Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir
Elm və təhsil
Oxunub: 512
26 apr 2021 | 20:56
Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir


Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir

Heydər Əliyev

Tarix bizə olub-keçənlərdən dərs çıxarmaq üçün kifayət qədər təcrübə verir. Onun elə qəribəlikləri və ağlagəlməz məqamları olur ki,bəzən bəşəriyyətin əleyhinə yönəlik olub bir anın içərisində baş verən hadisənin fəsadlarını aradan qaldırmaq üçün yüz illər bəs etmir.

Minilliklərlə Qafqaz regionu xalqların iqtisadi-mədəni əməkdaşlığının formalaşdığı bir bölgə olmuşdur.Uzaq Şərqdən başlayan Böyük İpək yolunun strateji hissəsi olan Cənubi Qafqaz zaman keçdikcə daha çox geosiyasi faktorların gələcək taleyinə ciddi təsir etdiyi bir bölgəyə çevrilmişdir.

Hələ XIX əsrin I yarısında baş verən Rus-Qacar müharibələrinin yekunu olaraq bağlanan Türkmənçay müqaviləsi ermənilərin İran ərazisindən Şimali Azərbaycanın qərb bölgələrinə köçürülməsini nəzərdə tuturdu ki,bu layihə də qısa müddət ərzində və görünməmiş şərfsizliklə yerinə yetirildi.Çox keçmədi ki,çar hökumətinin uzaqgedən mənfur niyyəti üzə çıxdı;ermənilər Osmanlı imperiyası ilə sərhəd zolaqlarına, İrəvana, Naxçıvana, Zəngəzura və bir də Qarabağa köçürülürdülər. O zaman Naxçıvan əhalisnin və Osmanlı aliyyəsinin ciddi etirazı sayəsində bu bölgəyə köçürülmə baş tutmasa da,İrəvan,Zəngəzur və Qarabağ ərazisi kəskin etnik dəyişikliyə məruz qaldı.Və burada qısa zaman kəsiyində yaradılan qondarma erməni vilayəti gələcək müdhiş planlardan xəbər verirdi.Məqsəd türk dünyasını parçalamaq,osmanlı-azərbaycan əlaqələrini heçə endirmək,xalqların yüzilliklərlə öz məcrasında davam edən iqtisadi-mədəni inteqrasiyasının qarşısına “bufer-zona”səddi çəkmək idi.

Bütün bunlara rəğmən istər çar Rusiyası,istərsə də sovet dönəmində regionun ticari əlaqələri tam məhdudlaşdırılmamışdı.1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyətinin bərqərar olması zamanı Zəngəzur və Qarabağ daşnak tör-töküntülərinin nəzarəti altında idi.Bolşeviklərin “sifarişli qiyamı”nı yerinə yetirən erməni quldur dəstələri o zamankı Azərbaycan hökumətinin tələbi ilə bu torpaqlardan çıxmalı idilər.Lakin elə həmin ilin 10 avqustunda Sovet Rusiyası ilə daşnak erməni hökuməti arasında bağlanan razılaşmaya görə RSFSR-in Qırmızı Ordusu iki dövlət arasındakı mübahisəli görünən Qarabağ,Zəngəzur və Naxçıvanı nəzarətə götürdü.Sonra baş verən siyasi proseslər Zəngəzurun əhəmiyyətli bir hissəsinin heç bir əsası olmadan ermənlərə “peşkəş”edilməsi ilə sonuclandı.Bolşevik rəhbərlər artıq həmin ilin 30 noyabrında Zəngəzuru qərbi və şərqi olaraq iki yerə bölərək,Azərbaycanın onun bir hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsdilər. Beləliklə,Naxçıvan ədalətsiz bölüşdürmə nəticəsində eksklava

çevrilsə də,sonralar vahid SSRİ məkanında olduğumuz üçün dəhliz problemi də görünmürdü.

Ötən əsrin sonlarında başlayan I Qarabağ savaşı status-kvonu faktiki olaraq dəyişdi.Azərbaycan öz hüquqi ərazisinə -Naxçıvana İran torpaqlarından keçib getmək məcburiyyətində qaldı.Lakin tarix vurulan yaraları sağaltmağı bacarır.

Ali Baş Komandan,Möhtərəm Prezident İlham Əliyev cənablarının uzunmüddətli,məqsədyönlü və qətiyyətli səyləri öz nəticəsini verdi.Adı tarixlərə qızıl hərflərlə yazılmış 44 günlük müharibə xalqımızın parlaq zəfəri ilə tamamlandı.

Bu möhtəşəm qələbənin son akkordu isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Dağlıq Qarabağ bəyanatı oldu.Moskva bəyanatının 9-cu maddəsi nəzərdə tutur: Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır.Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir.Nəqliyyat nəzarəti Pusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.

Beləliklə tarixi ədalətin bərpa olunacağı günləri yaşayırıq.II Qarabağ müharibəsi bir çox nəticələri labüd edərək, Zəngəzur dəhlizi ideyasını da gündəmə gətirdi. Cənab İlham Əliyev ilk dəfə bu il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə öz çıxışı zamanı Azərbaycanı Naxçıvan MR-la birləşdirəcək nəqliyyat xəttini “Zəngəzur dəhlizi” adlandırdı.Bu isə Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunun yüksək tribunadan ifadəsi demək idi. Cənab Prezident türk dünyasını parçalayan bu bölgəni xəritə üzərində sanki bizim bədənimizə saplanmış bir xəncərə bənzədərək, həyata keçiriləcək kommunikasiya layihəsini bütün türk dünyasını birləşdirəcək mühüm addım kimi xarakterizə etmişdi.

Burada bir sıra infrastruktur layihələrinin reallaşacağı gözlənilir ki,bu da nəinki Azərbaycan,eyni zamanda digər ölkələr,o cümlədən,Ermənistan üçün də əlavə imkanlar yaradacaqdır.Bu gün forpostu olduğu Rusiya ilə hətta dəmir yolu əlaqəsi belə olmayan Ermənistan belə bir fürsətdən yararlansa,təbii ki,ölkəni bürümüş xaos və anarxiyadan qurtulmaq üçün Azərbaycana minnətdar olacaq.Ermənistanın İranla dəmir yolu əlaqəsi yoxdur ki,bu da Azərbaycan tərəfinin real təklifi ilə Naxçıvan vasitəsilə çəkilə bilər.

Bu gün dünya çoxtərəfli əməkdaşlığa, iqtisadi və sosial inteqrasiyaya getdiyi bir vaxtda son onilliklərdə bir çox regional layihələrdən kənarda qalan Ermənistanın başqa çıxış yolu görünmür.Bu dəhliz region ölkəlri üçün həyati əhəmiyyət kəsb edərək,yüksək strateji mənfəət gözləntisini vəd edir.Təkcə onu xatırlatmaq kifayət edir ki,Zəngəzur dəhlizi nominal ÜDM-i 1,1 trilyonu ötən türkdilli ölkələrin əməkdaşlıq körpüsü rolunu oynayacaqdır.

Bu gün Ermənistan hakimiyyəti və ictimaiyyəti hələ də dərkedilməzlik göstərərək dəhliz ideyasını Azərbaycanın bu torpaqlara təcavüz hədəfi kim başa düşməkdə davam edir. Lakin atəşkəs üzrə razılaşmada Laçın dəhlizindən fərqli olaraq,bu dəhlizin ərazi yox, nəqliyyat dəhlizi kimi açılacağı nəzərdə tutulmuşdur.

Nəhayət son olaraq böyük Çin filosofu Lao-Tszının belə bir kəlamını xatırlatmaq istərdim: “Böyük yol rəvan və düzdür, ancaq insanlar cığırlarla getməyi sevirlər.” O müdrik demək istəyir ki, böyül yolla getmək xeyir əməllərə sahib olmaq,cığırla getmək isə şər qüvvənin tərəfində olmaq deməkdir. Tarixən sonda xeyir şərə qalib gəlir.

192 saylı tam orta məktəbin tarix müəllimi

İsmayılov Elxan Əhməd oğlu
Dünən, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
Dünən, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
Dünən, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
Dünən, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
Dünən, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
Dünən, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
Dünən, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
Dünən, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
Dünən, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
Dünən, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
Dünən, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
Dünən, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
Dünən, 11:54
Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”
Dünən, 11:52
Bank sektorunun xarici öhdəlikləri azalıb
Dünən, 11:51
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
Dünən, 11:46
Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var
Dünən, 11:24
Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb
Dünən, 11:22
Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb
Dünən, 11:20
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Dünən, 11:19
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
26-10-2026, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
26-10-2026, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
26-10-2026, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
26-10-2026, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
26-10-2026, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
26-10-2026, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
26-10-2026, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031