Tibb işçilərinin peşəkarlığının artırılmasına yönəlik qanun layihəsində bir sıra dəyişikliklər edilir
Ölkə
Oxunub: 237
29 apr 2025 | 13:05

Bakı, 29 aprel, AZƏRTAC

Sertifikasiya imtahanından keçə bilməyən tibb işçiləri üçün iş yeri və aylıq tarif (vəzifə) maaşı altı ay müddətində saxlanılacaq. Bu müddət ərzində işçi altı ayın sonunda yenidən sertifikasiya imtahanından keçmək hüququna malik olacaq. Həmin dəyişiklik bu sahədə fəaliyyətin davamlılığının təmin olunmasına və işçilərin hüquqlarının qorunmasına yönəlib. Əsas məqamlardan biri tibb işçilərinin peşə fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin daha aydın və konkret şəkildə tənzimlənməsidir.

AZƏRTAC xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşunda öz əksini tapıb.

Qeyd olunan dəyişikliklər təkcə leksik deyil, eyni zamanda, məna və məzmun baxımından da əhəmiyyətli yeniliklər ehtiva edir. Qanun layihəsinin əsas məqsədi səhiyyə və əmək qanunvericiliyinin təkmilləşdirilməsi, tibb mütəxəssislərinin peşəkarlığının yüksəldilməsi və bu sahədə davamlı inkişafa nail olunmasıdır. Layihə Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb və bir çox aparıcı ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Sinqapur və digər dövlətlərin təcrübəsinə əsaslanaraq işlənib. Sənəd səhiyyə sistemində peşəkar bacarıqların qiymətləndirilməsi və keyfiyyətli xidmətin təmin olunması baxımından əlavə mexanizm rolunu oynayacaq. Mahiyyət etibarilə çoxsaylı fundamental dəyişiklikləri əhatə edən bu qanun layihəsi tibb sahəsində hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılması və səmərəli fəaliyyətin təmin olunması məqsədini daşıyır.

Bu dəyişikliklər Azərbaycanda səhiyyə və əmək sahələrinin hüquqi tənzimlənməsində mühüm mərhələ olmaqla, tibb işçilərinin peşəkar inkişafını stimullaşdırmaq və əhalinin sağlamlıq xidmətlərinə çıxışını yaxşılaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Dünən, 15:15
AZƏRBAYCANIN ZƏFƏR BAYRAMININ 6-CI İLİ - TARIX , HƏQİQƏTLƏR VƏ REALLIQLAR
6-11-2026, 12:47
Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib
6-11-2026, 12:46
Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb
6-11-2026, 12:44
2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır
6-11-2026, 12:42
“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir
6-11-2026, 12:37
Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib
6-11-2026, 12:33
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib
6-11-2026, 12:31
Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb
6-11-2026, 12:29
Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb
6-11-2026, 12:27
Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır
6-11-2026, 12:26
Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb
6-11-2026, 12:25
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir
6-11-2026, 12:20
BDYPİ bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
6-11-2026, 12:18
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
5-11-2026, 13:02
Birləşmiş Ştatların sutkalıq neft hasilatı 14 milyon bareli keçib
5-11-2026, 13:01
Pakistan “ASAN xidmət” mərkəzləri şəbəkəsini genişləndirmək üçün Azərbaycanla əməkdaşlığı davam etdirir
5-11-2026, 13:00
“Azərişıq”da Özbəkistanın energetikləri üçün növbəti təlim olub
5-11-2026, 12:58
Sahib Ələkbərov: 2027-ci ilin qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat müəyyən edilib
5-11-2026, 12:57
Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib
5-11-2026, 12:55
Süni intellekt hazır məlumatlar olmadan yeni biliklər əldə edə biləcək
5-11-2026, 12:54
Səudiyyə Ərəbistanı Suriyaya 403 milyon dollardan çox güzəştli kredit ayırıb
5-11-2026, 12:53
ABŞ-nin neft ehtiyatları azalır
5-11-2026, 12:51
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb
5-11-2026, 12:43
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
5-11-2026, 12:41
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
4-11-2026, 11:14
Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
4-11-2026, 11:12
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30