Xaricdən gətirilən bağlamalar gecikir: Problem gömrükdə, yoxsa karqo şirkətlərindədir?
Ölkə
Oxunub: 279
9 fev 2021 | 12:37
Xaricdən gətirilən bağlamalar gecikir: Problem gömrükdə, yoxsa karqo şirkətlərindədir?


“Poçt göndərişlərinin gömrük yoxlamasının uzun müddət ərzində aparılması ilə bağlı iddialar tamamilə əsassızdır”.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov gömrükdə məhsulların gecikdirilməsi və “Smart customs” tətbiqinin düzgün işləməməsi ilə bağlı iddialara cavab verərkən deyib.

O bildirib ki, sürətli poçt xidməti lisenziyasına malik olan şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən mal partiyasına gömrük nəzarəti tədbirləri mallar gömrük orqanına təqdim edildiyi andan bir neçə saat, maksimum bir gün ərzində həyata keçirilir və bağlamaların gecikdirilməsi isə daşıyıcı şirkətlərin öz işini düzgün qurmaması səbəbindən baş verir:


“Belə ki, bəzən daşıyıcı şirkətlər qanunvericiliklə müəyyən edilmiş dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatmış yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir.

Digər tərəfdən bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesində ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da, öz anbarlarına yerləşdirə bilmir”.

İdarə rəisi əlavə edib ki, bəzən terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu “gömrükdə” olaraq göstərir:

“Vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar göstərir ki, əslində bu hallarda mallar daşıyıcı şirkətlərin özündədir, lakin böyük həcmdə yükləri idarə edə bilmədiklərinə görə ona “gömrükdə” statusu verməklə “işgüzar imiclərini” qorumağa çalışırlar.

Hava gəmisinin maksimum uçuş müddətinin bir neçə saat sürməsinə baxmayaraq, daşıyıcı şirkətlərin bir bağlamanın yolda olma müddətini vətəndaşlara 5-10, gömrük yoxlaması statusunu isə bəzən 10-20 gün kimi bildirməsi məntiqsizliklə yanaşı, etibardan sui-istifadə etməklə insanları aldatmaqdır.

Həmçinin, Dövlət Gömrük Komitəsi bildirir ki, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bağlamalarının uzun müddət gömrük baxışında olduğunu iddia edən vətəndaşlar daşıyıcı şirkətlərin nümayəndələri ilə birgə malların saxlandığı anbara gələ, bağlamanın yubanması səbəblərini gömrük əməkdaşları ilə birgə araşdıraraq müəyyənləşdirə bilərlər”.

Bəzi poçt bağlamalarının əsassız olaraq saxlanılması ilə bağlı məsələyə də aydınlıq gətirən Natiq Axundov qeyd edib ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan poçt göndərişləri yalnız qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşdıqda, aidiyyəti dövlət orqanlarının rəy və icazələri tələb olunduqda, ya da qanunvericilikdə nəzərdə tutulan digər hallarda saxlanıla bilər:

“Fiziki şəxslər tərəfindən poçt və ya daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin gömrük rəsmiləşdirilməsi “Smart customs” mobil tətbiqi və “e.customs.gov.az” elektron portalı üzərindən həyata keçirilir və xaricdən edilən hər bir sifarişin gömrük orqanına bəyan edilməsi zəruridir.

Bütün gömrük əməliyyatları, o cümlədən gömrük ödənişləri onlayn qaydada həyata keçirilir və vətəndaşların gömrük orqanına gəlməsinə ehtiyac yoxdur.

“Smart customs” mobil tətbiqinin əsas üstünlüklərindən biri də məhz, aylıq 300 dollar limiti keçən zaman gömrük ödənişlərinin onlayn qaydada həyata keçirilməsidir ki, bu da vətəndaşların gömrük orqanlarına gəlməsi zərurətini aradan qaldırır. Hazırda bəyanetmə prosesində də heç bir problem yoxdur”.

O əlavə edib ki, yanvarın əvvəlində texniki problem yaranıb və vətəndaşlar bununla bağlı məlumatlandırılıb.

“Bəyanetmənin gecikdirilməsinə gəldikdə isə, o halda sifariş olunan məhsul anbarda saxlanılır və bəyan edildikdən sonra istehlakçı məhsulunu götürə bilər”.
13-03-2026, 15:43
"FƏLSƏFƏ" İNSTİTUTUNDA SAXTA ANTİPLAGİAT SİSTEMİ YAXUD DA "DƏRƏ XƏLVƏT, TÜLKİ BƏY(lər)"
13-03-2026, 12:09
Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
13-03-2026, 10:49
Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir
13-03-2026, 10:46
Bakı Forumunda qlobal böhranlar və çoxtərəfli əməkdaşlıq məsələləri gündəmdə olub
13-03-2026, 10:42
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
11-03-2026, 11:06
Karyeraya ilk addım: “Maarifçi” təcrübə proqramına qeydiyyat başlanır
11-03-2026, 10:46
MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir
11-03-2026, 10:35
Dünya birjalarında neft bahalaşıb
10-03-2026, 10:53
10 Mart - Milli Teatr Günüdür
10-03-2026, 10:51
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10-03-2026, 10:43
Azərbaycan neftinin qiyməti 103 dolları ötüb
10-03-2026, 10:40
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10-03-2026, 10:36
Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi
7-03-2026, 11:29
ANONS! ANONS! SEVİNC HƏSƏNOVANIN ANTİ-PLAGİAT KABUS SİSTEMİ VƏ YA
6-03-2026, 10:49
Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, telefon da
6-03-2026, 10:46
Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
6-03-2026, 10:45
Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır
6-03-2026, 10:41
Azərbaycan nefti 7 faizədək bahalaşıb
2-03-2026, 11:34
Azərbaycan və Omanın XİN rəhbərləri arasında regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb
2-03-2026, 11:31
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib
2-03-2026, 11:29
Astara sərhədindən növbəti təxliyə: Fransa, Tacikistan və Çin vətəndaşları ölkəyə daxil olub
1-03-2026, 10:53
BİRİ VARDI, BİRİ YOXDU... QƏDİM ZAMANLARDA BİR PADŞAH VƏ ONUN BİR QAROLÇUSU VARDI
23-02-2026, 16:39
TOLERANTLIQ GÖZƏL HİSSDİR! ANCAQ ƏDALƏTDƏN ÜSTÜN DEYİL VƏ ONU VURUB KEÇMƏMƏLİDİR!..
23-02-2026, 12:20
Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək
23-02-2026, 12:13
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23-02-2026, 12:09
AZƏRTAC-ın Azərbaycanda məşğulluğun artırılması haqqında reportajı Çin televiziyasında yayımlanıb
20-02-2026, 12:20
Prezident İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031