AR MƏHKƏMƏ HÜQUQ ŞURASININ SƏDRİ CƏNAB İMAN KƏRİMOVA ŞİKAYƏT MƏKTUBU . Hakim Mehriban Əfəndizadə Cinayətin Açılması üçün Məktub vermir!..

Xatirə Quliyeva
2(005)-2649/2023 nömrəli iş üzrə İddiaçı
2-ci qrup əlil, fəlsəfə elmləri doktoru
ŞİKAYƏT
AR Məhkəmə Hüquq Şurasının sədri cənab İman Kərimov. Sizə bir neçə Şikayət ərizələri və Media vasitəsi ilə Müraciətlər ünvanladığm üçün bu Ərizədə hər şeyi təkrar yazaraq vaxtınızı almaq istəmirəm.
Çox qısa bildirirəm ki, ölkdə tüğyan edən Tikimti Şirkətlərinin sakinləri qaldatması cinayəti mənə və bacıma da tuş gəlib. Giyaslı Group MMC adlı Şirkət mənim və bacımın mülkiyyəti olan 3 hissədən ibarət təmirli 100 kv.m.dən çox obyekt əvəzinə düzəltdikləri - saxta müqavilədə (oturub bizimlə müqaviləə bağlamayıblar!) bizə 2 otaqlı və hətta təmirsiz mənzil verəcəklərini yazıblar. Məhkəməyə vermişik Hakim Mehriban Əfəndizadə əvvəl əsas olmayan müddəa ilə - pritenziya qaydasında müraciəti təsdiq edən sənəd təqdim etmədiyimizə görə Ərizəmizi qəbul etməyib. Tədim etdikdən 1 ay yarım sonra süni şəkildə İşi dayandırıb, vaxtı uzadıb. faktdır ki, iyulun 19-da İradəmin ziddinə - Ekspertizaya işin göndərilməsi əsası ilə artıq 3 aydır ki, məhkəmə dayandırılıb. Bu Şikayətdə də hakim Mehriban Əfəndizadənin daha başqa və cinayət tərkibli məsələni öz məqsədi olaraq həll etməməsindən Sizə şikayət edirəm.

Konkret olaraq bildirirəm ki, Biz Nərimanov rayon məhkəməsinə verdiyimiz İddia ərizəsində Vəsatətlər əlavə etdiyimizi yazsaq da, (məni həmin gün xəstəxanaya apardılar. Vəkil çağırdığı üçün yolüstü gəlmişdik) əlavə etməmişdik. Bir yandan səhhət problemlərim, bir yandan elmi işlərimin çox olması, 5 ayda 3 xarici ölkədə sfərdə olmağımın fiziki yorğunluğu... – unutmuşdum Vəsatətləri.
Hakim Mehriban Əfəndizadə 05 iyulda keçirdiyi 1-ci hazırlıq iclasında mənim Vəsatətimə əsasən İmza nümunələrimin götürülməli olduğunu bildirəndə mən onun davranışından, məhkəməyə qədər mənə 3 dəfə zəng edib, hətta imzalarımı götürmək üçün tək qaldığım bağ evinə gəlmək istəmiş İlham adlı Nizami rayon prokurorluğunun baş müstəntiqinin təzyiqindən şübhələndiyim üçün imtina etdim “Vəsatətimdən” və hakim nəzərə almadığı üçün əsəbləşdim, halım pis oldu, çıxdım zaldan. Vəkilimizə hakimə etiraz yazmasını desəm də açıq hiss olunacaq qədər hakimə tərəfkeşliklə etiraz yazmadı. Hakim Vəsatətin təmin olunmasına israr edib 2-ci hazırlıq iclası çağırdı. Həmin iclasda mənim imzalarımın vəkil Abuzər Səfərov tərəfindən məcburi alınması üçün süni 5 dəqiqəlik fasilə elan etdi. A.Səfərov başımın üstündə dayanıb mənə məcburi surətdə imzalarımı çəkdirdi. Mən ona “çəkdirdiniz, amma hakimə göstərəcəyəm, verməyəcəyəm, mahiyyəti üzrə baxsın”- dediyimdə o vərəqləri dərhal əlimdən alıb katibə verdi. Hakim sanki bunu gözləyirdi, zala daxil olub, müşavirə otağına gedirəm deyib, çıxdı. 1 dəqiqə sonra üzündə gülüş içəri girib qaşı tərəfin vəkilinə baxdı. O da hakimə baxıb gülümsəyəndə mən hakimə iradımı bildirdim. O, saymayıb Qərardadını elan etdi ki, “Xatirə Quliyevanın Vəsatəti təmin olundu. İş dayandırıldı”. Bu zaman mənim etirazımı da o qəti saya salmadı və əsas məsələ, iyul ayının 19-dan dayandırdığı İşi Məhkəmə Ekspetiza Mərkəzinə məhz tikinti şirkətinin əlaqə aça bilməsi məqsədilə sentyabr ayının 22-sində göndərdi. Bu müddətdə mən Sizə, MEM-nin rəisi cənab Elçin Qasımova, cənab Anar bağırova media ilə açıq məktublarım yayımlanırdı.
Nəhayət oktyabrın 10-nunda bizi AR Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə çağırıb mənim imzalarımı yoxladılar və Şifahi təsdiqlədilər ki, şirkətin mənə göndərdiyi və vəkillərinin məhkəməyə gətirdiyi (nöqtə-vergülünə kimi eyni olan) saxta müqavilədəki mənim əvəzimdən çəkdikləri imzalar mənə aid deyil. Hətta ekspert Nəsimi Əfəndiyev mənə 3 ay məni işimdən etmiş, səhhətimə zərbə vurmuş, Sizlərə ərizələr, media müraciətləri yazmağıma səbəb olmuş, dönə-dönə imtina etdiyim Vəsatəti göstərib soruşdu ki, bu Sizin imzadır?. Dəhşətə gəldim. Ekspert də, xətşünaslıq ekspertizası şöbəsinin müdiri də təsduq etdilər ki, Vəsatətdəki imza qətiyyən mənim imzam deyil. İş materiallarında olan bacımla mənim adımdan olan digər Vəsatətdə də imzalarımız saxtaalaşdırılmışdı.



Onu da qeyd edim ki, 26 oktyabrda Tikinti şirkətnin möhürünü espertiza şöbəsinin əməkdaşı Elza xanım və şöbə müdiri Natiq müəllim müdir müavini Altay müəllimin və MEM-in azı 5-6 digər əməkdaşının müşahidəsində, bizim iştirakımızla iekspertiza etdilər və əsas məsələ, Ekspertlər Şifahi surərdə hər iki saxta müqavilədəki möhürünün 99 faiz eyni olduğunu bildirdilər. 1 faizi də, “rəyi açıqlamaq yolverilməzdir”- deyə, saxladılar! Möhürün ekspertizasından əvvəl (Elza adlı eksperti gözlədiyimiz müddətdə) Giyaslı Group MMC-nin direktorunun imzasını xətt üzrə ekspert Nəsimi Əfəndiyev və eləcə də həmin şöbənin əməkdaşları ilə birlikdə həmin şəxsin iş materiallarında və bizdə da olan imzaları ilə müqayisə etdik, eyni və eyni idi imzalar.
Məqamı olduğu üçün qeyd edim ki, Giyaslı Group MMC direktoru da Ekspertizaya çağırılmışdı. Amma o və ya nümayəndəsi nədənsə gəlməmişdilər. Ola da bilər, necə dayanıılmış iş üzrə vəsatət verib, təklikdə iclas keçirdirlər, bəlkə burada da bunu edib, ayrı vaxt gəliblər... Ancaq mən həm MEM rəisi, cənab Elçin Qasımovun onların haram pullarının və Allahsız hərəkətlərinin təsirinə düşəcəyinə, həmçinin ekspertlərin 2 gün əvvəl ifadə etdikləri həqiqəti və gerçəyi təsdiqlərini danacaqlarına inanmıram, həm də həmişə fəxrlə dediyim kimi Azərbaycan hüquqi dövlətdir. Hamı bəzi haramla ucalmaq amallı ola bilməz! Üstəlik Allahın haram buyurduğu - qadın qulun haqqını tikinti kralları kimi ünsürlər yeyə bilərlər. Dövlətin belə məsuliyyətli vəzifə tapşırılmış 90 faiz məmurları qanunsuzluğa yol verməzlər, ədalətsizlik etməzlər!
Bundan başqa məntiq insan şüurunun işığıdır. Şüuru qaranlıq olmayanlar dərk emirlər ki, mənə göndərilmiş(saxta) və məhkəməyə gətirilmiş 2-ci(saxta) müqavilədə 1 nöqtə fərqi belə yoxdur. 2. Möhür düzəltdirmək üçün hüquqi sənədlər həmin hüquqi şəxslərdə olurvə xüsusən də tikinti şirkətləri 1 neçə (bina sökmək üçün, bina tikmək üçün, satış üçün və s.) möhür, hətta ştamp düzəltdirirlər. Mənə vəkilləri R.Səfərov hakim qarşısında onların üstündə Giyaslı Group MMC yazılmış qovluqda və setkada mənə göndərdikləri müqaviləni mənim düzəltdiyimi iddia edib. Belə çıxır ki, ya sənədlərini, ya möhürlərini oğurlamışam. Fəlsəfədə Zaman, məkan, hadisə" anlayışı var. Bu mənada nə vaxt, hardan oğurlamışam sənədlərini, möhürlərini?! Baxın görün necə ləyaqətsiz, böhtançı adamlardır.Allah onlara pulu verib vicdnlarnı, ağıllarını, məntiqlərini aiıb. Belə idi, bu ciddi vəsait və sənədlərin itdiyi barədə Elan verməli idilər! Belə idi, iddia ərizəsi onlara getdkdə qarşılıqlı iddia əərizəsi verməli idilər ki, İddiaçıların məhkəməyə təqdim etdikləri müqavilə saxtadır. Onlar isə dövlətin məhkəməsinə qanuna zid əlaqə yaradıblar. Mən hakimin davranışları, əsas da AR Qanun məcəllərini saymadığını, bu minvalla da indi məlum olduğu kimi təqdim etmədiyim, imzamın saxtalaşdırıldığı İmzamın ekspertiza edilməsi barədə Vəsatətdən tutub 3 ay da bitdi, İddiamıza baxıb qurtarmır. Artıq səhhətim çox pis vəziyyətdədir. Kim mənim səhhətimin yaxşı olduğunu düşünür ona öz vəziyyətimi arzu edirəm. Nə qədər Şikayət yazmaq olar?! AİHM-sinin bakı ofisi əməkdaşları məgər Sizdən hökmlüdür?! Həm də xəcalət çəkilməli məsələdir bu, hakim vəkillərlə əlbir olub ölkənin məhkəmə- hüquq sahəsini bizimlə heç də xoş münasibətdə olmayan Fransa qarşısında hörmətdən salır.
Hörmətli MHŞ sədri, Saxta Vəsatət məsələsinə qayıdıram. Biz imzaların bizə aid olmadığı haqda MEM-in Rəy verə bilməsi üçün Sizə, MEM rəisi cənab Elçin Qasımova, həmçinin Nərimanov rayon məhkəməsinə dəfələrlə yazılı və şifahi müraciət etsək də hakim M. Əfəndizadə tələbimzi rədd edir. Mən bu məsələni təkrar ictimailəşdrirəm . Budur, Vəsatətlərin surətlərini də təkrar yayımlayıram.
Baxın görün mənim və bacımın imzası necə saxtalaşdırılıb. Həm də mənim əvəzimdən çəkilmiş imza professional bir adamın imzasına oxşayır. bacımın əvəzindən bir başqası qol çəkib. Bizim vəkilin imzasını da verirəm.


Onun imzası deyil Vəsatətlərdə. Bəlkə də fərqli çəkib. Bunu hakim bilir və ya bilməlidir.
Hakimin Vəsatətlərdəki saxtalaşdırılmış imzalarımızın ekspertiza edilib Rəy verilməsi üçün lazım olan məktubu verməməsinə bəhanəsi budur:Vaxt uzanır! Sevinc Quliyevanın imzası olan Vəsatət təmin edilməyib ki?! Əsas məsələ 2 Vəsatəti - sənədi bizim əvəzimizdən KİMİNSƏ (?!) İMZALANMASIDIR! Savadlı, məntiqi olan, ədalətli-vicdanlı hakim belə cinayətə laqeyd ola bilər?!
May ayından bu günə kimi vaxtı uzadan özüdür. 3 gün də İddiaçılara görə uzansın vaxt! Hətta hələ iş materialları MEM-dədir. Mənim İmza nümunələrim 19 iyuldan hazırdır və qeyd etdiyim kimi 10 oktyabrda ekspert Nəsimi Əfəndiyev Vəsatətdəki imzamın mənə aid olmadığını müəyyən edib, hakim məktub versə bu üzə çıxan dəlil-cinayət faktı Rəyə əlavə olunar. Həm də MEM-in rəis müavini vəzifəsini icra edən Rəhim Rəhimovqarşı tərəfin möhürünün və direktor imzasının ekspertiza edilməsi üçün hakimə məktub verdiyi kimi xahiş edirik bizim üçün də versin. Bacımın imza nümunələrinin götürülməsi üçün hakimin 1 cümləlik məktubu yazması və ya telefonla icazə verməsindən sonra problem qanunla 3 günə həll olunacaq. Mehriban Əfəndizadənin təkidlə Vəsatətlərin ekspertiza edilməsi üçün məktub verməməsi mənim onun bu cinayətdə iştirak etdiyi ilə bağlı şübhələrimi dərinləşdirir. Fikrimcə, hakim ifşa olumamaq, yaxud da cəzalana biləcəyindən ehtiyat etdiyi üçün məktub vermir. Ancaq əsl cəza verəni unudub o!.. Bunu da unudub və ya bilmir ki, qanunlarımıza görə natariusda təsdiqlənməmiş saxta müqavilənin ləğvi üçün tərəflərdən birinin etiraz etməsi yetər. Heç qanunlarda İmzanın saxtalaşdırılması da yazılmayıb. Amma hakim gözəl qanunlarımızı saymadan 3 ayı keçdi mənim heeç imzalamadım Vəsatəti əsas götürüb İddiaya baxmır! Qazancı nədir, Allah bilir və mən Allahın onun ""məhkəməsini" etməsini istəyirəm. o bizə düşmənlərimiz var aa, onların hakimləri necə davranar, elə davranıb! indi də bəlkə də özünün düzəldib, imzaladığı Vəsatətin ekspertiza rəyinin verilməsinə mane olur!..
İkincisi də, alnı açıq olan hakim bizdən artıq maraqlı olmalıdır ki, doğrudan da İddiaçıların əvəzindən Vəsatətləri kim İMZALAYIB!!! Yadnan salmalıdır ki, mənim İMZALARIMI necə zorla alıblar! Necə tələblərimi saymayıb Vəsatəti təmin edib!!!
Mehriban Əfəndizadənin vəkillərlə əlbir olduğu barədə də media ilə Sizə və başqa səlahiyyət sahiblərinə şikayət etmişəm. Xatırlatmaq yerinə düşər:
1.BU DA HAKİM MEHRİBAN ƏFƏNDİZADƏ İLƏ VƏKİLLƏRİN İŞ BİRLİYİNƏ ƏYANİ SÜBUTLARLAR (https://cahanplus.com/gundem/5148-bu-da-hakim-mehriban-efendizade-ile-vekillerin-is-birliyine-eyani-subutlarlar.html
2. SİZƏ SIĞINIRIQ (https://teref.az/manset/297186-azerbaycan-respublikasi-mehkeme-huquq-surasinin-sedri-cenab-iman-kerimov-size-siginiriq.html),
3. O VƏKİLİ TAPIN VƏ ... I HİSSƏ” (https:// teref.az/ manset/293557-o-vekili-tapin-ve-i-hisse.html);
4. O VƏKİLİ TAPIN VƏ ... II HİSSƏ”( https://teref.az/manset/293558-o-vekili-tapin-ve-ii-hisse.html);
5. Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımova Açıq Məktub: "Xahiş edirəm bu dələduzluğun qarşısını alın..."(https://teref.az/manset/294523-mehkeme-ekspertiza-merkezinin-reisi-elcin-qasimova-aciq-mektub.html)
Hətta Avropa İnsan Haqqları Məhkəməsinin Bakı ofisinə 2 dildə Müraciət ünvanlamışam:
1.Avropa İnsan Haqları Məhkəməsinin bakı Ofisinəhttps://cahanplus.com/gundem/5124-avropa-insan-haqlari-mehkemesinin-baki-ofisine-sikayet.html
2.COMPLAINT to the Baku Office of the European Court of Human Rights.https://cahanplus.com/gundem/5125-complaint-to-the-baku-office-of-the-european-court-of-human-rights.html
Bir neçə Tv-də də çıxışlarım olub.
Bu da məndə təəssüf hissi oyadır ki, məhkəmə sədri qəti saymır şikayətlərimi. Bəlkə də o tapşırıb hakimə bu hərəkələri?! İndi də müdafiə edir!..
Bütün bunları yazaraq Sizdən növbəti dəfə xahiş edirəm ki, ədalətin bərqərar olması, cinayətin açılması məqsədilə mənim və bacım S.Quliyevanın İddiaçı olduğu 2(005)-2649/2023 nömrəli məhkəmə İŞİNİ nəzarətə götürəsiz, həmçinin S.Quliyevanın və mənim imzamızın saxtalaşdırıldığı 2 Vəsatətin Ekspertiza olunması məqsədilə hakim Mehriban Əfəndizadənin məktub verməsi üçün tapşırıq verəsiniz.
Bu gün, 12:40
Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə edilib
Bu gün, 12:38
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Bu gün, 12:36
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür
Bu gün, 12:34
Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil edilib
Bu gün, 12:27
AMEA ilə Koreya Respublikasının Akademiyası arasında əlaqələr qurulacaq
Dünən, 13:26
Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir
Dünən, 13:24
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Dünən, 13:21
Yeni nəşr: “Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri beynəlxalq reytinqlərdə
Dünən, 13:19
AMEA-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək
Dünən, 13:18
AMEA-da akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Dünən, 13:17
AMEA əməkdaşlarının elmmetrik bazalarda indekslənən jurnallarda çap edilmiş məqalələrinin sayı artıb
7-07-2025, 17:01
Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar – Sürpriz həbslər gözlənir
7-07-2025, 12:26
İqtisadiyyat elmi üzrə ilk: UNEC-in jurnalı “Scopus”da
7-07-2025, 12:24
Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə ikili diplom proqramı təklif edir
7-07-2025, 12:22
AMEA-nın prezidenti Əlişa qalasında aparılan arxeoloji qazıntılarla tanış olub
7-07-2025, 12:18
Azərbaycan və Özbəkistan U-20 dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər
7-07-2025, 12:13
Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb
7-07-2025, 12:09
Azərbaycanda uşaq evləri ailə tipli kiçik qrup evlərinə çevrilir
7-07-2025, 12:07
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfərə gedib
7-07-2025, 11:55
Qida və infrastruktur üzrə 900 bağçada monitorinqlər keçirilib
7-07-2025, 11:49
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisas seçimi başlanır
7-07-2025, 11:46
Türkiyə Prezidenti: Xankəndidə Azərbaycanla həmrəyliyi bir daha nümayiş etdirdik
7-07-2025, 11:43
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi.
7-07-2025, 11:41
ECO-nun 17-ci Zirvə görüşü Türkmənistan mediasında geniş işıqlandırılıb
7-07-2025, 11:39
Ərəb mediası ECO-nun Xankəndi Zirvə görüşü ilə bağlı silsilə materiallar yayıb
4-07-2025, 22:18
ƏDALƏT YENƏ BOĞULACAQ! HAKİMLƏRƏ İNAM YENƏ YERƏ ÇIRPILACAQ – BƏRAƏT QÜVVƏDƏ QALACAQ!
4-07-2025, 14:30
Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır