GİYASLI GROUP"-un Saxtakarlığına, Harınlığına SON QOYUN
Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
Cənab Prezident! Hər şeyin düzünü Siz bilirsiz! Dünyanı heyrətləndirən Azərbaycanın müasir dinamik inkişafı kimi zahiri gözəlliyinin də ideya memarı Sizsiniz! Allah Sizi də, Ölkəmizi də qorusun!
Mən Türkiyə Zəlzələsindən yaşantılarımdan, bizlər üçün tikilən Evlərin keyfiyyətinə bələdliyimdən və dünya Zəlzələ ekspertlərinin, sırada da bizimkilərin Bakının Potensial zəlzələ ocaqlarına daxil region olduğu məntiqindən çıxış edirəm. Sözsüzdür ki, Bizim üçün Evlər tikənlər “böyük adamlar” - onların “nümayəndələri ” və ya zəngin adamlardır və onların Ali məsədi Biz –Xalq deyilik!
Onlar bizim həyatımızın – varlığımızın realı-gerçəyi. YEGANƏ VARİDATIMIZ -MİRASIMIZ Bu Evləri yalnız biznez sahələri hesab edirlər: Bir xeyli də Zənginləşəcək və Azərbaycandan köçüb gedəcəklər. Hələ heç bilmək olmaz ki, bəlkə onların sırasında dost, həmmillət maskası taxmış əsl düşmənlərimiz də vardır.
Bakıda gözəl göydələn binalar var. Bakı çox gözəldir bu Binalarla.
Xahiş edirəm ki, Ölkəmizin paytaxtından kənarlarda, əsas da biri mənim və yaxın ailə üzvlərimin 8-ci km. Qəsəbəsində - dərindən-dərin neft-qaz çıxarılan yataqların üzərində 12, 14 -20 – 30 mərtəbəli Evlər tikilməsin.
Bu yazını yayıma hazırlayarkən media yazılarını izlədim. Az.politika saytında bir neçə həftə əvvəlin çox əhəmiyyətli bir araşdırma yazısını oxudum. BAKIDAKI YAŞAYIŞ BİNALARI ZƏLZƏLƏYƏ NƏ QƏDƏR DAVAMLIDIR? – başlıqlı bu yazı müəllif Elvin Bəyməmmədlinin bu əsaslı fikirləri ilə bitir:
Türkiyədə baş verən dhşətli Zəlzələ müvafiq dövlət qurumlarımız üçün bir xəbərdarlıq olmalıdır. Bu gün metronun Qarayev, Nərimanov, Memar Əcəmi, Neftçilər, Əhmədli, İnşaatçılar, Həzi Aslanov kimi stansiyalarının yaxınlığında və şəhərin Bakıxanov, Yasamal, Xırdalan, Binəqədi, Masazır kimi yaşayış məntəqələrində sayısız-hesabsız yan-yana, hətta az qala iç-içə tikilən binalar var. Sual olunur ki, vaxtı ilə bu binaların tikintisinə icazə verən qurumlar və səlahiyyətli şəxslər gələcəkdə bu cür təbi fəlakətlərin nələrə səbəb ola biləcəyini düşünüblərmi? Təbiki, yox. Çünki insan həyatını heçə sayan belə məmurların əsas ideologiyası daha çox pul əldə etmək olub.
Araşdırma yazısında 1964-65-66-cı illərdə monolit evlər üçün istismar müddəti bitmiş – fikri də gözə dəyir. Amma biz bu binaları öz maddi imkanlarımızla yaxşı təmir edib yaşayırıq!..
Dövlətimiz onları bir az, bir azacıq təmir edərsə onlar bizə 50-60 il yenə xidmət edərlər. Əsas da 5 mərtəbə söküb, 5 mərtəbə (olsun 9 mərtəbə) tiksinlər.Hazırda isə 14 mərtəbə, deməli, 3 dəfə hündür və hətta indi 6 blokludur, Hayihələrində bəlkə 50 blok olacaq. Bizdə hər mərtəbədə 3 mənzil idi, yeni binada neçə olacaq nəməlum...
Cənab prezident!
Lap bu günlərdə GİYASLI GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti. bu binalardan birini – Neftçilər metrosunun yaxınlığındakı Qara Qarayev prospektindəki 6 bloklu 76 saylı - əla bir Binanı söküb 1 ilə - yəni tələm-tələsik 15-16 bəlkədə daha çox, 12-14 mərtəbbəli binalar tikib –SATIB ZƏNGİNLƏŞƏCƏK!
Cənab Prezident!
Bizə 2 İLƏ tikiləcəyi yazılmış Müqavilə, 1 illik müavinət verilib. Bizi, 90 sakinin hərəsinə aldada bildikləri kimi bir ayrı məbləğ ödənilib. Heç birimizlə qanunsuz ümumi məlumat olan Müqaviləni natarusda da təsdiq etməyiblər.
Mən tamam aldadılmışam. Adıma özəlləşdirilmiş qeyri yaşayış obyekti tam təmirli və iki tərəfə açılan 3 qapılıdır. Müqavilə imzalanarkən əsas əməkdaşları İsmayıl müəllim dedi ki, təmirli verəcəyik. İnandım, Amma mənzili və obyekti boşaldan kimi sözlərini dandılar. Mən ciddi xəstəyəm. Onlarla mübarizəyə gücüm çatmadı. İsmayıl müəllim dedi ki, bizlik deyil, gedin Nigar xanımın yanına... Getdim. 1 soyuq-şaxtalı havada kitablarımı da yığıb tanışlıq üçün apardım İnşaatçılar Metrosu yaxınlığındakı Mərkəzi ofislərinə. Orada baş mühasib işləyən Nigar xanım (mənim simvolik "bakılım") məni Fərhad müəllim adlı əsas olduğunu dediyi şəxslə görüşdürdü. Düzü onun haqqında təsəvvürüm yaxşı deyil. Bu haqda davamda ayrıca yazacağam. Qısası Fərhad müəllim niyə gəldiyimi bilirdi, yəqin ancaq hətta mən istəyimi bildirsəm də - hələlik Cavab vermədi- deyirəm...
Həmin vaxt mən xaricə getdim. Amma dönəndən sonra, lap bu son günlərdə Nigar adlı tikinti üzrə ən əsas sahibkar olduğu bildirilən baş mühasib xanımla yenidən danışdım. Həqiqətən əsəbləşməyim həyatıma son qoya bilər. Bunu nəzərə alıb çox mehriban (yalvar-yaxar etdim -çox nahaq!) danışdım. Ona obyektin iki tərəfə açılan 3 qapısını və təmirli olduğunu dönə-dönə dedim. Mən yazıram, səs mesajı göndərirəm. o isə 1 neçə dəfə zəng etdi. 1 zəngə cavab versəm də növbəti dəfə olan zənglərinə cavab vermədim. İstədim o da yazsın. Nəhayət, o səs mesajı göndərdi və bununla məni növbəti dəfə aldatmış oldu. Bəlkə də o düzünü deyib, İsmayıl müəllim və ya daha başqa birisi haram qazanmağına davam edir... Axır ki, o, mesajda məsələmin həll olunduğunu, rəhbərliyin İsmayıl müəllimlə danışdığını, İsmayıl müəllimin yanına getməyi məsləhət bilirdi. O, telefonla danışdıqda mənə obyektimin təmir ediləcəyini defələrlə demişdi. Bu 2+2 gerçəkliyidir. İstədim yazsın ona görə telefon danışığını dayandırdım. Nigar xanım isə 1 neçə dəfəyenə zəng etdi. Sonra yazdı ki, gedin İsmayıl müəllimin yanına. Mən ümidlənib İsmayıl müəllimə yazdım. O əvvəl etiraz etmədi. Amma bu gün məsələ həll olunmalı ikən səs mesajı göndərdi ki, "obyekt təmirli verilməyəcək. 100 manat aylıq - 1 illik gəlib apara bilərsiz və bu şərtlərlə istəyirsiz natarusa gedə bilərik".
Cənab prezident -hamımızın prezidenti! XAHİŞ EDİRƏM, Kömək edin! Bu növbəti harın Tikinti şirkətinə mənim əvəzimdən Siz lazımı Qərarla cavab verin!
Mən bankdan kredit götürərək zibilliyi (50 ildən qalma 5-10 maşın daş , boru və s. tullantı çıxartdırmışam) tam təmir edib yüksək səviyyəli obyekt etmişəm. Necə yəni təmirsiz verəcəyik?! Yox bir heç vermə! O zaman mən də qanuni OBYEKTİMİN sökülməsinə icazə vermirəm. Onlar 90 vətəndaşı Öz istədiklərini yazdıqları ciddi qanunsuzluq faktı olan Müqavilə ilə aldadıblar. Beləcə çox ciddi bir qanunsuzluq faktı ilə tərtib olunmuş deməli, hüquqi baxımdan qeyd-şərtsiz Etibarsız olan Müqavilədə natarusda təsdiq etməyiblər və edə də bilməzlər. İmzalayan şəxsi də görmədiyimiz üçün saxta "daxili" Müqavilələrinin heç bir əsası yoxdur.
MƏHKƏMƏYƏ verəcəyimi DEDİM ONA. Tam arxayınlıqla - MƏHKƏMƏNİ SATIN ALMIŞ KİMİ, Siz bilərsiz, - dedi.
...Budur vətəndaşların yeganə varı - mülkiyyət hüququnun 5 mərtəbə yerində 15-16 bəlkə daha çox sayda 12-14 mərtəbli binalar tikib zənginləşən Tikinti şirkəti sahibkarları tərəfindən kobud surətdə pozulması! Bundan başqa bizi kirayə pulunda da Şirkət aldatmışdı. Qonşulardan eşitdik ki. onlara 600 manatdan veriblər. Bizə isə 500 manatdan. Bacıma əskik hissəni ödədilər. Mənə də təklif etdilər. Mən onu istəmədim. Əvvəldən tələb etdiyim - yəni təmirinə canımı qoyduğum obyekt üçün istədiyim HALALLIQ HAQQI ƏVƏZİ cüzi miqdarı - 200 manatı istədim. VERMƏDİLƏR və bu məsələ həll olunmasa xəbərdar edirəm ki, faciə baş verəcək!
Gün-gündən mənə aydın olur ki, GİYASLI GROUP" Mənzil Tikinti korporativi Saxtakarlığa çox peşəkar şirkətdi. "Gündə" bir ad, bir ünvan, bir sahibkar adı ilə guya dəyəri "10 manat, 0 manat" olan Şirkətlər, Gouruplar"la milyardlar qazanmaqdır peşələri... Dövlətin Vergilər nazirliyi, ədliyyə Nazirliyi və s. necə inanır Tikinti Şirkətinin "10 manat, 0 manat" olan dəyərinə. Sözsüz saxtakatlıq, bir tərəfdən də cinayətdir bu!.. Bəs belə saxtakatlığa, cinayətə əlaqədar qurumlar nə əsasla göz yumurlar?! Səbəb sirr deyil!..
... Nigar xanım dedi ki, 27 ildir işləyirlər. Biz paytaxt sakinləri də elə o qədərdir müxtəlif MTK-ların qanunsuzluqları haqqında eşid. Tez-tez MTK-lar adlarını, ünvanlarını dəyişməklə işin altından çıxırlar. Biz evi boşaldana kimi başqa adam idilər, indi NATARUS TƏLƏB EDƏNDƏ, TƏMİRLİ OBYEKTİN MÜQAVİLƏYƏ bu məzmunda salınmasını tələb edəndə başqa adam olublar.
Mən 27 ildir həmin ərazidə yaşayıram. Həmin bina ən yaxşı, möhkəm binadır. Ərazi neft-qaz yataqları ərazisidir. Burda 12-14 mərtəbəli binalar tikmək çox təhlükəlidir. Giyaslı MTK 5 mərtəbəli 6 bloklu binanın yerində azı 6. 7 12-14 mərtəbəli bina tikir. Bir-birinin dibində. 1 pəncərəli..Halbu ki, bizim evlər genş, iki tərəfə pəncərəsi olan və işıqlı, havalı idi.
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun bu məsələdən xəbəri varmı?! Bu yaxınlarda mediadan oxudum ki, Milli məclisdə 9 mərtəbədən yüksək binaların tikintisinin qadağan olması məsələsi qaldırılıb. Çoz doğru qərardır. Bəs görəsən Kəmaləddin Heydərovun nazirliyinin bu işlər üzrə səlahiyyətli nümayəndələri bunu bilirlər?! Bəs nə edirlər?! Heç nə ! Özləri villalarda, kasıb xalq 50 il yaşadığı və dəfələrlə təmir etdiiyi 5 mərtəbəli evlərini qurban verməlidirlər (milyonçular məhəlləsi ofisliləri - ) Fərhad müəllimlərə və hələ onların arxasında, başının üstündə dayanan sortbasort məmurlara.
Sual verirəm Kəmləddin Heydərov cənablarına, 5 mərtəbəli söküb əvəzinə niyə 5-6 12-14 mərtəbəli tikirlər?! Dövlətin binasını niyə icazə verirsiz sahibkarlar öz gəlirləri üçün istismar etsinlər?! Kəmaləddin Heydərov! Siz mənim düşmənim deyilsiz! Ancaq bu cür vətəndaşlara zidd işlərə RAZILIQ VERDİYİNİZ ÜÇÜN mən Sizi düşmən hesab edirəm. Sizin işiniz- Sizin dövlətə xidmətiniz ayrı sahədədir, mənim ayrı. Amma mənim şəxsiyyətim də, fəaliyyətim də şəffavdır. Bu cəhətimlə Sizi hətta mən kral görürəm, özümü qul. Amma qulların da haqqı var. Qul haqqı yeyənlərin də cəzası var...
Cənab Prezident!
Sizdən xahiş edirəm. Xüsusi nəzarət olsun. Komissiya yaradılsın. Bizim binanı sökməyə qoymayın. Ya dövlətin gücü çatmır, GİYASLI GROUP" tikir, tikintinin birinci günündən sonuncu gününüdək sakinlərin də iştirakı ilə hər şey qaydasında həll edilsin. Sakinlərlə bağlanmış saxta Müqavilələr ciddi əsaslandırılsın. Mən HAQQIMI İSTƏYİRƏM VERSİNLƏR. İCAZƏ VERMİRƏM SÖKÜLMƏSİN MÜQAYİSƏDƏ ƏLA VƏZİYYƏTDƏ OLAN BU BİNA! Sökülür, 9 mərtəbədən artıq tikilməsin!
SON!
Cənab Prezident!
HƏQİQƏTƏN MƏNİ CANA DOYDURUBLAR! Səhhətimə, yaradıcılığıma çoz pis təsir edir onların bu yaşda adamı aldatmaları! Sonra "ələ salmaqları". Niigar xanım əsasdır, deyirdi İsmayıl müəllim. Bəs nə oldu?! Əsasdı, deyir həll olundu. Bəs niyə indi İsmayıl müəllim deyir, yox, həll olunmayıb!.Olunmayacaq... Mən haqqım verilməzsə, mənimlə bağlanmış Müqavilə natarusda istədiyim şərtlərlə təsdiqlənməsə xəbərdar edirəm, GİYASLI GROUP"-un saxtakarlığına, harınlığına görə həyatıma SON QOYACAĞAM. Növbəti dəfə Avropa Məhkəməsinə Müraciət edib, qalib gəlməyə onsuz da ömrüm çatmaz.
Ona görə əvvəlcə ədaləti bərpa etməyi xahiş edirəm.
Mən GİYASLI GROUP"-dan nə istəyirəm? -Təmirli obyektimin təmirli verilməsini, hətta bu gün əlavə edirəm:2 tərəfə 3 qapılı obyektimin 3 qapılı verilməsini, dövrü məzənnəyə uyğun kirayə pullarının artırılmasını. 1 də canımı qoyub icazələr almaqla, mübarizə aparıb zibilliyi normal ev halına gətirdiyim qanuni obyektimin 3-cü hissəsi üçün əlavə 200 manat tələb edirəm. Vəssalam.
... Dedilər obyekt əvəzinə 3-cü mərtəbədə ev verəcəyik. BİNADA OBYEKTLƏRİN mərtəbəsində verin!!! İstəmirəm 3-cü mərtəbədə evinizi! Hazırda OBYEKTİM görünür. Hansı səviyyədə görünür o səviyyədə verin"! Özləri dedilər ki, OBYEKTLƏRİ BÖYÜK MARKETLƏRƏ və s. vercəklər. 3-cü mərtəbədə veririk. Təmir edəcəyik. Tikilsin, istəsəz, satarıq da Sizin üçün. Dedim, yox, obyekt tənha qadınlarıq - çörək pulu yerimizdir..
Unutduqları bir şey var- Halallıq. İllərlə banka ödədiyim təmir pullarını halal eləmirəm nə GİYASLI GROUP"-na, nə rüşvətlə qərar çıxaran məhkəmə hakimlərinə! Onlar Sizə tərəf ola bilərlər... Göydən baxan Allah var, o qoymaz, qul haqqını udub, üstündən hətta su əvzinə araq içib keflənəsiz!..
Ən düzgünü ədalətli olun! Sakinləri, o sırada bizi razı salın. 90 vətəndaşın Müqaviləsini yenidən və vicdanla hazırlayın. Müqavilənizdəki ciddi qanunsuzluq hüquqi məsuliyyət yaradır. 1, 2, 10, 20 ayrı-ayrı Müqavilədə deyil, (ərazidə sökülən digər bina sakinləri ilə də bağladığınız Müqavilələri də hesablasaq)100-lə sakinlə ciddi qanunsuzluqla Müqavilə bağlamaq Saxtakarlıq və cinayətkarlıqdır! Hüquqi sənədin bircəsində 1 sözdə belə qanunsuzluq olarsa qüvvəsini itirir. 90,100 Müqaviədədir bu Qanunsuzluq!
Bundan başqa, Müqavilədə Dövrü məzənnəni qeyd edin (niyə yazmamısız)! Bu həyatımızın qaçılmazıdır! Nataruslar, ASAN xidmət var ölkədə - yeganə mülkiyyətimizin Sənədlərini Hüquqi qanuni qaydada təsdiqlədin.
Son qoyun saxtakarlığa, son qoyun harınlığa!..
Movzu davam etdiriləcək
Dünən, 18:14
ANONS! ANONS!ANONS! 2 TARİXÇİ ALİM AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN NİYƏ İMTNA ETDİ?!
Dünən, 13:33
“Qopuz mənşəli saz alətləri” adlı monoqrafiya çapdan çıxıb
Dünən, 13:14
Siyasi varislikdən siyasi liderliyə I HİSSƏ Siyasi varisliyin təntənəsi
Dünən, 12:20
Siyasi varislikdən siyasi liderliyə Növbədənkənar seçki zərurəti və növbəti tarixi zəfərlər II HİSSƏ
Dünən, 12:14
Siyasi varislikdən siyasi liderliyə Böyük gələcəyin strategiyası III HİSSƏ
11-10-2024, 12:04
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibi dəyişib
11-10-2024, 10:01
MEK-də “Aida İmanquliyeva - 85” adlı kitab sərgisi istifadəçilərə təqdim edilib
10-10-2024, 10:20
Professor Nadir Məmmədli Kazanda keçirilən beynəlxalq forumda iştirak edir
10-10-2024, 10:16
“Sabah” klubu FIBA Avropa Kubokunda ilk oyununu keçirib
9-10-2024, 12:00
Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib
9-10-2024, 11:23
Dilçilik İnstitutunun əməkdaşı BMT-nin sammitində iştirak edib
8-10-2024, 11:06
Bakıda Təhsilin İnkişafı Forumu başlayıb
8-10-2024, 10:22
AMEA ilə Honkonq Kore Akademiyası arasında anlaşma memorandumu imzalanıb
7-10-2024, 10:43
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək
7-10-2024, 10:30
Akademik İsa Həbibbəyli Honkonq Kore Akademiyasının nümayəndələri ilə görüşüb
4-10-2024, 14:56
AMEA prezidenti: Azərbaycanda iqlim dəyişmələri ilə bağlı yeni elm sahələri, tədqiqat istiqamətləri yaranıb
4-10-2024, 10:56
Nizami Muzeyində Sergey Yeseninə həsr olunmuş tədbir keçirilib
1-10-2024, 10:53
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
1-10-2024, 10:48
Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun məqaləsi “Web of Science”da indekslənən nüfuzlu elmi jurnalda çap olunub
30-09-2024, 10:53
Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir COP29
30-09-2024, 10:41
Daha bir mühüm tədbir Bakıda keçirilə bilər – Müraciət
27-09-2024, 10:22
Alimlər ürək xəstəlikləri üçün risk faktorunun adını açıqlayıblar
27-09-2024, 10:11
Böyük Zəfərə yol açan tarixi gün
26-09-2024, 10:37
Şərqşünaslıq İnstitutunda “M.Ə.Rəsulzadənin millət, milli birlik və milli dövlət anlayışı: ənənə və müasirlik” mövzusunda elmi seminar keçirilib
26-09-2024, 10:11
ÖLKƏ “Mağazaya girən kimi müştərilərə cərimə gəlir”
25-09-2024, 12:01
"Azərreyl" heyətini yeni voleybolçu ilə gücləndirib
25-09-2024, 11:54
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi konfrans keçirilib