DİM: "Məzunların bir qismi təhsildən yayınma səsəbindən buraxılış imtahanlarına cəlb edilməyib"

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən buraxılış və qəbul imtahanlarının nəticələrinə dair araşdırma aparıb.
"Report" xəbər verir ki, bu il ümumtəhsil müəssisələrində 220 359 nəfər məzun təhsil alıb.
Bu məzunlar barədə məlumatlar 4 000-dən çox ümumtəhsil müəssisəsinin məsul şəxsləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilib, məlumatlar yoxlanılaraq təsdiq edildikdən sonra buraxılış imtahanı bazası formalaşdırılıb.
Məzunların bir qismi təhsildən yayınma, bir qismi isə şəxsiyyəti təsdiq edən sənədinin olmaması səbəbindən buraxılış imtahanlarına cəlb edilməyib. Ümumilikdə 217 534 nəfər məzun (98.7%) buraxılış imtahanlarında iştirak edib. İmtahanda iştirak edənlərlə yekun attestasiyası aparılanlar arasında yaranan fərqlər onunla izah edilir ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil müəssisələrinin bəzi məzunları buraxılış imtahanında iştirak etsələr də, Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyibər. Ümumilikdə 218 505 nəfər məzunun (99.2%) yekun attestasiyası aparılıb.
Qeyd etmək lazımdır ki, məzunlar Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi elektron xidmətdən (https://eservices.dim.gov.az/sagird/indexsh.aspx) istifadə edərək “Şagird-məzun” sistemində özləri haqqında məlumatlara baxa bilirlər. Məlumatlarda uyğunsuzluq aşkar edildikdə bu xidmət vasitəsilə DİM-ə düzəlişlərin edilməsi ilə bağlı sorğu ünvanlanması da mümkündür. Vətəndaşlara sözügüdən xidmətdən aktiv istifadə etməyi tövsiyə edirik.
2020/2021-ci və 2021/2022-ci tədris illəri üzrə ali və orta ixtisas təhsili müəssilərinə keçirilmiş qəbul imtahanlarının nəticələri barədə müqayisəli statistik məlumatlar Cədvəl 2-də təqdim edilir.
Cədvəldən görünür ki, ötən illə müqayisədə 2021-ci ildə ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında 1047 nəfər artım olmuşdur. Ali təhsilin magistratura səviyyəsi üzrə elektron ərizə qəbulunda iştirak etmiş bakalavrların sayı isə ötən illə müqayisədə iki dəfədən artıq, yəni 18748 nəfər çox olmuşdur. Bu artım 2021-ci ildə magistraturaya qəbul imtahanının bir mərhələ üzrə iki dəfə keçirilməsi ilə izah edilir. Eyni zamanda 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərlə müqayisədə daha çox məzun müraciət etmişdir. Bu onunla izah edilir ki, təhsil haqqında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, subbakalavrlar öz ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində imtahan vermədən birbaşa iştirak etmək hüququ əldə etmişlər.
Ümumilikdə, bu il ərizə qəbulunda iştirak etmiş şəxslərin sayı ötən illə müqayisədə 32261 nəfər (13.8%) çox, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş şəxslərin sayı isə 4091 nəfər (5.4%) çox olmuşdur.
Vətəndaşların nəzərinə çatdırırıq ki, Elektron hökümət portalı (https://www.e-gov.az/ və ya https://my.gov.az/) üzərindən “Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidmətindən istifadə etməklə ali və orta ixtisas təhsili haqqında məlumatlarına baxa bilərlər
Dünən, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Dünən, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
Dünən, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Dünən, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Dünən, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr
Dünən, 12:16
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Dünən, 12:14
Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır
Dünən, 12:11
İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib
Dünən, 12:10
“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub
Dünən, 12:08
Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib
Dünən, 12:06
Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir
Dünən, 12:05
Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq
Dünən, 12:03
Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək
Dünən, 12:02
Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib
Dünən, 11:59
Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib
27-10-2026, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
27-10-2026, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
27-10-2026, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
27-10-2026, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
27-10-2026, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
27-10-2026, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
27-10-2026, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
27-10-2026, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
27-10-2026, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
27-10-2026, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
27-10-2026, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
27-10-2026, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib