Bakıda Ali Audit Qurumları Təşkilatının İdarə Heyətinin iclası keçirilib
Bu gün Bakıda Hesablama Palatasının (HP) ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) İdarə Heyətinin 25-ci, ECOSAI-ın Təlim Komitəsinin 20-ci Toplantısı keçirilib."Report" xəbər verir ki, toplantıdan əvvəl ECOSAI-ın İdarə Heyətinin (İH) və Təlim Komitəsinin toplantısının iştirakçıları Fəxri Xiyabanda olub, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub və Şəhidlər Xiyabanını ziyarət edib.
Sonra HP-nin sədri Vüqar Gülməmmədov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, ECOSAI-ın üzv Ali Audit Qurumları üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayıb və Azərbaycan tərəfinin region üzrə ümumi fəaliyyətlərdə verdiyi töhfə barəsində məlumat verib.
ECOSAI-ın Prezidenti olan Qazaxıstanın Respublika Büdcəsinin İcrasına Nəzarət üzrə Hesablama Komitəsinin üzvü cənab Nurlan Nurcanov açılış nitqi söyləyərək toplantının ümumi məqsədi barədə danışmış və toplantı iştirakçısı olan ali audit qurumlarını 2022-ci ilin avqust ayında keçiriləcək ECOSAI-ın Assambleyasına dəvət edib.
Toplantının qəbul edilmiş Gündəliyinə əsasən ECOSAI-ın Baş Katibinin 2019-2020-ci il üzrə fəaliyyət hesabatı və 2019 - 2020-ci illər üzrə ECOSAI-ın illik hesabları təqdim edilib.
ECOSAI-ın Təlim Komitəsinin 20-ci toplantısında isə Təlim Komitəsinin hesabatından sonra ECOSAI-ın xəbər bülleteninin nəşri haqqında Pakistan AAQ-ının məlumatı dinlənilib, üzv AAQ-lar arasında imzalanmış Anlaşma Memorandumları haqqında, ECOSAI-ın təlim fəaliyyətləri və ECOSAI-ın rəsmi internet səhifəsində xəbərlərin yerləşdirilməsi barədə müzakirələr aparılıb.
Toplantı N.Nurcanovun yekun nitqi ilə başa çatıb.
V.Gülməmmədov Toplantı iştirakçılarına səmərəli əməkdaşlıq üçün təşəkkürünü bildirib.
1994-cü ildə yaradılmış ECOSAI təşkilatının əsas məqsədi üzv ölkələrin Ali Audit Qurumları arasında bilik və təcrübə mübadiləsi, habelə seminar, konfrans, praktik məşğələlər və təlim kursların keçirilməsi ilə dövlət sektorunda auditin inkişafına xidmət etməkdir.
HP 2002-ci ilin sentyabrından ECOSAI-ın, 2016 və 2019-cu illərdə isə 3 illik müddətə təşkilatın İH-nin üzvü seçilib.
Dünən, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Dünən, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
Dünən, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Dünən, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Dünən, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr
Dünən, 12:16
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Dünən, 12:14
Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır
Dünən, 12:11
İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib
Dünən, 12:10
“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub
Dünən, 12:08
Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib
Dünən, 12:06
Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir
Dünən, 12:05
Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq
Dünən, 12:03
Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək
Dünən, 12:02
Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib
Dünən, 11:59
Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib
27-10-2026, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
27-10-2026, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
27-10-2026, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
27-10-2026, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
27-10-2026, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
27-10-2026, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
27-10-2026, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
27-10-2026, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
27-10-2026, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
27-10-2026, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
27-10-2026, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
27-10-2026, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib