XXI Əsrin Sərkərdəsi - Bizim Hamımızın Prezidenti Cənab İlham Əliyev Həmişə Qalibdir
Siyasət / Ölkə / Dunya
Oxunub: 32
8 fev 2024 | 18:31




Azərbaycan Respublikası böyük sevincini - Azərbaycan torpaqlarını 30 illik işğaldan, çoxmilyonlu xalqı vətən həsrətindən qurtaran xilaskar Lider - XXI əsrin Zəfər Sərkərdəsi İlham Əliyevin ölkənin Prezident seçkilərində tam zəfərlə seçilməsini fərəhlə qeyd edir! Hər yerdə, xüsusən də Azərbaycanımızın baş tacı Qarabağda xalq toy-bayram edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri fevralın 7-də Qarabağımızın şah damarı Xankəndi şəhərində 122 saylı Seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər ki, bu, Azərbaycanın Zəfərinin, həmçinin müstəqil respublikanın qüdrətini bütün dünyaya bir daha bəyan etməsi deməkdir.

Bu “Qarabağ Azərbaycandır” Zəfərinin təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və ailə üzvlərinin üçrəngli bayrağımızın qürurla dalğalandığı Xankəndi şəhərində səs verməsi - ölkənin Prezident seçkiləri kimi mühüm hadisənin seperatçılardan azad, bu torpaqların əsl insanlarının əmin-amanlığı şəraitində cərəyan etməsinin əyani ifadəsidir.

Heç də təsadüfi deyil ki, qlobal dünya hakimlərinin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda əhəmiyyətli gücə malik ölkələr sırasında xüsusi önəm verdikləri Azərbaycan Respublikasının geosiyasi, geoiqtisadi inkişaf dinamikası, tarixi minilliklərə söykənən keçmiş mədəniyyət ənənələri, həmçinin müasir qloballaşma şəraitində yaşayan və gələcək nəsillər üçün qorunan identik mirası kimi hərbi gücü, diplomatik nailiyyətləri də dünya ictimaiyyətində ciddi maraq doğurur.

70 il SSRİ tərkibində olmuş, lakin bütün ideoloji təzyiq və təsirlərə baxmayaraq milli simasını hifz etmiş Azərbaycan xalqı ikinci dəfə müstəqilliyinə qovuşduğu 30 il ərzində daha böyük əzmlə tarixi varlığını dəyərləndirməklə “Dəmir Yumruq” timsalı dövlət-millət birliyi məqsədlərini həyata keçirməkdədir.
Müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin siyasi irsi və onun varisi Prezidentimiz cənab İlham Əliyevin siyasi Lider əzmi, böyük rasional-intellektual siyasi idarəçilik gücü, qətiyyəti sayəsində sistem halında maraq doğuran Azərbaycan dövlətçiliyinin əsas prioritet məsələləri sülh, dostluq, bütün sahələr üzrə əməkdaşlıq, dialoqa şərait prinsipləridir ki, cənab İlham Əliyev xalqla həmrəylik, dünya ictimai-siyasi düşüncəsini modern cəmiyyət standartlarına uyğun şəkildə həyata keçirir.



Xatirə QULİYEVA,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun
şöbə müdiri, fəlsəfə elmləri doktoru


Bu, bir həqiqətdir ki, dünyanın diqqət mərkəzində olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqla həmrəylik, dünya ictimai-siyasi düşüncəsinin modern cəmiyyət standartlarına uyğun şəkildə yeritdiyi siyasət qabaqcıl demokratik dövlətlərlə iqtisadi, siyasi və hüquqi,diplomatik münasibətlər qurması, bu müstəvidə dinamik xarakterli fəaliyyət proqramı sistemləşdirməsi, milli mənafe-milli dövlətçilik ideyası qorunub inkişaf etdirilməsi ilə seçilir və qiymətləndirilir.

Müasir Azərbaycanın dövlət quruculuğunda vətəndaş cəmiyyətinin prinsiplərinin diqqət mərkəzində saxlanılması, siyasi sabitlik, iqtisadi, sosial-mədəni rifah hadisələri cənab İlham Əliyevin yeritdiyi siyasətin əsas meyarlarını təşkil edir.

Məlumdur ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının siyasi rəhbərliyinə ikinci dəfə gəldiyi tarixi mərhələdə ölkənin iqtisadi gücü tamamilə zəifləmiş, istehsal sahələrində geniş miqyaslı dağınıqlıq işsizlər ordusu yaratmış, insanların sosial vəziyyəti yüksək dərəcədə aşağı düşmüş və digər tərəfdən də ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı.

Heydər Əliyevin xalqın arzusu və tələbi ilə siyasi hakimiyyətə gəlməsindən sonra qarşıda dayanan dövlət quruculuğu işləri arasında ilk vəzifə iqtisadi-sosial problemləri dərhal həll etmək, yeni iş yerlərinin açılması, xalqın maddi rifahını təmin etmək idi.

“Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan”, ümumilikdə neft siyasəti, “Böyük İpək yolu” kimi qlobal iqtisadi strateji müqavilələrlə paralel olaraq vətəndaş cəmiyyəti maraqları istiqamətində Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafiını nəzərdə tutan “Azərbaycan sahibkarlığının inkişafı” (1993-1995) Dövlət proqramı, “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanunlar qəbul olundu.

Beləliklə, Heydər Əliyev siyasi irsində bu gün aforizmlər, milli liderin müdrik fikirləri məzmununda öyrənilən, dillər əzbəri olan “Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz”, “Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” (Heydər Əliyev. Müdrik fikirlər. http://www.heydar-aliyev-foundation.org/az/conent/index/85/)., - düşüncələri əslində həmin ilk mərhələnin qlobal gerçəkliyindən yaranmışdı və bu misallardan ucalan ideyalar Ulu Öndər Heydər Əliyevin gənc Müstəqil Azərbaycan Respublikasına 10 illik siyasi liderliyi dövründə iqtisadi quruculuq proqramının əsasına dönərək ölkədaxili sosial-iqtisadi inkişaf və xarici dövlətlərlə iqtisadi əlaqələr üçün geniş üfüqlər açdı.

Azərbaycanın siyasi, sosial-iqtisadi və sosial-mədəni inkişaf strategiyasının cənab İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla həyata keçirilməsi ilk növbədə məhz Ulu Öndərin 01.10.2003-cü il tarixli xalqa müraciətində əksini tapmış etimadın doğrulmasını təsdiq edir. Eyni zamanda Azərbaycanın 20 illik taixində baş vermiş yüksək inkişaf siyasi yolun, milli dövlətçilik ənənəsinin uğurlu davamını göstərir. Bundan başqa, qazanılan uğurlar dövlətin güclənməsinin əsasına, ölkə vətəndaşlarının sosial rifahı, maddi səviyyəsinin yüksəlişinin qarantına çevrilir.

Əlbəttə, hər bir tarixi dövrün inkişaf və problemlər sahəsi və hər bir liderin də ümumi məqsədə doğru öz siyasi idarəçilik yolu vardır. Ulu Öndər Heydər Əliyevin tarixi və müasir yanaşmada tamamilə doğru və müdrik fikirləri, başqa cür desək, Heydərizm ideologiyasının prinsipləri burada xarakterik səslənir: “İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür”; “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”; “Müstəqillik yolu qədər çətin yol yoxdur” (Heydər Əliyev. Müdrik fikirlər. http://www.heydar-aliyev-foundation.org/az/content/index/85/).

İqtisadi bünövrəsi möhkəm və müasir siyasi prioritetləri güclü olan bütün dövlətlərdə olduğu kimi Azərbaycanda da mədəniyyət, humanitar siyasət, elm, səhiyyə, habelə qadın, ailə, uşaqlar, gənclər, idman siyasəti qabaqcıl ideyalarla zənginləşdirələrək, milli ideya ilə qaynayıb qarışmış mahiyyətdə, yeni, modern məzmunda inkişafının yüksək mərhələsini yaşayır. Həmçinin Heydər Əliyev siyasi idarəçilik prinsiplərini yaradıcı şüurla davam edirən, ümumi adı dövlət quruculuğu olan bu monolit sistem əldə edilmiş nailiyyətlərin inkişafı, yarımçıq qalmış tarixyüklü işlərin isə davam etdirilməsi, deməli davamlı uğurlu strategiyanın canlı nümunəsi kimi maraq doğurur, digər tərəfdən “doğrulan inam” fikrini təsdiqləyir.

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin böyük müdriklik, yüksək siyasi lider peşəkarlığı, həmçinin xarizma keyfiyyətləti ilə müstəqil Azərbaycan dövlətinin rəhbəri, artıq bütün dünyada özünəməxsus rasional liderlik keyfiyyətləri ilə siyasi epoxasını inamla irəli aparan cənab İlham Əliyevə etimadının bütün mahiyyəti ilə doğrulduğundan bəhs etdiyimiz bu məqamda dövlət rəhbərimizin müəllifi olduğu, uğurla həyata keçirdiyi mədəniyyətlərarası dialoq, multikulturalizm siyasətini yada salmamaq olmaz.

Məlumdur ki, Heydər Əliyevin tarixi təcrübədə əsaslandığı, siyasi idarəçilikdə tətbiq etdiyi azərbaycançılıq milli ideologiyasından qaynaqlanan və eyni zamanda Ulu öndərin ayrıca olaraq xüsusi diqqət ayırdığı mədəniyyətlərarası dialoq, habelə tolerantlıq hadisəsi cənab İlham Əliyevin həyata keçirdiyi dövlət idarəçilik siyasətində əsas prioritet sahə, proqram layihə cəmiyyətin yaşam fəlsəfəsi mahiyyətində inkişaf etdirilıir.

Artıq təsdiqlənib qəbul edilmiş həqiqətdır ki, qədim tarixə malik Azərbaycan müstəqil hüquqi respublika kimi 30 ildən çox inkişaf tarixində çoxmədəniyyətliliyə, tolerantlıq ənənələrinə sadiq qalaraq müxtəlif millətlərin və etnik birliklərin ana dilinə, dini inanclarına hörmətlə yanaşma prinsiplərini uca tutmuş, xalqların bir-birlərinin adət-ənənəsinə, mədəniyyətinə hörmət ruhunda yaşamasının qarantı olmuşdur.

Azərbaycan Respublikası ən qlobal demoqrafiya, miqrasiya problemləri ilə üz-üzə qaldığı, 1 milyon qaçqının qayğısını həll etdiyi dönəmdə də çoxmədəniyyətliliyə hörmət və məsuliyyət hissini unutmamış, ermənilərin xalqımıza yüzillərboyu qəddar düşmən münasibətdə olmasına baxmayaraq, erməni əsilli kütlənin təhlükəsizliyini təmin etmiş, onların dini-mənəvi ənənəsinə bağlı maraqlarını belə diqqətdə saxlamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin multikulturalizm -ideyalarına yüksək qiymət verərək bəşərin qlobal mədəniyyət problemlərinin həllində bu həyati mədəniyyət proqramına əsaslanması və onu öz peşəkar siyasətçi, səriştəli Lider qüdrət ilə dayanaqlı inkişaf modelinə çevirməsi indi bütün planetə məlum faktdır.


Azərbaycanın dövlət rəhbərinin aşağıdakı iqtibasda öz ifadəsini tapmış dərin məzmunlu fikirləri Müstəqil Azərbaycan Respublikasının multikulturalizm modelinin məzmun və mahiyyətini dolğunluqla canlandırır: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək” (“XXI Əsr: ümid və çağırışları” adlı forum. http://bakuforum.az/az/multikulturalizm-nailiyyetler-ve-problemler/?fid=2258).

Azərbaycan ictimai-siyasi fikrində, eləcə də elmi sahələrdə multikulturalizm aktual sahə və mövzu kimi ciddi araşdırma obyektinə çevrilmişdir.

Azərbaycanda Multikulturalizm, Mədəniyyətlərarası dialoq mövzusunda təşkil olunan Beynəlxalq forumlar, onların nəticəsi olaraq ölkəmizin qoşulduğu konvensiyaların müddəalarından irəli gələn vəzifələrin həyata keçirilməsi ölkəmizin dünyaya inteqrasiyasını reallaşdırmaqla bərabər, xalqımızın qonaqpərvərlik, qonşuluq, dostluq, qardaşlıq, beləcə ümumbəşəri humanizm hisslərinə bağlı olduğunu əyani surətdə təsdiq edir.

Cənab İlham Əliyevin “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışında xüsusi olaraq vurğuladığı aşağıdakı fikirlər də multikulturalizm ideyalarını cəmiyyətin inkişafının yaşam fəlsəfəsi kimi qəbul etmiş Azərbaycan Respublikasında bu istiqamətdə qazanılmış tarixi və müasir nailiyyətləri aydın ifadə edir: “Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvüdür, regional müstəvidə çox müsbət rol oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlığın gücləndirilməsinə istiqamətləndirilib. Enerji təhlükəsizliyi ilə bağlı siyasi və iqtisadi məsələlər diqqət mərkəzindədir. İrəli sürdüyümüz təşəbbüs və layihələr regionun hüdudlarını aşıb. Bu layihələr ölkələri və qitələri birləşdirir. Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan burada artıq Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. Nəqliyyat infrastrukturuna gəldikdə, biz bu gün tarixi İpək Yolunu bərpa edirik. Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsini yaradırıq. Biz təkcə iqtisadi inkişafa və daha təkmil nəqliyyat infrastrukturuna deyil, xalqlararası təmaslara sərmayə yatırırıq. Tarixi İpək Yolu Azərbaycandan keçmişdir. Biz bu gün onu müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştiraki ilə bərpa edirik. İqtisadi və sosial inkişafla bağlı bütün layihələrimiz regional əməkdaşlığı, xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirir” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nitqi. 07-09 aprel 2011-ci il. http://president.az/articles/1845).

Prezident cənab İlham Əliyevin həmin nitqində ölkəmizim mədəniyyətlərarası dialoq, multikultukulturalizm ənənələrinə hələ neçə illər əvvəl başlanıldığına və bu tarixyüklü vəzifənin uğurla davam edildiyinə də diqqət yönəltməklə gənc Müstəqil Azərbaycan Respublikasında dünyaya inteqrasiyanın əhəmiyyətini önə çəkərək göstərmişdir ki, “2008-ci ildə də “Bakı prosesi” bizim təşəbbüsümüzlə başlamışdır. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna “Bakı prosesi” adı verilib. Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir. Biz səylərimizi davam etdirəcəyik və 100-dən artıq dövlətdən olan nümayəndələrin Bakıya səfər edərək bu mühüm məsələləri müzakirə etməsi bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi yaradır. Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfəmizi verməyə calışacağıq” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nitqi. 07-09 aprel 2011-ci il. http:// presi dent.az/articles/1845).

Heç də təsadüfi deyil ki, cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması” məqsədi ilə 2016-cı ilin Multikulturalizm ili elan olunması haqqında Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul etməsi də bəşəri mədəniyyətlərarası dialoq fəlsəfəsi-multikulturalizmə Azərbaycanın xüsusi önəm verməsindən qaynaqlanır.

Azərbaycanın sistemli yaşam fəlsəfəsi-multikulturalizm modelində dünyanın qlobal anti-etika və beləcə anti-mədəniyyət probleminə çevrilmiş islamofobiyaya qarşı ideyalardan çıxış edən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə” 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi İli” elan edilməsi haqqında Qərar qəbul etmişdir. Həmin il paytaxtımız Bakı şəhərində keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, 2018-ci ilin tarixi regionumuz Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması rəsmi Azərbaycanın İslam həmrəyliyinə bağlılığını təsdiq edir.

Elmi sahədə islam həmrəyliyi mövzusu uzun illər əvvəldən fundamental elmi tədqiqatlara yol açmışdır. Hazırda humanirtar sahənin, xüsusən də ictimai elmlər sahələrinin alimləri Azərbaycanda tarixi minillərə söykənən İslam mədəniyyətinin çox müxtəlif mövzularını tədqiq-təhlil etməkdədirlər.

Məsələn, İslam həmrəyliyinin mədəniyyətlərarsı dialoqda, multikulturaizm ideyalarının inkişafında rolu və əhəmiyyətini əhatə edən mövzuların fəlsəfi kontekstdə işlənməsi ictimai-humanitar elmi fikrin dairəsini genişləndirməkdədir. Respublikada Multikulturalizm Mərkəzi dövlət qurumunun yaradılması, AMEA-nın Fəlsəfə İnstitutunda Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin fəaliyyətə başlaması, ölkə boyu geniş miqyaslı mədəni, elmi-kütləvi tədbirlərin keçirilməsi də yeridilən dövlət siyasətində çoxmədəniyyətlilik-multikulturalizm modelinin dinamikliyindən xəbər verir.

Azərbaycan vətəndaşlarının məhz islam dini, islam əxlaqı və mədəniyyətinə güclü sahiblik hissi uzun əsrlər boyu qonşuluq, digər xalqların, millətlərin, etnik qrupların vətəndaş hüquqlarına, mənəvi hisslərinə, adət-ənənələrinə qarşılıqlı hörmət şəraitində yaşamasına şərait yaratmışdır. Bu baxımdan İslam dininin təlqin etdiyi həmrəylik, birlik, sülh, sevgi, dostluq kimi əxlaqi dəyərlər Azərbaycanda hakim hisslər kimi şüurlarda daimi yerə malik olduqlarından hazırki qloballaşma mərhələsində, ənənəvi dəyərlərin qeyri-ənənəvi dəyərlərlə əvəzlənməsi şəraitində mədəni müxtəliflik probleminin həlli istiqamətində heç bir anlaşılmazlıq, gərginlik müşahidə olunmur.

Bundan başqa Müstəqil Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilmişdir. Bu İslam həmrəyliyinin bariz nümunəsi 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunması ilə də təsdiq olunur.

Bütün bunlar deməyə əsas verir ki, bir ümumi səma altında birləşən millətlər və xalqların çoxmədəniyyətlilik hadisəsi - multikulturalizm Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet konsepsiyası kimi qəbul edilməklə yeni və davamlı yaşam fəlsəfəsi məzmununda irəliyə doğru inamla addımlamaqdadır və bu Azərbaycan multikulturalizm modelinin təntənəsi və təsdiqi kimi tarix və müasirlik baxımından mühüm əhəmiyyət kəsb edir .

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü il 31 oktyabr tarixində Azərbaycan Respublikası prezidenti seçildikdən sonra andiçmə mərasimindəki nitqində Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixində qəbul etdiyi tarixi qərara əməli fəaliyyətlə cavab verəcəyini bəyan edərək, müdrik rəhbərin Azərbaycan dövlətinin rəhbəri vəzifəsinə onu layiq bilməsini ifadə edən inamını-etibarını doğruldacağına söz verərək demişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nitqi. 07-09 aprel 2011-ci il. http://president.az/articles/1845).

Cənab İlham Əliyev 2008-ci ildə yenidən ölkə prezidenti seçildikdən sonra ötən 5 il müddətində öhdəsinə götürdüyü tarixi və məsuliyyət dolu vəzifəni şərəflə yerinə yetirdiyini sübut edən faktlar, dəlillərlə xalqın önündə növbəti müddətə daha əzmlə işləyəcəyini vəd edərkən müdrik milli lider, xalqımızın Ulu öndəri Heydər Əliyevin ömrünün son aylarında qəbul etdiyi mühüm qərar və dərin inamı bir daha təsdiqləmiş oldu.

“Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərhaycan Partiyası bundan sonra da xalqımızım ən layiqli övladlarını Öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızım firavanlığı yolunda çox işlər görəcəklər. ...Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” (Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Müraciət http://files.preslib.az/projects/toplu/v2/f3_13.pdf) .

Bəli! Artıq bu müdrik, uzaqgörən düşüncədən ucalan inam 20 illik heç də qısa olmayan bir müddətdə ölkənin bütün sahələrdə dinamik inkişafı ilə və ən yüksək nəticələrdə özünü doğruldur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci il 18 aprel tarixində Andiçmə mərasimindəki nitqindən gətirəcəyimiz bir iqtibas bunu bir daha xüsusilə dövlət və millət vəhdəti, milli birlik vurğusu ilə təsdiq edir .

“Azərbaycan bu 20 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək”(Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 2018-ci il 18 aprel tarixində And içmə mərasimindəki nitqi. https://www.president.az/articles/28019).

Biz bu məqamda Azərbaycan Respublikası və çoxmilyonlu Azərbaycan xalqı və bütövlükdə Türk dünyası üçün əlahiddə - Azərbaycan Dövlətinin Ali Baş Komandanı cənab İlham Əliyevin əzmli rəhbərliyi ilə Müzəffər Ordumuzun 30 il ermənilərin işğal etdikləri müqəddəs torpaqlarımız uğruna Vətən müharibəsinə başlayaraq 44 gün qəhrəmancasına döyüşərək Zəfər çalması hadisəsini xüsusilə qeyd etməliyik.

Çünki bütün dünya artıq bilir ki, Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanın şah damarı, göz bəbəyidir!

2020-ci ilin 8 noyabr tarixində 30 il mənfur, nankor erməni qonşular tərəfindən işğal olunmuş - Dağlıq Qarabağımız – əcdadlarımızın məskənləri, yurddaşlarımızın dədə-baba ocaqları, - müqəddəs vətən torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun 44 günlük qəhrəmanlıq mübarizəsi ilə işğaldan azad edildiyi Elan olundu!

Azərbaycan hökuməti arxada qalan 27 illik müddətdə Dağlıq Qarabağımızı bir gün, bir dəqiqə diqqətindən kənarda saxlamadı!

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev Müstəqil dövlətimizə rəhbərlik etdiyi 10 ildə əlində tarix, coğrafiya müəllimi çubuğu, dünyanın dörd bir yanında Dağlıq Qarabağın Azərbaycanın əbədi-əzəli torpaqları olduğunu bəyan etdi. Heydər Əliyev dünyanın ən nüfuzlu tədbirlərində müdrik nitqləri ilə ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarından, vandallıqlarla etap-etap bizim torpaqları işğal etdiklərindən, onların bu məkrli işlərini hələ XX əsrin əvvəllərindən ta 40,50, 60, 70-ci illərinə və Xocalı soyqrımına kimi həyata keçirdiklərindən yana-yana danışdı, ən mühüm qərarların, qanun maddələrinin qəbul olunmasına nail oldu.

2020-ci il 8 noyabrda Qarabağı bütöv şəkildə azad edən XXI əsr Azərbaycan sərkərdəsi İlham Əliyevin ordumuzun – xalqımızın Qələbə elanını verərkən dediyi bu sözlər 27 il əvvəlin gerçəklərinə işıq salır: “Biz məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq və toplamışıq - iqtisadi güc! Əgər iqtisadi güc olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi.

Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik! Və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Eyni zamanda Ordumuzu gücləndirək”(İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar https:// president. az/az/ articles/ view /45756).

Xalqımızın qəhrəman övladı, müqəddəs Vətən torpaqlarını işğaldan xilas etmiş, xalın milli qürurunu qaytarmış, didərgin düşmüş insanlarımızı doğma yurd-yuvasına qovuşdurmuş, XXI əsrin sərkərdəsi – dövlət başçımız cənab İlham Əliyevin dünən çox yüksək səs toplaması ilə hər yerdə Zəfər şənlikləri təşkil olunduğu bu günlərimizdə Azərbaycan xalqının Ulu öndəri, müstəqil Azərbaycan dövlətinin böyük qurucusu Heydər Əliyevin aşağıdakı iqtibasda ifadə olunmuş dəyərli, müdrik düşüncələri də yada düşür: “Əlbəttə sərhədlərimizin bərpası, işğal olunmuş ərazilərimizin geri alınması üçün ilk növbədə hərbi qüdrətimizin, yəni milli ordumuzun həm hərbi texnika, həm təcrübəli kadrlarla gücləndirilməsi zəruri idi”. “Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhətdən güclənir. Milli ordumuz qabaqcıl təcrübə və texnologiyalara yiyələnir, gənclərimiz həvəslə xidmətə gedirlər”. “Xalqla Ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir” (Heydər Əliyev. Müdrik fikirlər. http://www.heydar-aliyev-foundation.org/az/content/index/85/).

Ulu öndərin bu tarixi əhəmiyyətini həmişə qoruyan ciddi bəyanatları xalqı vətənpərvərliyə, milli birliyə səsləyir, qarşıdakı döyüşlərdə qələbə güclü milli Ordunun yaradılmasını ən mühüm vəzifə olaraq əsaslandırırdı. 8 noyabr 2020-ci il tarixdə – Qələbəmizin elan olunduğu gün XXI əsrin sərkərdəsi İlham Əliyevin xalqa müraciətində səslənən “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”, - fikri istər varis – övlad, istərsə də siyasi varis - davamçı olaraq səmimi sözləri Qarabağdan nigaran getmiş Ulu Öndər ruhunu dincəldən ən müqəddəs dualara bərabərdir! Bu bir cümlə həm də Müstəqil Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin siyasi sələfi Ulu Öndər Heydər Əliyevin ona siyasi varis inamının ən ali dərəcədə təsdiqi kimi çox qiymətlidir!..

Bəli! 01.10.2003-cü il tarixli O unudulmaz Müraciət!

Ulu Öndər Heydər 01.10.2003-cü il tarixli Azərbaycan xalqına bu son müraciətində və müraciətin son cümlələrində bugünki mühüm tarixi qələbənin sərkərdəsi siyasi varisinə dərin inamını belə ifadə etmişdir : “Üzümü Sizə - həmvətənlilərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intelektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərhaycan Partiyası bundan sonra da xalqımızım ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızım firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” (Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Müraciət http://files. preslib. az/projects/toplu/v2/f3_13.pdf).

Bu inama Azərbaycanın iqtisadi, hərbi və hərtərəfli inkişafının təminatı daxil idi. Bu inama gənc Respublikanı dünya siyasi arenasına çıxarmaq, nüfuzlandırmaq daxildi. Bu inama bunlarla birlikdə işğal olunmuş Azərbaycan Torpaqlarının son qarışına kimi azad olunması, qaçqın-köçkünlərin dədə-baba yurdlarına qovuşması tarixyüklü vəzifəsi aiddi.

Ulu öndər dünyasını dəyişəndən sonrakı illərdə Azərbaycanı Qlobal dünya hakimlərinin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda əhəmiyyətli gücə malik ölkələr sırasında xüsusi önəm verdikləri bir dövlətə çevrilməklə bu inamı təsdiqləmişdi.

Cənab İlham Əliyev Müstəqil Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilməsinə nail olmaqla da bu inamı təsdiqləmişdi!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 18 aprel tarixində And içmə mərasimindəki nitqində şərh olunmuş həqiqətlər - “Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək”( Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 2018-ci il 18 aprel tarixində andiçmə mərasimindəki nitqi. https://www.president.az/articles/28019)-, böyük Ulu öndər inamına sədaqəti, bu inamın təsdiqini bir daha göstərirdi.

Beləcə, Ulu öndər Heydər Əliyevin ölkədə və dünyada mürəkkəb və gərgin hadisələrin cərəyan etdiyi bir vaxtda sonsuz çətinliklər bahasına qurduğu gənc Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ata - sələf vəsiyyətini tamamlaması, inamı təsdiq etməsi, etibarı doğrultması üçün bir Zəfəri qalırdı – işğal altında olan müqəddəs torpaqlarımızın mənfur düşməndən azad olunmasına nail olmaq.

Varis buna hər gün, hər saat hazırlaşırdı. Bu gün möhtəşəm Zəfər günündə dilə gələn kəlmələr o illərlə yol gələn məqsəddən, amaldam ucalır: “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə o xoş xəbəri qarşılayır. Biz məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq və toplamışıq - İqtisadi güc! Əgər iqtisadi güc olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqillik! Və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Eyni zamanda Ordumuzu gücləndirək” (ZƏFƏRİMİZİN TƏNTƏNƏSİ 2022-Cİ İL ŞUŞA İLİDİR https://anl.az/down/zeferimizin-tentenesi.pdf).

Gücləndi Azərbaycan və müqəddəs torpaqlarımız üstündə qondarma respublika elan etmiş, hələ azğınlaşaraq “Qarabağ Ermənistandır, nöqtə”, - deyən mənfur qəsbkar erməni “peşmanyan” hökumətinin və onun millət olmaq statusu xilqətən olmayan vandal erməni soydaşlarının yalvar-yaxarla əldə etdikləri Atəşkəs dövründə növbəti təxribatlarından sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qəti qərarını verdi.

Hər şeydə bir hikmət gizlənir. Bu bir cümləlik cinayətkar düşüncə ilə Allah bizim xalqın bir vaxtlar Ulu öndər Heydər Əliyevin rus imperiyasının sağ qolu olan A.Qromıkonun ona Dağlıq Qarabağın Ermənilərə verildiyini Azərbaycan xalqına Elan etməyi tapşırdıqda milli lider vətənpərvərliyilə anlatdığı – “Qarabağ Azərbaycanın olub, Azərbaycanın da olacaq”. Azərbaycanlılar yatmış aslanlardır, yaxşısı onları oyatmayın! – bəyanatında da əks olunmuş “yatmış aslan” xislətini canlandırdı.

İlham Əliyev ata vəsiyyəti - bu müdrik çağırışında var olan “yatmış aslan” xislətimizi canlandırdı.

Beləcə, Heydər Əliyevin “aslan” sözünün məna dərinliyində mərdliyini ifadə etdiyi yüzminlərlə gəncimiz - igid Aslan, Ali Baş Komandan cənab İlham Əliyevin - XXI əsrin sərkərdəsinin qərarına dərhal səs verərək “Qarabağ Azərbaycandır!”, “Ya Qarabağ, Ya ölüm” şüarları ilə küçələrə axışdı. Bir gün içərisində minlərlə döyüş gücü olan vətəndaşımız Milli Ordu sıralarına könüllü yazıldı. Baş tacımız Şuşada üçrəngli bayrağını dalğalandıran Azərbaycan Respublikası Müqəddəs torpaqları üzərindəki sərhəd bütövlüyünü bərpa etmək yolunda ən həlledici Qələbə zirvəsinə yetişdi!

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətində bəyan etdiyi - “Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Bu qələbəni biz döyüş meydanında qazandıq”, - sözləri xalqımıza və yeni zəhidlərimizlə bərabər dünyadan Qarabağ həsrəti ilə köçən bütün soydaşlarımızın ruhunu sevindirən bir müjdə oldu.

Bu Qələbə günü - ZƏFƏR bayramı 2020-ci il 8 noyabr gününə təsadüf etməklə Azərbaycanın yenilməzliyi möhtəşəm monolit Türk Birliyi ilə təsdiqlənir! Bir tarixi deyim var: “Türkün Türkdən başqa dostu yoxdur!”. Bu Zəfərimizin əsasında nəhəng Türkiyə Respublikasının bizə siyasi-mənəvi dəstəyi unudulmazdır. Türk soydaşlarımız bizə necə 100 il əvvəl köməyə gəlmişdilər yenə yetişdilər. Amma bu dəfə torpaqlarımızı xilas etdilər. 100 il əvvəl Azərbaycana Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatürkün böyük diqqəti ilə xalqımız erməni soyqrımından qurtulmuşdu, indi dünya nəhəngi - Türkiyə Respublikasının lideri Rəcəb Tayyib Ərdoğanın böyük siyasi dəstəyi ilə sərhədlərimiz bütövlüyünə qovuşdu. Atalar sözümüz var, “İlan ulduz görməsə, ölməz”!.. Təsadüfi deyil ki, Türkiyəni Azərbaycanın arxasında dağ kimi dayanan görən, nəhəng Türkiyənin siyasi, mənəvi dəstəyi ilə Azərbaycanın apardığı möhtəşəm müharibədə məğlub olan Ermənistan təkcə hərbi cəhətdən deyil, çox sahələrdə süqut etdi. Onun “dənizdən-dənizə” xülyaları bütünlüklə suya düşdü və çətin bir də o, talan iddialarına düşə...

Türkiyə Cümhuriyyətinin böyük lideri Rəcəb Tayib Ərdoğanın 80 milyonluq nəhəng Türkiyənin “Can Azərbaycan!” nidası ilə vuran ürəklərinin səsinə səs verən “biz Azərbaycan xalqının yanındayıq!”, eyni zamanda Müstəqil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyevin xalqımıza müraciətlərində Türkiyə-Azərbaycan qarşılıqlı əməkdaşlıq münasibətlərini, ən əsas bir millət olmağımızı - qandaşlığımızı yüksək qiymətləndirməsi Türk Birliyinin yeni əsrdə böyük tarixi qələbəsini təsdiq edir.

Yeri gəlmişkən qeyd edim ki, son bir neçə ildə Türkiyədə demək olar ki, hər gün müharibə - şəhid xəbərləri izlədikcə və “Vətən sağ olsun!” başsağlıqlarını eşitdikcə, nə qədər ağır da olsa, Qarabağ uğrunda Vətən müharibəmizi, qanımız-canımız bahasına müqəddəs torpaqlarımızın geri alınmasını arzulamışam... Ölkədə, xaricdə çıxışlarımda “Sülh gözəldir, torpaqlar isə müqəddəsdir” ,- demişəm.

Xalqımızın Ulu öndəri Heydər Əliyev 1997-ci il 5 iyul tarixində Milli Təhlükəsizlik Orqanları əməkdaşlarının peşə bayramının təsis edildiyi gün keçirilmiş tədbirdə demişdir: “Bizim böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç bir yana əyə bilməsin, heç bir böyük dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir”( Respublika Təhlükəsizlik Orqanları Əməkdaşlarının peşə Bayramı Gününün Təsis edilməsinə həsr olunmuş Təntənəli Yığıncaqda Nitq. http://files.preslib.az/ projects/ toplu/ books/10.pdf).

27 il əvvəl deyilmiş bu fikirlərin əhəmiyyəti, dəyəri məhz onunla ölçülür ki, Müstəqil Azərbaycan Respublikasının dövlət rəhbəri, cənab İlham Əliyev öz üzərinə düşən siyasi varis, davamçı missiyasını şərəflə, əzmlə, dəyanətlə yerinə yetirdi.

Beləcə, Müstəqil Azərbaycsn Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyev 8 noyabr 2020-ci il tarixində 10 milyonluq xalqımızın və bütün dünya Azərbaycanlılarının, Türk soydaşlarımızın 30 il həsrətlə gözlədiyi ŞAD XƏBƏRİ: “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır” bəyanatını verməklə ona olan böyük inamı təsdiqlədi!. Cənab İlham Əliyev bu müjdəli Qələbə xəbəri ilə həm də Azərbaycan tarixinə XXI əsrin türk Fatehi, Azərbaycan Sərkərdəsi kimi düşdü.

İndi Azərbaycan güclü siyasi varis cənab İlham Əliyevin rəhbərliyi altında həm azad olmuş torpaqlarımızda, həm də bütünlükdə ölkə miqyasında böyük quruculuq işləri aparılır.

Dünən – 7 fevral 2024-cü il tarixində Azərbaycan xalqının sonsuz coşqu ilə səsvermə məntəqələrinə axını xalqımızın ümümmilli lideri, Ulu öndər Heydər Əliyevin siyasi varisi, həmçinin övlad varisi cənab İlham Əliyevə böyük inamını əks etdirirdi. Cənab İlham Əliyevin hələ natamam sayılmış seçki bülletenlərinə görə öz rəqiblərini arxada qoyaraq 93 faiz səs toplaması Dövlət-Xalq-Lider birliyi və həmrəyliyinin bariz ifadəsi idi.

Bunu dünyanın dörd bir tərəfində Azərbaycan vətəndaşlarının yekdilliklə cənab İlham Əliyevə səs vermələri, xarici müşahidəçilərin və dünya siyasətçilərinin media vasitəsi ilə açıqlamaları da təsdiqləyir.

Bu gün Azərbaycan Respublikasının hər bölgəsi üçrəngli bayraqlarımızla bəzədilib. Zəfər şənliklərinin sayı-hesabı yoxdur. Xalq öz iradəsinin seçimi cənab İlham Əliyevi və əsl bayram əhval-ruhiyyəsi ilə bir-birini təbrik edir.

Ürəklərin sevinci tarixə yeni bir səhifə yazır: Cənab İlham Əliyevin qarşıdakı 7 illik prezidentliyi dövründə Azərbaycanın tarixinin daha bir önəmli hadisəsi – Qərbi Azərbaycan probleminin həlli ilə bağlıdır. Azərbaycanın Qərbi Azərbaycan torpaqlarından didərgin düşmüş milyonlarla insanının həsrətlə gözlədiyi o gün də gələcək!

Avropada yaşayan Azərbaycanlıları, Türk qardaşlarımızı düşünərək yazdığım bu məqaləni Allaha dualarımla bitirirəm: Allah Müstəqil Azərbaycan Respublikasının qüdrətli Lideri – bizim hamımızın Prezidenti cənab İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür versin, Dövlətimizin, Xalqımızın tərəqqisinə bağlı Dövlət Rəhbəri, Siyasi Lider fəaliyyətində bitib-tükənməz əzm, iradə, qətiyyət nəsib etsin!

© Mənbə: www.science.gov.az saytı 08.02.2024 17:48
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
4-04-2024, 10:03
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4-04-2024, 09:55
Texnologiyanın sürəti gənclərlə yanaşı böyüklərə də təsir edir
3-04-2024, 10:31
Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930