Ermənistan kimi dövlət böyük bir ölkənin siyasətinə nüfuz edə bilib
ABŞ prezidenti Co Baydenin öz çıxışında qondarma erməni "soyqırımı" ifadəsini işlətməsi tarixi səhvdir. Necə olur ki, ABŞ kimi böyük dövlət 106 ildən sonra ermənilərin soyqırıma məruz qaldığını başa düşdü. Düşünürəm ki, ABŞ üçün ermənilərin qırılması, kökünün kəsilməsi heç də o qədər maraqlı deyil. ABŞ-ı narahat edən Türkiyənin güclənməsidir. Türkiyə hərbi gücünə görə NATO-da ABŞ-dan sonra ikinci ölkədir. Son zamanlar Türkiyə müstəqil şəkildə öz müdafiəsini qurur və regionda münaqişələrin tənzimlənməsində iştirak edir. Həm də Rusiyadan ABŞ-ın istəyinə əks olaraq, S-400 HHM komplekslərini almışdır. Bu da ABŞ-ın xoşuna gəlmir. Həm də Türkiyənin regionda gücə çevrilməsi və lider ölkənin olması Qərbin və Amerikanın xoşuna gəlmir. Ona görə də ABŞ prezidenti "soyqırım" ifadəsini işlətmişdir.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. Bu da bir daha bizim xalq olaraq yalnız sözdə deyil, əməldə də hər zaman qardaş türk xalqının yanında olmağımıza bariz nümunədir.
Fransa, Rusiya və başqa bir neçə ölkə ermənilərin saxta "soyqırımı"nı tanıyanda nə dəyişmişdi ki, ABŞ prezidenti bu ifadəni işlədəndə o dəyişsin. Burda sadəcə ABŞ-ın Türkiyəyə olan münasibəti üzə çıxır. Həm də Bayden bu ifadəni işlətməklə Qafqazda gərginliyin artmasına bir impuls vermiş olur. ABŞ əgər ədalətli ölkə olsaydı 106 əvvəlki tarixə qiymət verməklə özünü yormadan yaxın tarixdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlara qiymət verərdi. Xocalı soyqırımından heç də o qədər böyük tarix ötməmişdir. Əgər Co Bayden ədalətli beynəlxalq siyasət aparsaydı, Xocalı soyqırımını tanıyardı. Təəssüf ki, beynəlxalq siyasətdə ədalət məsələsi yoxdur. Hesab edirəm ki, ABŞ prezidentinin bu saxta ifadəsindən sonra Türkiyə ABŞ münasibətlərinə yenidən baxacaq və Türk dünyasının birləşməsi və vahid gücə çevrilməsi istiqamətində daha çevik addımlar atacaq.
Zeynalov Murad, 74 nömrəli məktəbin direktoru
Dünən, 13:05
Prezident: Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur
Dünən, 13:03
Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Dünən, 13:01
Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb
Dünən, 12:59
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 12:53
Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib
Dünən, 12:50
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü olub
Dünən, 11:32
Filosof Xatirə Quliyevanın 2026-cı il Şəhərsalma və Memarlıq ili kontekstində fəlsəfi-etika mövzusunda məqaləsi Scopos İmpakt faktorlu jurnalda yayımlanıb və alim Sertifikatla təltiflənib
Dünən, 09:27
NƏSİMİ RAYONUNUN BÜTÜN SADƏ SAKİNLƏRİNİN GÖZLƏRİ AYDIN OLSUN!
8-02-2026, 22:06
ANONS! ANONS! İSA HƏBİBBƏYLİYƏ ÇƏTİR TUTMAQ NƏ CİNAYƏTDİ, NƏ QƏBAHƏT! ƏSL MƏSƏLƏ ONUN ULU ÖNDƏRƏ - HEYDƏR ƏLİYEVƏ HÖRMƏTSİZLİK, ETİBARSIZLIQ EDƏN SAXTAKARLARA, MASKALILARA “ÇƏTİR TUTMASIDIR”.. 1-2 GÜNƏ TƏFƏRRÜATLARI YAZACAĞAM!..
8-02-2026, 01:20
Azərbaycan BƏƏ əlaqələri ən zirvə nöqtədə - Rasim Abdulla yazır
8-02-2026, 01:16
Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır
8-02-2026, 01:15
ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq
8-02-2026, 01:13
Prezidentin sosial media hesabında BƏƏ-yə işgüzar səfərlə bağlı videoçarx paylaşılıb
8-02-2026, 01:11
Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
3-02-2026, 16:45
Dost gəlişi Bayram olar
1-02-2026, 22:32
Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib
1-02-2026, 22:30
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
1-02-2026, 22:29
Xizək yarışı üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb
1-02-2026, 22:18
Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:14
Prezident İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:06
Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:05
Prezidentin Mətbuat Xidmətinin məlumatı
28-01-2026, 16:09
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
28-01-2026, 16:06
Ötən il işğaldan azad olunmuş ərazilərin bərpasına 4,5 milyard manata yaxın vəsait ayrılıb
28-01-2026, 16:04
2030-cu ilədək metronun 3 stansiyası üçün keçid stansiyaları inşa olunacaq
28-01-2026, 16:01
Horovlu kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub
28-01-2026, 15:58
Ötən ilin dövlət büdcəsində 527,5 milyon manat məbləğində profisit yaranıb
