Qurban Qurbanov: "Omoniya" ilə oyunda diqqətli olmalıyıq"

"Bu il Bakıda sonuncu avrokubok oyunumuz olacaq. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yaxşı səviyyədədir".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Kiprin "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis layiqli oyun göstərmək istədiklərini bildirib: "Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq. Rəqib oyun sistemində bəzi dəyişikliklər edib. Meydanda daha diqqətli olmalıyıq. "Omoniya"nın sürətli hücumçuları var. Bunun üçün diqqətli olmalıyıq".
Qurbanov UEFA Konfrans Liqasında iki oyunlarının qaldığını xatırladıb: "Bu matçın nəticəsindən asılı olmayaraq bütün hər şey son görüşdə məlum ola bilər. Bizə hər oyun çox vacibdir. "Kayrat"la evdəki və səfərdəki matçlar vacib idi. Hər ikisində qalib gəldik. . Sabahkı qarşılaşma da vacibdir. Futbolçularda arxayınlığın olmasını istəmirəm. Onlara hər matçda qalib gəlməyi və istəkli olmağı tapşırıram. Hər oyun kimi bu görüş də vacibdir. Amma "Bazel"lə İsveçrədəki qarşılaşma bundan da vacib olacaq. Hər oyunda diqqətli olmalıyıq. Mən və komanda "Omoniya" ilə qarşılaşmaya çox ciddi hazırlaşırıq".
Təcrübəli baş məşqçi oyun planında ciddi dəyişiklik olmayacağını sözlərinə əlavə edib: Bütün oyunlarda cüzi də olsa dəyişiklik olur. Öz sistemimizi qorumağa çalışırıq. Çox dəyişikliyi xoşlamıram. 1-2 dəyişiklik ola bilər. Komandanın daha da məsuliyyətli və diqqətili olmasını istəyirik.
Mütəxəssis rəqibdən böyüş dəyişiklər gözləmədiyini söyləyib: "Oyunlarını təhlil edirik, hansı matçlarda neçə dəyişiklik etdiklərini bilirik. Həm çempionatda, həm də avrokuboklarda eyni sistemlə oynayırlar. Hücumda müəyyən dəyişikliklər edirlər. Onlar üçün də bu oyun vacibdir. Hücum planında sistemi dəyişiblər. Bu amil bizə problem yarada bilər. Buna hazırlıqlı olmalıyıq. Rəqibin bütün oyunçularını futbolçularımıza aşılamışıq".
Qurbanov İsmayıl İbrahimlinin öz formasını bərpa etdiyini diqqətə çatdırıb: "Futbolçumuzun oyun praktikası çatmır. Onun avaş-yavaş meydanda olmasını istəyirəm. Oyunun gedişatına baxacağıq. Düzdün dəyişiklik lazım olduğu anda İsmayılı meydana buraxmağı düşünürük".
Baş məşqçi qış transfer dönəmində heyətə oyunçu ala biləcəklərini də gizlətməyib: "Futbolçu tapmasam, bu heyət yetərlidir. Oyunçulara həddindən artıq güvənirəm. Çox gözəl komandamız, istəkli futbolçularımız var. Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istəyirəm. Həm hücum xəttinə, həm də mərkəzə minimum iki oyunçu götürmək niyyətindəyəm. Amma olmasa belə, əlimdəki heyət yetərlidir. Gənc oyunçularımız da var. Sadəcə, ehtiyatlı davranmaq üçün bunu istəyirəm. Bəzən zədə, cəza, pandemiya dönənmində düşünmədiyin xəstəliklər ola bilər. Yenə də komandamdan razıyam, istənilən matçda maksimum gücümüzlə mübarizə aparmaq gücündəyik".
Mütəxəssis Ağdam təmsilçisinin fərqli turnirlərdə mübarizə apardığını bildirib: "Çətinlik çəkdiyimizi deyə bilmərəm. Futbolçuların təcrübəsi yetəri qədər artıb. Çempionatda az, avrokubokda isə çox azarkeş oyunlara tribunadan izləyir. Buna köklənmək bir az çətindir. Futbolçu yorğun olsa, azarkeş ona motivasiya verir. Bəzən heyətdə 3-4 dəyişiklik edirik. Bəzən əvəzləmə sayı az olur, elə olub ki, 5 oyunçu meydana buraxmaq istəmişəm. Futbolçular bu rejimə öyrəşiblər. Bu ay bizim üçün çətin olmayacaq. Çünki milli komandanın oyunları yoxdur. Bu hissədə matçlara hazırlaşmaqda elə çətinliyimiz olmamalıdır. Baxmayaraq ki, futbolçular ilin sonunda evə getməyi fikirləşir. Mənim üçün çətin odur ki, futbolçular evi fikirləşməsinlər".
O, Azərbaycan təmsilçilərinin Kiprdəki matçlarda təxribatla üzləşməsinə də toxunub: "Bela hallar futbolçuların mübarizəni daha da artırır. Azarkeşlərin çılğınlığı normaldır. Fransa çempionatında “Lion” – “Marsel” oyununda da bu tip hadisələr yaşanıb. Bunlar normal hallardır. Təxribat isə fərqlidir. Bizə qarşı başqa təxribatlar olub. Belə hallar mənim futbolçularımı, əksinə daha motivasiyalı edib".
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq
Dünən, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Dünən, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
Dünən, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Dünən, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Dünən, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr
Dünən, 12:16
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Dünən, 12:14
Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır
Dünən, 12:11
İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib
Dünən, 12:10
“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub
Dünən, 12:08
Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib
Dünən, 12:06
Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir
Dünən, 12:05
Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq
Dünən, 12:03
Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək
Dünən, 12:02
Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib
Dünən, 11:59
Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib
27-10-2026, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
27-10-2026, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
27-10-2026, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
27-10-2026, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
27-10-2026, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
27-10-2026, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
27-10-2026, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
27-10-2026, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
27-10-2026, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
27-10-2026, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
27-10-2026, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
27-10-2026, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib