AVROPA TƏDQİQATLARINDA J. VON GÖTEYƏ İSTİNADLA NİZAMİNİN VƏ NƏSİMİNİN CİDDİ TƏHRİFLƏRİ
(araşdırma)
Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru
“Avropa tədqiqatlarında J. Von Göteyə istinadla iki Azərbaycan dahisinin – Nizaminin və Nəsiminin ciddi təhrifləri” mövzusunda məqalədə maraq doğuran məsələnin təhlilinə keçməzdən öncə qeyd etmək labüddür ki, dünyaşöhrətli yazıçı, alman romantizminin görkəmli nümayəndəsi J.Von Hötenin XIV əsr Azərbaycan şer-söz sənətinin böyük ustadı İmadəddin Nəsimini dərki, konkret olaraq Hötenin Nəsimi haqqında düşüncələri ilə tanış olmaq və Göte vasitəsi ilə Avropa, eləcə də dünya xalqlarının nəhəng Azərbaycan klassikini tanıyıb, öyrənməsi hər bir fikir adamı üçün fövqəladə mühüm hadisədir.
Bu baxımdan dünya elmi kitabxanasında rastlaşdığımız bir neçə tədqiqatda Hötenin Nəsimi haqqında düşüncələri olduğu barədə qənaətlər bizdə J. Hötenin “Qərb-Şərq Divanı” (West-East Divan (18-14 1819)( Johann Wolfgang von GoetheWest-East Divan (18-14 1819) file:/// C:/Users/User/ Downloads/ 1928 77 048 -Westeasterndivan-Goethe.pdf) ilə orjinalda tanış olmaq, bu əsəri elmi-obyektivlik süzgəcindən keçirmək marağı oyatdı.
Beləliklə, biz J. Götenin “Qərb-Şərq Divanı” (West-East Divan (18-14 1819) əsərini orjinalda (alman dilində) internet üzərindən vərəqlədik və “Ön söz” hissəsində geniş təhlil-şərhdən öyrəndik ki, bu əsər dahi Hötenin son böyük poeziya silsiləsinin bir hissəsidir və çoxlarına tanış belə deyil. J. Götenin 1814-1819-cu illərdə yazdığı “Şərq-Qərb Divanı”nı onun Hind sənət həyatının məhsuludur və elmi dərki üçün mühüm əhəmiyyət kəsb edən bu əsəri Höte Marianna von Willemer ilə yazışmalarından və şərqşünas Cozef fon Hammerin Hafizin şeirlərinin tərcüməsindən ilhamlanaraq qələmə almışdır .
Kitabın Ön söz hissəsində Götenin “Şərq-Qərb Divanı”nı yazmasının əsas səbəbi belə açıqlanır: “Göte dillərin fitnəsindən, eləcə də Avropa qılınclarının ictimai çəkişməsindən sığınacaq yeri kimi Şərqə üz tutdu. Orada göylər ucsuz-bucaqsız idi və sanki tək Allah qum tullantılarına rəhbərlik edirdi. Orada İslamın Allahın iradəsinə təslim olması həyatın qanunu kimi görünürdü. Hər şeydən əvvəl Hötenin Şərqdə almağa çalışdığı sərvət hikmət, dindarlıq və sülh idi. Bunları fars Hafiz birtəhər tapmışdı. Hafiz daxilən təqva sahibi olmadığı üçün dinin zahiri əməllərini şövqlə təqib etməmişdir. Götenin dərk etdiyi kimi, fars şairinin xüsusi keyfiyyəti onun kortəbiiliyi idi; o, əsl poetik bulaq idi: "dalğanın ardınca dalğa".
Götenin 12 bölmədən və “Qeydlər və risalələr”( Noten und Abhandlungen Goethe) fəsilindən ibarət “Şərq – Qərb Divanı”nın “Hafiz adı” (Hafiz kitabı)”nın 2-ci hissəsində belə bir qeyd vardır: ” Hafizdən qaynaqlanır və ilkin olaraq bütün “Qərb-Şərq Divanı” üçün bir şüar kimi nəşr olunub”.
Belə bir fikir də mövcuddur ki, Johan Volfqanq Götenin “Qərb-şərq Divanı“ “Cənnət kitabı”-dır. Bu “Qərb-Şərqi daha yaxşı başa düşmək üçün” isə “Cənnət kitabı”-nın “Qeydlər və risalələr”( Noten und Abhandlungen Goethe) əsas təşkil edir (West-East Divan (18-14 1819)( Johann Wolfgang von GoetheWest-East Divan (18-14 1819) file:/// C:/Users/User/ Downloads/ 1928 77 048 -Westeasterndivan-Goethe.pdf).
Bundan başqa biz J.Götenin başdan-başa Qərblə-Şərqin ayrılmazlığını tərənnüm edən, bəşəriyyəti dialoqa çağıran, həmçinin İslam peyğəmbərinin (Məhəmməd Peyğəmbər ə.s.s.) və Şərq mənəvi dünyasının müqəddəslərinə şerlər həsr etməklə “Cənnət kitabı” adına layiq olan “Qərb və Şərq Divanını” və həmçinin “Qeydlər və risalələr”i -orjinalda nəzərdən keçirdikdə “Müğənninin Kitabı (Moqanni Nameh)”; “Hafiz Kitabı (Hafis Nameh)”; “Sevgi Kitabı (Uschk Nameh)”; “Düşüncə Kitabı (Tefkir Nameh)”; “Pis yumor kitabı (Rendsch Nameh)”; “Maksimlər Kitabı; (HikmətNaməh)”; “Teymurun kitabı (Timur Nameh)”; “Zuleyka Kitabı (Suleyka Nameh)”; “Sakinin kitabı (Saki Nameh)”; “Məsəllər Kitabı (Mathal Nameh)”; “Parsilərin Kitabı (Parsi Nameh)”; “Cənnət Kitabı (Çuld Nameh)” adlanan 12 bölmələrə daxil olan “Fədakarlıq; Yəhudilər; Ərəblər; Keçid; Yaşlı farslar; Alay; Hekayə; Məhəmməd; Xəlifələr; Davamlı qeyd; Qasnadan olan Mahmud; Şair şahlar; Bilik, Firdovsi; Ənvəri; Nisami; Cəlaləddin Rumi; Sədi; Hafiz; Cami; Şərq poeziyasının primitiv elementləri; habelə, Gələcək divan; Əhdi-Ətiq; İsrail səhrada; Həcc ziyarətləri və səlib yürüşləri“ və ondan çox digər başlıqlardakı şərhlərlə tanış olduq ki, bunların hər biri Qərbli şarin Şərqi təbliğ, təlqin etdiyini təsdiq edir.
Götenin bu Şərq klassikləri, eləcə də Şərqə aid mühüm simalar və hadisələr haqqında Avropa fikri üçün həqiqi mənada bir dərya və ya dolğun xəzinə mahiyyətində olan “Cənnət kitabı”nda Hafizin uca tutduğu Nəsimiyə də münasibətini öyrənmək maraqlı idi. Lakin biz Divanın bölmələrinin geniş siyahisində konkret olaraq Nəsimi mövzusunda yarımfəsillə qarşılaşmamaqla bərabər nə Hafizə, nə Nizamiyə həsr olunmuş bölmələrdə və həmçinin başlıqlarının dahi Nəsimiyə uyğunluğu ola biləcək bölmələrdə dahi şairimizin həyat və yaradıcılığına dair fikirlərlə rastlaşmadıq.
Biz eyni zamanda J.Götenin "Qərb-Şərq Divannın" SSRİ elmlər Akademiyasının 1988-ci il nəşrində də İmadəddin Nəsimi adı ilə qarşılaşmadıq.

Ancaq biz İmadəddin Nəsiminin Avropa tədqiqatlarında dərki mövzusunu araşdırarkən dahi alman şairi və mütəfəkkiri J. Götenin İmadəddin Nəsimi haqqında düşüncələrinin mövcud olduğunu İtaliyanın tanınmış alim-publisustlərindən Carlo Marinonun “Hötenin “Divanı və Şair Nəsimi” (“The Divan by Goethe and the poet Nesimi” http://www.european-news agency.de/kunst_ kultur_ und_ musik/the_ divan_ by_ goe the_and_the_poet_nesm-74877/ )” və “Hötenin Qərb-Şərq Divanı və Nizami /Nəsimi” (“Goethe`s West-East Divan And The Mention of Nezami- Nesimi”. http:// dereg iminelitterarum. altervista. org/goethes-west-east-divan-and-the-menion-of-ne%\ E1% BA %93 ami-nesimi/?doing_wp_cron=1641406167.3337140083312988281250) sərlövhəli məqalələrindən öyrəndik.

İtaliyanın iki məşhur saytında və populyar elm saytı - acadia.edu-da yayınlanmış bu yazılar başlıqlarda bir-birindən fərqlənsələr də onların mövzuları da, ciddi yanlışları da eynidir.
Əvvəlcə Corlo Marinonun Azərbaycan klassiklərini Avropa insanına nə qədər ümumi məzmunda olsa da dolğun anladan şərhi ilə tanış olaq. O, “Hötenin Qərb-Şərq Divanı və Nizami – Nəsimi” məqaləsində yazır: “Almaniyanın ən böyük şairi J. V. von Göte “Qərb-Şərq Divanında” (1819) əbədi valehedici bir əsər təqdim etdi. Hafiz təxəllüsü ilə tanınan orta əsr şairi Xoca Şəmsəddin Muhəmməd Həfiz Şirazinin “Divan”ından (“ Silsilələr”) ilhamlanan Höte öz şəxsiyyətini zövq və ləzzət “oxuyan” fars sufi ustadı ilə birləşdirdi. Quran eyhamı kontekstində romantika. Hafiz Götenin bütöv bir kitab həsr etdiyi yeganə şəxs idi. O, əkiz qardaşı kimi qəbul etdiyi Hafizi bir şair kəşf etmişdi, onun ilhamı onu ruhlandırmışdı. Onda canlanma hissini oyatmışdı. Bir çox şerlərində o, fars şairi ilə eyniləşdirdiyi Hafizə xas “imza beytindən” (taḵallosá) istifadə etmişdir (bax, məs., 1998b,: “Və bu mahnı və sözlə / Biz yenə Hafiz səndəyik”). Hafizin adının ən çox çəkildiyi “Müğənninin kitabı və Hafizin kitabı” şeridir və (“Buch des Sängers və Buch Hafis”) sonuncunun şerindəki motivlər və personajlar Divanın farsca üzbağını təşkil edir. “Qeydlər və traktatlar”(“Noten und Abhandlungen”) əsərində Höte bir sıra digər fars şairlərinə də, məsələn, Firdovsi, Ənvari, Rumi, Sədi, Cami və Nizamiyə hörmətli münasibətini ifadə etmişdir (Goethe, 1998a, s. 153-60)”.
Məqalədə bu iqtibasdan sonra gələn ilk abzasda “1369-cu ildə Azərbaycanın Şamaxı şəhərində anadan olan Nizami və ya Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi haqqında daha çox bilmək maraqlıdır. O, (Nizami nəzərdə tutulur –X.Q.) həm də “İmadəddin Nəsimi” adı ilə tanınırdı. Johann Wolfgang von Goethe Niẓami və onun irsi haqqında yazırdı:” şərhinə diqqəti yönəldərək yazarın “Nizami ilə Nəsimini qarışdırdığı” -- ciddi təhrifini vurğulamağı labüd hesab edirik.
Belə ki, İtaliyanın elmi dərəcəli tanınmış yazarı Avropa oxucusuna 1369-cu ildə Azərbaycanın Şamaxı şəhərində anadan olan Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimini (“və ya” yazmaqla) Nizami kimi təqdim edir.
Diqqət etdikdə məqalədə bu ciddi təhrifini Carlo Marinonun təsadüfən yanlışı-səhvi olmadığının şahidi oluruq.
Məqalənin davamını 16.01.2022-ci il tarixində oxuya bilərsiz.
Bu gün, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Bu gün, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Bu gün, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Bu gün, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Bu gün, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Bu gün, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Bu gün, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
Bu gün, 12:52
Abşeronda işəgötürənlər əmək münasibətlərində gender bərabərliyi barədə məlumatlandırılıblar
Bu gün, 12:33
Həftəsonu 54 cinayətin açılması təmin olunub
Bu gün, 12:31
Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb
Bu gün, 12:25
Azərbaycandan çay ixracı 19 faizədək artıb
Bu gün, 12:00
Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 11:56
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Bu gün, 11:44
DİM üçüncü “Könüllülər layihəsi”nə qeydiyyat elan edib
Bu gün, 11:40
Elxan Elatlı: Detektiv əsərlər gənclərdə mütaliə vərdişinin formalaşmasında mühüm rol oynayır
Bu gün, 11:37
Dənizkənarı Milli Parkda Zeytun Festivalı yekunlaşıb
Bu gün, 10:45
Bakı Mərkəzi Nəbatat Bağında “Torpaq” adlı qrup sərgisi açılıb
Bu gün, 10:42
Bitcoin”in qiyməti 80 min dollardan aşağı enib
Bu gün, 10:41
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır