Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar
Siyasət
Oxunub: 171
4 mar 2021 | 15:30
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar


Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir.
Bunu ölkə başçısına ünvanlanan məktublardan da görmək olar.

"Ölkə.Az" həmin məktublardan bir nçəsini təqdim edir:

Salyan şəhər 1 saylı məktəb-liseyin Tarix müəllimi Bəhram Mikayıl oğlu Bağırov

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar


Ərazilərin bərpa olunması və Böyük Qayıdış ritorikası

Bildiyimiz kimi, bir neçə ay öncə müzəffər odumuz erməni işğalçıları üzərində möhtəşəm qələbə qazandı. Bu qələbə xalqla cənab ali baş komandanın birliyi nəticəsində qazanıldı. İşğaldan azad olunmuş torpaqlara yenidən qayıdışımız, erməni işğalçıları üçün gözlənilməz oldusa da, bizim üçün bu qələbə gözlənilən idi. Cənab prezidentin illərdir orduya ayırdığı qayğı və diqqət öz bəhrəsini verdi. Bu gün isə bu torpaqlara yenidən qayıdış planları hazırlanır.

Bir neçə gün öncə, 2021-ci il fevralın 26-da cənab prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında hamımıza, eləcə də bizi izləyən dünya ölkələrinə bu barədə məlumat verildi. Cənab prezident işğaldan azad olunmuş torpaqlara yolların çəkilməsi, infrastrukturun yenidən bərpa olunması yolunda addımların artıq başlandığını qeyd etdi. İnşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu çəkildiyini bildirdi. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən Aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin etmək üçün nəzərdə tutulub. Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlarını qeyd etdi. Eyni zamanda, bu bərpa işlərinə bütün vətədaşlar və maraq göstərən ölkələr cəlb oluna bilər.



Prezident qeyd etdi ki, dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunacaq. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlısifarişlər artıq edilib. İşin həcmi çox böyükdür. 10 min kvadrat kilometrdən çox ərazi azad edilib. Buna görə Azərbaycanın bütün dostları üçün kifayət qədər işin olduğu vurğulandı. Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacağı da cənab prezident tərəfindən vurğulandı. Bildiyimiz kimi, irimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqlarının tikilməsinin nəzərdə tutulduğu da prezident tərəfindən qeyd olundu.
Cənab prezident çıxışında çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olunacağınıda qeyd etdi. Aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlər də edildiyi açıqlandı. Mətbuat konfransında prezident Qarabağın böyük kənd təsərrüfatı potensialı olduğunu dilə gətirdi. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkildiyi açıqladı.

Cənab prezident konfransda Qarabağ alternativ enerji mənbəyinə çevriləcək – deyə boşuna məlumat verməmişdi. Hələ müharibədən əvvəl Azərbaycan bərpa olunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb; Qarabağ “yaşıl enerji” zonasıdır. Məhz azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik.



Konfransda cənab prezident Qarabağın regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcəyi barədə məlumat vermişdir.İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur inşa olunacaq. Füzulidə aeroportun tikilməsi artıq başlanıb. Ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlanıb. Aeroportun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq. Bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb. Vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Pilot layihələrin icrası da başlanıb. Bir layihə - “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər.

Cənab prezident həm də əlavə etdi ki, Reallaşacaq layihələrdə müasir texnologiyaların potensialına geniş müraciət olunacaq. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlaravəsait ayrılır. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir.


X X X

Salyan şəhər sakini, ziyalı Babayev Əliqulu Süleyman oğlu

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar


Azərbaycan Republikasının prezidenti Ali Baş komandan İlham Əliyevin 26 fevral 2021-ci il müsahibəsini dinləyərkən:

Bildiyimiz kimi, 2021-ci il fevralın 26-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirmişdir.


Media nümayəndələrinə müraciət edən ölkə başçısı ilk olaraq 26 fevral günü Xocalı soyqırımının 29-cu ildönümü olduğunu söyləyərək bu, soyqırımın XX əsrin ən dəhşətli cinayətlərindən biri olduğunu, soyqırım nəticəsində 613 mülki şəxsin erməni hərbi cinayətkarları tərəfindən qətlə yetirildiyini bildirmişdir. Cənab İlham Əliyev çıxışına davam edərək qeyd etmişdir ki, Xocalı soyqırımını törədən erməni hərbi cinayətkarlarının bir çoxu 2-ci Qarabağ döyüşlərində Azərbaycan ordusu tərəfindən məhv edilərək öz layiqli cəzalarını almışlar. Daha sonra İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə olan və çəkilişlər aparan yerli və xarici jurnalistlərə öz təşəkkürünü bildirmişdir. Daha sonra jurnalistlər Prezident İlham Əliyevə suallar ünvanlayıblar. Müxtəlif səpkidən olan sualları cavablandıran Prezident İlham Əliyev xüsusilə 44 günlük Vətən müharibəsi və ondan əvvəl baş verən siyasi hadisələr , o, cümlədən 10 noyabrda Azərbaycan – Rusiya – Ermənistan arasında bağlanmış üçtərəfli sazişin mahiyyəti, saziş imzalandıqdan sonra bəzi erməni terrorçularının Dağlıq Qarabağ ərazisindən terrorçuluq fəaliyyəti barədə məlumat vermişdir. Sualları cavablandıran ölkə başçısı əsas diqqətin işğaldan azad olunmuş ərazilərdə aparılan infrastruktur layihələri yönəldiyini, həmin ərazilərin yenidən bərpası üçün xarici şirkətlərin ölkə dəvət olunduğu və burda onların fəaliyyəti üçün bütün növ imkanların olduğunu qeyd etmişdir. Mətbuat konfransı bir çox özəlliyi ilə yadda qalmışdır. İlk öncə vurğulamaq lazımdır ki, mətbuat konfransı 4 saatdan artıq davam etmiş, konfransda 35 media qurumunun 50-dən artıq jurnalisti iştirak etmişdir. B. Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında qeyd etmişdir ki, 25 illik jurnalistika fəaliyyətində hər hansı prezidentin dörd dildə, Azərbaycan türk, ingilis və rus dilində mətbuat konfransı keçirməsinin şahidi olmayıb. Bu konteksdən yanaşaraq prezident İlhah Əliyevin rekorda imza atdığını qeyd etmişdir.

X X X

Salyan rayon Qardili kənd tam orta məktəbin direktoru Faiq Çobanov

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar


Möhtərəm Prezident İlham Əliyevin düşünülmüş uğurlu siyasi mövqeyi artıq bütün dünya siyasətçilərinin diqqətini cəlb etmiş, onlar üçün bir örnək mənbəyi olmuşdur . Cənab İlham Əliyevin gələcək perspektivləri onu göstərir ki , o təkcə Azərbaycanda yox bütövlükdə regionda lider dövlət başçısıdır. Cənab İlham Əliyevin yerli və xarici jurnalistlərlə 4 saat, 4 dildə davam edən mətbuat konfransı nəinki Azərbaycanda hətta dünyada diqqət mərkəzində idi. Bu qədər uzun bir müddətdə səlis şəkildə sualların cavablandırılması prezidentimizin yüksək vətənpərvərliyindən , ölkəsinə və xalqına olan məhəbbətindən irəli gəlirdi. Məhz 26 Fevral Xocali faciəsinin 29 –cu ildönümü günü cənab prezidentin mətbuat konfransı keçirməsi təsadüfü deyildi. Bununla Prezident dünyaya mesaj ötürür, bütün fikirləri növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqrımı siyasətinə yönəldirdi.

Mətbuat konfransı işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin xarici media vasitəsilə dünya ictimaiyyətinə çatdırılması baxımından da çox önəmli idi. Dövlətimizin başçısı Azərbaycanın azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar barədə ətraflı məlumat verdi , erməni vandalizminin iç üzünü bir daha açdı. Bundan başqa Prezident azad edilmiş ərazilərdə görülən bərpa- quruculuq işləri barədə ətraflı məlumat verdi. Eyni zamanda müharibədən sonrakı proseslərin təkcə Azərbaycanın inkişafı üçün deyil , bütövlükdə Qafqaz regionunun inkişafında təkan olacağını bildirdi. Füzulidə tikilən aeroport məsələsinə toxunun İlham Əliyev aeroportun beynəlxalq hava limanı olacağı barədə məlumat vermiş , aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolunun tikilməsi, həmin yollardan birinin adının "Qələbə yolu" adlandırılması haqqında da məlumat bildirmişdir. Cənab İlham Əliyev nisbətən Aran ərazisindən keçən digər yolda da aeroportdan birbaşa gediş- gəliş olacağı , həmçinin xaricdə yaşayan soydaşlarımızın və xarici ölkə vətəndaşlarının Qarabağa gəlmək imkanı qazanacaqlarını da diqqətə çatdırmışdır. Eyni zamanda Prezident aeroportun təkcə Füzulidə deyil, Laçın və Zəngilanda da tikilməsinin planlaşdırılması barədə fikirlərini jurnalistlərə çatdırmışdır. Cənab Prezident azad edilmiş torpaqlarda böyük iqtisadi layihələrin icra olunacağı barədə danışarkən vurğulamışdır ki, infrastruaktur yaradılmalı , binalar inşa edilməlidir, o cümlədən məktəblər , xəstəxanalar tikilməlidir. Bunun üçün isə qüvvələr səfərbər edilməlidir. Prezident minlərlə kilometr avtomobil yollarının çəkiləcəyi, elektrik enerjisi ilə bağlı layihələrin bu ilin sonuna qədər icra ediləcəyi barədə, eyni zamanda içməli su, kənd təsərrüfatı və inşaat işləri barədə də jurnalistlərə məlumat vermişdir.

Biz əminik ki, İlham Əliyev cənablarının apardığı bu siyasət işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulacaq şəhərlərin, rayonların sülh və əminamanlıq, eləcə də əməkdaşlıq şəraitində inkişafı təkcə bizim regionumuz üçün yox, dünya ölkələri üçün bir örnək olacaq. Qarabağ yenidən cənnət - məkan, dilbər guşəmiz kimi nəinki ölkə vətəndaşlarını, həmçinin xarici dövlətləri heyran qoyacaq. Ali Baş Komandamız sayəsində inanırıq ki, bu tarixi qayıdışımız əbədi olacaq.

X X X

Kürçaylı Məmmədov, Salyan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar


“Qarabağda böyük iqtisadi layihələr icra olunacaq”

Mən hərbi xidmətimi Ağdamın Yusifcanlı və Mərzili kəndlərində keçirmişəm. Bu sarıdan başqa ərazilərimiz kimi Ağdam mənə çox doğmadır. Ağdam rayonunun müxtəlif xarici mənbələrdə “ruhlar şəhəri” kimi qeyd olunması əbəs deyildi. Təkcə bu rayonun foto və videogörüntülərinə yox, həm də Google Mapdan ərazilərinə baxsaq “ruhlar şəhəri” ifadəsinin nə qədər real olduğunun fərqinə varmış oluruq. İndi Kəlbəcər, Laçın, Füzuli, Zəngilan və başqa yurd yerlərimiz kimi Ağdam da bizimdir. Düşmənin başını əzən “Dəmir Yumruq” qədim və əzəli Azərbaycan torpağı olan Qarabağı bizə qaytardı. Əlbəttə, Ali Baş Komandan, cənab İlham Əliyevin cəsarəti, müzəffər ordumuzun rəşadəti sayəsində. Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri ilə keçirilən dörd saatlıq görüşündə də məhz bu mövzuların qabarıq şəkildə aydınlaşması əbəs deyildi. Bu, 10 milyonluq qədim bir xalqın zəfər gücünün dünyaya tanıdılması idi.

Fevral ayının 26-da Möhtərəm Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında çıxışında bildirdiyi kimi “Qarabağda böyük iqtisadi layihələr icra olunacaq” cümləsi əslində həm də xalqının 30 ildir gözlədiyi, həyata keçirmək istədiyi arzularından təkcə biridir. Təbii ki, bu böyük bir zaman tələb edir və cənab prezidentin dediyi kimi Azərbaycanın yarışacağı əsas tərəf müqabili zamandır. Zaman keçəcək, dağıdılmış Ağdam, Laçın, Zəngilan kimi şəhər və kəndlərimiz yenidən qurulacaq, çiçəkləyəcək. Bu yaz Şuşada xarıbülbül fərqli açacaq. Azad Şuşamızda bülbüllər azad nəğməsini oxuyacaq. Qeyd edim ki, işğaldan azad olunmuş ərazilərdə müasir infrastrukturların inşası həm də xarici investorları Azərbaycana cəlb edir. Bu, təsadüfi deyil. Çünki Azərbaycanda mültikultural muhit hökm sürür. Burada əsrlərdir onlarla xalqın nümayəndəsi mehriban şəraitdə yaşayır, çalışır. Bir sözlə, Azərbaycan multikultural siyasətini dövlət siyasəti hesab edən nadir dövlətlərdəndir. Məsələn, Füzuli bir əyalət şəhəridir. Əyalət şəhərində beynəlxalq hava limanının tikilməsi prosesi multikulturalizm siyasətinin tərəflərindən biridir. Təsadüfi deyil ki, bu hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq. Şuşa isə mədəniyyət paytaxtımızdır. Dünyanın mədəniyyət paytaxtımıza açılan qapısı məhz Füzuli Beynəlxalq Hava Limanından başlayır. Bu, böyük siyasətçinin böyük siyasətinin, məqsədinin nəticəsidir. Cənab prezident İlham Əliyevin məhz bu təşəbbüsü sayəsində mədəniyyət günəşi doğma Azərbaycanımızın Şuşasından dünyaya işıq saçacaq.

X X X

Leyla Ələkbərli, Salyan rayon sakini

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar


Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Xocalı soyqırımının il dönümündə şəhidlərimizi həm zəfər qüruru, həm də kədər hüznü ilə yad etdi. Bir çox ölkədən 50 – yə yaxın jurnalistin qatıldığı mətbuat konfransında Prezident İlham Əliyev sualları 4 saatdan artıq müddətdə və 4 müxtəlif dildə cavablandırdı. Dağlıq Qarabağ savaşı, Ermənistandakı vəziyyət, digər ölkələrlə münasibətlərə dair açıqlamalar verildi. Cənab Prezident Ermənistanda yaranmış vəziyyətə baxmayaraq 10 noyabrda imzalanmış bəyanatın bütün bəndlərinin icra ediləcəyini, əks təqdirdə Ermənistanın daha da ağır vəziyyətə düşəcəyini, Ermənistan qarşısında seçim olmadığını qeyd etdi. Onların yeni reallıqlarla barışmalı və hesablaşmalı olduğunu bildirdi. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yeni obyektlərin təməlini qoyulacağını bildirməsi beynəlxalq aləmə ciddi mesaj kimi qəbul edilir. Bu ərazilərə səfəri zamanı verdiyi bəyanatların iqtisadi – siyasi və hərbi əhəmiyyəti günü bu günə qədər şərh olunur. Prezidentimiz bununla bütün dünyaya bəyan edir ki, bu torpaqlar əzəli və əbədi olaraq bizimdir, ona görə də düşməndən fərqli olaraq onu dağıdaraq viran qoymuruq,əksinə, yenidən qururuq və cənnətə çevirəcəyik. İnsan heç vaxt özünə məxsus olanı dağıtmaz, deməli, bu ərazilər ermənilərə deyil, bizə məxsusdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional liderliyi son 17 ildə iqtisadiyyatına 3 dəfədən çox böyütməsi, regional neft – qaz və nəqliyyat – logistika layihələrinin gerçəkləşdirilməsi ilə sübut olunmuşdur. İşğaldan azad edilmiş torpaqlar, oradakı faydalı qazıntılar, su və meşə resursları Azərbaycanın iqtisadi gücunu artıracaq. Xüsusəndə Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi islahatların daha da dərinləşdirilməsi üçün əsasları gücləndirir. Cənab Prezident çıxışında bildirdi ki, Ermənistan Azərbaycanla resurs müharibəsinə və silahlanma yarışına hazır deyil. Bu, Ermənistanı taqətdən salır və tükəndirir. Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq.

X X X

Nübar Bayramova, Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar


Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün geniş miqyaslı mətbuat konfransı keçirdi.

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50- dək sualını cavablandırıb. Prezident İlham Əliyev jurnalislərin dörd dildə - Azərbaycan, Türk, ingilis və rus dillərində suallarını cavablandırıb. Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prizdentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirib. Bütün dünya bir daha Prezidentimizin savadlı və güclü siyasətçi olduğuna şahid oldu. Tarixə “Dəmir yumruq” əməliyyatı adı ilə düşən 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. Ermənistan silahlı birləşmələrinin törətdikləri növbəti təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları qısa zaman ərzində gücümüzü nəinki düşmənə, bütün dünyaya göstərdi. Rəşadətli Azərbaycan Ordusu uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad etdi. İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır. Azərbaycan güclü dövlətdir və bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək.

İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə strukturunun yaradılması onu deməyə əsas verir ki, bərpa prosesi çevik və təxirə salınmadan həyata keçiriləcək. Yeni idarəetmə modelinin tətbiqinə ilk olaraq Şuşada başlanıldı və Prezident İlham Əliyev Şuşa şəhərinə xüsusi nümayəndə təyin etdi. Yüksək və müasir standartlarla həyata keçiriləcək bərpa-quruculuq işləri nəticəsində Şuşa həm regionun, həm də bütün dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Dövlətimizin başçısının vurğuladığı kimi, biz Şuşanı dirçəldəcəyik.

Bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb. Vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Pilot layihələrin icrası da başlanıb. Bir layihə - “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Öz doğma yurdlarından məcburi çıxarılmış vətəndaşlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Azərbaycan Respublikası Prezidentimiz Ilham Əliyevin güclü və uzaqgörən siyasəti nəticəsində regionun ən inkişaf etmiş dövlətinə çevriləcək.

X X X

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəbnəm Kərimli

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar


Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq!

Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbir 4 saatdan çox davam etdi. Azərbaycan Prezidenti mətbuat konfransında natiqlik məharətini nümayiş etdirərək bütün suallara səlis, əsaslı arqumentlərlə, məntiqli cavablar verdi, güclü liderlərə, böyük dövlət xadimlərinə xas peşəkar xüsusiyyətləri ilə xarici media nümayəndələrini bir daha heyrətləndirdi. Konfrans zamanı cənab Prezident bildirib ki, Azərbaycan üçün ilk və ən vacib mərhələ 30 il əvvəl doğma yurdlarından qovulmuş vətəndaşların - məcburi köçkünlərin azad edilmiş torpaqlara geri qaytarılmasıdır. “Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar da. Noyabrın 10-da imzalanmış Bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar”, - deyə dövlət başçısı qeyd edib. Bu konfrans beynəlxalq informasiya məkanında yeni bir qələbə idi . Bu konfrans beynəlxalq aləmdə Azərbaycana artan maraq dairəsinin genişliyindən xəbər verirdi. Nəhayət torpaqlarımızı azad etmək üçün böyük bir addım atıldı . Bu şanlı Vətən savaşının sonunda Ermənistan tərəfindən işğal edilmiş 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olundu. Hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidirdik, Hər gün bu xəbərləri səbirsizliklə gözləyirdik. Açıqlanan şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmət və mübarizənin durduğu, bu qalibiyyətin nələrin hesabına başa gəlməsinin hər kəs fərqində idi.Hal hazırda Böyük qələbədən sonra Dağlıq Qarabağın dirçəldilməsi mövzusu aktuallaşıb .Bu gün demək olar ki, dünyanın hər yerindən ölkəmizə maraqlar tuşlanıb. 35 ölkəni təmsil edən jurnalistlərin dövlət başçımıza ünvanladığı 50-dən çox sualın əksəriyyəti məhz regiondakı bugünkü reallıqlar barədə idi.

Konfrans zamanı jurnalistlər, azərbaycanlıların ermənilərin törətdikləri vəhşiliklərdən sonra onlarla birlikdə yaşayıb-yaşamayacaqları ilə də maraqlanıblar. Cənab Prezidentin bu suala verdiyi cavab bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı sadəcə öz haqq savaşını aparırdı.

Azərbaycanın Dövlət-Ordu-Xalq Birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst elədi. Danışıqlar prosesində istədikləri şərtlərin hər birini sıfırladı. Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq! Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik! Bununla nə qədər fəxr etsək azdır.

Yaşasın Azərbaycan!

Yaşasın Azərbaycan xalqının Fatehi cənab İlham Əliyev!

Qarabağ Azərbaycandır!
Bu gün, 11:37
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
Bu gün, 11:33
Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı abadlıq işləri başa çatıb -
Dünən, 12:11
Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır
Dünən, 12:03
Azərbaycan alimləri Türkiyədə keçirilən simpoziumda iştirak ediblər
28-10-2024, 12:41
Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktik konfrans keçirilib
24-10-2024, 11:47
Tarixi dövrlərdə siyasi “İZM”lər konsepsiyası
24-10-2024, 10:37
Yasamalda memarlıq abidəsinin eyvanının uçmasına münasibət bildirilib
21-10-2024, 10:50
Ədəbiyyat İnstitutunun əməkdaşları Pantomim teatrında “Manqurt” tamaşasına baxıblar
20-10-2024, 18:02
İKİ TARİXÇİ ALİMİN AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN İMTNA ETMƏSİNİN ƏSASLARI
19-10-2024, 00:47
Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?
19-10-2024, 00:41
Tağı Əhmədov üçün çağırış daxil olduqdan yeddi dəqiqə sonra imtina edilib
19-10-2024, 00:19
Qaxda özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik biznes sahələrinə baxış olub
19-10-2024, 00:14
İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə birgə Bəyanat qəbul edilib
19-10-2024, 00:03
“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub
18-10-2024, 14:24
Gəncədə "Musiqi kimliyimiz" Layihəsi Aşiq Molla Cüməyə həsr olunub - FOTO
17-10-2024, 10:55
Yanvarın 1-dən minimum əmək haqqı bu qədər artacaq
17-10-2024, 10:41
MEK əməkdaşları beynəlxalq simpoziumda çıxış ediblər
17-10-2024, 09:52
“Məngələnata çox mühüm strateji yüksəklik idi...” – Füzuli şəhərini işğaldan azad edən hərbçilər danışır
17-10-2024, 09:40
Prezident İlham Əliyev Füzulinin azad olunması ilə bağlı paylaşım edib
17-10-2024, 08:13
Gənclər Kitabxanasında akademik İsa Həbibbəylinin 75 illik yubileyi ilə əlaqədar silsilə materiallar hazırlanıb
17-10-2024, 07:58
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
17-10-2024, 07:53
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransın materialları çap olunub
16-10-2024, 12:15
Milli Kitabxanada “Akademik İsa Həbibbəyli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub
16-10-2024, 12:11
75 yaşın yaradıcılıq şövqü
15-10-2024, 15:36
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
15-10-2024, 15:33
Sabahdan intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
14-10-2024, 18:14
ANONS! ANONS!ANONS! 2 TARİXÇİ ALİM AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN NİYƏ İMTNA ETDİ?!
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930