ATB: “Azərbaycan pandemiya ilə yaranmış səyahət tələblərinə cavab verir”
İqtisadiyyat
Oxunub: 298
3 dek 2021 | 11:32

“Azərbaycan koronavirus (COVID-19) pandemiyası dövründə yaranmış səyahət tələblərinə cavab verir”

“Report” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid onlayn formatda keçirilmiş “Uzakrota” turizm sammitində “Turizm destinasiyalarının yenidən özünükəşfi” mövzusuna həsr olunmuş paneldə bildirib.

Baş icraçı direktor ənənəvi turizm növləri ilə yanaşı, haykinq, quş müşahidəçiliyi və “Slou Fud” səyahət marşrutu kimi davamlı turizm təkliflərinin ərsəyə gətirildiyini bildirib. ATB rəsmisi Qarabağın turizm potensialının bərpası üzrə planlaşdırılan işlərdən, həmçinin bu regionun zəngin tarixi və mədəni irsindən danışıb. Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan Florian Zenqstşmid hava sərhədlərin tədricən açılması ilə Azərbaycana səyahət edən türkiyəli vətəndaşların sayında artımın müşahidə olunduğunu bildirib.

Tədbir çərçivəsində “İşgüzar tədbirlər sənayesində qlobal strategiyalar” mövzusuna həsr olunmuş paneldə verilən sualları Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva cavablandırıb. O, Azərbaycanda işgüzar turizm sənayesi üzrə hazırkı vəziyyət, ölkəmizin növbəti illər üçün ev sahibliyi etmək hüququ qazandığı tədbirlər, eləcə də destinasiyaların təbliği üçün güclü strategiyanın vacibliyi haqqında məlumat verib.

Panellərdə Azərbaycanla birlikdə Türkiyə, Böyük Britaniya, Serbiya, Qətər və İsraili təmsil edən dövlət və özəl sektor nümayəndələri iştirak ediblər. Hər il təşkil olunan “Uzakrota” turizm sammiti turizm agentlikləri, hava yolları şirkətləri, hotellər, turizm sahəsində fəaliyyət göstərən startaplar və digər turizm sənayesi nümayəndələrini bir araya gətirən beynəlxalq sərgidir. 2020-ci ildə olduğu kimi bu il də onlayn formatda keçirilən tədbirdə MDB, Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrindən 10 mindən çox turizm mütəxəssisi və 400-ə yaxın spiker iştirak edib.
Dünən, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Dünən, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
Dünən, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Dünən, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Dünən, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr
Dünən, 12:16
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Dünən, 12:14
Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır
Dünən, 12:11
İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib
Dünən, 12:10
“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub
Dünən, 12:08
Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib
Dünən, 12:06
Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir
Dünən, 12:05
Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq
Dünən, 12:03
Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək
Dünən, 12:02
Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib
Dünən, 11:59
Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib
27-10-2026, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
27-10-2026, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
27-10-2026, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
27-10-2026, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
27-10-2026, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
27-10-2026, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
27-10-2026, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
27-10-2026, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
27-10-2026, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
27-10-2026, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
27-10-2026, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
27-10-2026, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031