IĞDIRDA QARABAĞ ZƏFƏRİNİN BİRİNCİ ILDÖNÜMÜ QEYD OLUNUB

Azərbaycanın VƏTƏN torpaqlarının erməni işğalından azad olunması - Qarabağ zəfərinin birinci ildönümü münasibətilə İğdırda proqram təşkil olunub.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, İğdır Azərbaycan Evi Dərnəyi və Azərbaycanın Qars Baş Konsulluğunun birgə təşkil etdiyi “Qarabağ Zəfəri”nin birinci ildönümü Mədəniyyət Mərkəzi Konfrans Zalında ehtiramla bir dəqiqəlik ayaq üstündə sükutdan sonra iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal proqramdakı çıxışında Azərbaycanın özəl gününü qeyd etməkdən böyük sevinc hissi keçirdiklərini qeyd etdi.
Ermənilerin 30 ıl əvvəl həyata keçrdikləri işgalı yada salan Ünsal," Iğdır düzündən, oğuz yurdu yaşıl Iğdırdan Qarabağda qəhrəmanlıq dastanı yazan Azərbaycan ordusuna, 30 il həsrət qaldıqları Qarabağ torpaqlarına qovuşan Azərbaycan Türklərinə salam olsun. Cənnət Türkiyəmdən Azərbaycana, bütün Türk Turan ellerine, selam olsun. Tanrı Türkə yar və yardımcı olsun.
Bugün 44 gün davam etmiş rəşadətli döyüşdən zəfərlə çıxan, 30 illik Erməni işgalına son qoyan ,dastan yazaraq Qarabağda zəfər qazanan turan ordusunun bayram günüdür.
Bu gün tarixi qələbə ilə 28 il sonra Azan sədaları yenidən Dağlıq Qarabağ səmasında əks-səda verdiyi, 3 rəngli Azərbaycan və Türkiyə bayraqlarının hər yerdə dalğalandığı gündür...
Bu mübarək vətən savaşında Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında oldu. Bu gün də bütün imkanları ilə Azərbaycanın yanındadır. Bütün dünya bilsin ki, sabah da Azərbaycanın yanında olacağıq.
Bu gün Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının gerçəkləşdiyi, Mehmet Emin Resulzadənin “ Bir kərə yüksələn bayrağ bir daha enməz” dediyi, cumhurbaşkanımız Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin dosta güvəndiyi, düşmənə qorxu saçdığı və Turana doğru ilk addım atıldığı gündür” .

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev isə Azərbaycanın 1991-ci ildə müstəqilliyini əldə etdiyini, lakin xarici dövlətlərin dəstəyi ilə ölkə torpaqlarının 30 il müddətində işğal olunmağa başladığını və bu işğala son qoymaq üçün diplomatik mübarizə apardıqlarını bildirdi .
Nuru Quliyev nitqində "Azərbaycan müstəqilliyini ilk dəfə əldə edəndə bu müstəqilliyi ilk tanıyan Türkiyə oldu. Bizim hər iki tərəfdə bu birliyi qoruyan, yaşadan insanlarımız var idi. Onlar unutmadılar, unutdurmağa imkan vermədilər. Biz müharibə istəmirdik, amma çox təəssüf ki, lobbilərinin dəstəyi ilə Ermənistanın bəyanatları bizi son nöqtəyə gətirdi.
Azərbaycan onlara müqavimət göstərdi və dəstəyini gördüyümüz dəyərli dostumuz və qardaşımız Türkiyə dövlətinin dəstəyi ilə müharibə etdik. 44 günlük müharibədə bizimlə çiyin-çiyinə olan dünya diplomatiyası və onun çox dəyərli təmsilçisi canımız, qanımız bir olan dostumuz, kardeşimiz Türkiye devleti ve onun çok deyerli prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə biz bu döyüşü qazandıq, amma diplomatik savaşımız hələ də davam edir”, dedi.
Naxçıvan Muxtar Respublikasının Millət vəkili Elman Cəfərli sentyabrın 27-dən noyabrın 10-dək davam edən və işğal altındakı torpaqların azad edilməsi ilə nəticələnən qələbənin birinci ildönümü münasibətilə Azərbaycan və Anadolu xalqını təbrik edərək, bu qələbənin iki qardaş ölkə qələbəsi olduğunu çatdırdı.
Proqramda Naxçıvan Dövlət Universiteti Konservatoriyasının sənətçiləri, İğdır mədəniyyətini yaşadan Hüseyn Baydar və qrupunun üzvləri Azərbaycan xalq rəqslərindən nümunələr təqdim etdilər.

Azərbaycanlı sənətçi Rasim Ağayev, Zeynep Elmar və İğdır Mədəniyyət Nazirliyinin sənətçisi Nevzat Turan bir-birindən gözəl türkülər oxuyaraq konsert verdlər.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, İğdır Azərbaycan Evi Dərnəyi və Azərbaycanın Qars Baş Konsulluğunun birgə təşkil etdiyi “Qarabağ Zəfəri”nin birinci ildönümü Proqramında Vali H.Hüseyin, Engin Sarıibrahim, Respublika Baş prokuroru Serkan Başaran, MHP-nin keçmiş millət vəkili Sinan Oğan, İl Jandarma Komandiri Polkovnik Nejdət Karaca, İl Təhlükəsizlik Müdir müavini Raşit Özkan, Bələdiyyə sədrinin müavini Öcal, bələdiyyə sədri Ülkü iştirak etdilər . Həmçinin tədbirdə Əmtəə Birjasının rəhbəri Serhat Kumtepe, Azərbaycanın Qars nümayəndəsi baş konsul Elnur Salayev, Türkiyə Azərbaycan Dərnəyinin prezidenti Ənvər Türkoğlu, İğdır şöbəsinin rəhbəri İlteriş Kağan Taşkınsu, iş adamı Zəfər Tarhan, Iğdır Azərbaycan Evi Dərnəyinin sədr müavini Erhan Yaycılı, Yaxşı partiya sədr müavini Süleyman Büyükdağ, Mustafa İz, Qadın Qolları Başçısı Emine Edebalı, Mütəşəkkil Sənaye Direktoru Hakan Aras, Qafqaz Çeçen Dərnəyi Başçısı Məhərrəm Çeçen, Kipr Qazilər Dərnəyi Başçısı İsmət Taqal, Dekabr Gənclər və İdman Direktoru Şahin Yıldız, Qadınlar Birliyinin sədri Sabiha Sever, Sahne Başçısı Hayrunisa Bakkıran, Şəhid Qazi Şen Ümumi Başçı Köməkçisi Ayşe Gölçek, başqa qurum rəhbərləri və vətəndaşlar da iştirak etdilər.

Serdar Ünsal
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini,
İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri
cahanplus.com
Dünən, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Dünən, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
Dünən, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Dünən, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
Dünən, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr
Dünən, 12:16
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Dünən, 12:14
Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır
Dünən, 12:11
İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib
Dünən, 12:10
“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub
Dünən, 12:08
Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib
Dünən, 12:06
Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir
Dünən, 12:05
Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq
Dünən, 12:03
Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək
Dünən, 12:02
Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib
Dünən, 11:59
Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib
27-10-2026, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
27-10-2026, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
27-10-2026, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
27-10-2026, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
27-10-2026, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
27-10-2026, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
27-10-2026, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
27-10-2026, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
27-10-2026, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
27-10-2026, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
27-10-2026, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
27-10-2026, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib