“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın "Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz" kitabı işıq üzü görüb. Kitabın redaktoru Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevadır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, monoqrafiya ərəb dünyasının Nobel mükafatına layiq görülmüş ilk yazıçısı Nəcib Məhfuzun həyat və yaradıcılığına həsr olunub.
Kitab məhfuzsevərlər üçün əsl tövhədir. Monoqrafiyada dünya şöhrətli misirli yazarın əsərləri dövrünün tarixi, siyasi-ictimai fonunda tədqiq edilib, insan psixologiyasının ən dərin qatlarını özündə əks etdirən bədii qəhrəmanları və taleləri müxtəlif prizmalardan təhlil olunub.
X.Ələkbərova kitabın sonunda yazıçının zəngin ədəbi irsindən "Göy qurşağı", "Şəkil", "Əxlaqsız ev", "Müttəhim", Hənzəl və polis", "Naməlum düşmən" və s. hekayələrin tərcüməsini təqdim edib. Bu tərcümələr ərəb ədəbiyyatı sevərləri sevindirməklə yanaşı, N.Məhfuz dühası, bəşəri əhəmiyyətli ədəbi yaradıcılığı haqqında daha dolğun təəssürat yaratmağa imkan verir.
Qeyd edək ki, məşhur Misir yazıçısı N.Məhfuz ümumilikdə 34 roman, 350 hekayə, 15 ssenari, 5 pyes və yüzlərcə məqalədən ibarət zəngin bir irsi bəşəriyyətə miras buraxıb.
Milli.Az
Dünən, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Dünən, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
Dünən, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Dünən, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Dünən, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr
Dünən, 12:16
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Dünən, 12:14
Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır
Dünən, 12:11
İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib
Dünən, 12:10
“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub
Dünən, 12:08
Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib
Dünən, 12:06
Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir
Dünən, 12:05
Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq
Dünən, 12:03
Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək
Dünən, 12:02
Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib
Dünən, 11:59
Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib
27-10-2026, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
27-10-2026, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
27-10-2026, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
27-10-2026, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
27-10-2026, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
27-10-2026, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
27-10-2026, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
27-10-2026, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
27-10-2026, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
27-10-2026, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
27-10-2026, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
27-10-2026, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib