Azərbaycanlı alim beynəlxalq konfransda “Heydər Əliyev siyasi kursunun təntənəsi: Böyük inamın təsdiqi” adlı məruzə ilə çıxış edib
Elm və təhsil
Oxunub: 222
6 noy 2021 | 11:32


AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva 22-24 oktyabr tarixində ECLSS org.konrans təşkilatının Təhsil və Sosial Tədqiqatlar üzrə Beynəlxalq Avrasiya Konfransında (IECES 2021) “Heydər Əliyev siyasi kursunun təntənəsi: Böyük inamın təsdiqi” (Of Treumph of Heydar Aliyev Political Course: Confirmation Of Great Faith” https://eclss.org/publicationsfordoi/) adlı məruzə ilə çıxış edib.

Alimin məruzə üzrə təqdim etdiyi geniş məqalə ECLSS beynəlxalq indeksli jurnala çapa qəbul olunub.

Məruzədə Azərbaycanın 27 il erməni işğalı altında olan torpaqlarının 27 sentyabr 2020-ci ildən 8 noyabra kimi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq mübarizəsi ilə azad olunmasından, bu zəfərin tarixi yolundan, ulu öndər Heydər Əliyevin Dağlıq Qarabağ probleminin həlli üçün böyük səylərindən bəhs olunub.

Sözügedən məqaləni buradan oxuya bilərsiniz.

Xatirə Quliyeva
Multikulturalizm və Tolerantlıq fəlsəfəsi
şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru


Heydər Əliyev Siyasi Kursunun Təntənəsi: Böyük İnamın Təsdiqi


Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanın şah damarı, göz bəbəyidir!
Bir il bundan əvvəl - 2020-ci ilin 8 noyabr tarixində 27 il mənfur, nankor erməni qonşular tərəfindən işğal olunmuş - Dağlıq Qarabağımız – əcdadlarımızın məskənləri, yurddaşlarımızın dədə-baba ocaqları, bütövlükdə müqəddəs vətən torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun 44 günlük qəhrəmanlıq mübarizəsi ilə işğaldan azad edildiyi Elan olundu!
Azərbaycan hökuməti arxada qalan 30 illik müddətdə Dağlıq Qarabağımızı bir gün, bir dəqiqə diqqətindən kənarda saxlamadı!
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev Müstəqil dövlətimizə rəhbərlik etdiyi 10 ildə əlində tarix, coğrafiya müəllimi taxtası, dünyanın dörd bir yanında Dağlıq Qarabağın Azərbaycanın əbədi-əzəli torpaqları olduğunu bəyan etdi. Heydər Əliyev dünyanın ən nüfuzlu tədbirlərində müdrik nitqləri ilə ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarından, vandallıqlarla etap-etap bizim torpaqları işğal etdiklərindən, onların bu məkrli işlərini hələ XX əsrin əvvəllərindən ta 40,50, 60, 70-ci illərinə və Xocalı soyqrımına kimi həyata keçirdiklərindən yana-yana danışdı, ən mühüm qərarların, qanun maddələrinin qəbul olunmasına nail oldu.
Məsələn, 1994-cü il noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Qaçqınlar haqqında qanunvericilik, insan hüquqları və miqrasiya məsələlərinə dair” beynəlxalq konfransda ölkənin qaçqın problemindən, onun əsl mahiyyətindən konfrans iştirakçılarına geniş məlumat verərək göstərmişdir ki, “Azərbaycan Respublikası kimi kiçik bir ölkədə 7 milyonluq əhalinin bir milyondan çoxunun qaçqın vəziyyətində olması ən dəhşətli haldır. Bəlkə də dünyanın heç bir regionunda belə bir hala rast gəlmək mümkün deyildir. ...Bunların hamısı öz başlanğıcını 1988-ci ildən götürür. Ermənistanda yaşayan bütün azərbaycanlılar həmin il zorakılıq nəticəsində, onlara qarşı göstərilən təzyiq, təqiblər, ciddi təxribatlar və başqa fiziki əməliyyatlar nəticəsində, oradan məcburi çıxarılıb. Onlar Azərbaycana köçməyə məcbur olublar” .
Ulu öndər Heydər Əliyev peşəkar siyasətçi səriştəsi ilə öz nitqində fikri dünya siyasətinin ən mühüm məsələsi insan hüquqları üzərinə cəmləyərək və bütün bəşəriyyətin həssas olduğu hisslərə yönəldərək beynəlxalq ictimaiyyəti Azərbaycanın həm qarşılaşdığı dərin münaqişə, həm bunun əsl səbəbləri və həm də qaçqınlar, onların maddi itkiləri qarışıq, tapdalanmış mənəvi hüqüqları haqda məlumatlandırmaqla məsələnin həllinə çalışırdı.
“İnsan hüquqları indi dünyada demokratik proseslərin hər yerdə bərqərar olunması üçün əsas prinsiplərdən biridir. Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq, daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin. Bugünkü konfransda yəqin müqayisə etmək mümkün olardı ki, əgər bir adam sözdən məhrum edirlərsə və ya o, müəyyən məhdudiyyətlərə məruz qalırsa, onun hüquqları pozulur: ancaq bir milyon insan - azərbaycanlı öz yerindən, yurdundan qovulmuşdur, evini, əmlakını itirmişdir, dədə-babalarının qəbirlərindən məhrum olmuşdur, əsrlər boyu yaşadığı yerlərdən məhrum olmuşdur. Bəs bu, insan hüquqlarının kütləvi surətdə, dəhşətli şəkildə pozulması deyilmi?” .
Qaçqınların taleyinə həsr olunmuş bu konfransda dərin məzmunlu nitqini “Mən bu fürsətdən istifadə edərək, bütün dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edirəm, inkişaf etmiş demokratik ölkələrin parlamentlərinə, dövlət başçılarına müraciət edirəm, dünyada demokratiya yolunda fədakar fəaliyyət göstərən məşhur ictimai-siyasi xadimlərə müraciət edirəm, dünyadakı bütün insanlara, bəşəriyyətə müraciət edirəm və bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulmasının bəyan edərək bu hüquqların bərpa olunmasına dəvət edirəm” –kimi həyəcanlı müraciətlə bitirən Heydər Əliyev əslində hələ Dövlət Təhlükəsizlik Orqanlarında çalışarkən dəfələrlə erməni daşnaklarının, separatçıların Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlı məqsədli milli münaqişə planlarının, təx¬ri¬bat¬la¬rı¬nın ¬qarşısını peşəkarlıqla almışdır.
Heydər Əliyev bu beynəlxalq konfransda dünya ictimaiyyətinin diqqətinə xüsusi olaraq çatdırırdı: “Məlumdur ki, bizim respublikada bu qədər qaçqının olmasının səbəbi Ermənistanın, erməni millətçi dairələrinin Azərbaycan Respublikasına, Azərbaycanın ərazisinə qəsd etmək məqsədi ilə başladıqları əvvəl siyasi, sonra isə hərbi əməliyyatların nəticəsidir” .
Ulu öndərin aşağıdakı iqtibasda şərh olunan fikirləri də, ona peşəkar lider olaraq ermənilərin bu “siyasətinin” çoxdan məlum olduğunu və özünün onlarla mübarizəsini ifadə edir: “"30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam" .
Bunu deyərkən Heydər Əliyevin Azərbaycanın Dövlət Təhlükəsizlik Orqanlarında çalışarkən əyani şahidi olduğu erməni-daşnak təşkilatlarının heç vaxt soyumayan düşmən münasibəti ilə bağlı əsasları vardı. Heydər Əiyev hələ 1966-cı ildə Azrbaycan SSR KP MK-ya Azərbaycan əleyhinə yaradılmış qeyri-qanuni "Erməni gənclər ittifaqı" adlı təşkilat və onun Dağlıq Qarabağ torpaqları daxil olmaqla Naxçıvanın, Ermənistanın və hətta Azərbaycanın daha başqa bir neçə rayonunun Ermənistana verilməsi məqsədi güdməsi barədə məktub göndərdikdən sonra öz yüksək dövlət vəzifəsinin ona verdiyi imkanlar və ən əsas vicdan səsi ilə peşəkar “addımlar” atmaqla həmin təşkilatın “beyni” olan Saakyan adlı şəxsin saxlanılması, onun təşkilatının hər gün, hər saat çoxaldılaraq paylaşılan proqramı-nizamnaməsinin yığışdırılması, təşkilatın digər aparıcı qüvvələrinin təxribatçı əməllərinin qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirmiş və məsələni hüquq müstəsində həll etmişdi.
Bundan başqa Ulu öndər Dövlət Təhlükəsizlik Orqanlarında yüksək vəzifədə çalışarkən peşəkar milli çekist kimi ermənilərin türk millətinə qarşı öz düşmən münasibətlərindən çıxış edərək əsas niyyətlərinə - Azərbaycan torpaqlarının işğalı ilə bağlı arzularına çatmaq üçün intihar səhnəcikləri düzəltməklə və bunu Qarabağ əhalisinin üzərinə atmaqla, hətta bu süni şoularından sonra azərbaycanlılara divan tutmaqla milli zəmində kəskin mürəkkəb vəziyyət yaratmalarının da qarşısını almış, cəsarətlə kütləvi təxribat qruplarının qanuni həbsinə, hətta 5 nəfər haqqında ölüm hökmünün çıxarılmasına nail olmuşdu. Bu da çox maraqlı bir tarix izidir ki, xalqını qəlbən sevən, ölkə başçısı seçilənə kimi də onun əsl milli təəssübkeş rəhbəri olmuş Heydər Əliyev həmin hadisə vaxtı 15 gün Azərbaycan SSR DTK-nin sədri məsul iş qrafikini və rahat şəraitini münaqişə olan ərazində gərgin, narahat iş rejiminə dəyişmişdir .
“Azərbaycan” qəzetinə istinadən verdiyimiz bu məlumatın yer aldığı “Heydər Əliyevin 1960-1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi” yazısında xalqımızın bu nəhəng tarixi şəxsiyyətinin mənfur ermənilərin ümummilli xarakter keyfiyyətlərini təsdiq edən bir dəlili - Azərbaycan SSR DTK-nin 1968-ci il üzrə hesabatını da diqqətə çatdırmaq istərdik. “Azərbaycan SSR DTK-nin Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə şöbənin rəisi polkovnik Dmitri Bıstrovun məruzəsindən: "Ötən hesabat dövründə verilmiş tapşırıqlarla əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı 1968-ci ildə 1967-ci ilə nisbətən milliyyətçi vərəqələrin hazırlanması və yayılması, eləcə də ermənilərin azərbaycanlılara qarşı hücumları kəskin azalıb. Belə ki, 1967-ci ildə 30 müəllif tərəfindən hazırlanan 1.241-dən çox vərəqə və məktub (bunlardan 1.200-ü vərəqə, qalanları isə məktub şəklində) aşkarlansa da, 1968-ci ildə bu qəbildən olan ümumilikdə 17 müəllif tərəfindən hazırlanan 53 sənəd aşkar edilib. Bununla belə, keçirilən tədbirlər zamanı yenə də qruplar aşkar edilərək ləğv edilib, onlardan çoxlu miqdarda vərəqələr və həmin vərəqələri hazırlamaq üçün lazım olan avadanlıqlar aşkar edilərək götürülüb(AR MTN arxivi) (AR MTN arxivi)” .
Yeri gəlmişkən qeyd edək ki, ürəyi xalqla bir vuran, milli tarixə bağlı olan hər bir faktı, dəlili dəyərləndirən görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin sözsüz olaraq 1918-ci il milli Soyqırım hadisəsini dövlət siyasətində nəzərdə tutan - 1998-ci ildə 31 mart təqvim gününün Azərbaycanlıların Soyqırım günü kimi qeyd olunması haqqında imzaladığı Fərman bir tərəfdən əsrlər boyu vandal ermənilər tərəfindən soyqrıma məruz xalqımızın unudulmaması, digər tərəfdən bu mənfur tayfanın qəddar əməllərinin xatırlanması baxımından tarixi hadisə kimi böyük əhəmiyyət kəsb edir.
Hadisələrin əsl nəbzini tutan bu Fərman bütün Azərbaycan xalqının milli-mənəvi hisslərini, vətən –torpaq itkisi acılarını, həmçinin bütün yaşananların vandal erməni daşnaklarının “böyük ermənistan” planlarının əsas hissəsi olduğunu ifadə edirdi.
Hacı Abdullanın “Ümummilli lider Heydər Əliyev və Zəngəzur bölgəsində azərbaycanlıların soyqırımı və deportasiyası tarixinin tədqiqi məsələləri” məqaləsi Xalq və Milli Lider maraqlarının üst-üstə düşməsi və həmçinin yeni faktların önə çəkilməsi baxımından maraq doğurur.
Məqalədə ermənilərin xalqımıza qarşı növbəti faciə planlarının Heydər Əliyev tərəfindən verilən operativ göstərişlərlə vaxtında qarşısının alınmasına aid tutarlı dəlillər yer almışdır. Məsələn, müəllif yazır ki, “Dahi şəxsiyyət Heydər Əliyev dəfələrlə mötəbər beynəlxalq tədbirlərin tribunasından ermənilərin Zəngəzurda törətdikləri qanlı qırğınların məhz soyqırımı aktı olduğunu faktlarla sübut etmiş və bu faciələrin miqyasını göstərmişdir. ... 1965-ci ildə ermənilər qondarma genosidin 50 illiyi ilə əlaqədar Qarakilsədə cəlladbaşı Andronikə abidə qoymaq istəyirmişlər. Müdrik insan Heydər Əliyev xəbər tutan kimi böyük ustalıqla bu işə mane olub, daşnakların arzularını ürəyində qoyub. Elə həmin illərdə İrəvanda Ermənistan KP MK-nın plenumunda Azərbaycan və azərbaycanlılar haqqında təhqiramiz fikirlər səslənir, “Böyük Ermənistan” söhbəti aparılır, Azərbaycana qarşı ərazi iddiaları səslənir. Heydər Əliyev o iclasda iştirak edən azərbaycanlılardan bu barədə xəbər tutan kimi məsələni təkidlə həmin vaxt SSRİ rəhbərliyi qarşısında qaldırır, onun prinsipial mövqeyi, güclü nüfuzu sayəsində Ermənistan KP MK-nın birinci katibi Koçinyan tutduğu vəzifədən azad edilir” .
Heydər Əliyev 2003-cü il 27 mart tarixində “31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciətində” də xalqımızın ermənilər tərəfindən məruz qaldığı vəhşətlər dolu soyqırım aktlarına qiymət vermişdir ki, onun bu tarixi fikirləri vəsiyyət və nəsihət mahiyyətində də unudulmazdır. “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur” .
Məlumdur ki, minlərlə insanın qanının tökülməsinin ilkin və əsas səbəbi erməni daşnaklarının qədim Azərbaycan torpaqlarına hərisliyi idi. “Türk” –deyib, bütünlüklə soykökünü qıraraq torpaq iddialarına tam olaraq nail olmaq istəyən ermənilər bu planlarını 2 əsr boyu dəfələrlə həyata keçirməyə çalışmışlar.
Ulu öndər Heydər Əliyevin bu məqsədli erməni siyasi planlarının qarşısını almaq üçün hər iki hakimiyyəti dövründə tarixyüklü işlər həyata keçirmişdir. Bunlardan biri haqqında “Xalq” qazetinin “Heydər Əliyev: Şərəfli ömür yolunun unudulmaz anlaı” məqaləsində ətraflı bəhs olunur. Müəllif, Naxçıvan şəhərindən olan müəllim Mirzəli Tağıyev yazır: “1938-ci il mayın 5-də sərhəd rayonlarında (Qazax və Gədəbəy) 2 min hektardan artıq Azərbaycan torpaqlarının Ermənistana verilməsi haqqındakı qərarı 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti təsdiq etməsinə baxmayaraq, 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına imkan verməmişdir” .
Ulu öndərin 1992-ci il ermənilərin torpaqlarımızı ələ keçirmək məqsədi daşıyan növbəti vandallıq-soyqırım aktı Xocalı soyqırım faciəsinə o vaxtı siyasi hakimiyyət nümayəndələrindən daha fəal surətdə reaksiya verməsi, həmvətənlərimizin dərdinə şərik olması, habelə soyqırımın əbə¬dilə¬şdil¬əşd¬iril¬mə¬si¬ istiqamətində fəaliyyətini nəzərdən keçirməyi məqsədə uyğun hesab edirik. Belə ki, ¬Heydər Əliyev “Xocalı” soyqırımını, -"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" – kimi bəşəri cinayət kimi qiymətləndirir və habelə, müxtəlif çıxış və müracətlərində tarixçi alimlər, politoloqlardan daha dolğun və kəsərli şərh edirdi.
“O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir” .
Ulu öndərimiz Heydər Əliyev Xocalı faciəsinin humanizmə zidd fəlsəfi mahiyyətini də özünəməxsus şəkildə və əsaslı surətdə ifadə etmişdir. Ulu öndərin aşağıdakı iqtibasda cəmlənmiş əsl milli lider düşüncəsi bunu bir daha təsdiq edir:
“Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir” .
Heydər Əliyev Xocalı vəhşətlərini yaşamış, təsadüf nəticəsində sağ qalmış soyqırım şahidləri ilə 1996-cı il fevralın 24-də Prezident sarayında Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar görüşdükdə bir daha xalqla birlik hissindən çıxış etmişdir. 1993-cü il 26 fevral tarixinin “Xocalı soyqırımı günü” qəbul olunması haqqında Fərman da Xocalı şəhərimizin vəhşətlərlə məhv edilən sakinlərinin ruhuna Ulu öndərin hörmət və ehtiramını ifadə edir. Həmçinin Heydər Əliyevin 25 fevral 1997-ci ildə imzaladığı 498 saylı qərarla, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunmuşdur.
Ulu öndər Heydər Əliyevin əsl milli lider xarakteri ilə dövləti, xalqı təmsil edərək Dağlıq Qarabağ probleminin həlli yolunda fədakarlıqları baxımdan 1996-cı il 2-3 dekabrda 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə Lissabonda keçirilmiş sammit xarakterik misaldır.
Heydər Əliyevin Lissabon sammitində qaldırdığı məsələləri, həllinə nail olduğu müddəaları nəzərdən keçirməzdən əvvəl qeyd edək ki, “Mən Azərbaycanda olsaydım, nə Dağlıq Qarabağ, nə Sumqayıt hadisəsi baş verməzdi” ,- deyib sonsuz kədərini bölüşən Ulu öndər həqiqətən də vətəndən uzaqda olmasaydı ermənilərin təxribat maşınlarını necə 60-70-80-ci illərdə dayandırmışdı, yenə peşəkarlıqla yatırar, heç işğal və bu qədər itkilər baş verməzdi. Elə əslində dərin siyasi bilik və yüksək peşəkarlığa malik siyasi xadim Ümummilli lider Heydər Əliyevin 1987-ci ildə sovet imperiyasının sonuncu siyasi rəhbəri M.Qorbaçovun bütün ölçülərlə layiq olduğu SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, SOV.İKP MK-nın Siyasi Bürosunun üzvlü postlarından könüllü istefasına nail olmasından sonra Dağlıq Qarabağ məsələsinin ermənilərin xeyrinə həll edilməsi SSRİ planı işə düşmüş, 1988-ci il fevralın 18-də erməni vandalizmini təsvir etməklə tarixdə iz salmış Zori Balayanı, fevralın 26-da erməni millətçi yazıçı Silva Kaputikyanı qəbul etməsi ilə faktiki olaraq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi prosesi başlamışdı.
Bundan sonra Heydər Əliyevin Bakıya gəlməsinin qarşısı alınmışdı və o, doğulduğu Naxçıvan Muxtar Respublikasında yaşayıb, orda bütün imkanları hüdudunda vətəninə xidmət etmşdi və təəssüf ki, Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının Prezidenti kürsüsünə gələnə kimi Dağlıq Qarabağ torpaqları işğal olunmuş, minlərlə dinc insan yurd-yuvasından didərgin düşmüşdü.
O mərhələdə gənc, hərbi gücü olmayan Azərbaycan Müstəqil Respublikasının siyasi rəhbərliyinin ən əsas vəzifəsi ilk növbədə regionda sakitlik yaratmaq, hərbi vəziyyəti sülh danışıqlarına yönəltmək, danışıqlara getmək, Azərbaycan həqiqətlərini dünyanın diqqətinə çatdırmaq, digər tərəfdən vətən, ailə, əziz insan ev, mal-mülk itkisi yaşayan xalqı sığınacaqla, ərzaqla, geyimlə və.s. təmin etmək idi.
Hadisələrə bu reallıqlar fokusundan qiymət verdikdə Lissabon Sammitinə kimi Ermənistanla Azərbaycan arasında Rusiyanın təsiri ilə atəşkəsin əldə edilməsi, ikitərəfli danışıqların aparılması, hərbi əsirlərin və girovların qarşılıqlı azad edilməsi, eyni zamanda gənc dövlətin hərbi güc və əsgəri potensialının qüvvətlənməsi üçün zəruri idi.
Bax məhz bu gün – 8 noyabrda Dağlıq Qarabağ torpaqlarımızı azad edən XXI əsr Azərbaycan sərkərdəsi İlham Əliyevin Ordumuzun – xalqımızın Qələbə Elanını verərkən dediyi bu sözlər 27 il əvvəlin gerçəklərinə projektor salır: “Biz məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq və toplamışıq - İqtisadi güc! Əgər iqtisadi güc olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi.
Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik! Və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Eyni zamanda Ordumuzu gücləndirək”.
Bu prosesdə 1996-cı il də təbii hələ başlanğıc idi və Zirvə toplantısına, -Sammitə qatılan dünya liderləri arasında müdrikliyi ilə, yüksək siyasi idarəçilik təcrübəsi ilə seçilən Heydər Əliyev sözsüz olaraq siyasi danışıqlara üstünlük verib, Dağlıq Qarabağ münaqişəsinin Sülhlə aradan qaldırılması üçün çalışırdı. Müharibə istəmək asandı. Torpaqları hərblə azad etmək üçün Azərbaycanın o zamanlar lazımı gücü yox səviyyəsindəydi. Azərbaycan özünü dünya dövlətlərinə nə iqtisadi, nə siyasi, nə mədəni sahədə böyük uğurları ilə tanıtmamışdı. Buna görə də Heydər Əliyevin "Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici münaqişələrdən biri olan Ermənistan- Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməsinlər", - müdrik çağırışı dövrünə görə ən mühüm çağırış idi.
Bu da Heydər Əliyevin yüksək peşəkarlığından xəbər verən bir faktdır ki, Azərbaycanın dövlət rəhbərinin dərin məzmunlu və müdrik siyasətçi çıxışı və xahişinin real nəticə verəcəyindən qorxan Ermənistan nümayəndə heyətinin iclasa qarışıqlıq salaraq Heydər Əliyev müddəalarının Lissabon bəyannaməsinin 20-ci maddəsinə salınmasına veto qoyması onillər boyu dünyanın ikinci nəhəng imperiyasında yüksək siyasi kürsülərdə böyük siyasət məktəbi keçmiş Azərbaycan prezidentinin daha sərt adekvat addım atması - ATƏT-in Lissabon sənədinə bütövlükdə veto tətbiq etməsi ilə nəticələnmişdi. Heydər Əliyev bundan başqa öz irəli sürdüyü prinsiplərin ATƏT-in rəsmi sənədləri sırasına daxil olmasına nail olmuşdu ki, bu müddəaların 53 ATƏT üzvü tərəfindən bəyənildiyi də rəsmi şəkildə əksini tapmışdır.
Ulu öndər Heydər Əliyev Lissaban sammitində dünyaya bəyan edilən problemlər arasında torpaqların işğalı ilə bərabər böyük qaçqın və köçkün ordusunun sosial-mədəni, siyasi-hüquqi vəziyyətini də, həm də təkcə dövlət işi deyil, millilik hisslərindən çıxış edərək, həmvətənli dərdi, ağrı-acısı olaraq önə çəkmişdi.
Əlbəttə, Dağlıq Qarabağ probleminin ilk və elə son dəfə geniş müzakirəyə çıxarıldığı ATƏT dövlət və hökumət başçılarının zirvə toplantısı - Lissabon Sammiti Azərbaycanı tam təmin edən heç mühüm qərar qəbul etməmişdi və bu Sammitdən sonra işğal altında olan vətən torpaqlarımız uğrunda ölkə siyasi rəhbərliyinin apardığı gərgin siyasi mübarizə danışıqlar masasında qalki qal bu günə kimi qalmışdı...
Ulu öndər Heydər Əliyev mahir saxtakar, hiyləgər erməni tayfasının talan etdiyi Dağlıq Qarabağ torpaqlarımızda da¬ğıtdığı,“güllələdiyi” muzeylərimizin də müdafiəsinə qalmış, ən ciddi qurumlar qarşısında milli mənəvi dəyərlərimizin məsələsini qaldırmışdı.
Məsələn, Ümummilli Lider Heydər Əli¬yev 1995-ci ildə YUNESKO İKOM-un Milli Komitəsinin Beynəlxalq təşkilatlarına aşağıdakı məz¬munda məktub ünvanlamışdır: "Cəbrayıl və Füzuli tarixşünaslıq muzeylərinin, Ü. Hacıbə¬yovun ev muzeyinin, Azərbaycan Xalçası Dövlət Muzeyi Şuşa filialının ən qiymətli əşya¬ları xilas edilsə də, keçmiş SSRİ-də yeganə olan Ağdam çörək muzeyi yerlə-yek¬san¬ edilmiş,¬ ¬dün¬ya şö¬hrətli Kəlbəcər və Laçın tarix-diyarşünaslıq muzeylərinin qiymətli və nadir əşyaları Ermənistana daşın¬mışdır. ¬Şuşa şəhərinin tarix¬i muzeyinin, Qarabağ Dövlət tarixi muzeyinin, Azərbay¬¬¬can vokal sənətinin əsasını¬ qoy¬muş¬ bö¬y¬ük¬ m¬üğənni Bülbülün, görkəmli musiqiçi və rəssam¬ Mir ¬Möv¬sün¬ Nəv¬vabın¬ xatirə muzeylərinin, Ağdam, Qubadlı, Zəngilan tarix-diyarşünaslq¬ mu¬zey¬ləri¬nin fond¬ları¬ da qarət edilmişdir.Qurban¬ Pirimo¬vun¬ xatirə ¬muzeyi, ¬Rahib¬ Məmmədov adına döyüş şöhrəti muzeyi də dağıdılmışdır".
Heydər Əliyev dəfələrlə ermənilərin bizim xalqı Dağlıq Qarabağdan çıxartmaq üçün təkcə bizim insanları deyil, öz soydaşlarını belə hiylə planları ilə güdaza verdiklərini sübutlarla göstərməklə onların əsl xislətini ifşa etmişdir.
Son iki ayda da tarix təkrar olundu. Yenə dünya ermənilərin vandallığının, döyüşməyə gücü çatmayanda dinc əhalini qırmasının, həmçinin işğal olunmuş torpaqlarımızda məscidlərimizə, eləcə də öz kilsələrinə düşmən münasibətinin şahidi oldu.
Bu tarixi gündə - Milli Qələbə günümüzdə Azərbaycan xalqının Ulu öndəri, müstəqil Azərbaycan dövlətinin böyük qurucusu Heydər Əliyevin bu dəyərli, müdrik düşüncələri də yada düşür: “Əlbəttə sərhədlərimizin bərpası, işğal olunmuş ərazilərimizin geri alınması üçün ilk növbədə hərbi qüdrətimizin, yəni milli ordumuzun həm hərbi texnika, həm təcrübəli kadrlarla gücləndirilməsi zəruri idi”.; “Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhətdən güclənir. Milli ordumuz qabaqcıl təcrübə və texnologiyalara yiyələnir, gənclərimiz həvəslə xidmətə gedirlər”. ; “Xalqla Ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir”.
Ulu öndərin bu dərin düşüncələrdə ifadəsini tapmış bəyanatları xalqı vətənpərvərliyə, milli birliyə səsləyir, qarşıdakı döyüşlərdə qələbə güclü milli Ordunun yaradılmasını ən mühüm vəzifə olaraq əsaslandırırdı. Bu gün 8 noyabr – Qələbəmizin elan olunduğu gün XXI srin sərkərdəsi İlham Əliyevin xalqa müraciətində səslənən “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”- səmimi sözləri Dağlıq Qarabağdan nigaran getmiş Ulu Öndər ruhunu dincəldən ən müqəddəs dualara bərabərdir! Bu bir cümlə həm də Müstəqil Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin siyasi sələfi Ulu Öndər Heydər Əliyevin ona siyasi varis inamının ən ali dərəcədə təsdiqi, Heydər Əliyev siyasi kursunun təntənəsi kimi çox qiymətlidir!..
Bəli! 01.10.2003-cü il tarixli O unudulmaz Müraciət!
Ulu Öndər Heydər 01.10.2003-cü il tarixli Azərbaycan xalqına bu son müraciətində və müraciətin son cümlələrində bugünki mühüm tarixi qələbənin sərkərdəsi siyasi varisinə dərin inamını belə ifadə etmişdir : “Üzümü sizə — həmvətənlilərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intelektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərhaycan Partiyası bundan sonra da xalqımızım ən layiqli övladlarını Öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızım firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” .
Bu inama Azərbaycanın iqtisadi, hərbi və hərtərəfli inkişafının təminatı daxil idi. Bu inama gənc Respublikanı dünya siyasi arenasına çıxarmaq, nüfuzlandırmaq daxildi. Bu inama bunlarla birlikdə işğal olunmuş Azərbaycan Torpaqlarının son qarışına kimi azad olunması, qaçqın-köçkünlərin dədə-baba yurdlarına qovuşması tarixyüklü vəzifəsi aiddi.
Ulu öndər dünyasını dəyişəndən sonrakı illərdə Azərbaycan Qlobal dünya hakimlərinin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda əhəmiyyətli gücə malik ölkələr sırasında xüsusi önəm verdikləri bir dövlətə çevrilməklə bu inamı təsdiqləmişdi.
Müstəqil Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilməklə də bu inamı təsdiqləmişdi!
Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 2018-ci il 18 aprel tarixində And içmə mərasimindəki nitqində şərh olunmuş həqiqətlər - “Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək”- böyük Ulu öndər inamına sədaqəti, bu inamın təsdiqini bir daha göstərirdi.
Beləcə, Ulu öndər Heydər Əliyevin ölkədə və dünyada mürəkkəb və gərgin hadisələrin cərəyan etdiyi bir vaxtda sonsuz çətinliklər bahasına qurduğu gənc Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ata- sələf vəsiyyətini tamamlaması, inamı təsdiq etməsi, etibarı doğrultması üçün bir Zəfəri qalırdı – işğal altında olan müqəddəs torpaqlarımızın mənfur düşməndən azad olunmasına nail olmaq.
Varis buna hər gün, hər saat hazırlaşırdı. Bu gün möhtəşəm Zəfər günündə dilə gələn kəlmələr o illərlə yol gələn məqsəddən, amaldam ucalır : “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə o xoş xəbəri qarşılayır. Biz məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq və toplamışıq - İqtisadi güc! Əgər iqtisadi güc olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik! Və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Eyni zamanda Ordumuzu gücləndirək”.
Gücləndi Azərbaycan və müqəddəs torpaqlarımız üstündə qondarma respublika elan etmiş, hələ azğınlaşaraq “Qarabağ Ermənistandır, nöqtə”- deyən mənfur qəsbkar erməni “peşmanyan” hökumətinin və onun millət olmaq statusu xilqətən olmayan vandal erməni soydaşlarının yalvaryaxarla əldə etdikləri Atəşkəs dövründə növbəti təxribatlarından sonra Azərbaycan Prezdenti, Ali Baş komandan cənab İlham Əliyev qəti qərarını verdi. Hər şeydə bir hikmət gizlənir. Bu bir cümləlik cinayətkar düşüncə ilə Allah bizim xalqın bir vaxtlar Ulu öndər Heydər Əliyevin rus imperiyasının sağ qolu olan A.Qromıkonun ona Dağlıq Qarabağın Ermənilərə verildiyini Azərbaycan xalqına Elan etməyi tapşırdıqda milli lider vətənpərvərliyilə anlatdığı – ““Qarabağ Azərbaycanın olub, Azərbaycanın da olacaq”. Azərbaycanlılar yatmış aslanlardır, yaxşısı onları oyatmayın! – bəyanatında da əks olunmuş “yatmış aslan” xislətini canlandırdı.
İlham Əliyev ata vəsiyyəti - bu müdrik çağırışında var olan “yatmış aslan” xislətimizi canlandırdı.
Beləcə, Heydər Əliyevin “aslan” sözünün məna dərinliyində mərdliyini ifadə etdiyi 100 minlərlə gəncimiz - igid Aslan, Ali Baş Komandan, cənab İlham Əliyevin - XXI əsrin sərkərdəsinin qərarına dərhal səs verərək “Qarabağ Azərbaycandır!”, “Ya Qarabağ, Ya ölüm” şüarları ilə küçələrə axışdı. Bir gün içərisində minlərlə döyüş gücü olan vətəndaşımız Milli Ordu sıralarına könüllü yazıldı. 27 sentyabrdan bu günə kimi davam edən, bu gün baş tacımız Şuşada Üç rəngli Bayrağını dalğalandıran Azərbaycan Respublikası Müqəddəs torpaqları üzərindəki sərhəd bütövlüyünü bərpa etmək yolunda ən həlledici Qələbə zirvəsinə yetişdi!
Azərbaycan Prezdenti, Ali Baş komandan cənab İlham Əliyevin bu gün Xalqa müraciətində bəyan etdiyi -- “Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Bu qələbəni biz döyüş meydanında qazandıq", -sözləri xalqımıza və yeni zəhidlərimizlə bərabər dünyadan Qarabağ həsrəti ilə köçən bütün soydaşlarımızın ruhunu sevindirən bir müjdə oldu.
Bu Qələbə 9 noyabr Bayram gününə təsadüf etməklə Azərbaycanın yenilməzliyini bir daha təsdiqləyir.
Nə qədər əlçatmaq idi bu Zəfər! Necə ünyetməz idi bu Zəfər!
Bu Zəfərin bir möhtəşəmliyi də monolit Türk birliyi ilə təsdiqlənir! Bir tarixi deyim var: “Türkün Türkdən başqa dostu yoxdur!”. Bu Zəfərimizin əsasında nəhəng Türkiyə Respublikasının bizə siyasi-mənəvi dəstəyi unudulmazdır. Türk soydaşlarımız bizə necə 100 il əvvəl köməyə gəlmişdilər yenə yetişdilər. Amma bu dəfə torpaqlarımızı xilas etdilər. 100 il əvvəl Azərbaycana Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatürkün böyük diqqəti ilə xalqımız erməni soyqrımından qurtulmuşdu, indi dünya nəhəngi- Türkiyə Respublikasının lideri Rəcəb Taib Ərdoğanın böyük siyasi dəstəyi ilə sərhədlərimiz bütövlüyünə qovuşdu. Atalar sözümüz var, “İlan ulduz görməsə, ölməz”!.. Təsadüfi deyil ki, Türkiyəni Azərbaycanın arxasında dağ kimi dayanan görən, nəhəng Türkiyənin siyasi, mənəvi dəstəyi ilə Azərbaycanın apardığı möhtəşəm müharibədə məğlub olan Ermənistan təkcə hərbi cəhətdən deyil, çox sahələrdə süqut etdi. Onun “dənizdən-dənizə” xülyaları bütünlüklə suya düşdü və çətin bir də o, talan iddialarına düşə...
Türkiyə Cümhuriyyətinin böyük lideri Rəcəb Taib Ərdoğanın 80 milyonluq nəhəng Türkiyənin “Can Azərbaycan!” nidası ilə vuran ürəklərinin səsinə səs verən “biz Azərbaycan xalqının yanındayıq!”, eyni zamanda Müstəqil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyevin hər gün Xalqımıza Müraciətlərində Türkiyə - Azərbaycan qarşılıqlı əməkdaşlıq münasibətlərini, ən əsas bir millət olmağımızı -qandaşlığımızı yüksək qiymətləndirməsi və elə son günlərdə,- ABŞ-ın “Fox News” telekanalına müsahibəsində “Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var” - bəyanatını verməsi Türk Birliyinin Yeni əsrdə böyük tarixi qələbəsini təsdiq edir.
Ali Baş Komandan, cənab İlham Əliyevin Türkiyə Cümhuriyyətinin böyük lideri Rəcəb Taib Ərdoğana ünvanladığı bu sözlər də haqq mübarizəsində Azərbaycan – Türkiyə - Bir Millət-İki Dövlət həmrəyliyini təsdiq edir: “ƏZİZ QARDAŞIM! Üzvü olduğumuz Türk Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı sentyabrın 28-də bəyanat qəbul etmişdir. Bu bəyanata görə də Sizə öz minnətdarlığımı bildirirəm.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Yeri gəlmişkən qeyd edim ki, son bir neçə ildə Türkiyədə demək olar ki, hər gün müharibə - şəhid xəbərləri izlədikcə və “Vətən sağ olsun!” başsağlıqlarını eşitdikcə nə qədər ağır da olsa Dağlıq Qarabağ uğrunda Vətən Müharibəmizi, qanımız-canımız bahasına müqəddəs torpaqlarımızın geri alınmasını arzulamışam... Ölkə də xaricdə çıxışlarımda “Sülh gözəldir, Torpaqlar isə müqəddəsdir” demişəm.
Xalqımızın Ulu öndəri Heydər Əliyev 1997-ci il, 5 iyul tarixində Milli Təhlükəsizlik Orqanları əməkdaşlarının peşə bayramının təsis edildiyi gün keçirilmiş tədbirdə demişdir: “Bizim böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç bir yana əyə bilməsin, heç bir böyük dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir” .
23 il əvvəl deyilmiş bu fikirlərin əhəmiyyəti, dəyəri məhz onunla ölçülür ki, xalqımızın Ulu öndəri Heydər Əliyevin həqiqi və siyasi varisi və onun xarizmali lider olaraq öz siyasi sistemini təhvil verdiyi Müstəqil Azərbaycan Respub¬li¬ka¬sı¬nın dövlət rəhbəri, cənab İlham Əliyev öz üzərinə düşən siyasi varis, davamçı missiyasını şərəflə, əzmlə, dəyanətlə yerinə yetirdi.
Budur! Müstəqil Azərbaycsn Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyev 8 noyabr tarixində 10 milyonluq xalqımıza 30 il həsrətlə gözlədiyi ŞAD XƏBƏRİ : “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır” bəyanatını verməklə ona olan böyük inamı təsdiqlədi!. Cənab İlham Əliyev bu müjdəli Qələbə xəbəri ilə həm də Azərbaycan tarixinə XXI əsrin türk Fatehi, Azərbaycan Sərkərdəsi kimi düşdü.
Bax beləcə, İndi Azərbaycan güclü siyasi varis cənab İlham Əliyevin rəhbərliyi altında həm azad olmuş torpaqlarımızda, həm də bütünlükdə ölkə miqyasında böyük quruculuq işləri aparır.


mənbə: www.science.gov.az saytı
1-11-2024, 11:37
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
1-11-2024, 11:33
Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı abadlıq işləri başa çatıb -
31-10-2024, 12:11
Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır
31-10-2024, 12:03
Azərbaycan alimləri Türkiyədə keçirilən simpoziumda iştirak ediblər
28-10-2024, 12:41
Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktik konfrans keçirilib
24-10-2024, 11:47
Tarixi dövrlərdə siyasi “İZM”lər konsepsiyası
24-10-2024, 10:37
Yasamalda memarlıq abidəsinin eyvanının uçmasına münasibət bildirilib
21-10-2024, 10:50
Ədəbiyyat İnstitutunun əməkdaşları Pantomim teatrında “Manqurt” tamaşasına baxıblar
20-10-2024, 18:02
İKİ TARİXÇİ ALİMİN AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN İMTNA ETMƏSİNİN ƏSASLARI
19-10-2024, 00:47
Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?
19-10-2024, 00:41
Tağı Əhmədov üçün çağırış daxil olduqdan yeddi dəqiqə sonra imtina edilib
19-10-2024, 00:19
Qaxda özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik biznes sahələrinə baxış olub
19-10-2024, 00:14
İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə birgə Bəyanat qəbul edilib
19-10-2024, 00:03
“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub
18-10-2024, 14:24
Gəncədə "Musiqi kimliyimiz" Layihəsi Aşiq Molla Cüməyə həsr olunub - FOTO
17-10-2024, 10:55
Yanvarın 1-dən minimum əmək haqqı bu qədər artacaq
17-10-2024, 10:41
MEK əməkdaşları beynəlxalq simpoziumda çıxış ediblər
17-10-2024, 09:52
“Məngələnata çox mühüm strateji yüksəklik idi...” – Füzuli şəhərini işğaldan azad edən hərbçilər danışır
17-10-2024, 09:40
Prezident İlham Əliyev Füzulinin azad olunması ilə bağlı paylaşım edib
17-10-2024, 08:13
Gənclər Kitabxanasında akademik İsa Həbibbəylinin 75 illik yubileyi ilə əlaqədar silsilə materiallar hazırlanıb
17-10-2024, 07:58
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
17-10-2024, 07:53
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransın materialları çap olunub
16-10-2024, 12:15
Milli Kitabxanada “Akademik İsa Həbibbəyli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub
16-10-2024, 12:11
75 yaşın yaradıcılıq şövqü
15-10-2024, 15:36
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
15-10-2024, 15:33
Sabahdan intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
14-10-2024, 18:14
ANONS! ANONS!ANONS! 2 TARİXÇİ ALİM AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN NİYƏ İMTNA ETDİ?!
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930