitkilərin və çörəyin xeyirli və zərərli tərəfləri haqqında danışılır. 112 və 113-cü fəsillərdə peyğəmbərlərin, tanınmış alimlərin, islamdan əvvəl və sonra olan şahların, Ərəstun, Zərdüşt və başqa tarixi şəxsiyyətlərin doğum tarixləri verilib. Bu fəsildə müəllif öz zamanından çıxış edərək Adəm peyğəmbərin 6700, Nuh peyğəmbərin isə 4900 il əvvəl yaşadıqlarını iddia edir. Maraqlı fəsillərdən biri də farsca yazılmış Təbriz tarixi və Təbriz şəhərinin yaranması haqqında olan 114-cü fəsildir. 134-cü fəsildə məşhur dilçi alim Əsədi Tusinin fars sözləri lüğəti təqdim edilir. 138 və 139-cu fəsillər əxlaq məsələlərinə həsr edilib. 145-ci fəsildə Məhəmməd Bin Mahmud Nişapurinin musiqi haqqında 3 hissədən ibarət olan əsəri təqdim edilir. 163-cü fəsil xoş ətirlərin insan sağlamlığı üçün faydaları haqqındadır və farsca yazılıb. 165-ci fəsil hidrometeorologiyadan bəhs edir, qarın və yağışın yağma səbəbləri haqqındadır. Bu fəsil 20 yarımfəslə bölünür. 166-cı fəsil dünya coğrafiyası, şəhərlər və məmləkətlər haqqındadır. 196-cı fəsildə elmin fəzilətindən bəhs edilir. 205-ci fəsil ərəb dilində olub, İslam tarixindən bəhs edir.

Əlyazma ensiklopedik səciyyə daşıyır. Məlumdur ki, “Ensiklopediya” elmi əsər janrlarından biri kimi qədim zamanlardan məlumdur. Qədim dövrlərdə Misir, Çin, Yunanıstan, Bizans və başqa ölkələrdə müxtəlif adlarda ensiklopediyalar nəşr edilib. Müsəlman Şərqində X əsrdən başlayaraq müxtəlif elm sahələrinə aid 50 məşhur essedən ibarət 4 cildlik “Təmizlik qardaşları ensiklopediyası” məlumdur. Bu baxımdan Əbülməcd Məhəmməd bin Məsud Təbrizi tərəfindən miladi tarixi ilə 1321-1323-cü illərdə hazırlanmış “Səfineyi-Təbriz” (əlyazma 734 səhifədən ibarətdir) adlı toplunu cəsarətlə ensiklopediya janrına aid etmək olar. Bu əsər Azərbaycan elm tarixinə, ilk ensiklopediyamızın XIV əsrdə tərtib edildiyini də əlavə etməyə əsas verir. Heç şübhəsiz, belə bir həcmdə və böyüklükdə olan əlyazmanın gələcək tədqiqi bizə daha maraqlı və indiyə qədər məlum olmayan faktlar verəcək.

Ətraflı
Ad - 00:09
Mənbə:AZƏRTAC
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031