Abdulfatah Ravvas Qalajinin "Hələbin yaqutu" kitabı Məşhur Aleksandrin Kitabxanasına Qəbul Edilib
Dunya
Oxunub: 578
6 iyn 2021 | 12:28
Abdulfattah Ravvas Qalaji: Hələbin yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi görüşləri" kitabım Aleksandrina kitabxanası kolleksiyalarından biri oldu. Həmçinin bu əsərim mənim İslam Estetikasına Giriş kitabıma da daxil edilmişdir”.
Ərəb dünyasında Azərbaycan klassik şeirinin XIV əsr dahisi İmadəddin Nəsimiyə həsr olunmuş "Hələbin yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi görüşləri" kitabı Misirin Aleksandrin kitabxanasına qəbul edilib. Bu haqda kitabın müəllifi mşhur Surya alimi və yazıçısı Abdulfatah Ravvas Qalaji öz Facebook səhifəsində məlumat yayıb. O yazıb: “"Hələbin yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi görüşləri" kitabım Aleksandrina kitabxanası kolleksiyalarından biri oldu. Həmçinin bu əsərim mənim İslam Estetikasına Giriş kitabıma da daxil edilmişdir”.
Abdulfatah Ravvas Qalaji öz paylaşımında ““Hələbin yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi görüşləri" kitabı ilə maraqlananlara onun PDF formatını əldə etməyi tövsiyyə etmişdir.
Abdulfatah Ravvas Qalajinin  "Hələbin yaqutu"  kitabı Məşhur  Aleksandrin Kitabxanasına Qəbul Edilib
Qeyd edək ki, Abdulfatah Ravvas Qalaji 1938-ci ildə Hələbdə doğulmuş, orada ilk təhsilini almış, Dəməşq universitetini bitirmiş, uzun müddət Hələb Sənət Universitetində dərs demişdir. Qocaman alim və ədib Abdulfatah Ravvas Qalaji Ərəb Yazıçılar Birliyinin üzvü, beləcə Suriyanın tanınmış alim, yazıçılarından biridir. Onun "İslam estetikasına giriş", "Hələb - dünən və bu gün", "Sirli teatr", "Canlı operetta" elmi əsərləri, həmçinin "Quşların uçuşu" romanı, "Dəlilik fantaziyası" "Ayaqqabı təmirçisi", "Turist və qatar", "Gözəl ana" və çox sayda pyesləri və b. əllidən çox əsəri sırasında Azərbaycan mühacir mütəfəkkirləri haqqında - "İmadəddin Əl Nəsimi", "Hələbin yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi görüşləri" monoqrafiyası kimi "Əl Sührəvərdi - hikmət sahibi","Rumiyə gedən yol" əsərləri ərəb dünyasında məşhurdur.
Yeri gəlmişkən “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” monoqrafiyasını surətini AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Səadət Şıxıyeva 2008-ci ildə Hələb şəhərində Nəsiminin 640 illiyi münasibəti ilə təşkil edilmiş Konfransda olarkən əldə edib gətirsə də onu 11 il i gizlətmiş və eləcə də alimin“Rumiyə gedən yol” əsəri geniş ictimaiyyətə yalnız Suriya-Azərbaycan Dostluq Cəmiyyətinin təsisçisi və sədri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın təşəbbüsü ilə, virtual şəkildə yazıçını tapıb, ondan hədiyyə etməsini xahiş etdikdən, Cəmiyyətin üzvü – Hələb şəhərində yaşayan Rəşidə Bünyadzadənin onunla görüşüb və kitabları alıb beynəlxalq poçt vasitəsi ilə ölkəmizə göndərməsindən sonra təqdim olunmuşdur.
Beləliklə, Ə.R.Qaljinin Nəsimiyə həsr olunmuş, bu gün taraxi Aliksandrin kitabxanasının nadir kitabları arasında yer alan “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” o cümlədən “Yolu görən” pyesinin daxil olduğu “Rumiyə gedən yol” hazırda ölkəmizdə etibarlı əldədir və tərcüməçisini gözləyir.
Onu da qeyd edək ki, Ə.R. Qalajinin 2008-ci ildə kitabının surətini 1 Azərbaycanlı xanımın Hələbdə olarkən əldə edib apardığından ötən illər ərzində heç xəbəri belə olmayıb. Öyrəndikdə təəccüb edib və bizim kimi “bəs niyə üzə çıxarmayıb?” sualını verib. Haşiyə çıxaraq bir ehtimalımızı da tarixi qeyd kimi paylaşmaq istərdik. Bu ehtimalımız Qalajinin Azərbaycan – türk soyu ilə bağlıdır. Belə ki, Qalajinin əsərlərinin mövzu mənsubiyyəti içərisində türk şair və mütəfəkkirləri üstünlük kəsb edir. Bundan başqa onun Nəsimi sevgisinin dərin kökləri kimi Qalaji – Kalaji Soyadı da türk kökənindən xəbər verir. Məlumdur ki, qədim tarixlərə gedib çıxan Kalaci türk dövləti qəbilələrinin izləri Anadoludan Hind yarımadasına - Pakistana kimi uzanır. Ərəb dünyasının bu məşhur ziyalısı mənimlə yazışmalarında da bu ehtimalı güləndirən fikirlər ifadə edib. O, daim xalis ərəb olduğunu yazsa da nəsil səcərəsində bir babasının Türk Osmanlı ordusunda komandir olduğunu, digərinin Hələb Qalasının tikitisində iştirak etdiyini də bildirmişdir. Onun qənaətinə görə “Qalaji - qalaçı” soyadının kəlmə anlamı ordan qaynaqlanırmış... Qalajının qızının adına da ərəb qadın adları arasında rast gəlmirik: Ranaa. Bu günün özündə Türkiyədə Ağrı dağının cənb ətəyində, İstambulda olan Hallaç kəndləri və həmçinin Anadoluda digər Hallac kəndlərinin, hələ Pakistanda kök salmış Kalac türk nəsllərinin, o cümlədən Azərbaycanın Salyan rayonunda Aşağı Xələc, Yuxarı Xələc adlı kəndlərin olması, hətta “kəndin əhalisinin XVIII əsrin 20-ci illərində türk-ərəb mənşəli qəbilələrin geniş məskunlaşdığı Şamaxıdan köçüb gəlməsi” bizim ehtimallarımızı möhkəmlədir.
Beləliklə, Söz dahimizdən biri İmadəddin Nəsiminin Suriyada –600 il uyuduğu qədim Hələbdə dəyərini, qiymətini bilən və qələmin gücü ilə onu yaddaşlara, tarixə həkk edən Əbdülfəttah Rəvvas Qalajının 1991-ci ildə çap olunmuş “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” (Ərəb Yazıçılar Birliyi 86 səh. ) adlı monoqrafiyasının Misirin Aleksandrin kitabxanasına qəbul edilməsi bizi çox sevindirir.
Biz bu münasibətlə ustad Əbdülfəttah Rəvvas Qalajını təbrik edir və ona uzun ömür, cansağlığı, yaradıcılıq uğurları diləyirik.
16-10-2026, 13:01
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
16-10-2026, 12:42
Azərbaycan əhalisinin sayı açıqlanıb
16-10-2026, 12:08
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
16-10-2026, 12:06
Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
16-10-2026, 12:02
Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir
16-10-2026, 12:00
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir
16-10-2026, 11:58
Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb
16-10-2026, 11:38
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb
16-10-2026, 11:36
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
15-10-2026, 13:38
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
15-10-2026, 13:33
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
15-10-2026, 13:30
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib
15-10-2026, 13:27
Laos üzv dövlət qismində AQEM-ə qoşulub
15-10-2026, 13:23
AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf
15-10-2026, 13:17
Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək
15-10-2026, 13:16
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub
15-10-2026, 13:13
Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb
15-10-2026, 13:03
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
14-10-2026, 12:42
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
14-10-2026, 12:30
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
14-10-2026, 12:27
Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib
14-10-2026, 12:23
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
14-10-2026, 12:18
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
14-10-2026, 12:15
Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb
14-10-2026, 12:10
Vətən müharibəsinin xronikası: 14 oktyabr
14-10-2026, 12:08
Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir
13-10-2026, 13:31
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031