BMT-nin Baş katibi təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisini təyin edib
Siyasət
Oxunub: 498
3 iyl 2021 | 11:10
Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib. Azərbaycan hökuməti təyinata razılıq verib.

Trend-in məlumatına görə, xanım Andreyeva BMT-də, habelə Avropa və Asiya ölkələrində icra etdiyi müxtəlif vəzifələr sayəsində beynəlxalq inkişaf, humanitar fəaliyyətlərin əlaqələndirilməsi, vəkillik və tərəfdaşlığın qurulması sahələrində 21 illik təcrübəyə malikdir. Yeni təyinatından əvvəl Kambocada BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAİDS) rəhbəri olmuş Vladanka Andreyeva eyni zamanda BMT-nin həmin ölkədəki İdarə Heyətinin COVİD-19 pandemiyası ilə bağlı hazırlıq və cavab tədbirlərinə cavabdeh olan qrupuna başçılıq edib. O, həmçinin dəlillərə və insan hüquqlarına əsaslanan, eləcə də gender məsələlərinə həssas proqramların icrasını gücləndirmək üçün UNAİDS-in Asiya-Sakit Okean regional ofisində strateji müdaxilə üzrə müşavir, UNAİDS-in Vyetnamdakı nümayəndəliyində monitorinq və qiymətləndirmə komandasının rəhbəri, BMT-nin İnkişaf Proqramında (BMTİP) Avropa və MDB ölkələri üzrə müşavir, habelə BMT-nin Şimali Makedoniyadakı rezident əlaqələndiricisinin müşaviri olub. Bundan öncə isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Humanitar Fəaliyyətlərin Əlaqələndirilməsi Ofisində (OCHA) çalışıb.

BMT-dən əvvəl Pharmaciens Sans Frontières qeyri-kommersiya təşkilatında çalışan xanım Andreyeva qaçqınlara humanitar yardımların göstərilməsini əlaqələndirib.

Şimali Makedoniyanın Müqəddəs Kiril və Mefodiy Universitetində təhsil almış Vladanka Andreyeva stomatologiya sahəsində bakalavr, ictimai səhiyyə sahəsində isə magistr dərəcələrinə yiyələnib.
BMT-nin Baş katibi təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisini təyin edib
Bu gün, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Bu gün, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
Bu gün, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Bu gün, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Bu gün, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr
Bu gün, 12:16
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Bu gün, 12:14
Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır
Bu gün, 12:11
İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib
Bu gün, 12:10
“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub
Bu gün, 12:08
Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib
Bu gün, 12:06
Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir
Bu gün, 12:05
Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq
Bu gün, 12:03
Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək
Bu gün, 12:02
Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib
Bu gün, 11:59
Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib
Dünən, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
Dünən, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
Dünən, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
Dünən, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
Dünən, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
Dünən, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
Dünən, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
Dünən, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
Dünən, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
Dünən, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
Dünən, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
Dünən, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031